İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»


II FƏSİL İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİN TƏBİİ EHTİYATLARI VƏ EKOLOGİYASINA VURULAN ZƏRƏRLƏR



Yüklə 1,63 Mb.
səhifə10/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Azerbaijani territory occupied by Armeni-56806476

II FƏSİL

İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİN TƏBİİ EHTİYATLARI VƏ EKOLOGİYASINA VURULAN ZƏRƏRLƏR

2.1. İşğal olunmuş ərazilərin təbii ehtiyatlarına dəyən zərərlərin qiymətləndirilməsi

İşğal olunmuş ərazilərin təbii resurslarına faydalı qazıntıları, torpaq, rekreasiya, meşə və su ehtiyatlarına eyni zamanda təbiət abidələri, nadir bitki və heyvan növləri aiddir. Qeyd etmək istərdim ki, Kiçik Qafqazın işğal edilmiş dağlıq zonası Azərbaycanın ən iri meşə rayonlarından biridir. Belə ki, regionda meşə ərazisinin sahəsi 246.7 min ha-dır.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası ərazilərinin təbii ehtiyatlarına vurulmuş zərərləri hesablamaq üçün əvvəlcə həmin ehtiyat növləri və onların növləri üzrə həcmi ilə tanış olmaq lazımdır (Cədvəl 2.1-də həmin ehtiyat növlərinin həcmi qeyd olunmuş, xəritə 2.1-də isə bu ehtiyat növlərinin yayıldığı ərazilər göstərilmişdir).

Faydalı qazıntıları növlərinə görə beə qruplaşdırılır: filiz yataqları, qeyri-filiz yataqları, əlvan və bəzək daşları, inşaat materialları, yeraltı şirin və mineral sular.

Təbii ehtiyatları qiymətləndirərkən ilk öncə regionun təbii şərait və təbii ehtiyatlarla təmin olunması müəyyənləşdirilir. Bunun üçün biz iqtisadi coğrafiyada tətbiq edilən və A.Y.Skopin tərəfindən təklif edilmiş bal metodundan istifadə etmişik [27].

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi coğrafi rayonlarının təbii ehtiyat və təbii şəraiti haqqında toplanmış nəzəri məlumatlar əsasında adı keçən rayonların təbii ehtiyat və təbii şəraitinin ümumi qiymətləndirilməsi aşağıdakı şəkillərdə öz əksini tapmışdır (şəkil2.1, şəkil 2.2.)

Sxemdən də göründüyü kimi Yuxarı Qarabağ İCR-də təbii ehtiyatlarının bal metodu ilə qiymətləndirilməsi zamanı 18 bal ( 2+2+3+0+4+3+4), təbii şəraitinin qiymətləndirilməsi zamanı isə 9 bal (2+(-2)+1+2+2+2+0) hesablanmışdır. Nəticədə,



Xəritə-sxem 2.1. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin faydalı qazıntı ehtiyatlarının yerləşməsi.

Yuxarı Qarabağ İCR-də təbii şərait və təbii ehtiyatların ərazi əlaqələnməsinin qiymətləndirilməsi zamanı yekun bal 27-ə bərabər olmuşdur.

Sxemdən də göründüyü kimi Yuxarı Qarabağ İCR-də təbii ehtiyatlarının bal metodu ilə qiymətləndirilməsi zamanı 18 bal ( 2+2+3+0+4+3+4), təbii şəraitinin qiymətləndirilməsi zamanı isə 9 bal (2+(-2)+1+2+2+2+0) hesablanmışdır. Nəticədə, Yuxarı Qarabağ İCR-də təbii şərait və təbii ehtiyatların ərazi əlaqələnməsinin qiymətləndirilməsi zamanı yekun bal 27-ə bərabər olmuşdur.


Şəkil 2.1. Yuxarı Qarabağ İCR-də təbi şərait və təbii ehtiyatların ərazi əlaqələnməsinin qiymətləndirilməsi.
Beləliklə , qiymətləndirmənin nəticəsini təhlil etdikdə:

  1. ərazinin aqroiqlim resurslarının əlverişli olması kənd təsərrüfatının inkişafı;

  2. zəngin mineral ehtiyatlara malik olması sənaye sahələrini xammalla təmin etməsi;

  3. hidoenerji potensialına sahib çayların eləcədə Sərsəng SES-in ölkənin enerji sektorunda əhəmiyyətli yer tutması;

  4. rekreasiya və iqlimin komfortluğu, meşə ehtiyatlarının həmçinin dağlıq relyefin dağ kurort turizminin inkişafına yüksək təsir göstərmə potensialına sahibdir.


Kəlbəcər-Laçın rayonu üçün də qiymətləndirmənin nəticələri aşağıdakı şəkildə əks olunmuşdur.



Şəkil 2.2. Kəlbəcər-Laçın İCR-də təbi şərait və təbii ehtiyatların ərazi əlaqələnməsinin qiymətləndirilməsi.
Şəkildən aydın olduğu kimi, Kəlbəcər-Laçın İCR-də təbii ehtiyat növlərinə verilən yekun balların cəmi 17 bal (1+4+2+0+3+3+4), təbii şərait növlərinə verilən balların cəmi isə 4 baldır( 1+2+(-1)+2+1+(-1)+0). Nəticədə Kəlbəcər-Laçın İCR-də təbii şərait və təbii ehtiyatların ərazi əlaqələnməsinin qiymətləndirilməsinin yekun balı 21-ə bərabər olur.

Nəticələrin təhlilinə gəldikdə:

  1. Ərazinin dağlıq relyefə malik olması nəqliyyat şəbəkəsinin və təsərrüfat infrastrukturunun əlverişli inkişafına bəzi maneələr törədir;

  2. Eyni zamanda dağlıq relyef kənd təsərrüfatının, xüsusilə heyvandarlığın inkişafına əlverişli şərait yaradır;

  3. İqtisadi rayon ərazisində dünya əhəmiyyətli mineral suların və qiymətli metalların olması ölkəmizi dünya bazarında “Made in Azerbaijan” brendi ilə təmsil etmə potensialına sahibdir;

  4. əlverişli iqlim və rekreasiya ehtiyatlarına sahib olması turizmin inkişafına əsaslı şəkildə təkan verə bilər və s.

Ümumiyyətlə işğal olunmuş Azərbaycan Respublikası ərazilərinin təbii ehtiyyatlarına nəzər salsaq, ehtiyat növləri və ehtiyatın ümumi həcmi aşağıdakı cədvəldə əks olunmuşdur (Cədvəl 2.2).


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə