İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Məsələ 2592: Şərab içilən süfrədən bir şey yemək haramdır. Vacib ehtiyata əsasən şərab



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə146/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   142   143   144   145   146   147   148   149   ...   168

Məsələ 2592: Şərab içilən süfrədən bir şey yemək haramdır. Vacib ehtiyata əsasən şərab 
içilən süfrədə oturmaq haramdır. 
 
Məsələ 2593: Hər müsəlmana vacibdir ki, əgər öz canı təhlükədə olmasa, aclıqdan və ya 
susuzluqdan ölmək ərəfəsində olan başqa bir müsəlmana su və çörək verib, ölümdən nicat 
versin. Həmçinin o şəxs müsəlman olmasa da, amma qətli vacib olmayan bir insandırsa, 
hökm eynidir. 
YEMƏK YEMƏYİN ƏDƏBLƏRİ 
 
Məsələ 2594: Yemək yeyərkən bir neçə şey müstəhəbbdir: 
 
1. Yeməkdən qabaq hər iki əli yumaq. 
 
2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq. 
 
3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən 
əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun 
sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə 
sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar. 
 
4. Yeməyə başlayanda «Bismillah» desin. Amma əgər süfrədə bir neçə cür yemək olsa, 
onların hər birini yeməyə başlayanda «Bismillah» desin. 
 
5. Yeməyi sağ əli ilə yemək. 
 
6. Üç barmaq, ya çox barmaqla yemək yemək; İki barmaqla yemək yeməsin. 
 
7. Əgər neçə nəfər süfrə başında otursalar, hər kəs öz qabağındakı yeməkdən yesin. 
 
8. Tikəni kiçik götürsün. 
 
9. Süfrə başında çox otursun və yeməyi uzatsın. 
 
10. Yeməyi yaxşı çeynəsin. 
 
11. Yeməkdən sonra Allaha həmd etsin. 
 
12. Barmaqlarını yalasın. 
 
13. Yeməkdən sonra dişlərini təmizləsin, amma reyhan çubuğu, qamış, nar çubuğu və 
xurma ağacının yarpağı ilə təmizləməsin. 
 
14. Süfrənin kənarına tökülən şeyi yığıb yesin. Amma əgər biyabanda yemək yeyirsə, 
müstəhəbbdir ki, yerə tökülənləri quşlar və heyvanlar üçün saxlasın. 
 
15. Günün əvvəlində və gecənin əvvəlində yemək yesin, gecənin ortasında və günün 
ortasında yemək yeməsin. 
 
16. Yeməkdən sonra arxası üstə uzansın və sağ ayağını sol ayağının üstünə qoysun. 
 
17. Yeməyin əvvəlində və axırında duz yesin. 
 


18. Meyvəni yeməmişdən qabaq su ilə yusun. 
YEMƏK YEYƏRKƏN MƏKRUH OLAN ŞEYLƏR 
 
Məsələ 2595: Yemək yeyərkən bir neçə şey məkruhdur: 
 
1. Tox olduğu halda yemək yemək. 
 
2. Çox yemək; Hədislərdə Allahın hər şeydən çox, dolu qarından acığı gəldiyi nəql 
olunmuşdur. 
 
3. Yemək yeyərkən başqalarının üzünə baxmaq. 
 
4. Çox isti xörək yemək. 
 
5. İçdiyi, ya yediyi bir şeyi üfürmək. 
 
6. Süfrəyə çörək qoyduqdan sonra başqa bir şeyi gözləmək. 
 
7. Çörəyi bıçaqla kəsmək. 
 
8. Çörəyi xörək qabının altına qoymaq. 
 
9. Sümüyə yapışmış əti onda heç nə qalmayacağı şəkildə təmizləmək. 
 
10. Qabıqlı yeyilən meyvənin qabığını soymaq. 
 
11. Meyvəni yarımçıq yeyib tullamaq. 
SU İÇMƏYİN QAYDALARI 
 
Məsələ 2596: Su içməyin bir neçə qaydası vardır: 
 
1. Suyu sovurub içmək. 
 
2. Gündüz ayaqüstü su içmək. 
 
3. Suyu içməmişdən qabaq «Bismillah», sonra isə «Əlhəmdu lillah» demək. 
 
4. Üç nəfəsə su içmək. 
 
5. Suya meyli olanda su içmək. 
 
6. Su içəndən sonra İmam Hüseyn (ə.s.) və onun əhli-beytini yad etmək və onun qatillərinə 
lə`nət göndərmək. 
Su içərkən bəyənilməyən şeylər 
 
Məsələ 2648: Çox su içmək, yağlı xörəkdən sonra və gecə ayaq üstə içmək bəyənilməz 
hesab edilmişdir. Suyu sol əli ilə, həmçinin qabın sınıq yerindən və onun dəstəsi olan 
yerindən içmək bəyənilməz hesab olunub. 
NƏZİR VƏ ƏHD HÖKMLƏRİ 
 
Məsələ 2598: Nəzir, insanın Allah üçün, xeyir bir iş etməyi, ya da edilməməsi daha yaxşı 
olan bir işi tərk etməyi özünə vacib etməsinə deyilir. 


 
Məsələ 2599: Nəzirdə əqd oxunmalıdır. Amma onun ərəb dilində oxunması lazım deyildir. 
Məsələn; «Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm» – 
deyərsə, nəziri səhihdir. Əgər «Allah üçün bu işi görməyi nəzir edirəm»-desə, vacib 
ehtiyata görə əməl etməlidir. Amma əgər Allahın adını çəkməsə, təkcə «nəzir etdim» desə, 
yaxud Allah övliyalarından birinin adını çəkərsə, nəzir səhih deyildir. Əgər nəzir səhih olsa 
və mükəlləf öz nəzrinə qəsdən əməl etməsə, günah etmiş olur və kəffarə verməlidir. Nəzrə 
əməl etməməyin kəffarəsi sonradan deyiləcəyi kimi, and ilə müxalifət etməyin kəffarəsi 
kimidir. 
 
Məsələ 2600: Nəzir edən, gərək həddi-büluğa çatmış və ağıllı olsun, özü qəsd və ixtiyarla 
nəzir etməlidir. Buna görə də, icbari və ya əsəbilik vasitəsilə, qeyri-ixtiyari və qəsdsiz nəzir 
edərsə, səhih deyildir. 
 
Məsələ 2601: Malını boş yerə xərcləyən səfeh bir şəxs, əgər fəqirə bir şey verməyi nəzir 
edərsə, səhih deyildir. Həmçinin müfəlləs olmuş bir şəxs, məsələn, istifadə edilməsi qadağan 
olunduğu mallarından bir şeyi fəqirə verməyi nəzir edərsə, səhih deyildir. 
 
Məsələ 2602: Ərinin əvvəldən icazə vermədiyi, yaxud sonradan icazəsi olmadan, qadının 
ərinin ondan ləzzət alma haqqına zidd olan hallarda, nəzir etməsi səhih deyildir. Hətta əgər 
izdivacdan əvvəl nəzir etmiş olsa, hökm eynidir. Qadının öz malından nəzir etməsi, ərindən 
icazəsi olmadan məhəlli işkaldır. Deməli, ehtiyata riayət olunmalıdır. Amma həcc, zəkat, 
sədəqə, ata-anaya ehsan etmək və sileyi-ərham istisnadır. 
 
Məsələ 2603: Əgər qadın ərinin icazəsilə nəzir edibsə, əri onun nəzirini poza bilməz və onu 
nəzrə əməl etməsinin qarşısını ala bilməz. 
 
Məsələ 2604: Övladın nəzrində atasının icazəsi şərt deyil. Amma əgər, ata ya anası onu 
nəzr etdiyi əməldən çəkindirsə, onların nəhy etməsi mehribanlıq, ürəyiyananlıq üzündən 
olsa və övladın müxalifət etməsi onların əzab-əziyyətə düşməsinə səbəb olacaqsa, nəzir batil 
olur. 
 
Məsələ 2605: İnsan, ancaq özü üçün əməl etməsi mümkün olan bir işi nəzir edə bilər. Buna 
görə də, əgər Kərbəlaya piyada gedə bilməyən şəxs, Kərbəlaya piyada getməyi nəzir edərsə, 
onun nəzri səhih deyildir. Əgər nəzir etdiyi vaxt qadir olsa, amma əgər sonradan aciz olsa, 
onun nəzri batil olur, onun üzərinə heç bir şey vacib olmaz. Amma nəzr etdiyi şey oruc 
tutmaq olarsa və onu tutmağa qadir olmasa vacib ehtiyat odur ki, ya bir fəqirə 750 qram 
yemək sədəqə versin, ya da başqa bir kəsə 1,5 kq versin ki, onun əvəzinə oruc tutsun. 
 
Məsələ 2606: Əgər haram və ya məkruh bir işi etməyi, ya da vacib və ya müstəhəbb bir işi 
tərk etməyi nəzir edərsə, onun nəziri səhih deyildir. 
 
Məsələ 2607: Əgər mübah bir işi etməyi və ya tərk etməyi nəzir edərsə, əgər o işi etmək və 
etməmək şər`ən hər cəhətdən bərabər olsa, onun nəziri səhih deyildir. Amma əgər onu 
etmək bir cəhətdən şər`ən daha yaxşı olsa və insan da həmin cəhətdən nəzir edərsə
məsələn, ibadətdə daha güclü olmaq üçün bir yemək yeməyi nəzir edərsə, nəziri səhihdir. 
Həmçinin onu tərk etmək bir cəhətdən şər`ən daha yaxşı olarsa, insan da həmin cəhətdən 
onu tərk etməyi nəzir edərsə, məsələn, siqaret tüstüsünün zərərli olduğu və şər`i vəzifəsini 
ən gözəl şəkildə yerinə yetirməyə mane olduğu üçün siqaret çəkməməyi nəzir edərsə, nəziri 
səhihdir. Amma əgər sonradan siqareti tərk etməyi ona zərərli olarsa, nəzir batil olur. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə