|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqPeyğəmbər (s) məscidindən) keçmək, vacib səcdəsi olan ayələri oxumaq, Qur`anın yazısına
Peyğəmbər (s) məscidindən) keçmək, vacib səcdəsi olan ayələri oxumaq, Qur`anın yazısına
və Allahın adına toxunmaq nüfəsaya haramdır.
Məsələ 504: Nifas halında olan qadına təlaq vermək və onunla yaxınlıq etmək haramdır.
Amma əgər əri onunla yaxınlıq etsə, kəffarəsi yoxdur.
Məsələ 505: Ədədiyyə adəti olmayan qadının qanı on gündən keçməsə, onun hamısı
nifasdır. Əgər on gündən əvvəl pak olsa, gərək qüsl etsin və öz ibadətlərini yerinə yetirsin.
Əgər sonra bir dəfə, yaxud çox qan görsə, belə ki, qan gördüyü günlərlə arada pak olduğu
günlər üst-üstə on gün və ya on gündən az olsa, gördüyü qanların hamısı nifasdır və pak
olduğu günlərdə gərək ehtiyatən pak qadına vacib olan işləri yerinə yetirsin, nüfəsaya
haram olan işləri tərk etsin. Buna görə oruc tutmuşdursa, qəza etməsi gərəkdir. Əgər
sonda gördüyü qan on günü keçərsə, o qanın on gün ərzində gördüyü qismini nifas, on
gündən sonrasını da istihazə qəbul etməlidir.
Məsələ 506: Ədədiyyə adəti olan qadının (doğuşdan sonra) gördüyü qan, adət günlərindən
artıq olsa, on gündən keçməsə də vacib ehtiyata görə, adət günlərindən sonrakı günlərdə
nüfəsaya haram olan işləri, tərk edib müstəhazəyə vacib olanları əmələ gətirsin. Əgər bir
dəfədən artıq qan görsə, və onların arasında pak olsa, adət günləri qədərini nifas qərar
versin, ehtiyat olaraq aradakı pak olduğu günlərdə və adətindən artıq qan gördüyü
günlərdə nüfəsaya haram olanları tərk edib vacib olanları əmələ gətirsin.
Məsələ 507: Nifas qanından pak olan qadın, əgər içəridə qan olduğuna ehtimal verərsə, ya
ehtiyat olaraq qüsl etməli, və ibadətləri yerinə yetirməli, ya da istibra etməlidir.
İbadətlərini istibra olmadan tərk etməsi caiz deyil. İstibranın qaydası 496-cı məsələdə qeyd
olunub.
Məsələ 508: Əgər qadının nifas qanı on günü keçsə, heyzdə ədədiyyə adəti vardırsa, onun
adət günləri qədəri nifas, qalanı istihazədir. Əgər adəti yoxdursa, on günə kimi nifas və
qalanı istihazə olar. Əgər öz adətini unutmuş olsa, adətin ehtimal verdiyi ən yüksək ədədi
fərz etməlidir. Müstəhəbb ehtiyat odur ki, adəti olan qadın adətindən sonrakı gündən və
adəti olmayan qadın 10-cu gündən e`tibarən doğumun on səkkizinci gününə kimi
istihazənin işlərini yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin.
Məsələ 509: Heyzdə ədədiyyə adəti olan qadın, doğumdan sonra bir aya qədər və ya daha
artıq dalbadal qan görərsə, onun adət günləri qədəri nifasdır. Nifasdan sonra gələn on gün
boyunca gördüyü qan, adəti vəqtiyyə sahibi olsa belə və aylıq adət günlərində olsa belə,
istihazədir. Məsələn; heyz adəti hər ayın iyirmisindən iyirmi yeddisinə qədər olan qadın,
əgər ayın onunda doğarsa və bir ay və ya daha artıq dalbadal qan görərsə, ayın on
yeddisinə qədər nifas və on yeddinci gündən e`tibarən on gün, hətta öz adət günləri olan
ayın iyirmisindən iyirmi yeddisinə qədər gördüyü qan istihazədir. On gün keçdikdən sonra
gördüyü qan isə, adəti vəqtiyyə sahibi olsa və gördüyü qan adət günlərində olmasa,
gözləməsi bir ay ya daha çox belə çəksə və bu müdət ərzində qan heyz nişanələrini daşısa
belə, adət günlərini gözləməlidir. Amma əgər qadın adəti-vəqtiyyə sahibi olmasa, mümkün
olduğu təqdirdə, heyzini onun nişanələri ilə tə`yin etməlidir (bunun qaydası 479-cu
məsələdə qeyd olundu). Əgər bu mümkün olmasa, məsələn; nifasdan on gün sonra gördüyü
qanların hamısı eyni şəkildə olsa və bir ay və ya bir neçə ay eyni halda davam edərsə, hər
ay öz qohumlarından bə`zisinin heyz adətini (479-cu məsələdə deyilən əsasda) özünə heyz
qəbul etməlidir. Əgər bu mümkün deyilsə, özünə münasib bildiyi sayı heyz olaraq
seçməlidir. Bu məsələlərin geniş açıqlanması 481-ci məsələdə izah olunmuşdur.
Məsələ 510: Heyzdə adəti-ədədiyyəsi olmayan bir qadın, əgər doğumdan sonra bir ay və ya
daha çox dalbadal qan görərsə, onun ilk on günü nifas, ikinci on günü isə istihazədir.
Ondan sonra gördüyü qana gəlincə, heyz olması mümkün olduğu kimi, istihazə də ola
bilər. Heyzi tə`yin etmək üçün əvvəlki məsələdə açıqlanan göstərişə əsasən əməl edilməlidir.
Məssi meyyit qüslü
Məsələ 511: Bir şəxs ölmüş bir insanın soyumuş və qüsl edilməmiş bədəninə məss edərsə,
yə`ni bədəninin bir yerini ona toxundurarsa, istər yuxuda olsun, istərsə ayıqlıqda, istər
ixtiyari olsun, istərsə qeyri-ixtiyari, hətta əgər onun dırnaq və ya sümüyünün bir yeri
meyyitin dırnaq və ya sümüyünə toxunarsa, məssi-meyyit (meyyitə toxunmaq) qüslü
etməlidir. Amma ölmüş bir heyvana toxunarsa, qüsl etməsi vacib deyildir.
Məsələ 512: Bədəni tam soyumamış olan bir meyyitin soyumuş olan bir yerinə toxunularsa,
qüsl vacib olmaz.
Məsələ 513: Əgər öz tükünü meyyitin bədəninə toxundursa, yaxud öz bədənini meyyitin
tükünə və ya tükünü meyyitin tükünə toxundursa, qüsl vacib deyildir.
Məsələ 514: Uşaq ölü şəkildə dünyaya gəlsə vacib ehtiyata görə onun anası gərək məssi-
meyyit qüslü etsin. Anası öldükdən sonra dünyaya gələn uşaq, baliğ olduqdan sonra vacib
ehtiyata görə məssi-meyyit qüslü etməlidir.
Məsələ 515: Əgər bir adam, üç qüslü tamamilə verilmiş meyyitə məss etsə, ona qüsl vacib
deyil, amma əgər üçüncü qüsl tamam olmamışdan qabaq bədəninin bir yerini məss etsə, o
yerdə üçüncü qüsl tamam olmuş olsa da, gərək məss-meyyit qüslü etsin.
Məsələ 516: Əgər dəli və ya yetkin (baliğ) olmayan uşaq meyyitə toxunsa, o dəli
ağıllandıqdan sonra və uşaq yetkin olandan sonra, gərək məss-meyyit qüslü etsin. Əgər
müməyyiz olsa, qüslü səhihdir.
Məsələ 517: Əgər diri bədəndən, yaxud qüslü verilməmiş ölü bədəndən bir hissə ayrılsa,
ayrılmış hissəyə qüsl verilməmişdən qabaq, insan ona toxunsa, məss-meyyit qüslü lazım
deyil. Əgər o hissədə sümük olmuş olsa da hökm eynidir. Amma bir kəsin bədəni tikə-tikə
olsa, bir adam onların hamısı-a, yaxud əksər hissəsini məss etsə, qüsl vacibdir.
Məsələ 518: Qüslü verilməmiş bir sümüyə toxunmaq, üçün istər ölüdən ayrılmış olsun,
istərsə də canlı insandan, qüsl vacib olmaz. Ölü və ya diri insandan ayrılan dişə toxunmaq
da eyni hökmü daşıyır.
Məsələ 519: Məss-meyyit qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir və dəstəmaz
əvəzindən kifayət edir. (Yə`ni bu qüslü etdikdən sonra namaz qılmaq istəyən şəxsin
dəstəmaz almaya bilər).
Məsələ 520: Əgər bir neçə meyyitə toxunsa, yaxud bir meyyitə neçə dəfə məss etsə, bir qüsl
kifayətdir.
Məsələ 521: Meyyitə toxunduqdan sonra qüsl etməyən şəxsin məsciddə dayanması, qadınla
yaxınlıq etməsi və səcdəsi vacib olan ayələri oxumasının eybi yoxdur. Amma namaz və bu
kimi əməllər üçün qüsl etməlidir.
CAN VERƏNİN HÖKMLƏRİ
Dostları ilə paylaş: |
|
|