İxtisasın şifri və adı: 060406 – statiSTİka kurs: III qrup: 2772 Elmi rəhbər: İqtisad üzrə fəlsəfə doktoru Yusifov Y. X. Magistr proqramının rəhbəri: Dos. V. E. Teymurova Kafedra müdiri: Prof. S. M. Yaqubov baki 2016 m ü n d ə r I c a t



Yüklə 0,8 Mb.
səhifə3/32
tarix27.12.2023
ölçüsü0,8 Mb.
#163853
1   2   3   4   5   6   7   8   9   ...   32
ibad farida

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
- sosial - iqtisadi proseslərin statistik təhlilində Milli Hesablar Sisteminin yeri və rolu müəyyənləşdirilmişdir,
-ölkədə institusional fəaliyyətin cari vəziyyəti statistik təhlil edilmiş və onun inkişaf xüsusiyyətləri müəyyənləşdirilmişdir,

  • rəsmi statistikanın məlumatları əsasında gəlirlər axını statistik təhlil edilmiş və inkişaf meylləri aşkar edilmişdir,

  • mühüm makroiqtisadi göstəricilərin formalaşmasında ÜDM rolu müəyyənləşdirilmişdir,

- regional Ümumi Daxili Məhsulun həcminin qısamüddətli proqnozu verilmişdir,
- beynəlxalq asperktdə iqtisadi inkişafa ÜDM təsiri qiymətləndirilmişdir.
Magistr işində elmi yenilik olaraq onu qeyd etmək istərdim ki, qoyulan məsələlərin düzgün həlli üçün maliyyə ehtiyatlarının və onu təşkil edən elementlərin mahiyyətinə, məqsəd və istifadə edilmə mexanizminə sistemli yanaşmaq vacib olduğu qədəri ilə, respublikamızda şəffaf büdcə sisteminin yaradılması üçün səmərəli fəaliyyət göstərən büdcə orqanlarına malik olan xarici dövlətlərin təcrübəsinin öyrənilməsinin böyük əhəmiyyəti vardır.
Magistr dissertasiyanın quruluşu və həcmi. Dissertasiya giriş,üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısıdan ibarətdir. Onun ümumi həcmi 92 səhifədir. İşdə 7 cədvəl və 6 qrafik verilmişdir. İstifadə olunmuş ədəbiyyat siyahısmda 29 adda ədəbiyyat adı vardır.
I Fəsil MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR VƏ MİLLİ HESABLAR SİSTEMİNDƏ ÜDM-un ROLUNUN NƏZƏRİ ƏSASLARI



    1. Ümumi daxili məhsul anlayışı və onun dünya təsərrüfatının inkişafının əsas göstəricisi kimi xarakteristikası

İqtisadi problemlər bilavasitə hər birimizə toxunduğu üçün kütləvi informasiya vasitələri onlara daha çox diqqət ayırırlar. İndiki dövrdə milli və dünya iqtisadiyyatının vəziyyəti haqda statistik məlumatlar olmayan qəzet tapmaq mümkün deyildir. Statistika iqtisadiyyatda məcmu gəliri (ÜDM), qiymətlərin orta artım səviyyəsini (inflyasiya), məşğul olmayan işçi qüvvəsi hissəsini (işsizliyin səviyyəsi), ticarət şəbəkəsində satışların ümumi həcmini (pərakəndə ticarətin həcmi) və digər ölkələrlə ticarətdə uyğunsuzluqları (ticarət balansının kəsri) ölçməyə imkan verir. Bütün bunlar makroiqtisadi göstəricilər adlanır və konkret firmanın yaxud ev təssərrüfatının deyil, iqtisadiyyatın ümumilikdə vəziyyətini əks etdirirlər.
Cəmiyyətin iqtisadi rifahının ən sadə göstəricisi kimi nəzərdən keçirilən ÜDM çox vaxt statistik hesabatlarda istifadə olunur.
Əgər sizə hər hansı bir şəxsin maddi rifahını qiymətləndirmək təklif olunsa siz ilk növbədə onun gəlirlərinə diqqət yetirəcəksiniz. Yüksək gəlirləri olan şəxslər öz təlabatlarının çoxunu ödəmək və yüksək həyat səviyyəsindən (yaxşı yaşayış şəraiti, keyfiyyətli tibbi xidmət, son model avtomobil və bahalı kurortlarda istirahət) həzz almaq imkanına malikdirlər.
İqtisadiyyatın ümumi vəziyyətinin qiymətləndirilməsi zamanı analoji yanaşmanın istifadəsi məntiqə uyğun olardı. Dövlətin iqtisadiyyatının yaxşı, yaxud pis fəaliyyət göstərməsini müəyyən etmək üçün bütün təsərrüfat subyektlərinin gəlirlərinin cəmini tapmağa cəhd etmək təbiidir. Bu problem ümumi daxili məhsulun (ÜDM) müəyyən olunması çərçivəsində həll olunur.
ÜDM eyni zamanda həm bütün təssərrüfat subyektlərinin ümumi gəlirini, həm də istehsal olunan əmtəə və xidmətlərin istehlakının həcminin cəmini ölçür. Belə ikili hesabın mənası ondan ibarətdir ki, hər iki göstərici üst-üstə düşməlidir. Ümumilikdə iqtisadiyyat üzrə gəlirlərin ümumi həcmi xərclərin ümumi həcminə bərabər olmalıdır.
Bu müddəanın məntiqliyi nədən əmələ gəlir? Məsələ ondadır ki, hər bir sövdələşmə aktında iki tərəf: alıcı və satıcı iştirak edir və onlardan birinin xərclədiyi hər dollar, digərinin gəlirinə çevrilir. Məsələn, bağçadakı otları təmizləmək üçün Karen Duquya 100$ ödədiyi situasiyanı nəzərdən keçirək. Bu zaman Duqu xidmətin satıcısı, Karen isə alıcısı kimi çıxış edir. Tərəflərin sövdələşməsi xərclərin və gəlirlərin ümumi həcminə eyni məbləği əlavə edir və nəticədə ÜDM 100$ artır.
Sadələşdirilmiş iqtisadi modeldə pullar fasiləsiz olaraq ev təssərrüfatlarından firmalara və əksinə dövr edirlər, ÜDM isə ya ev təssərüfatlarının xərclərinin cəmi kimi, yaxud istehsal amillərinin ödənilməsi üzrə firmaların xərclərinin cəmi kimi ölçülür. İqtisadiyyatın belə şərhi zamanı bir tərəfin xərcləri bütövlükdə digər tərəfin gəlirlərinə çevrildiyi üçün ÜDM-un ölçüləri onun hesablanması üsullarından asılı deyildir.
ABŞ-ın ticarət nazirlyi üç aydan bir ÜDM haqqında məlumatları təqdim etdikdə hesabatlarda gəlirlərin bəzi digər göstəriciləri də istifadə olunur. Bu göstəricilər bir-birindən hesablanma üsulları ilə fərqlənirlər. Onlardan ən mühüm üçü aşağıdakılardır.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə