|
İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraqMəsələ 489: «Nasiyə» – öz adətinin zamanını, ya miqdarını, ya hər ikisini unudan qadına
Məsələ 489: «Nasiyə» – öz adətinin zamanını, ya miqdarını, ya hər ikisini unudan qadına
deyilir. Əgər üç gündən az on gündən çox olmayan bir qan görsə hamısı heyzdir. Əgər on
gündən artıq olsa, o bir neçə qismdir:
1-Say baxımından, ya vaxt ya da hər ikisində adət sahibi olur və öz adətini bütünlüklə
unudur; hətta icmalən olsa belə, vaxt və sayını yadına sala bilməsə, bu qadın yuxarıda
deyilən mübtədiə hökmündədir.
2-Vəqtiyyə adəti olsun, istər ədədiyyə də olsun, istər olmasın, amma öz adətinin vaxtından
icmal olaraq bir şey xatırlayır. Məsələn bilir ki, filan gün onun adətinin bir hissəsi idi,
yaxud onun adət dövrü ayın birinci yarısında olurdu. Belə qadının hökmü mübtədiə
kimidir. Amma heyzin elə bir vaxta qərar verməməlidir ki, dəqiq şəkildə adətinin əksinə
olsun. Məsələn, ayın 17-si onun adətinin bir günü olduğunu, ya onun adəti ayın ikinci
yarısında olduğunu bilsə, indi isə ayın əvvəlindən 20-ə qədər qan görsə öz adətini ayın ilk
on günündə qərar verə bilməz. Hətta əgər heyzin nişanələrini, ikinci on günlük isə
istihazənin nişanələrini daşısa belə.
3-Ədədiyyə adət sahibi olub adətinin miqdarını unutmuş olsun; bu qadın da mübtədiə
hökmündədir, amma heyz qərar verdiyi miqdar, heyzin sayı ondan az olduğunu bildiyi bir
miqdardan az qərar verə bilməz. Həmçinin adətinin sayının ondan artıq olmadığı
miqdardan artıq da qərar verə bilməz.
Bu məsələyə naqis (əskik) ədədiyyə adətində də riayət etmək lazımdır. Yə`ni adət sayı üç
gündən artıq və on gündən az olmaq arasında dəyişən bir qadın, habelə hər ay ya altı gün,
ya yeddi gün qan görən bir qadın on gündən artıq qan gördüyü zaman, heyz
xüsusiyyətlərini və ya qohumlarından bə`zisinin adətini əsas götürərək, ya da bir sayı
seçərək, bu iki saydan az bir miqdarı və ya çox miqdarı heyz qəbul edə bilməz.
Heyzin müxtəlif məsələləri.
Məsələ 490: Mübtədiə, müztəribə, nasiyə və adəti-ədədiyyəsi olan qadınlar, əgər heyzin
nişanələri olan bir qan görsələr, ya yəqin etsələr ki, üç gün çəkəcək, gərək ibadəti tərk
etsinlər. əgər sonradan heyz olmadığını başa düşsələr, gərək yerinə yetirilməmiş ibadətləri
qəza etsinlər.
Məsələ 491: Heyzdə adət sahibi olan qadın, istər bu adət heyzin vaxtında olsun, istərsə
heyzin sayında və ya həm vaxt, həm də say baxımından adət sahibi olsun, əgər iki ay
dalbadal öz adətinin əksinə olaraq, vaxt və ya günlərin sayı, ya da həm vaxtı, həm də sayı
eyni olan bir qan görərsə, onun adəti bu iki ayda gördüyünə qayıdır. Məsələn; əgər ayın
birindən yeddisinə qədər qan görüb paklanırdısa, əgər iki ayın onundan on yeddisinə
qədər qan görür və paklanırsa, onun adəti ayın onundan on yeddisinə qədər olur.
Məsələ 492: Bir aydan məqsəd, adəti vəqtiyyənin tə`yin olunduğu haldan başqa qan
görmənin əvvəlindən otuz gün keçməsidir, ayın əvvəlindən axırına qədərki müddət deyil.
Amma vəqtiyyə adətin tə`yin olunduğu hal isə şəmsi deyil, qəməri, ayıdır.
Məsələ 493: Adətən ayda bir dəfə qan görən qadın, əgər bir ayda iki dəfə qan görərsə və
onların biri heyz nişanələrini daşımasa da, arada pak olduğu günlərin sayı on gündən az
olmasa, hər ikisini də heyz hesab etməlidir.
Məsələ 494: Əgər heyzi, qanın xüsusiyyətlərindəki fərqə görə ayırd edən qadın üç gün və
daha artıq bir müddətdə, heyz xüsusiyyətlərini daşıyan qan görsə, bundan sonra on gün və
ya daha çox istihazə xüsusiyyətlərini daşıyan qan görsə, ikinci dəfə üç gün heyz
xüsusiyyətlərini daşıyan qan görsə, heyz xüsusiyyətlərini daşıyan əvvəlki və sonrakı qanı
heyz saymalıdır. Əgər iki qandan biri adət günlərində olsa, aradakı on günün də hamısının
istihazə olması, yaxud bir qisminin heyz olması mə`lum olmasa, bu halda adət günlərində
gördüyü qan heyz, qalanları istihazədir.
Məsələ 495: Əgər qadın on gündən qabaq paklanıb və batində qan qalmadığını bilərsə, on
gün tamamlanmazdan qabaq yenidən qan görəcəyini zənn etsə belə, ibadətləri üçün qüsl
etməlidir. Əgər on gün tamamlanmazdan qabaq təkrar qan görəcəyinə əmin olsa, əvvəldə
deyildiyi kimi, ehtiyata əsasən qüsl edib, ibadətlərini yerinə yetirməli, heyzliyə haram olan
şeyləri də tərk etməlidir.
Məsələ 496: Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan olduğuna ehtimal
verərsə, ya ibadətlərin ehtiyatən əncam verməli, ya istibra etməlidir. İstibra etmədən
ibadətləri tərk etməsi caiz deyil. İstibra bundan ibarətdir ki, fərcinə bir az pambıq daxil
edib, bir müddət gözlədikdən sonra çıxarmalıdır (əlbəttə, qadınlar arasında adət sayılan
heyz zamanı pak olduqları müxtəsər miqdardan çox gözləməlidir). Pambıq pakdırsa, qüsl
etməli və ibadətlərini yerinə yetirməlidir. Əgər pak deyilsə, pambığa sarı rəngli su belə
bulaşmış olsa, əgər heyz də adəti yoxdursa və ya adəti on gündürsə, ya da adət günləri hələ
tamam olmamışdırsa, gözləməlidir. Əgər on gündən əvvəl paklanarsa qüsl etməlidir.
Müddət on günə çatmış və ya qanı on gün həddini keçmişsə, onuncu günün tamamında
qüsl etməlidir. Amma əgər adəti on gündən azdırsa, on gün tamamlanandan və ya onuncu
günün başında paklanacağını bilirsə, qüsl etməməlidir.
Məsələ 497: Əgər qadın bir neçə günü heyz sayıb, ibadət etməzsə və sonradan o zaman
heyz olmadığını başa düşərsə, o günlərdə yerinə yetirmədiyi namaz və orucları qəza
etməlidir. Əgər bir neçə günü də «heyz deyil» – zənniylə ibadət edib sonradan o zaman
heyz olduğunu başa düşərsə, o günlərdə vacib oruc da tutmuşdursa, onları qəza etməlidir.
NİFAS
Məsələ 498: Uşağın ilk cüz`ü (hissəsi) anasının qarnından çıxmağa başladığı andan
e`tibarən qadının gördüyü qan on gündən qabaq və ya onuncu günün əvvəlində kəsilirsə,
nifas qanıdır bu şərtlə ki, ona «doğuş» deyilə bilsin. Nifas halında olan qadınlara nüfəsa
deyilir.
Məsələ 499: Uşağın birinci cüz`ü bayıra çıxmamışdan qabaq qadının gördüyü qan nifas
deyil.
Məsələ 500: Uşağın xilqətinin tamamlanmış olması lazım deyildir. Natamam doğulan uşaq
bağlı (laxta) qan surətində olan ələqə, ya ət parçası şəklində olan müzğə halətindən keçmiş
olsa və düşsə, qadının on günə qədər gördüyü qan, nifas qanıdır.
Məsələ 501: Nifas qanının bir andan çox gəlməməsi mümkündür, amma 10 gündən çox
olsa nifas hesab olunmur.
Məsələ 502: Əgər qadın özündən bir şey düşüb-düşmədiyində şəkk etsə, yaxud düşən şeyin
uşaq olub-olmadığında şəkk etsə, araşdırmağı lazım deyil və ondan xaric olan qan şər`ən
nifas qanı deyil.
Məsələ 503: Haizə vacib olan işlər nüfəsaya da vacibdir. Vacib ehtiyata görə, məsciddə
dayanmaq, digər qapıdan çıxmaq olmadan daxil olmaq iki məsciddən (Məscidül-həram və
Dostları ilə paylaş: |
|
|