İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»



Yüklə 1,63 Mb.
səhifə14/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Azerbaijani territory occupied by Armeni-56806476

Cədvəl 2.5

İşğal müddəti ərzində müxtəlif təyinatlı torpaq sahələri üzrə dəyən zərərlər[5]



Sıra №

Torpaq sahələrinin təyinatı

Sahəsi, hektar

Orta illik icarə qiyməti,

Manat


Bazar dəyəri, manat/il

İşğal dövründə dəyən zərər, manat

1.

əkinə yararlı torpaqlar

183 242 ha

3846 man./ha



704748732 manat/il

17 618, 72 mln

2.

çoxillik əkin sahələri

46 993 ha

300manat/ha

14 097 900 manat/il

352, 45 mln manat

3.

biçənəklər

17 736 ha

300 manat/ha

5 320 800 manat/il

133.07 mln manat

4.

örüşlər

240 519 ha

250 manat/ha

85 129 750 manat/il

212,82 mln manat

5.

dincə qoyulmuş

7 120 ha


250 manat/ha

1 780 000 manat/il

44.5 mln manat

6.

Kolluq sahələri

38 971 ha

150 manat/ha

5 845 650 manat/il

146.14 mln manat

7.

yararsız sahələr

334 966 ha

150 manat/ha

50 244 900 manat/il

1256, 12 mln manat

Cəmi:

19 763,82 mln manat




    1. İşğal olunmuş ərazilərin ekoloji şəraitinə vurulan zərərlərin iqtisadi- coğrafi nəticələri

Dövlət ərazilərimizin Ermənistan tərəfindən işğal edilməsinin ölkəmizə vurduğu zərərlərə, ətraf mühit və ekoloji şəraitin dəyişməsi ilə meydana gələn zərərlər də daxildir.

Əvvəlcə bir şeyi aydınlaşdırmaq lazımdır ki, ətraf mühit dedikdə insanı əhatə edən canlı və cansız mühit, ekoloji şərait dedikdə isə ekoloji sistemin vəziyyətidir və ekoloji şəraitin dəyişməsi, tarazlığın pozulması, biotik birliklərin davamlılığı və özününizamlama qabiliyyətinin pozulması nəticəsində baş verir. Ekoloji tarazlığın qorunması isə insan həyatı üçün böyük əhəmiyyətə sahib olduğu kimi, əks təqdirdə də böyük zərərlərə səbəb ola bilir.

İşğal altında qaldığı müddət ərzində torpaqlarımızın təbii sərvətlərinə vurulan zərərlər haqqında əvvəlki bölmədə məlumat verilmişdi. İndi isə həmin sərvətlərin talanması zamanı ətraf mühit və ekoloji şəraitə vurulan zərərlər, bu prossesin iqtisadi-coğrafi nəticələri haqqında məlumatlara nəzər salaq.

İşğal edilmiş ərazilərdə baş verdən ekoloji problemlər əsasən, su mənbələrinin çirkləndirilməsi, təbii ehtiyatlardan düzgün istifadə edilməməsi, həmin ərazilərdə yanğınların törədilməsi, ərazilərin radioaktiv çirklənməsi şəklində təzahür edir.

Su mənbələrinin çirkləndirilməsi. İşğal edilmiş ərazilərdə mövcud olan çaylar, göllər, su anbarları, kanallar və s. sadəcə həmin ərazilərin deyil ətraf ərazilərin də ekologiyasında vacib rol oynayır. Ermənistan ərazisindən gün ərzində Araz çayına 2.1 mln m3 çirkli su axıdılır. Bu ərazilərin çay suları ilə çirkəndirilməsi əsasən Ermənistan ərazisindən ölkəmizə daxil olan Oxçuçay, Bazarçay, Bəsitçay, Qarqarçay, Xonaşen, Həkəriçay, Köndələnçay, Tərtərçay və Xaçınçay çayları ilə həyata keçirilir. Xüsusilə Ermənistan ərazisində yerləşən filiz mədənlərinin tullantıları ilə çirklənmiş Oxçuçayda vəziyyət daha ağırdır.

Ermənistan ərazisində yerləşən Qacaran və Qafan şəhərlərinin eləcədə kəndlərin, təsərrüfat obyektlərinin bioloji çirkli suları, eyni zamanda Qafan mis filizsaflaşdırma və Qacaran mis-molibden kombinatlarının çirkli suları təmizlənmədən Zəngilan rayonunun Şərikan kəndi yaxınlığından Oxçuçaya axıdılır. Bu çayın ölkəmiz ərazisindəki 43 km-i və su toplayıcı hövzəsinin 455 km2-i daim çirklənməyə məruz qalır. Bu isə çay suyunun əvvəlcədən mövcud olan mikroflora və faunasının məhvinə, eyni zamanda öz-özünü təmizləmə funksiyasının dayanmasına səbəb olmuşdur.

Uzunluğu 62 km olan, qərbdən şərqə doğru axan Xonaşen çayı keçmiş Martuni rayonunun 200-300 m yaxınlığında yerləşən hissəsində sözügedən rayonun mərkəzi xəstəxanasının çirkli tullantıları və həmin ərazidə mövcud olan heyvandarlıq komplekslərinin tullantıları ilə çirkləndirilir. Onu da əlavə etmək lazımdır ki, bu çayın qarşısı fermerlər tərəfindən kəsilərək kiçik göl yaradılmışdır və həmin su mənbəyindən içməli su kimi və digər məqsədlər üçün istifadə edilir. Bu mənbədən götürülmüş suyun ekoloji-sanitar yoxlanması zamanı suda mikropların həddən çox olduğu meydana çıxmışdır. Çayda yağıntılar zamanı suyun miqdarı artır, və miqdar artdıqca çirkli suyun həcmi də artır. Nəticə etibarı ilə çayın suyu axaraq Köhnə Xanqızı ( Orcenikidze) kanalına tökülür.

İşğal olunmuş ərazilərdən axan Qarqarçay əsasən yağış və qar suları ilə qidalanır və bu çay Ağdam, keçmiş Əsgəran rayonları və Xankəndi şəhərinin, eyni zamanda digər yaşayış məntəqələrinin çirki tullantıları ilə çirkləndirilir. Bildiyimiz kimi çay sularının çirkləndirilməsi də öz növbəsində atmosfer və torpağın çirkləndirilməsinə təsir edir.

Bundan başqa Füzuli rayonunun Aşağı Veysəlli və Ağburun yaşayış məntəqələri yaxınlığında axan Qarasu çayı da ermənilər tərəfindən çirkləndirildiyi üçün məişətdə istifadə edilməsi mümkün deyildir. Füzuli rayonu ərazisindən axan Quruçay və Köndələnçay çaylarının suyunun ermənilər tərəfindən çirkləndirilməsi, həmin çayların suyundan istifadə edən əhalinin bədənində dəri xəstəliklərinin yaranmasına səbəb olmuşdur.

Digər bir acınacaqlı vəziyyətdə olan çaya Ermənistan və İranla sərhəddə axan və Azərbaycanın ən böyük çaylarından olan Araz çayıdır. İşğal edilmiş ərazilərdən axan bir çox irili xırdalı çayların ağır metallarla (sink, manqan, mis, molibden, kobalt, kadmium, ümumi xrom, arsen, civə və s) çirklənmiş sularının Araza axması onun suyunun fiziki və biokimyəvi tərkibinin dəyişməsinə səbəb olmuşdur. Belə ki, Daştakert mis-molibden kombinatının çirkab suları Bərgüşadçaya, Qafan mis-molibden kombinatının və Zəngəzur şəhərinin dağ-filiz sənayesi müəssisələrinin mis-molibden emalı zavodunun tullantıları Oxçuçaya və nəticə etibarı ilə Araza axıdılır. Bu səbəbdən də, çayda suyun pH göstəricisi – turşuluğu 2.4-ə enmiş, çayda əvvəllər qeydə alınmış olan 21 balıq növündən 5-nin məhv olması ortaya çıxmış, çayda mikroflora 180-200 dəfə azalmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə 2015-ci ilin sentyabr ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Sentyabr ayının I on günlüyündə Kür çayında suyun sərfi avqust ayının III on günlüyünə nisbətən 15 m3/san artaraq 124 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.6, Ağstafaçayda 4.3, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.3, I Şahsevəndə 2.7, Bəhramtəpədə isə 2.2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.74-7.43 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib [5]. Sadəcə işğal edilmiş ərazilərdən deyil Ermənistanla sərhəddə yerləşən çaylar vasitəsilə də ekoloji təcavüz həyata keçirilir. Belə ki, Ermənistanın İcevan rayonunda yerləşən tütün fermentasiya, dəri aşılama fabrikinin, bentonit, yağ-pendir zavodunun, iki şərab kombinatının, həmçinin Dilicanda yerləşən hərbi zavodun/KOD radio/ sənaye və məişət çirkab suları Ağstafaçay su anbarını qidalandıran çaya axıdılır. Bu barədə Qazax rayonun Cəfərli kənd sakinləri anbarın suyundan istifadə edə bilməmələrini bildirmişlər.

Digər çirklənməyə məruz qalan çay başlanğıcını Murov dağından götürən , işğal olunan və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən İnciçaydır. 19 noyabr 2010-cu ildə İnciçayda suyun kəskin çirklənməsi müşahidə edilmişdir. Belə ki, Tapqaraqoyunlu kəndi əhalisinin yeganə su mənbəyi olan İnciçayda gündüz saat 14:00-15:00 radələrindən başlayaraq çay suyunun qatı köpüklə axdığı müşahidə olunub və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə (Goranboy, Naftalan, Samux, Daşkəsən, Göygöl) məlumat verilib. Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət operativ qrup yaradılıb və qrup tərəfindən qısa müddət ərzində həmin su obyektində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görülüb. Götürülmüş su nümunələrində zərərli kimyəvi maddələr üzrə nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər aparılıb və nəticədə çay suyunun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınıb. Təhlillər göstərir ki, hidrokarbonatlı su qrupundan olan İnciçayın suyunda hidrogen göstəricisi kəskin enərək qələvi mühitdən turş mühitə keçmiş, suyun oksigen rejimi xeyli pozulmuşdur. Zərərli çirkləndiricilərdən olan səthi aktiv sintetik üzvi maddələrin (detergentlərin), azot birləşmələrinin, əsasən də ammonium və metal birləşmələrinin miqdarı normadan dəfələrlə çox olub [29].

Bildiyimiz kimi, Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28%-i Ermənistanın və 10%-i Azərbaycanın payına düşür (şəkil 2.3).
Mənbə: [5]

Şəkil 2.3. Cənubi Qafqazın ümumi şirin su ehtiyatının ölkələr arasında bölgüsü,

faizlə

Ümumiyyətlə ölkəmizin qərb ərazisindən axan çayların əksəriyyəti öz başlanğıcını Ermənistan və onun işğal etdiyi ərazilərdən götürür. Bu da ermənilərin ölkəmizin əhalisinə, ərazisinə, iqtisadiyyatına qarşı terrror-təxribat əməllərini həyata keçirməsinə zəmin yaradır. Ölkəmizin ərazisinin ¾ hissəsi Kür çayı hövzəsinin aşağı nahiyyəsində yerləşdiyini nəzərə alarsaq problemin nə qədər ciddi olduğunu anlamaq çətin deyildir. Yuxarıda sadaladıqlarımıza əsasən ermənilər tərəfindən hər il Kür çayına kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 mln m3 su kütləsi axıdılır.



Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 122 saylı, 3 mart 1992-ci il tarixli Qərarına əsasən nəzərdə tutulan normalar aşağıdakı cədvəldə qeyd edilmişdir(cədvəl 2.6.)

Cədvəl 2.6

Ətraf mühitə atılan müxtəlif dərəcəli tullantılara görə tətbiq edilən cərimələr[30]



Sıra



Tullantı növləri

1 ton tullantının yerləşdirmək üçün tələb olunan ödəmə normativi (manat)

1.

I dərəcəli– fövqəladə təhlükəli tullantılar

1500

2.

II dərəcəli– yüksək təhlükəli toksik tullantılar

1000

3.

III dərəcəli – orta təhlükəli toksik tullantılar

500

4.

IV dərəcəli – az təhlükəli toksik tullantılar

250

5.

Qeyri-toksik tullantılar

50

QeydAtmosferi və su mənbələrinin mühafizəsini təmin edən xüsusi quraşdırılmış yerlərdə (poliqonlarda) anbarlaşdırılan tullantılara görə ödəmələr tutulmur.

Cədvəldən aydın olduğu kimi qeyri-toksik tullantılara tətbiq edilən cərimələr 50 manat/ton olaraq qiymətləndirilir. Beləliklə 1 il ərzində atılan tullantıların ödəmə məbləği:

350 mln m3/il ( suyun həcm çəkisi 9810 N/m3) x 50 manat/ton= 17167.5 mln manat/il

olacaqdır. Bu tullantıların təxminən 50% mexaniki və 80% bioloji təmizlənməsi üçün 0.43 manat/m3 vəsait lazımdır. Buradan belə qənaətə gəlmək olar ki, çaylarda tullantıların təmizlənməsi üçün tələb olunan vəsaitin miqdarı aşağıdakı kimi hesablanır:

350 mln m3 x 0.43 manat/m3= 150.5 mln manat/il

Beləliklə dəymiş zərərin ümumi həcmi 17318 mln manat təşkil edir.

Təbii sərvətlərdən düzgün istifadə olunmaması. Təbii sərvətlərdən istifadə etmək üçün əvvəlcə bir sıra prosseslərin yerinə yetirilməsinə diqqət yetirmək lazımdır. Belə ki, hər hansı bir ərazidəki təbii ehtiyat yatağında hasilat aparmazdan əvvəl həyata keçiriləcək layihə çərçivəsində Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) aparılmalı, görüləcək işlər haqında ictimaiyyətə məlumat verilməli və hesabatın ilkin ictimai müzakirəsi keçirilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində Elmi-Texniki Şurada yekun hesabat razılaşdırılmalıdır. Yekun hesabatda isə layihənin həyata keçiriləyi ərazidə ətraf mühitin mövcud durumu, eyni zamanda sosial durum haqqında baza məlumatları, həmçinin layihənin meydana çıxara biləcəyi birbaşa və dolayı ekoloji, sosial-iqtisadi təsirlər, bu təsirlərinazaldılması üçün həyata keçiriləbiləcək tədbirlər və s. öz əksini tapmalıdır. Bundan başqa hesabatda torpaqlardan istifadə, yerüstü və qrunt sularının, havanın keyfiyyəti, sosial-iqtisadi aspektlər, mədəni irs üzrə qiymətləndirmələr aparılmalıdır. Lakin işğal edilmiş ərazilərdə yerləşən təbii ehtiyatların istismarı zamanı yuxarıda sadalanan tədbirlərin heç biri həyata keçirilmir.

Müasir dövrdə qızıl yataqlarının istismarı zamanı qabaqcıl və yeni texnologiyalardan istifadə edilir. Qızıl yataqlarının əksəriyyətində hasilat prossesi mürəkkəb sionlaşma pirometallürgiya texnologiyası ilə həyata keçirilir. Bu zaman kimyəvi reogentlərlə yanaşı, çox zəhərli olan sulfat turşusunun kalium-natrium sionidindən istifadə edilir. Bu səbəbdən də qızıl yataqlarının istismarı zamanı ətraf mühitin mühafizəsinə diqqət yetirmək, xüsusilə filizsaflaşdırma müəssisələrinin düzgün yerləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır.

Lakin Ermənistan tərəfindən istismar edilən Söyüdlü(Zod) yatağının istismarı zamanı filizsaflaşdırma fabriki Basarkeçər rayonu ərazisində deyil yataqdan 280 km uzaqda Araz çayı yaxınlığında Vedi rayonunun Dəvəli kəndində tikilmişdir. Həmin kəndin adını dəyişərək Ararat qəsəbəsi, zavodu isə Ararat qızılsaflaşdırması zavodu adlandırılmışdır. Bununla da Arazın çirklənməsi daha da artmışdır.

İşğal olunmuş ərazilərdə ətraf mühitin ekoloji problemlərindən daha biri Sərsəng su anbarınınn çirkləndirilməsi ilə bağlıdır. Belə ki, erməni jurnalist Armine Narinyan tərəfindən Facebook sosial şəbəkəsində Sərsəng su anbarında balıqların kütləvi ölümü haqqında xəbər paylaşıb və bu barədə ölkənin “Lragir” qəzeti məlumat yayıb. Balıqların məhv olmasına isə Drombon( Qızılbulaq) yatağında Base Metals şirkətinin emal zamanı sianidləri çaya axıdması səbəb olduğu qeyd edilir və ətraf kəndlərdə yaşayan əhali də bu faktı təsdiq edib. Lakin şirkətin direktoru Drombon yatağında ehtiyatların tükənmək üzrə olduğunu və 2015-ci ildə artıq Ağdərədə yerləşən Saxşaken (Mehmana) adlı yatağın istismarına başlamağı planlaşdırdıqlarını bildirib.

Digər bir ekoloji təcavüzə məruz qalan təbii sərvət torpaqlarımızdır ki, ermənilər tərəfindən istismar edilir. II fəslin I bölməsində də qeyd etdiyim kimi işğal edilmiş 20% torpağımızın 183242 hektarı əkinə yararlı, 94275 hektarı suvarılan, 46993 hektarı çoxillik əkin sahələri, 17736 hektarı biçənəklər, 240519 hektarı örüş, 7120 hektarı dincə qoyulmuş və s. torpaqlardır (Şəkil 2.4) [5].

Hazırda ermənilər tərəfindən istifadə edilən əkin sahələrindən başqa bütün əkin sahələri məhv edilmişdir, istifadə edilməyən ərazilərdə gəmiricilər, ziyanverici həşəratlar, sünbülqıranlar çoxalmış, eyni zamanda əkilib-becərilməyən torpaqlarda alaq və yabanı otlar çoxalmışdır. Bu da ətraf ərazilərə yayılaraq təsərrüfatlara ziyan vurur.

Bundan başqa torpaqların ekoloji problemlərindən ən başlıcası Ermənistan ərazisində fəaliyyət göstərən Mestamor AES-in radioaktiv tullantılarının işğal edilmiş ərazilərdə basdırılmasıdır ki bu da torpaqların radioaktiv çirklənməsinə səbəb olur.

Mənbə: [5]

Şəkil. 2.4. İşğal edilmiş 20% ərazinin kənd təsərrüfatı təyinatına görə

bölgüsü(%-lə)

Həmçinin döyüş mövqelərində yerləşən texnikaların hərəkəti torpağın quruluşuna zərər yetirir, torpağın üst qatında dərin izlər, şırımlar, lağımlar yaranır, bundan başqa ermənilər hərbi texnikanı və şəxsi heyəti saxlamaq üçün səngərlər, xəndəklər, oyuqlar inşa edirlər. Onlar istehkam qurğuların qurulması zamanı və hərbi təlimlər zamanı partlayıcı maddələrdən istifadə edirlər ki, nəticədə torpağın üst qatı yararsız hala düşür və əvvəlki halına qayıtması üçün uzun müddət zaman və əlavə vəsait lazım olur.

İşğal edilmiş ərazilərdə yanğınların törədilməsi. Təbiətin məhv olmasına səbəb ola biləcək ən sərt ekoloji hadisələrə yanğınları misal göstərmək olar. Əgər bu hadisə insanlar tərəfindən şüurlu şəkildə törədilirsə, bunu böyük ekoloji təcavüz kimi qiymətləndirmək olar.

Ərazidə baş verən yanğınlar zamanı torpağın üst münbit qatı, bitki florası məhv olur, ərazinin rəngi qara olur, bu da öz növbəsində səthin albedosunun - əks olunan günəş radiyasiyasının azalmasına səbəb olur. Nəticədə sutkalıq temperatur amplitudası artır bunun bərpası üçün isə uzun müddət tələb olunur. Eyni zamanda bitki florasının məhv olması torpaq səthi ilə atmosfer arasındakı turbulent mübadilənin pozulmasına bu da mikroiqlimə mənfi təsir edir.

Bikti örtüyünün məhv olması evatranspirasiyanın (bitki və torpaqdan birlikdə buxarlanma) azalmasına, torpağın üst qatından daha çox buxarlanmaya səbəb olur. Nəticədə torpaq səthi quruyur, eroziyaya meyilli olur, əgər torpaqda suvarma və şumlama aparılmazsa eroziya daha da güclənir.

Ermənilər tərəfindən işğal edilmiş ərazilərdə - Füzuli, Xocavənd, Ağdam, Tərtər, Cəbrayıl, həmçinin Qazax, Ağstafa və Tovuz rayonları ərazisində, Arazboyu Dövlət Təbiət yasaqlığında işğal dövrü, xüsusilə də 2006-2011-ci illərdə törədilən yanğınlar geniş ərazilərdə baş verdiyindən ərazinin mikroiqliminə böyük təsir etmişdir.

Kütləvi şəkildə baş verən yanğınlar sadəcə torpaq örtüyünə təsir etmir, eyni zamanda atmosferə də zərərli maddələrin atılmasına və fauna növlərinə də mənfi təsir göstərir. Belə ki, yanğından qurtulan fauna növləri ekoloji sistemin başqa hissəsinə köç edir, bu da həmin ərazidə fauna növləri arasında yaşam mübarizəsinin intensiv xarakter almasına, təbii komponentlər arası əlaqənin pozulmasına səbəb olur.

Onu da qeyd etmək lazımdır ki, işğal edilmiş ərazilərin ekoloji sistemi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən fauna və flora növlərinin 40%-ni əhatə edir. Bu səbəbdən də yanğın hadisələrinə səssiz qalınmamalıdır.

Son illərdə xüsusəndə 2014-ci ilin may-sentyabr aylarında Ermənistan tərəfindən Tərtər, Füzuli, Ağdam və cəbhə xətti boyunca Beyləqan rayonu ərazilərində 400 ha-dan çox biçilməmiş taxıl sahələri yandırılmış, 30 ha-dan çox kol-kos sahələr sıradan çıxmışdır. Ümumilikdə 2006-cı ildən başlayaraq 110 min ha-dan çox münbit torpaqlar yandırılaraq sıradan çıxarılmışdır.

İşğal edilmiş ərazilərin radioaktiv çirklənməsi dedikdə torpağın, havanın, su mənbələrinin, bitki-heyvanat aləminin və s. nüvə partlayışı eləcədə AES-lərdə havaya buraxılan buludlardan enən radioaktiv maddələrlə təhlükəli dərəcədə ciddi təsirə məruz qalmasıdır.

Azərbaycan Respublikası sərhədləri daxilində ionlaşdırıcı şüa mənbələrindən istifadə zamanı şüalanmanın aşağıdakı gigiyenik normativlərinə diqqət yetirilir:


  • əhali üçün il ərzində yol verilən doza 0.001 zivert(zv- ekvivalent dozanın güc vahidi olub, 1 kq maddənin 1 saniyədə udduğu enerji) qəbul olunmuşdur.

  • İnsan üçün bütün həyatı dövründə (70 il) yol verilən doza 0.07 zivert qəbul olunur.

  • Ardıcıl 5 il ərzində orta illik yol verilən doza 0.001 zivertdən artıq olmamalıdır [31].

Hələlik heç bir ölkədə demək olar ki, radioaktiv çirklənmənin qarşısını ala bilən xüsusi qurğunun quraşdırılmasına nail olunmamışdır.

Ölkəmiz üçün ən çox radioaktiv çirklənmə təhlükəsi yaradan obyekt Ermənistanda yerləşən, Türkiyənin Qars ərazisindən 100 km, İğdırdan 10 km mesafede yerləşən Metsamor AES-dir. Bu AES ötən əsrin 70-ci illərinin texnologiyası ilə 1979-cu ildə istifadəyə verilmişdir. 1988-ci ildə Spitakda baş verən güclü zəlzələdən sonra zərər görərək fəaliyyətini dayandırmış, 1995-ci ildə yenidən fəaliyyətə başlamışdır.

AES-lərdən istifadə zamanı radioaktiv tullantılar meydana çıxır ki, bu tullantılar təhlükəsiz yerlərə daşınaraq yer altında basdırılır. Metsamor AES-da meydana çıxan nüvə tullantıları da SSRİ dövründə təhlükəsiz yerlərə daşınaraq basdırılırdı. Bu gün isə həmin tullantılar işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. Hətta son məlumatlara görə ermənilər artıq radioaktiv tullantılantıların basdırılması üsulundən imtina edərək tullantıları adi şəkildə yerləşdirirlər. Onu da qeyd etmək lazımdır ki, AES-in istehsal gücü günlük 9 mln kVt/saat-dır və buna baxmayaraq onun tullantıları saxlamaq üçün anbarı yoxdur. Bu da tullantıların işğal edilmiş Azərbaycan respublikası ərazilərində basdırılması faktlarını doğrulayır.

7 may tarixi, 2002-ci il AŞPA-ya təqdim olunan 9444 saylı sənəddə deyilirdi: - “Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrindən biri də Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilən torpaqlarda, Qarabağ dağlarında və Azərbaycan Respublikasının digər yeddi rayonunda nəzarət edilməyən nüvə zonalarının yaradılması olmuşdur ki, bu da bütün Cənubi Qafqaz regionu üçün ciddi təhlükə törədir. Qeyd edək ki, işğal edilən əra-zidə 29 nüvə mərkəzi var. Bu sahədə radiasiya və nüvə tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir”[ 5]. Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 9-cu fəsil, 76-cı maddəsinin bəndlərinə əsasən:

Maddə 76. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol veriləbilən normativlərdən artıq olması

76.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə ‐vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir.

76.2. Ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə ‐ vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək miqdarda cərimə edilir[6]. Buradan, tullantıların ətraf-mühitə atılmasına görə ödəniləcək cəriməni illik hesablasaq:

12 500 manat/gün x 365 gün/il = 4 562 500 manat

İşğal dövründə dəyən zərər isə 114 062 500 manat təşkil edir.

Beləliklə, işğal olunmuş ərazilərdə ermənilərin ekologiyaya vurduğu zərərlərin coğrafi aspektləri və miqdarını müəyyən etməyə çalışdıq. Ancaq məlumdur ki, ekologiyaya vurulan zərərlərin iqtisadi baxımdan dəqiq hesablanması mümkün deyildir, çünki ekologiyanın çirklənməsi kompleks zərurət daşıyır. Məsələn, su mənbələrinin çirklənməsi həmin mənbələrlə suvarılan torpaqların çirklənməsinə, eyni zamanda suda yaşayan canlıların məhv olmasına və s. səbəb olur və bütün bu halların iqtisadi cəhətdən qiymətləndirilməsi çox mürəkkəb xarakter daşıyır.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə