İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə143/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   139   140   141   142   143   144   145   146   ...   168

heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması 
olduğuna görə olsa, o halda eybi yoxdur. 
 
7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən 
düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, ya 
məst, ya bihuş, ya uşaq, ya dəli olsa, ya da başqa məqsədlə bıçağı heyvanın başına çəksə və 
təsadüfən kəssə, halal olmaz. 
 
Məsələ 2553: Vacib ehtiyata əsasən ruh bədənindən çıxmamış heyvanın başını bədənindən 
ayırmaq olmaz. Belə ki, bu iş heyvanın haram olmağına səbəb olmaz. Amma əgər 
bilməməzlikdən olsa, ya bıçaq iti olduğuna görə baş ayrılsa, eybi yoxdur. Həmçinin vacib 
ehtiyata görə heyvanın boynunu sındırmaq və boynundan quyruğuna qədər uzanan və 
nuxa (onurğa beyini) adlanan ağ damarı, ruh bədənindən çıxmamış kəsmək caiz deyildir. 
DƏVƏ KƏSMƏYİN QAYDASI 
 
Məsələ 2554: Dəvənin, can verdikdən sonra pak və halal olması üçün heyvanları kəsmək 
üçün söylənilən şərtlərlə birlikdə bıçağı, yaxud da dəmirdən düzəldilmiş və kəsici olan aləti 
sinə ilə boyun arasında yerləşən çuxur yerə batırmalıdır. Dəvənin ayaq üstə olması daha 
yaxşıdır. 
 
Məsələ 2555: Əgər bıçağı dəvənin boynunun çökəkliyinə batırmaq əvəzinə onun başını 
kəssələr, ya qoyun, inək və bu kimi heyvanları kəsmək əvəzinə dəvə kimi boyunlarının 
çökəkliyinə bıçaq batırsalar, onların əti haram, bədənləri isə nəcisdir. Amma əgər dəvəni 
zibh etsələr və ölməmişdən əvvəl bıçağı boynunun çökəkliyinə batırsalar, onun əti halal və 
bədəni pakdır. Həmçinin əgər inək, qoyun və bu kimi heyvanların boynunun çökəkliyinə 
bıçaq batırıb diri ikən başını kəssələr, halal və pakdır. 
 
Məsələ 2556: Əgər dəvə özbaşınalıq etsə ipə-sapa yatmasa və onu şəriətdə deyilən qayda ilə 
kəsə bilməsələr və ya məsələn; quyuya düşsə və orada öləcəyinə ehtimal verərlərsə və onu 
şər`i qayda ilə kəsmək mümkün olmasa, bədəninin hər hansı yerinə bir yara vurub və o 
yaranın tə`sirindən can verərsə, halal olar, bu halda onun üzünü qibləyə çevirmək də lazım 
deyil. Amma heyvanın başını kəsmək üçün o biri şərtlərin də olması gərəkdir. 
heyvanın kəsilməsində müstəhəbb olan şeylər 
 
Məsələ 2557: Fəqihlər (Allah onlara rəhmət eləsin) heyvanın başının kəsilməsində bir neçə 
şeyi müstəhəbb bilmişlər: 
 
1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; 
İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; Dəvə kəsərkən 
oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-
birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını 
bağlamaq. Toyuğu, kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbbdir. 
 
2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq. 
 
3. Heyvanın az əziyyət çəkəcəyi şəkildə hərəkət etmək, məsələn, bıçağı yaxşı itiləmək və 
heyvanın boynunu tez kəsmək. 
Heyvanın kəsilməsində məkruh olan şeylər 
 
Məsələ 2558: Bə`zi rəvayətlərdə heyvan kəsilərkən bir neçə şey məkruh sayılmışdır: 
 
1. Canı çıxmazdan əvvəl heyvanın dərisini soymaq. 


 
2. Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək. 
 
3.
 
Heyvanı gecə və ya cümə günü zöhrdən əvvəl kəsmək, amma ehtiyac olduğu halda, 
məkruhluğu yoxdur. 
 
4. İnsanın özü böyütdüyü heyvanı kəsməsi. 
SİLAH İLƏ OV ETMƏNİN HÖKMLƏRİ 
 
Məsələ 2559: Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və o ölsə, beş şərt ilə halal 
və bədəni pak olar. 
 
1. Ov silahı bıçaq və qılınc kimi kəsici olsun, ya nizə və ox kimi iti olsun ki, heyvanın 
bədənini parçalasın. İkinci halda, əgər silahın süngüsü olmasa, halal olmasının şərti budur 
ki, heyvanın bədənini yaralasın, ya parçalasın. Əgər süngüsü olsa, yaralamasa da belə, onu 
öldürməsi kifayətdir. Əgər tələ, ağac və ya daş və bu kimi vasitə ilə bir heyvanı ovlasalar və 
o, ölsə, pak olmaz və onu yemək də haramdır. Həmçinin, vacib ehtiyata əsasən, silah 
olmayan iti bir şeylə, məsələn, böyük iynə, kabab şişi və bu kimi şeylə heyvanı ovlasalar, 
hökm eynidir. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, belə ki, onun gülləsi heyvanın 
bədəninə daxil olaraq onu parçalayarsa, pak və halaldır, istər güllə iti olsun, istər olmasın. 
Güllənin də dəmirdən olması lazım deyil. Amma əgər güllə heyvanın bədəninə daxil olmasa 
və təzyiq nəticəsində heyvanı öldürsə, ya onun istiliyi ilə heyvanın bədənini yandırsa və 
yandırmaq nəticəsində heyvan ölsə, onun pak və halal olması işkallıdır. 
 
2. Ov edən şəxs gərək müsəlman, ya yaxşı və pisi başa düşən müsəlman uşağı olsun. Əgər 
əhli-kitab olmayan kafir, ya kafir hökmündə olan (nəvasib kimi) şəxs bir heyvanı ovlasa, o 
ov halal deyil. Hətta əgər kitab əhli olan kafir bir heyvan ovlasa və Allahın adını çəksə də, 
vacib ehtiyata əsasən o heyvan halal olmur. 
 
3. Silahı, heyvan ovlamaq üçün işlətsin. Əgər bir yeri nişan alıb, təsadüfən bir heyvanı 
öldürsə, o heyvan pak deyil və ətini yemək də haramdır. Amma əgər bir heyvanı tuşlayıb 
atsa və başqasına dəyib öldürsə, halal olur. 
 
4. Silahı işlədən vaxt Allahın adını çəksin, belə ki, hədəfə dəyməzdən əvvəl Allahın adını 
çəksə, kifayət edər. Amma əgər bilə-bilə Allahın adını çəkməsə, ov halal olmaz, lakin 
yaddan çıxarsa, eybi yoxdur. 
 
5. Heyvana, öldükdən sonra yetişməli və ya diri olarsa da, başını kəsəcək qədər vaxt 
olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və 
heyvan ölərsə, o heyvan haramdır. 
 
Məsələ 2560: Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan biri yuxarıda deyilən şərtlərə 
əməl etsə, amma o biri əməl etməsə, məsələn, ikisindən biri Allahın adını çəksə, o biri isə 
bilə-bilə Allahın adını çəkməsə, o heyvan halal deyil. 
 
Məsələ 2561: Əgər bir heyvan məsələn ox ilə vurduqdan sonra suya düşsə və insan nizə və 
suya düşməklə heyvanın can verdiyini bilsə, halal deyil. Hətta əgər can verməsinin təkcə 
oxdan olmasını bilməsə, halal olmaz. 
 
Məsələ 2562: Əgər qəsbi it və ya qəsbi silahla bir heyvanı ovlasa, ov halaldır və öz malıdır, 
amma günah etməyi bir tərəfə, gərək silah, ya itin ücrətini sahibinə versin. 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə