Cədvəl 2. 4 .
İşğal olunmuş ərazilərin meşə ehtiyatlarının orta illik itkilərinin rayonlar üzrə həcmi[5]
Sıra
№
|
Rayonlar
|
Ümumi meşə
fondu
|
Oduncaq
ehtiyatı
|
Orta illik atım
|
Orta illik itkinin həcmi
Manat
|
1.
|
Kəlbəcər
|
37.9
min ha
|
2.5
mln m3
|
28.4
min m3
|
1 502 360
|
2.
|
Xocavənd
|
22.4
min ha
|
17.8 mln m3
|
17.5 min m3
|
925 750
|
3.
|
Laçın
|
32.1
min ha
|
2.9 mln m3
|
38.1 min m3
|
2 015 490
|
4.
|
Zəngilan, Qubadlı, Cəbrayıl
|
28
min ha
|
1.5 mln m3
|
32.2 min m3
|
10 214 990
|
5.
|
Ağdərə
Ağdam
|
80.1
min ha
|
10.3 mln m3
|
91.0 min m3
|
7 109 760
|
6.
|
Şuşa
Xocalı
Füzuli
|
47.5
min ha
|
5.4 mln m3
|
-
|
3 655 390
|
Cəmi
|
26 074 410 manat x 25 il = 651860250 manat
|
Təyinatın görə kənd təsərrüfatına yaralı torpaq sahələrinə dəyən zərəri hesablamaq üçün əvvəlcə həmin sahələrin qiymətləndirilməsini həyat keçirmək lazımdır.
Əkinə yararlı torpaq sahələrini qiymətləndirmək üçün I fəsilin I bölməsində
qeyd etdiyim qiymətləndirmə düsturlardan istifadə etmək lazımdır [5]:
(1.4)
Burada V- əkinə yararlı torpaq sahəsinin dəyəri, R- torpaq sahəsinin icarə dəyəri, taxılın yetişdirilməsində hesablanan xalis gəlir, e - diskont dərəcəsi və ya kapitalın gəlirlik norması.
Rf = (P-C) x Q (1.5)
Burada Р- taxılın satış qiyməti, С- taxılın maya dəyəri və yatırılmış kapitalın gəlirlik norması, Q – taxıl sahəsinin məhsuldarlığı [5].
Yuxarıdakı düsturlarda verilənlərin qiymətlərindən ( P- 0.25 manat/kq, C- 0.172 manat/kq, Q- 30 sentner/ ha) istifadə edərək əkinə yararlı torpaq sahələrinin bazar dəyəri 3846 manat/ha hesablanmışdır. Bunu işğal altında olan əkinə yararlı torpaqların sahəsinə vursaq - 183 242 ha x 3846 manat/ha= 704748732 manat/il əldə edərik. Bunu isə işğal müddətinə vursaq əkinə yararlı torpaq sahələrinə işğal müddətində vurulan zərər -17 618, 72 mln manat olmuş olar.
Çoxillik əkin sahələri üzrə zərərləri hesablamaq üçün həmin sahələrinin bazar dəyəri müəyyən edilməlidir. Bunun üçün lazım olan göstəricilərdən( orta illik icarə qiyməti- 300manat/ha) istifadə edərək çoxillik əkin sahələrinin bazar dəyəri - 14 097 900 manat/il, işğal müddətində isə 352, 45 mln manat təşkil edir.
Dincə qoyulmuş sahələr üzrə itkilər- ( orta illik icarə qiyməti 250 manat/ha) bazar dəyəri - 1 780 000 manat/il, işğal dövründə dəyən zərər 44.5 mln manat təşkil edir.
Biçənəklər üzrə itkilər- ( orta illik icarə qiyməti- 300 manat/ha) bazar dəyəri- 5 320 800 manat/il, işğal dövründə 133.07 mln manat təşkil edir.
Örüş sahələri üzrə itkilər- ( orta illik icarə qiyməti- 250 manat/ha) bazar dəyəri – 85 129 750 manat/il, işğal dövründə 212,82 mln manat təşkil edir.
Kolluq sahələr üzrə itkilər –( orta illik icarə qiyməti- 150 manat/ha) bazar dəyəri 5 845 650 manat/il, işğal dövründə 146.14 mln manat təşkil edir.
Yararsız sahələr üzrə itkilər- (orta illik icarə qiyməti- 150 manat/ha) bazar dəyəri 50 244 900 manat/il işğal dövründə 1256, 12 mln təşkil edir.
Beləliklə, işğal müddəti ərzində müxtəlif təyinatlı torpaq sahələri üzrə dəyən zərərlərin həcmi aşağıdakı cədvəldə öz əksini tapmışdır(Cədvəl 2.5. )
Digər bir zərər vurulan təbii resurs su mənbələridir ki, su mənbələrinə vurulan iqtisadi zərərləri hesablamaq mürəkkəb bir prosesdir. Su mənbələrinə vurulan zərərləri hesablamaq üçün işğal olunmuş ərazilərdən axan çaylar, göllər, su anbarları yeraltı suların həcmini, həmin su mənbələrinin su ilə təmin oluna biləcək torpaqlardan alınan məhsulun həcmini, həmçinin çayların hidroenerji potensialını, eyni zamanda suların canlılar aləmindən və s. gələcək gəlirləri hesablamaq lazımdır.
Faktiki olaraq yuxarıda göstərilənlərən biri işğal olunmuş ərazilərdə yerləşən Sərsəng su anbarıdır ki, bu anbarın istifadəsindən məhrum olma nəticəsində dəyən zərəri hesablamaq üçün 2 əsas yanaşmadan istifadə etmək olar: enerji istehsalı və suvarma məqsədli istifadə.
Enerji istehsalı baxımından yanaşdıqda. Nəzərə alsaq ki, işğaldan əvvəli illərdə Sərsəng SES-də il ərzində 125 mln kvt saat istehsal olunurdu. Azərbaycan Respublikasının Tarif ( Qiymət) Şurasının qərarına görə 2016-cı ilə qədər 1 kvt saat elektrik enerjisinin pərakəndə satış qiyməti 0.06 manat, 2016-cı ildən etibarən isə0.07 manat təşkil edir. Bu nöqteyi nəzərdən işğal nəticəsində enerji istehsalı baxımından yanaşdıqda dəyən zərər :
125 mln kvt.saat/il x 0.06 man = 7.5 mln manat/il
təşkil edəcəkdir. İşğal müddətində dəyən zərər isə ( 2016-cı ilə qədər):
7.5 mln manat/il x 22 il = 165 mln manat
olacaqdır.1 kvt.saat elektrik enerjisinin qiymətini 0.07 manat olduğunu nəzərə aldıqda isə dəyən zərər:
125 mln kvt.saat/il x 0.07 man = 8.75 mln manat/il
8.75 mln manat/il x 3il= 26.25 mln manat
təşkil edəcəkdir. Beləliklə, enerji istehsalı nöqteyi nəzərindən dəyən zərərin işğal müddətində ümumi həcmi:
165 mln manat + 26.25 mln manat = 191.25 mln manat
olacaqdır.
Əkin torpaqlarının suvarılması nöqteyi nəzərindən yanaşdıqda isə, nəzərə alsaq ki, Sərsəng su anbarı 120 000 əkin sahəsinin suvarılmasını təmin etmək üçün layihələndirilmişdir, bu səbəbdən dəyən zərər:
120 000 ha əkin sahəsi x 220 kq/ha məhsul/il x 0.25 manat.kq = 6 600 000 manat/il
6.6 mln manat/il x 25 il = 165mln manat
təşkil edər. Beləliklə, Sərsəng su anbarından istifadədən məhrum olma nəticəsində dəyən ümumi dəyən zərər :
165 mln manat + 191.25 mln manat = 356.25 mln manat
təşkil edər.
Ümumiyyətlə, gəlirlik nöqteyi nəzərdən yanaşmaya əsasən su mənbələrinə dəyən zərərləri dolayı yolla hesablamaq mümkündür. Beləki, bunun üçün aşağıdakı düsturdan istifadə etmək lazımdır(1.6):
Zd = ΔGx/(Rf-İ) (1.6)
İşğal olunmuş ərazilərin çaylarının suyundan 350 mln m3/il-i ərazilərin suvarılmasında istifadə edilir. Azərbaycan Respublikasının Tarif(qiymət) Şurasının 2007-ci il tarixli qərarına görə suvarmada istifadə olunan suyun 1000 m3-ə görə qiymət 0.50 manat müəyyən olunmuşdur. Bu hesabla
ΔGx- təbii ehtiyata dəyən zərər nəticəsində itirilən xalis gəlir- 350 mln m3/il x 0.50 manat = 175 mln manat/il, Rf – risksiz faiz dərəcəsi- 6%, İ-uzunmüddətli orta inflyasiya- 3.06%. Beləliklə, işğal müddətində çayların suyundan məhrum olma nəticəsində dəyən zərərin həcmi:
Zd= ΔGx/(Rf-İ)=175 mln manat/il /(6%-3.06%)= 59.5 mln manat/il
59.5 mln manat/il x 25 il = 1487.5 mln manat
Beləliklə, Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğal olunması və işğal müddətində ölkə iqtisadiyyatına faydalı qazıntılar nöqteyi nəzərindən 82006.8 mln manat, meşə ehtiyatı nöqteyi nəzərindən 651,9 mln manat, torpaq ehtiyatı nöqteyi nəzərindən 19 763,82 mln manat, su ehtiyatı nöqteyi nəzərindən 1843.75 mln manat zərər dəymişdir [5].
Dostları ilə paylaş: |