İxtisasın şifri və adı: 060406 – statiSTİka kurs: III qrup: 2772 Elmi rəhbər: İqtisad üzrə fəlsəfə doktoru Yusifov Y. X. Magistr proqramının rəhbəri: Dos. V. E. Teymurova Kafedra müdiri: Prof. S. M. Yaqubov baki 2016 m ü n d ə r I c a t



Yüklə 0,8 Mb.
səhifə4/32
tarix27.12.2023
ölçüsü0,8 Mb.
#163853
1   2   3   4   5   6   7   8   9   ...   32
ibad farida

Xalis milli məhsul (XMM) amortizasiya (avadanlıqların və istehsal binalarının köhnəlmə dəyəri) xərclərinin məbləğini çıxmaqla ölkə vətəndaşlarının ümumi gəlirlərini ifadə edir. Ticarət Nazirliyinin hesabatlarında amortizasiya ayırmaları «əsas fondların istifadəsi» kimi nəzərə alınır.
Şəxsi gəlir – bütün ev təssərrüfatları və şəxsi qeyri -səhmdar müəssisələrin gəlirlərinin cəmi kimi müəyyən olunur.
ÜDM və XMM –dən fərqli olaraq bölüşdürülməmiş gəlirlər, yəni səhmdarlara dividendlər ödənildikdən sonra müəssisələrin ixtiyarında qalan səhmdar cəmiyyətlərin mənfəətinin bir hissəsi daxil deyildir. Bundan əlavə burada dövlətin qiymətli kağızlarından əldə olunan faizlər eləcə də dövlət sosial müavinətləri də nəzərə alınır.
Sərəncamda qalan şəxsi gəlir – dövlət qarşısında bütün maliyyə borcları ödənildikdən sonra (vergi və qeyri-vergi ödəmələri (məsələn, lisenziyanın əldə edilməsi)) bütün ev təssərrüfatları və xüsusi qeyri –səhmdar müəssisələrin sərəncamında qalan gəlirlərin cəminə bərabərdir [3].
Məcmu gəlirin müxtəlif göstəriciləri bir-birindən nəzərə çarpacaq dərəcədə fərqlənsələr də onların hər biri ümumilikdə iqtisadiyyatdakı vəziyyəti kifayət qədər obyektiv əks etdirirlər. ÜDM-un artması, yaxud azalması uyğun olaraq digər göstəricilərdə də özünü göstərir, buna görə də iqtisadiyyatın vəziyyətinin təhlili zamanı onlardan hər birinə əsaslanmaq olar.
Ümumi daxili məhsulun hesablanması
İndi isə ÜDM-un mənasını ümumi şəkildə müəyyənləşdirdikdən sonra onun hesablanması üsullarının üzərində dayanaq. Beləliklə, ÜDM-un müəyyənləşdirməsinə qayıdaq.
Ümumi daxili məhsul (ÜDM) müəyyən müddət ərzində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir.
Bu tərif ÜDM-u çox sadə ifadə edir, əslində isə onun hesablanması zamanı ilk baxışda nəzərə çarpmayan problemlər meydana çıxır. Buna görə də əvvəlcə tərifin ayrı-ayrı hissələrini nəzərdən keçirək. ÜDM — istehsalın ümumi həcmini, məcmu buraxılışı xarakterizə edən aqreqasiya göstəricisidir. Onun dəyərinə yalnız rəsmi bazar sövdələri, yəni alqı-satqı prosesini keçmiş və rəsmi olaraq qeydiyyatdan keçmiş sövdələr daxil edilir. Ona görə də ÜDM-ə aşağıdakılar daxil edilmir:

  • insanın əməyi öz üzərinə götürməsi (insan özünə ev tikir, mənzilini təmir edir, sviter toxuyur, televizorunu və ya avtomobilini təmir edir, saçını düzəldir və s.);

  • təmənnasız əmək (məsələn, dost yardımı – qonşunun hasarını tikmək, dost üçün təmir və s.);

