İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»



Yüklə 1,63 Mb.
səhifə12/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
Azerbaijani territory occupied by Armeni-56806476

Cədvəl 2.3.

İşğal edilmiş rayonların faydalı qazıntı ehtiyatlarının məhrum olunma nəticəsində meydana gələn itkilər [5]



Sıra №

Təbii ehtiyat



Yataqların ümumi dəyəri

(manat)


Təbii ehtiyat yataqlarının xalis dəyəri

(manat)


Orta illik itkilər

(manat)


Cəmi itkilər

(manat)


1.

Filiz faydalı qazıntılar

10495.9

mln



9991.6

mln


286.5

mln


7162.6 mln

2.

Qeyri-filiz faydalı qazıntılar

8041.3

Mln


5591.2 mln

192.7 mln

4818.1

mln


3.

Əlvan və bəzək daşları

303.5

Mln


246.07

mln


7.03

mln


175.8

mln


4.

İnşaat materiaları

64128.4

Mln


55342.8

mln


1581.2

mln


39530.6

mln


5.

Yeraltı şirin və mineral sular

22183.8

Mln


110889.2

mln


1008.4

mln


25208.9

mln


Cəmi

76896 mln manat




İşğal olunmuş ərazilərin meşə ehtiyatlarına dəyən zərərləri qiymətləndirmək üçün isə əvvəlcə həmin ərazilərin meşə ehtiyatlarına nəzər salmaq lazımdır. Qeyd edim ki, işğal olunmuş ərazilərin meşə ehtiyatları 262 000 ha-dan çoxdur.

Meşə sahələrinin bazar dəyərini aşağıdakı düsturlar vasitəsilə müəyyən edirlər [5]:

(2.1)

Burada, Vf – meşə sahələrinin bazar dəyərini, Rf – meşə sahələrinin icarə dəyərini, e – diskont dərəcəsini ifadə edir;



(2.2)

Burada isə P – meşə ağaclarının satış qiymətini, C –yatırılmış kapitalın gəlirlik norması, Q - oduncağın ümumi həcmini ifadə edir.

İllik doğranan ağac həcmini 1 m3, xərcləri 3.945 manat/m3( müxtəlif xərclər- 0.93 manat/m3, oduncağın hasilatı- 1.005 manat/m3, nəqliyyat xərcləri-2.01 manat/m3) gəlirlik normasını 20%, oduncağın satış qiymətini 10 manat/m3 və diskont dərəcəsini 10% qəbul etsək 1 m3 illik oduncaq hasilatına malik olan meşə sahəsinin bazar dəyəri 52.90 manat təşkil edəcəkdir. Beləliklə, işğal olunmuş ərazilərin meşə ehtiyatlarının orta illik artım həcminə əsasən aparılan hesablamalar nəticəsində işğal edilmiş ərazilərin meşə resurslarında oduncaq ehtiyatı üzrə itkilərin həcmi aşağıdakı cədvəldəki kimi olacaqdır (Cədvəl 2.4).

Həmçinin Qazax rayonunun da meşə fondunun 2.2 min ha-i işğal altında qalmışdır və nəticədə orta illik itkinin həcmi 650670 manat təşkil etmişdir.

Beləliklə, işğal olunmuş ərazilərin meşə təsərrüfatında oduncaq ehtiyatı üzrə orta illik miqdar 26 074 410 manat təşkil edir. İşğal müddətinin 25 ildir davam etdiyini nəzərə alsaq, zərərin həcmi

26 074 410 manat x 25 illik = 651 860 250 manat.

İşğal prosesinin zərər vurduğu ən başlıca təbii ehtiyatlardan biri də torpaq ehtiyatlarıdır. Əvvəlcə onu qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğal olunmuş ərazi ölkə ərazimizin 20%-ni - 17.2 min km2 əhatə edir və işğal olunam ərazinin torpaqları kənd təsərrüfatı təyinatına görə aşağıdakı kimi təsnif olunur:


  • əkinə yararlı torpaqlar- 183 242 ha( 94275 hektarı suvarılan);

  • çoxillik əkin sahələri - 46 993 ha;

  • biçənəklər- 17 736 ha;

  • örüşlər- 240 519 ha;

  • dincə qoyulmuş- 7 120 ha;

  • Kolluq sahələri- 38 971 ha;

  • həyətyanı sahələr- 10 891ha;

  • yararsız sahələr 334 966 ha;


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə