|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqolmasa, amma ehtimal versə ki, bir şəxs bir şey almadan onları yerinə yetirəcək, yenə də
olmasa, amma ehtimal versə ki, bir şəxs bir şey almadan onları yerinə yetirəcək, yenə də
vacibdir ki, vəsiyyət etsin. Əgər onun oruc və namazının qəzasını etmək üçün bir kəs olsa,
məsələn böyük oğlu, əgər bilsə ki, ona xəbər versə, qəza oruc və namazlarını yerinə
yetirəcək, ona xəbər verməsi kifayətdir, lazım deyil ki, vəsiyyət etsin.
Məsələ 2661: Ölüm nişanələrini özündə görən şəxsin əgər bir nəfərdə malı varsa, ya da
vərəsənin bilmədiyi bir yerdə gizlədibsə, vacib ehtiyata görə gərək onlara xəbər versin. Öz
səğir uşaqları üçün qəyyum müəyyən etməsi lazım deyildir, amma qəyyumsuz onların malı
aradan gedəcəksə, ya özləri tələf olacaqlarsa, gərək onlar üçün bir qəyyum müəyyən etsin.
Məsələ 2662: Vəsi gərək aqil olsun. Vəsiyyət edənə aid olan işlərdə və həmçinin vacib
ehtiyata əsasən digərlərilə bağlı işlərdə e`tibarlı olmalıdır. Vacib ehtiyata əsasən
müsəlmanın vəsisi müsəlman olmalıdır. Habelə ehtiyata əsasən həddi-büluğa yetməmiş bir
uşağa tək başına olmaq şərti ilə vəsiyyət etmək vacib ehtiyata görə səhih deyildir və onun
təsərrüf etməsi şəriət hakiminin icazəsi ilə olmalıdır. Əlbəttə bu vəsiyyət edən şəxsin,
məqsədinin onun uşaqlıq halında vəlisinin icazəsi olmadan istifadə etməsi olduğu
təqdirdədir. Amma əgər məqsədi, onun həddi-büluğa çatmasından sonra və ya vəlisinin
izni ilə istifadə etməsi olursa, eybi yoxdur.
Məsələ 2663: Əgər bir şəxs, özü üçün bir neçə vəsi tə`yin etsə və hər birinə tək başına
vəsiyyətə görə hərəkət etmə izni versə, vəsiyyəti yerinə yetirmədə bir-birlərindən izn
almaları lazım deyil. Amma izn verməmiş olsa, istər hamısının birlikdə əməl etməsini
bildirsin, istər bildirməsin, vəsiyyətə bir-birlərinin fikirlərinə görə hərəkət etmələri
gərəkdir. Əgər birlikdə vəsiyyətə görə əməl etməyə hazır olmasalar, arada hər birinin
digəri ilə anlaşmasına qarşı olan bir şər`i maneə yoxdursa, şəriət hakimi onları anlaşmaya
məcbur edər. Əgər ona itaət etməzlərsə və ya hər biri üçün anlaşılmağın qarşısını alan şər`i
bir maneə mövcud olsa, şəriət hakimi onlardan birinin yerinə ayrı bir kimsəni tə`yin edər.
Məsələ 2664: Əgər insan öz vəsiyyətindən dönərsə, məsələn; malının üçdə birini bir
kimsəyə verilməsini vəsiyyət etdiyi halda, sonra «ona verməyin» – desə, vəsiyyət batil olur.
Əgər vəsiyyətini dəyişdirsə, məsələn; əvvəl uşaqları üçün bir qəyyum tə`yin edib, sonra da
başqa birini onun yerinə qəyyum tə`yin edərsə, onun ilk vəsiyyəti batil olur və ikinci
vəsiyyətinə görə əməl olunması gərəkdir.
Məsələ 2665: Bir kimsə vəsiyyətindən döndüyünü mə`lum edən bir iş görərsə, məsələn;
birinə verilməsinə vəsiyyət etdiyi bir evi satarsa və ya əvvəlki vəsiyyətinə nəzər yetirdiyi
halda başqa birisinin onu satmaq üçün vəkil tə`yin edərsə, vəsiyyət batil olur.
Məsələ 2666: Əgər müəyyən şeyi bir şəxsə verməyi vəsiyyət etsə, sonra isə həmin şeyin
yarısını başqasına verilməsini vəsiyyət etsə, gərək o şeyi iki yerə bölsünlər və o iki nəfərin
hər birinə onun yarısını versinlər.
Məsələ 2667: Bir şəxs ölümünə səbəb olan bir xəstəlik halında, malının bir qismini bir şəxsə
bağışlasa və ölümündən sonra da bir miqdarının başqasına verilməsini vəsiyyət edərsə,
əgər malının 3/1-i hər ikisinə verməyə kifayət etməsə və varislər də ondan artıq verilməsinə
icazə verməzlərsə, gərək əvvəl bağışladığı malı, malın 3/1-dən çıxıb sonra da onun yerdə
qalanını vəsiyyət edilən yerdə xərcləməlidirlər.
Məsələ 2668: Malının üçdə birinin satılmamasını və gəlirinin bir şeyə sərf edilməsini
vəsiyyət edərsə, gərək onun dediyinə uyğun olaraq əməl etsinlər.
Məsələ 2669: Əgər ölümünə səbəb olan xəstəlik halında başqa birinə bir miqdar, borclu
olduğunu desə, belə ki, «bu sözü vərəsəyə ziyan vurmaq üçün söyləmişdir» – deyə ittiham
edilərsə, gərək tə`yin etdiyi miqdarı onun malının üçdə birindən verilsin. Əgər ittiham
olunmasa, onun dediyinin nüfuzu vardır və onun malının əslindən verilməsi gərəkdir.
Məsələ 2670: İnsan, bir şəxsə bir şey verəcəyini vəsiyyət edərsə, vəsiyyət halında onun
mövcud olmağı lazım deyildir. Deməli, o kəs vəsiyyət edənin ölümündən sonra mövcud
olarsa, lazımdır ki, o şeyi ona versinlər. Əgər mövcud olmasa və belə ki, vəsiyyətdən bir
neçə mətləb istifadə olunarsa, gərək onu vəsiyyət edənin nəzərinə daha yaxın olan başqa
bir yerə sərf etsinlər. Əks təqdirdə varislər onu öz aralarında bölə bilərlər. Amma əgər
vəsiyyət etsə ki, onun malından bir şey ölümündən sonra bir kəsin malı olsun, əgər o şəxs
vəsiyyət edənin ölən vaxtında mövcud olsa, hərçənd bədəndə ruh daxil olmamış uşaq olsa
belə vəsiyyət səhih, əks təqdirdə isə batildir və onun üçün vəsiyyət edilən şeyi, vərəsələr öz
aralarında bölərlər.
Məsələ 2671: Əgər insan, onu bir şəxs vəsi etdiyini bilib, onun vəsiyyətini yerinə yetirməyə
hazır olmadığını bildirərsə, onun ölümündən sonra vəsiyyətinə əməl etməsi lazım deyildir.
Amma əgər ölməzdən qabaq onu vəsi etdiyini bilməsə və ya bilib ona xəbər verməsə ki,
onun vəsiyyətinə əməl etməyə hazır deyildir, ona əziyyət olmadığı halda, gərək onun
vəsiyyətinə əməl etsin. Həmçinin, əgər vəsi, vəsiyyət edənin ölümündən əvvəl o zaman başa
düşsə ki, vəsiyyət edən ağır xəstə olduğuna görə ya başqa bir maneəyə görə başqasına
vəsiyyət edə bilməz, vacib ehtiyata əsasən, gərək vəsi vəsiyyətini qəbul etsin.
Məsələ 2672: Əgər vəsiyyət edən ölsə, vəsi başqasını, meyyitin işlərini yerinə yetirmək üçün
vəsi tə`yin edə bilməz və özü də o işlərdən kənara çəkilə bilməz. Amma vəsiyyət edənin
məqsədi sadəcə bu işlərin edilməsi olub, yalnız vəsinin etməsi nəzərində olmamasını başa
düşsə, o zaman başqasını öz tərəfindən vəkil tə`yin edə bilər.
Məsələ 2673: Əgər bir şəxs, iki nəfəri birlikdə vəsi edərsə, belə ki, onlardan biri ölsə, ya
dəli, yaxud kafir olsa, vəsiyyətin ibarələrindən başa düşülsə ki, belə hallarda digəri
müstəqil şəkildə vəsidir, gərək həmin qaydada əməl olunsun, əks halda şəriət hakimi başqa
bir nəfəri onun yerinə tə`yin edər. Əgər hər ikisi ölsə, ya dəli, yaxud da kafir olsalar, şəriət
hakimi başqa iki nəfəri tə`yin edər. Amma əgər bir nəfər vəsiyyətə əməl edə bilərsə, iki
nəfəri tə`yin etmək lazım deyildir.
Məsələ 2674: Əgər vəsi, ölənin işlərini hərçənd başqasını vəkil və ya əcir tutmaqla da
təkbaşına yerinə yetirə bilməsə, şəriət hakimi başqasını ona köməkçi tə`yin edər.
Məsələ 2675: Əgər meyyitin malından bir miqdarı vəsinin əlində tələf olsa, belə ki, onu
saxlamaqda səhlənkarlıq və ya israfçılıq etsə, məsələn; ölən şəxs, «filan şəhərin fəqirlərinə
bu qədər ver» – deyibsə, o da malı başqa bir şəhərə apararkən yolda aradan getsə,
zamindir. Əgər səhlənkarlıq və israfçılıq etməyibsə, zamin deyildir.
Məsələ 2676: Əgər insan, bir şəxsi vəsi tə`yin etsə və «o şəxs ölsə, filankəs vəsi olsun» –
deyərsə, birinci vəsinin ölümündən sonra, vəsiyyəti ikinci vəsi yerinə yetirməlidir.
Məsələ 2677: Ölənə istitaətlə vacib həcc, borclar və ödənməsi vacib olan xums, zəkat,
məzalim kimi verilməsi vacib olan hüquqlar gərək meyyit onlar üçün vəsiyyət etməmiş olsa
da, onun malının əslindən versinlər. Amma kəffarələr, nəzirlər, o cümlədən nəzr olunan
həcc vəsiyyətlə, onun malının 3-də birindən yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |
|
|