Kölgə iqtisadiyyatının istehsal etdiyi mal və xidmətlərin dəyəri. Halbuki gizli istehsal olunan məhsulun da satışı bazar sövdəsidir, lakin rəsmi olaraq qeydiyyatdan keçmir və milli statistika və vergi orqanları tərədindən uçota alınmır. Kölgə iqtisadiyyatına təkcə qeyri-qanuni fəaliyyət növlərini (məsələn, narkobiznes) deyil, həm də tamamilə leqal, lakin mənfəəti vergilərdən yayınan növlər də aid edilir. Bu sektorun istehsal həcmi inkişaf etmiş ölkələrdə məcmu buraxılışın üçdə bir hissəsindən yarısına qədərini təşkil edir. Kölgə iqtisadiyyatının payının qiymətləndirilməsi birbaşa hesablama metodları mövcud olmadığından dolayı metodlardan istifadə olunur ki, bunlara rəsmi istehsalı təmin etmək üçün zəruri olduğundan artıq elektrik enerjisinin əlavə sərfi və rəsmi sövdələrə xidmət üçün lazım olduğundan artıq miqdarda pul xərclənməsi kimi aiddir.
Ümumi daxili məhsul konkret zaman vahidi, adətən bir il, yaxud rüb ərzində istehsal olunan məhsulun kəmiyyətini əks etdirir.
Dövlət ÜDM-un rüb üzrə göstəricisini elan etdikdə adətən onun ölçüsü «illik hesablanma» ilə verilir. Bu o deməkdir ki, təqdim olunan rəqəmlər 3 ay ərzində bütün xərclərin və gəlirlərin məbləğinin 4 mislini əks etdirir. Belə yanaşma rüblük və illik ÜDM-un rəqəmlərinin daha əyani tutuşdurulması üçün istifadə olunur. Bundan əlavə bir rüb üzrə ÜDM-un səviyyəsi mövsümü düzəlişi nəzərə almaqla təqdim olunur. Mövsümi düzəliş il ərzində əmtəə və xidmətlərin istehsalı və istehlakındakı qeyri bərabərlikləri məsələn, yeni il qabağı satışlar zamanı əhalinin xərcləri ən yüksək həddə çatdığı zaman, aradan qaldırmağa imkan verir. İqtisadçılar və siyasətçilər üçün ölkə ərazisində vəziyyət barədə obyektiv informasiyaya malik olmaq çox vacibdir, buna görə də rəsmi dərc olunan ÜDM-un qiymətinə həmişə mövsümü düzəliş də daxil olunur. Bu şərtə müvafiq olaraq, bu il istehsal olunmayan bütün mallar ÜDM hesablanarkən nəzərə alınmır, belə ki, müvafiq ilin dəyərində artıq nəzərə alınmışdır.
ÜDM konkret dövlətin sərhədləri daxilində istehsal olunan məhsulun dəyərini hesablayır. Əgər Kanada vətəndaşı müvəqqəti ABŞ-da işləyirsə, bu zaman onun əməyinin nəticəsi ABŞ-ın ÜDM-unun bir hissəsi olur. Amerikalı Haitidə fabrik sahibi olursa, bu fabrikin məhsulu ABŞ-ın deyil, həmin ölkənin ÜDM-na daxil olur. Beləliklə, dövlətin ÜDM-una istehsalçının vətəndaşlığından asılı olmayaraq həmin dövlətin ərazisində istehsal olunan bütün əmtəə və xidmətlər daxildir.
ÜDM-a bütün yenidən istehsal olunan əmtəə və xidmətlər daxil edilir və nəzərdən keçirilən dövr ərzində satılmış, lakin keçmişdə istehsal olunmuş əmtəələr çıxarılır.[13] Məsələn, əgər General Motors korporasiyası yeni avtomobil istehsal edir və satırsa onun qiyməti ÜDM-a daxil edilir. Lakin əgər bir nəfər öz köhnə avtomobilini başqasına satırsa sövdələşmənin dəyəri ÜDM-a daxil edilmir.
Bununla ümumi daxili məhsul göstəricisi – ÜDM ( Gross Domestic Product — GDP) ümumi milli məhsuldan – ÜMM-dən ( Gross National Product — GNP) fərqlənir. ÜDM ölkə ərazisində istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar dəyərini əks etdirir. ÜDM müəyyən edilərkən meyar kimi ərazi faktoru çıxış edir. ÜMM isə ölkə vətəndaşlarının onlara məxsus istehsal faktorlarının köməyi ilə istehsal etdikləri bütün mal və xidmətlərin məcmu bazar dəyəridir. ÜMM müəyyən edilərkən meyar kimi milli mənsubiyyət faktoru çıxış edir. İnkişaf etmiş ölkələrin çoxunda ÜDM-in ÜMM-dən fərqi 1%-i üstələmir.
ÜDM kəmiyyətcə ÜMM-dən xaricdən xalis faktor gəlirinin ölçüsü ilə fərqlənir ki, bu da bu ölkənin vətəndaşlarının başqa ölkələrdə milli faktorlardan (iqtisadi resurslardan) istifadə etməklə aldıqları gəlirlə xarici vətəndaşların özlərinə məxsus faktorlardan (xarici) istifadə etməklə bu ölkədə qazandıqları gəlirin fərqinə bərabərdir:

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə