|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqBirinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olsa və
1. Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olsa və
paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birinci qanı bütünlüklə
heyz və ikinci qanı istihazə hesab etməlidir. Amma əgər ikinci qanda heyz əlamətləri olsa,
onda birinci qan görmə günləri ilə ondan sonrakı pak olduğu günlərin məcmusu on gündən
artıq olmasa heyzdir, yerdə qalanı isə istihazədir. Məsələn, əgər üç gün qan görüb
paklandıqdan sonra beş gün heyz əlamətlərini daşıyan qan görsə, birinci üç gün və ikinci
qangörmənin dörd günü heyzdir. Aradakı pakolmada isə vacib ehtiyata görə qeyri-haizin
vaciblərini yerinə yetirməli, haizə haram olan şeyləri isə tərk etməlidir.
2. Birinci qanı heyz adəti günlərində olmazsa, amma ikinci qan bütünlüklə və ya bir
miqdarı adət günlərində olarsa, bu surətdə ikinci qanın hamısını heyz, birinci qanı istihazə
hesab etməlidir.
3. Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa, bu halda birinci qanın adət
günlərində olan miqdarı üç gündən az olmazsa, arada pak olduğu günlər və ikinci qanın
adət günlərilə birlikdə on gündən çox olmazsa (adət günlərində olan) hər iki qan heyzdir.
Arada pak olduğu günlərdə isə vacib ehtiyat olaraq, həm heyzdən pak olan qadının
görməli olduğu işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan işlərdən
çəkinməlidir.
İkinci qanın adət günlərindən sonra olan qismi isə istihazədir. Birinci qanının adət
günlərindən əvvəl olan qisminə gəlincə, əgər ona «adətini qabaqlamışdır» – deyilirsə, o da
heyz hökmünü daşıyır. Lakin bununla birlikdə onun heyzli olmasına hökm vermək, 2-ci
qanın adət günlərində olan qisminin bir qədərinin və ya hamısının heyzin on gündən kənar
düşməsinə səbəb olsa, bu təqdirdə o istihazə hökmünü daşıyır. Məsələn, qadının adəti ayın
üçündən onuna qədər olur, amma bir ay ayın əvvəlindən altısına qədər qan görürsə və
sonradan iki gün paklanıb, sonra yenidən on beşinə qədər qan görürsə, ayın əvvəlindən
onuna qədər gördüyü qanlar heyz, on birindən on beşinə qədəri isə istihazədir.
4. Birinci və ikinci qandan bir miqdarı adət günlərində olsa amma birinci qanın adət
günlərindəki miqdarı üç gündən azdırsa, belə halda ilk qanın adət günlərindəki 3 günü
heyz hesab etsin, həmçinin ikinci qandan əvvəlki üç gün, aradakı paklıqla birgə on gündən
çox olmayan hissəsini heyz, qalanını isə istihazə qərar verməlidir. Əgər pak olduğu günlər
yeddi gün olsa, ikinci dəfə gördüyü qanın hamısı istihazədir.
Bu isə iki şərtlə mümkündür:
1) «O qan adətini qabaqlamışdır» – deyiləcək miqdarda adətdən əvvəl olmalı;
2) Onu heyz sayması ikinci qanın adət günlərində olan miqdarının bir qisminin, heyzin on
günündən kənara çıxmasına yol açmamalıdır. Məsələn, qadının adəti ayın üçündən onuna
qədərdirsə, amma o, ayın əvvəlindən dördüncü gününün sonuna qədər qan görüb iki gün
pak olursa, sonra da ayın on beşinə qədər qan görürsə, ilk qanın hamısı və ikinci qanın
onuncu gününün sonuna qədər olanı heyzdir.
Məsələ 474: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adət vaxtında qan görməsə və
ondan başqa vaxtda heyz günlərinin sayında və heyzin nişanələri olan qan görsə, istər adət
vaxtından qabaq olsun, istərsə ondan sonra olsun, gərək onu heyz qərar versin.
Məsələ 475: Vəqtiyyə və ədədiyyə adətli qadın, əgər adət vaxtında üç gün, yaxud daha çox
qan görsə və onun günlərinin sayı adət günlərinin sayından az, yaxud çox olsa və pak
olandan sonra yenidən öz adət günlərinin sayında qan görsə, burada bir neçə surət vardır:
1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olmayır. Bu halda o iki qanın
cəmi, birlikdə bir heyz sayılır.
2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olur. Bu zaman o qanların hər biri
ayrıca bir heyz sayılar.
3. O iki qan arasındakı paklıq on gündən az olur, amma o iki qanın cəmi, aradakı paklıqla
birlikdə on gündən çox olur. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır.
Məsələ 476: Vaxt və say cəhətindən adət sahibi olan bir qadın əgər on gündən çox qan
görsə, adət günlərində gördüyü qanda heyz nişanələri olmasa belə, o, heyzdir. Adət
günlərindən sonra gördüyü qan isə heyzin xüsusiyyətini daşısa belə, istihazədir. Məsələn;
heyz adəti ayın əvvəlindən yeddisinə qədər olan qadın əgər ayın əvvəlindən on ikisinə qədər
qan görsə, onun ilk yeddi günü heyz, sonrakı beş günü isə istihazədir.
2. Vaxt sarıdan adət sahibi olanlar
Məsələ 477: Vaxt sarıdan adət sahibi olub, adətlərinin başlanğıcı müəyyən olan qadınlar iki
qismdir:
1. İki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görüb, bir neçə gün sonra təmizlənən,
lakin hər iki ayda qan gördüyü günlərin sayı eyni olmayan qadın; məsələn, iki ay dalbadal
ayın birində qan gördüyü halda, birinci ay yeddinci gün, ikinci ay səkkizinci gün qandan
pak olarsa, bu qadın ayın birinci gününü, heyz adətinin ilk günü qəbul etməlidir.
2. İki ay dalbadal müəyyən bir vaxtda üç gün və ya daha çox heyz qanı görüb pak olan,
sonra ikinci dəfə qan görən və qan gördüyü bütün günlər arada pak olduğu günlərlə
birlikdə, on gündən çox olmaması ilə birlikdə, ikinci ayın qanı birinci aydan az və ya çox
olan qadın, məsələn; birinci ay səkkiz gün, ikinci ay doqquz gün qan görən qadın, hər iki
ayın əvvəlindən qan görsə ayın ilk gününü heyz adətinin birinci günü hesab etməlidir.
Məsələ 478: Vəqtiyyə adətli qadın, əgər öz adəti vaxtında və ya adətindən iki-üç gün qabaq
qan görərsə, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Bu məsələnin
geniş izahı 470-ci məsələdə zikr edilmişdir. Amma bu iki surətdən başqa, məsələn; «adətini
qabaqlamışdır» deyilməyib, «adətindən başqa vaxtda qan görmüşdür» deyiləcək qədər
adətindən xeyli qabaq qan görürsə və ya adətinin vaxtı keçdikdən sonra qan görürsə,
gördüyü qan heyz nişanələrini daşıyırsa, haiz qadınlar üçün söylənən hökmlərə əsasən
əməl etməlidir. Həmçinin heyz nişanələrini daşımadığı halda, o qanın üç gün davam
edəcəyini bilirsə də, hökm eynidir. Amma üç gün davam edib-etməyəcəyini bilməsə, vacib-
ehtiyata əsasən, həm istihazəli qadına vacib olan əməlləri yerinə yetirməli, həm də heyzli
qadına haram olan əməllərdən çəkinməlidir.
Məsələ 479: Adəti-vəqtiyyəsi olan qadın, əgər öz adət vaxtında qan görsə və o qanın
miqdarı on gündən çox olsa, onların bə`zisində heyz nişanəsi olub bə`zisində olmasa, heyz
əlamətləri olan günlərin sayı on gündən çox, üç gündən az olmasa, onu heyz, qalanını
istihazə hesab etməlidir. Əgər bir qan həmin şərtlə yenidən təkrar olsa, məsələn dörd gün
heyz nişanələri, dörd gündə də istihazə nişanələri olan qan gəlsə, yenidən dörd gün heyzin
nişanəsi, dörd gün də istihazə nişanəsi olan qan gəlsə, fəqət ilk qanı heyz hesab etməlidir,
qalanı isə istihazədir, Əgər heyz əlaməti olan qan üç gündən az olsa, onu heyz hesab etməli,
Dostları ilə paylaş: |
|
|