|
![](/i/favi32.png) İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqMəsələ 2678: Əgər meyyitin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat
Məsələ 2678: Əgər meyyitin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat
və xums kimi hüquqlardan artıq gəlsə, belə ki, vəsiyyət etmiş olsa ki, malın 3/1-i, ya 3/1-nin
bir miqdarını bir xərcə çatdırsınlar, gərək onun vəsiyyətinə əməl etsinlər, əgər vəsiyyət
etməyibsə, qalan şey vərəsənin malıdır.
Məsələ 2679: Meyyitin tə`yin etdiyi xərc, malın 3/1-dən artıq olarsa, onun malın 3/1-dən
artıq olan miqdardakı vəsiyyəti, yalnız varislərin bu vəsiyyətə sözlə, ya əməllə icazə
verdikləri təqdirdə səhihdir. Təkcə onların qəlbdə razı olması kifayət deyildir. Əgər onun
ölümündən bir müddət keçdikdən sonra da icazə verərlərsə, səhihdir. Əgər varislərdən
bə`zisi razı olub bə`ziləri isə rədd edərlərsə, vəsiyyət yalnız vəsiyyətə razı olanların
hissəsində səhih və keçərlidir.
Məsələ 2680: Əgər meyyitin müəyyən etdiyi xərc onun malının 3/1-dən çox olsa və vərəsələr
də icazə versələr, öz icazələrindən dönə bilməzlər. Əgər vəsiyyət edənin sağlığında rədd
ediblərsə, ölümündən sonra icazə verə bilərlər. Amma əgər o öləndən sonra rədd etsələr,
ondan sonra icazə vermələrinin faydası yoxdur.
Məsələ 2681: Əgər vəsiyyət etsə ki, malının 3/1-dən xums, zəkat, ya başqa bir borcu
versinlər və onun orucu və namazı üçün əcir tutsunlar, həmçinin fəqirlərə təam vermək
kimi müstəhəbb bir iş yerinə yetirsinlər, gərək əvvəl onun borcunu malının 3/1-dən
versinlər. Əgər bir şey artıq qalsa, onun namaz və orucu üçün əcir tutsunlar. Əgər ondan
da bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Belə ki, onun malının
3/1-i ancaq borcuna çatsa və vərəsələr də onun malının 3/1-dən çox xərclənməsinə icazə
verməsələr, onun namaz və orucu üçün, həmçinin müstəhəbb işlər üçün etdiyi vəsiyyət
batildir.
Məsələ 2682: Borclarının verilməsini, namaz və oruclarına əcir tutulmasını və müstəhəbb
bir işin də edilməsini vəsiyyət edərsə və bunların malın 3/1-dən verilməsini vəsiyyət
etməzsə, onun borcunu malın əslindən verməlidirlər. Əgər bir şey artıq qalsa, onun 3/1-ni
namaz və oruca, həmçinin müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Malın 3/1-i onlara
kifayət etməyən halda əgər vərəsələr icazə versələr, gərək onun vəsiyyətinə əməl olunsun.
Əgər icazə verməsələr, gərək namaz və orucunu malın 3/1-dən versinlər. Əgər bir şey artıq
qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar.
Məsələ 2683: Əgər bir şəxs, «meyyit bu qədər məbləğin mənə verilməsini vəsiyyət etdi» –
deyərsə, iki adil kişi onun sözünü təsdiq edərsə və ya and içsə və bir adil kişi onu təsdiq
etsə, ya bir adil kişi və iki adil qadın onun sözünü təsdiq edərsə, ya da dörd adil qadın onun
sözünü təsdiq edərsə, söylənilən miqdar ona verilməlidir. Əgər bir adil qadın şahidlik
edərsə, istədiyi malın 4/1-i ona verilməlidir. Əgər iki adil qadın təsdiq edərsə, onun yarısını,
əgər üç adil qadın təsdiq edərsə onun 4/3-nü ona verməlidirlər. Həmçinin, şəhadət verəcək
bir müsəlman tapılmasa öz dinlərində adil sayılan iki kitab əhli olan kafir, onun sözünü
təsdiq etdikdə də tələb etdiyi şeyi ona verməlidirlər.
Məsələ 2684: Əgər bir şəxs, «mən meyyitin malını hər hansı bir yerdə istifadə etməkdə
onun vəsisiyəm»– deyərsə, iki adil kişi onun sözünü təsdiq edən halda, yaxud şəhadət
vermək üçün bir müsəlman olmazsa, öz dinlərində adil olan iki zimmə əhlinin təsdiqi ilə,
habelə vərəsənin iqrar etməsi ilə də onun sözü sübut olunur.
Məsələ 2685: Malından bir şeyin, bir şəxsin malı olmasını vəsiyyət edərsə və o şəxs də qəbul
və ya rədd etməzdən qabaq ölərsə, onun vərəsələri vəsiyyəti rədd etməyənə qədər o şeyi
qəbul edə bilərlər. Amma bu hökm, vəsiyyət edənin öz vəsiyyətindən dönmədiyi
təqdirdədir. Əgər vəsiyyətindən dönərsə, o şeydə haqqları yoxdur.
İRSİN HÖKMLƏRİ
Məsələ 2686: Qohumluq vasitəsilə irs aparan şəxslər üç dəstədir:
1. Meyyitin ata-anası və övladıdır. Övlad olmayanda isə övladın övladı və nə qədər aşağı
getsə, bunlardan hər kəs ki, meyyitə daha yaxın olsa, irs aparır. Bu dəstədən bir nəfər
qalana qədər ikinci dəstə irs aparmazlar.
2. Baba, nənə, bacı və qardaşdır. Qardaş və bacı olmayanda isə onların övladından hər kəs
ki, meyyitə daha yaxındır, irs aparar. Bu dəstədən bir nəfər qalana qədər üçüncü dəstə irs
aparmazlar.
3. Əmi, bibi, dayı, xala və onların övladıdır. Meyyitin əmilərindən, bibilərindən,
dayılarından və xalalarından biri sağ olana qədər onların övladı irs aparmazlar. Amma
ölənin fəqət ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərəfindən olan əmisi oğlu
olarsa, dayı və xalası olmazsa, miras, ana və ata tərəfindən olan əmisi oğluna düşər və təkcə
ata tərəfindən olan əmisi miras almaz. Əgər əmi və əmisi oğlanları bir neçə nəfər olsa,
yaxud da meyyitin əyalı həyatda olsa, bu hökm işkalsız deyildir.
Məsələ 2687: Əgər meyyitin özünün əmisi, bibisi, dayısı, xalası, həmçinin onların övladı və
övladının da övladı olmasa, onda meyyitin atasının və anasının əmi, bibi, dayı və xalası irs
apararlar. Əgər bunlar da olmasa, onların övladı irs apararlar və əgər bunlar da olmasa, o
halda babasının və nənəsinin əmisi, bibisi, dayısı və xalası, əgər bunlar da olmasa, onların
övladları irs apararlar.
Məsələ 2688: Ər və arvad sonradan deyiləcək təfsil ilə bir-birindən irs apararlar.
Birinci dəstənin irsi
Məsələ 2689: Əgər meyyitin varisi birinci dəstədən ancaq bir nəfər olsa, məsələn; ata, ya
anası, ya bir oğlu, ya bir qızı olsa, meyyitin malının hamısı ona çatar. Əgər bir oğlu və bir
qızı olsa, malı elə bölməlidirlər ki, oğul qızdan iki dəfə artıq aparsın.
Məsələ 2690: Əgər meyyitin varisi ancaq onun ata və anası olsa, malı üç yerə bölərlər, onun
iki hissəsini ata və bir hissəsini ana aparar. Amma əgər meyyitin iki qardaşı, ya dörd
bacısı, ya bir qardaş və iki bacısı olsa ki, onların hamısı müsəlman, azad və onların atası
meyyitin atası ilə bir olsa, istər onların anası meyyitin anası ilə bir olsunlar, istər
olmasınlar, və bu şərtlə ki, dünyaya gəlmiş olsunlar, baxmayaraq ki, meyyitin ata-anası
olana qədər bunlar irs aparmır, amma əgər bunlar olarsa, ana malın 6/1-ni aparır,
qalanını isə atasına verərlər.
Məsələ 2691: Meyyitin varisi yalnız ana, ata və bir qız olarsa, əgər meyyitin əvvəlki
məsələdə deyilən şərtlərlə, qardaşı və ya bacısı olmazsa, malı beş qismə bölərlər, ana və ata
hər biri bir pay, qız isə üç pay alar. Əgər keçən şərtlərlə qardaş, ya bacısı olarsa, ata beşdə
bir və ana altıda bir pay, qız isə beşdə üç pay alar. Yerdə qalan üçdə birdə isə vacib
ehtiyata görə bir-biri ilə sülh etməlidirlər. Belə ki, onun üçdə birinin ananın, 4/3-nün qızın
və 4/1-in atanın olması ehtimal verilir.
Məsələ 2692: Əgər meyyitin varisi ata-ana və bir oğul olsa, malı altı yerə bölərlər, ata və
ananın hər biri onun bir hissəsini, oğul isə dörd hissəsini aparar. Əgər bir neçə oğlu, ya bir
neçə qızı olsa, o dörd hissəni öz aralarında bərabər bölərlər, əgər həm oğlan və həm də qız
olsalar o dörd hissəni elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın.
Dostları ilə paylaş: |
|
|