İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2608: Öz vacib namazını, namazın savabını öz-özlüyündə artırmayan bir yerdə



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə147/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   143   144   145   146   147   148   149   150   ...   168

Məsələ 2608: Öz vacib namazını, namazın savabını öz-özlüyündə artırmayan bir yerdə, 
məsələn, bir otaqda qılmağı nəzir edərsə, əgər orada namaz qılmaq bir cəhətdən şər`ən 
daha yaxşıdırsa, məsələn, tənha olmaq vasitəsilə insan hüzuriqəlb taparsa, o da bu 
cəhətdən nəzir edibsə, nəzir səhihdir. 
 
Məsələ 2609: Əgər bir işi görməyi nəzir edərsə, gərək onu nəzir etdiyi şəkildə etsin. Buna 
görə də əgər ayın birinci günü sədəqə verməyi və ya oruc tutmağı, ya da ayın əvvəlinin 
namazını qılmağı nəzir edərsə, bunları o gündən bir gün əvvəl və ya sonra edərsə, kifayət 
deyildir. Həmçinin «xəstəm sağalarsa, sədəqə verəcəyəm» – deyə nəzir edibsə, xəstəsi 
sağalmazdan əvvəl sədəqəni verərsə, kifayət etməz. 
 
Məsələ 2610: Oruc tutmağı nəzir etsə, amma vaxtını və miqdarını müəyyən etməsə, bir gün 
oruc tutsa kifayətdir. Əgər namaz qılmağı nəzir etsə, lakin miqdar və xüsusiyyətlərini 
müəyyən etməsə, iki rük`ət namaz, ya vitr namazını qılsa, kifayətdir. Əgər sədəqə verməyi 
nəzir etsə, amma onun növ və miqdarını müəyyən etməsə, «sədəqə verdi» – deyiləcək 
miqdarda bir şey verərsə, nəzirinə əməl etmiş olar. Əgər Allah üçün hər hansı bir işi yerinə 
yetirməyi nəzir edərsə, bir namaz qılıb və ya bir oruc tutub, ya da bir sədəqə verərsə, 
nəzirini yerinə yetirmiş olar. 
 
Məsələ 2611: Müəyyən bir gündə oruc tutmağı nəzir edərsə, gərək o günü oruc tutsun. 
Qəsdən o günü oruc tutmasa, gərək onun qəzasını tutmaqdan əlavə, kəffarəsini də versin. 
Amma o günü ixtiyarlı halda səfərə çıxa bilər və oruc tutmaya bilər. Səfərdə olsa, iqamət 
qəsdi edib, oruc tutması lazım deyildir. Əgər səfərə çıxmaq səbəbindən, ya xəstəlik və ya 
heyz kimi digər üzr səbəbindən o günü oruc tutmasa, lazımdır ki, o gününün qəzasını 
tutsun, amma kəffarəsi yoxdur. 
 
Məsələ 2612: Əgər insan ixtiyarlı halda nəzirinə əməl etməsə, gərək kəffarə versin. 
 
Məsələ 2613: Müəyyən bir vaxta qədər bir işi tərk etməyi nəzir edərsə, vaxt keçdikdən 
sonra o işi edə bilər. Əgər vaxtı keçməzdən qabaq unutqanlıq və ya çarəsizlik üzündən o işi 
edərsə, ona bir şey vacib olmaz. Fəqət yenə də, o vaxta qədər gərək o işə əməl etməsin və 
ikinci dəfə müəyyən etdiyi vaxtdan qabaq üzrsüz olaraq o işi edərsə, gərək kəffarə versin. 
 
Məsələ 2614: Bir şəxs, bir əməli tərk etməyi nəzir etsə və onun üçün müəyyən bir vaxt 
tə`yin etməsə, əgər unutqanlıq, çarəsizlik və ya bilməməzlik və qəflət üzündən o əməli 
edibsə, ya bir kəs onu məcbur etsə, ya qasir cahil olsa, kəffarə ona vacib olmaz. Amma nəzr 
öz yerində qalır. Belə ki, əgər sonradan onu öz ixtiyarı ilə edərsə, gərək kəffarə versin. 
 
Məsələ 2615: Hər həftə müəyyən bir gündə, məsələn, cümə günü, oruc tutmağı nəzir 
edərsə, əgər cümə günlərindən birisi Ramazan və ya Qurban bayramı gününə düşərsə, ya 
cümə günü səfər və ya heyz kimi oruc tutmasına mane olan bir üzrü olarsa, o gün oruc 
tutmamalı və onun qəzasını tutmalıdır. 
 
Məsələ 2616: Əgər bir miqdar sədəqə verməyi nəzir etsə və sədəqə verməzdən qabaq 
ölərsə, onun malından o miqdarı sədəqə vermək lazım deyildir. Amma daha yaxşı odur ki, 
varislərdən həddi-büluğa çatanı o miqdarı öz payından və meyyitin adından versin. 
 
Məsələ 2617: Əgər müəyyən bir fəqirə sədəqə verməyi nəzir edərsə, onu başqa bir fəqirə 
verə bilməz. Əgər o fəqir ölərsə, onun varisinə verməsi lazım deyil. 
 
Məsələ 2618: İmamlardan birini ziyarət etməyi nəzir edərsə, məsələn, Həzrət Əbu 
Əbdullahın (ə.s.) ziyarətini nəzir edərsə, başqa bir imamın ziyarətinə getmək, kifayət 


etməz. Amma əgər bir üzr səbəbindən o imamın ziyarətinə gedə bilməsə, ona bir şey vacib 
olmaz. 
 
Məsələ 2619: Ziyarətə getməyi nəzir edən şəxs, ziyarət qüslünü və namazını qılmağı nəzir 
etməyibsə, onları yerinə yetirmək lazım deyildir. 
 
Məsələ 2620: Əgər bir şəxs, imamlardan və ya imam övladlarından birinin hərəmi üçün bir 
şey nəzir etsə və hansı işdə xərcləməyi nəzərində tutmasa, gərək onu hərəmin tə`mirində, 
işıqlandırılmasında, döşənmə və bu kimi işlərdə xərcləsin. Əgər mümkün olmasa, yaxud o 
hərəmin heç bir ehtiyacı olmasa, o hərəmin yoxsul ziyarətçilərinə sərf etməlidir. 
 
Məsələ 2621: Əgər Peyğəmbər (s.ə.v.v), ya imamlardan (ə), ya imam övladlarından biri, ya 
keçmiş alimlərdən və bu kimi şəxslərdən biri üçün bir şey nəzir edib müəyyən yerdə 
xərclənməsi qəsd edərsə, gərək ona sərf etsin. Amma müəyyən bir yerdə xərclənməsi qəsd 
etməyibsə, o həzrətə nisbəti olan bir məsrəfə xərcləməlidir, məsələn, onun fəqir 
ziyarətçilərinə və ya onun hərəminə, ya da onun adının daha da ucalmasına səbəb olan 
işlərə xərcləməlidir. 
 
Məsələ 2622: Sədəqə və ya İmamlardan (ə) biri üçün nəzir edilmiş qoyun, nəzrə sərf 
edilməzdən əvvəl süd versə və ya doğarsa, ümumi qəsd etməyibsə, nəzir edən şəxsin 
malıdır. Amma qoyunun yunu və kökələn miqdarı nəzirə aiddir. 
 
Məsələ 2623: Əgər xəstəsinin sağalması və ya səfərdə olanı qayıtması üçün bir işi nəzir 
edərsə, sonradan xəstənin nəzir etməzdən əvvəl sağaldığı və ya səfərdə olanın nəzirdən 
əvvəl qayıtdığı mə`lum olarsa, nəzirə əməl etməyi lazım deyildir. 
 
Məsələ 2624: Əgər ata ya ana, qızını Seyyid olan və ya başqa bir şəxslə evləndirməyi nəzir 
edərsə, qızla əlaqədar bu nəzrin e`tibarı yoxdur və ona bir təklif gəlməz. 
 
Məsələ 2625: Əgər bir şəxs, şər`i olan hacətinə çatarsa, bir işi etməyi Allahla əhd etsə, 
hacətinə çatmış olsa, gərək o işi etsin. Həmçinin bir hacəti olmadan bir işi görməyi əhd 
edərsə, o işi etmək ona vacib olar. 
 
Məsələ 2626: Əhddə də, nəzirdə olduğu kimi, gərək əqd oxunsun. Məsələn, desin ki, 
«Allahla əhd etdim ki, belə edəm» yerinə yetrilməsi əhd olunan işin şər`ən daha yaxşı bir iş 
olmasa, vacib deyil. Sadəcə şəriətdə nəhy edilməmiş işdən olmasa və əql sahiblərinin 
nəzərində üstünlüyə malik olması, ya şəxs üçün o işdə müəyyən məsləhət olması kifayətdir. 
Əgər əhd ediləndən sonra o işdə məsləhət olmasa, yaxud şər`ən bəyənilməyən olsa, hərçənd 
məkruh da olsa, ona əməl etmək lazım deyil. 
 
Məsələ 2627: Əgər öz əhdinə əməl etməsə, günah etmişdir və gərək kəffarə versin. Yə`ni, ya 
altmış fəqiri doydurmalı və ya iki ay ardıcıl oruc tutmalı, ya da bir qul azad etməlidir. 
AND İÇMƏYİN HÖKMLƏRİ 
 
Məsələ 2628: Əgər bir işi yerinə yetirəcəyinə, ya tərk edəcəyinə and içsə, məsələn, oruc 
tutmağını, ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, günah 
etmiş olur və gərək kəffarə versin, yə`ni bir qul azad etsin, ya on fəqiri doydursun, ya 
onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun. 
 
Məsələ 2629: Andın bir neçə şərti vardır: 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə