|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqdeyil. Amma əgər ölü çəyirtkə kafirin əlində olsa, onun diri ya ölü tutulması mə`lum
deyil. Amma əgər ölü çəyirtkə kafirin əlində olsa, onun diri ya ölü tutulması mə`lum
olmasa, «diri tutmuşam» – deməsinə baxmayaraq, haramdır.
Məsələ 2581: Qanad çıxarmamış və uça bilməyən çəyirtkəni yemək haramdır.
YEMƏK VƏ İÇMƏYİN HÖKMLƏRİ
Məsələ 2582: Şahin, kərkəs, qırğı və qartal kimi yırtıcı və caynaqlı olan hər quşun əti
haramdır. Vacib ehtiyata əsasən bütün qarğa növləri də haramdır. Qanad çalması
süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox
olan hər quşun da əti halaldır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan
onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi
mə`lum olmasa, əgər onun çinədanı, ya mə`də və ya ayağının arxasında buynuzu varsa,
halaldır. Əgər bunlardan heç biri onda olmazsa, haramdır. Amma deyilənlərdən başqa –
toyuq, göyərçin, sərçə, hətta dəvə quşu və tovuz quşu kimi digər quşların hamısı halaldır.
Amma hüdhüd və qaranquş kimi bə`zi quşları öldürmək məkruhdur. Yarasa kimi,
uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin vacib ehtiyata
əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.
Məsələ 2583: Ruhu olan bir şeyi, canlı bir heyvandan qopararlarsa, məsələn, quyruq və ya
bir parça əti canlı bir qoyundan ayırarlarsa, nəcis və haramdır.
Məsələ 2584: Əti halal olan heyvanların bədəninin bə`zi üzvləri haramdır:
1. Qan.
2. Fəzlə (nəcis).
3. Erkəklik yeri.
4. Dişilik yeri.
5. Balalıq.
6. Düşul adlanan vəz
7. Donbalan adlanan toxum (yumurta).
8. Noxud əndazəsində beynində olan şey.
9. Bel sümüyünün içində olan haram beyin.
10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy.
11. Öd kisəsi.
12. Dalaq.
13. Sidik kisəsi.
14. Gözün hədəqəsi (bəbəyi).
Bunların hamısı quş olmayan, əti halal heyvanlarda, haram olan hissələrdir. Quşlara
gəlincə isə onların qan və ğaiti işkalsız haramdır. Amma bu ikisindən başqa, yuxarıda
deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması vacib ehtiyata əsasəndir.
Həmçinin, vacib ehtiyata əsasən, balığın qan və fəzləsi, çəyirtkənin fəzləsi də eyni hökmü
daşıyır. Bunlardan başqası onlarda haram deyil.
Məsələ 2585: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Əti halal olan heyvanların
sidiyi də hətta lazım ehtiyata əsasən, dəvənin də sidiyi eyni hökmü daşıyır. Amma müalicə
üçün, dəvə, inək və qoyunun sidiyini içməyin eybi yoxdur.
Məsələ 2586: Palçığı yemək haramdır. Lazım ehtiyata əsasən, torpaq və qum da, eyni
hökmü daşıyır. Müalicə üçün, çarəsiz qaldığı halda Dağıstan, Erməni və başqa gilini
yeməyin, işkalı yoxdur. Şəfa tapmaq üçün Həzrət Seyyidüş-şühədanın (ə.s.) türbətindən
orta ölçülü noxud qədər yemək caizdir və əgər onu müqəddəs qəbrin özündən və ya
ətrafından götürməsələr, hərçənd «Hüseyn (ə) türbəti» adlana bilsə də, vacib ehtiyata görə
gərək bir miqdar suda və bu kimi şeydə həll etsinlər ki, aradan getsin. Sonra o suyu
içsinlər. Həmçinin türbətin imam Hüseyn (ə)-ın qəbrindən olmasına xatircəm olmasalar,
bu barədə bir dəlil də olmasa, bu ehtiyata riayət etmək lazımdır.
Məsələ 2587: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin
dişləri təmizləyərkən onun dibindən çıxan yeməyi udmağın eybi yoxdur.
Məsələ 2588: Ölümə səbəb olan, ya insana mühüm bir zərəri olan şeyi yemək haramdır.
Məsələ 2589: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs onlarla yaxınlıq etsə,
əti haram olar və yaxınlıqdan sonrakı südü və nəsilləri də vacib ehtiyata əsasən haram olar.
Onların sidik və peyini də nəcis olar, gərək onları şəhərdən çıxartsınlar və başqa yerdə
satsınlar; yaxınlıq edən əgər onun sahibi deyilsə, lazımdır ki, onun qiymətini sahibinə
versin. Satılmasından əldə edilən pul da yaxınlıq edən üçündür. Əgər əti adətən istifadə
olunan heyvan ilə (məsələn; dəvə inək və qoyun) yaxınlıq etsə, onların sidik və peyini nəcis
olar. Onların ətini yemək də haramdır. Vacib ehtiyata əsasən, onların südünü içmək və
yaxınlıqdan sonra onlardan törəyən nəsil də, eyni hökmü daşıyır. Gərək dərhal o heyvanı
öldürsünlər və yandırsınlar, onunla yaxınlıq edən şəxs, əgər onun sahibi deyilsə, pulunu
sahibinə versin.
Məsələ 2590: Əgər çəpiş donuzdan, ət və sümüyü qüvvət alan miqdarda süd əmərsə, onun
özü, nəsli və südü haram olar. Amma əgər bundan az miqdarda süd əmərsə, vacib ehtiyata
əsasən istibra edilməlidir və bundan sonra halal olur. Onun istibrası isə yeddi gün pak süd
əmməsi ilə olur, əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Vacib ehtiyata
əsasən südəmən buzov, quzu və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır.
Nəcis yeyən heyvanın da ətini yemək haramdır. Belə ki, istibra edilərlərsə, halal olar.
Bunların da istibrasının necəliyi 219-cu məsələdə bəyan olub.
Məsələ 2591: Şərab içmək haramdır və bə`zi hədislərdə böyük günahlardan hesab edilib.
Həzrət İmam Sadiqdən (ə.s.) rəvayət olunmuşdur ki, «Şərab pisliklərin kökü və günahların
mənşəyidir. Şərab içən şəxs, öz əqlini əldən verir və o zaman Allahı tanımır, heç günahdan
çəkinmir, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının haqqına əməl etmir, aşkar
çirkinliklərdən üz döndərmir. Əgər bir qurtum içsə, Allah, mələklər, peyğəmbərlər və
mö`minlər ona lə`nət edirlər. Əgər sərxoş olana qədər içərsə, iman və Allah tanımaq ruhu
ondan uzaqlaşar, onun yerinə nöqsanlı xəbis ruh qərarlaşar. Qırx günə kimi onun namazı
qəbul olmur.
Dostları ilə paylaş: |
|
|