Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

Zeynəddin Şabanov
26
Sosial tərəfdaşlıq - sosial birlik əsasında, hakimiyyətin məqsəd və fəaliyyətinə ic-
timai yardımın genişləndirilməsi əsasında səmərəli dövlətə doğru ideologiyadır (7, s. 
253). Sosial tərəfdaşlıq ideyası geniş xalq kütlələrinə, təbəqələrinə doğmadır, yaxındır 
və onların maraqlarını ifadə edir. O, hakimiyyət və xalqın birliyindən, sosial-ədalətli 
qurucu, yaradıcı  cəmiyyət quruluşu, maddi və  mənəvinin vəhdətinin zəruriliyindən 
yaranır. 
Dövləti, sahibkarları  və xalqı birləşdirən, onların birgə gücünü səfərbər edən və 
gücləndirən sosial tərəfdaşlıq ideologiyasının mexanizmi əsas məqsədə çatmaq baxı-
mından aşağıdakı kimi görünür:
- cəmiyyətə münasibətdə dövlət hakimiyyət və ictimai yardımın legitimliyi əvəzinə 
əldə etdiyi sosial təminata görə öz üzərinə dərk olunmuş məsuliyyət götürür; 
- sahibkarlığa münasibətdə dövlət mülkiyyət hüququna, əlverişli sahibkarlıq mühi-
tinə təminat verir, yardıma əvəz olaraq xarici aləmdə milli biznesin inkişafına kömək 
edir, dövlətin norma və qaydalarına ciddi riayət olunmasını təmin edir; 
- cəmiyyət və kapital arasında balans sahibkarların məqsədləri, maraqları və fəa-
liyyətlərinə ictimai yardım edərək onların sosial məsuliyyətli davranışlarının prinsipi 
əsasında qurulur (5, s.162). 
Sosial tərəfdaşlığın uğurları bir çox şərtlərlə müəyyən edilir. Lakin elə şərtlər var ki
sosial tərəfdaşlıq onlar olmadan sadəcə olaraq işləmir. Sosial tərəfdaşlığın üç sahəsinin 
mühüm iştirakçılarından biri - könüllü ictimai birliklərin, xeyriyyəçi və digər təşkilat-
ların məcmusu olan vətəndaş cəmiyyəti təsisatıdır. 
Könüllü birliklərdə iştirak yalnız özəl maraqlar məsələsi deyil, həm də arzu və im-
kanların özünü reallaşdırmasıdır. Bu, şəxsiyyət və dövlətin münasibətləri məsələsidir. 
Hüquq və azadlıqlardan istifadə edərək vətəndaşlar eyni zamanda öz üzərinə məsu-
liyyət götürür və öz hüquqlarının, o cümlədən sosial hüquqlarının müdafi əsinə görə 
vəzifələr yerinə yetirirlər. Məsuliyyətlə səs vermək üçün vətəndaşları cəmiyyət qarşı-
sında duran ən mühüm problemlər haqqında məlumatlandırmaq lazımdır. Bu problem-
lərin sosial tərəfdaşlıq dövləti və kapital tərəfi ndən təqdim edilməsi və formulə edil-
məsi üçün bir çox məsuliyyətləri məhz ictimai birliklər öz üzərinə götürür (6, s.254). 
Onların işlərində iştirak edərək vətəndaşlar özlərinin (və digərlərinin) məlumatlandı-
rılmasına görə məsuliyyət daşıyır, digər nöqteyi-nəzərlərə münasibətdə dözümlü ol-
maq vəzifəsini yerinə yetirirlər. Bu səmərəli vətəndaş fenomeni sosial tərəfdaşlığın 
hərəkətverici qüvvəsidir.
Kapitalın sosial tərəfdaşlığın üçbucaqlı sahəsində  iştirakının müasir anlamı xey-
riyyəçiliyə müncər edilmir. Sahibkarların bu gün sosial problemlərin həllində iştirakı 
belə məsrəfl ərin iqtisadi məqsədəuyğunluğudur. İnsan kapitalına, şəhərlərin, nəqliyyat 
kommunikasiyalarının və rabitənin strukturuna investisiya qoymaqla sahibkar kifayət 
qədər gəlir əldə edir.


Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
27
Dövlətin vəzifəsi bu fəaliyyətin inkişafı üçün iqtisadi və hüquqi stimul yaratmaqdır. 
Həmkarlar və ictimai ittifaqların vəzifəsi kapitalı mühüm, zəruri sosial problemlərin 
həllinə cəlb etmək və dövləti əməkdaşlığın vəziyyəti haqqında məlumatlandırmaqdır.
Xarici ədəbiyyatda bu hadisənin öyrənilməsinin üsulları və metodları ümumiləşdi-
rilmiş, işlənib hazırlanmış, inkişaf etmiş ölkələrdə sosial iştirakın xarakteri haqqında 
proqnozlar irəli sürülmüşdür.
“İştirak” anlayışını ən universal şəkildə Amerika alimi Corc Nagel müəyyənləşdir-
mişdir. Onun fi krincə, iştirak - “hər hansı siyasi sistemin sıravi üzvlərinin vasitəsilə 
fəaliyyətə təsir etdikləri və yaxud təsir etməyə cəhd etdikləri hərəkətdir” (11, s.216).
İştirakın bu konsepsiyası, siyasətə fəal daxilolma kimi, siyasi həyata psixoloji daxil 
olmaya qarşı qoyulur. Bu konsepsiya X.Makkloskiyə məxsusdur. O yazır: “... iştirak 
siyasi həyat proseslərinə daxil olma hissləridir” (11, s.217).
Bir sıra tədqiqatlarda konstitusiya, demokratiya əsasında qoyulmuş  vətəndaş  cə-
miyyətinin prinsiplərindən biri kimi başa düşülən “vətəndaş iştirakı” anlayışı da nəzər-
dən keçirilir. Vətəndaş iştirakı ideyası idarəetməyə idarə olunanların daxil edilməsini 
(siyasi, sosial-iqtisadi, mədəni proqram və layihələrin müzakirəsi və işlənib hazırlan-
masında), qərar qəbul etməyə  və “aşağı” (yerli) səviyyədə onların icrasına nəzarəti 
irəli sürür.
Sosial iştirak – vətəndaşların dövlət proqramlarının həyata keçirilməsinə, sosial 
gərginliyin azaldılmasına, münaqişəni aradan qaldırmaq məqsədilə  cəmiyyət qarşı-
sında duran problemlərin həllinə cəlb olunmasıdır. İctimaiyyətin, dövlət hakimiyyə-
ti orqanlarının qarşılıqlı  təsirinin  əsasında  əhali, xalq seçiciləri və icra hakimiyyəti 
orqanları arasında işgüzar tərəfdaşlığı və əməkdaşlığı tələb edən kollektiv məsuliyyət 
durur. Bu qarşılıqlı  təsirin  əsas məqsədi – vətəndaş  şüurunun inkişaf etdirilməsi və 
əlverişli ictimai-siyasi mühitin yaradılmasıdır.
Rusiya elmi ədəbiyyatında sosial iştirak məsələsi ilə bağlı D.Qonçarova və İ.Qop-
tarevanın monoqrafi yaları  fərqlənir. Onlar təsdiq edirlər ki, iştirak elə instrumental 
fəallıqdır ki, onun vasitəsilə vətəndaş hökumətə onun fəaliyyəti üçün arzu olunanlarla 
təsir etməyə cəhd edir. İştirakı təşkil edən fəaliyyətə bu müəllifl ər səsverməni, nüma-
yişlərdə, mitinqlərdə, piketlərdə və s. də iştirak etməni, pul-üzvlük haqlarının veril-
məsini, məktubların yazılmasını, etirazları, siyasi və vəzifəli şəxslərlə şəxsi əlaqələrə 
girilməni, müxtəlif təşkilatlara üzv olmanı, yerli səviyyədə vətəndaş təşəbbüslərinin 
irəli sürülməsini aid edirlər.
İştirak bir tərəfdən siyasi qərarların qəbul edilməsi prosesinə təsir kimi, digər tərəf-
dən dövlət idarəetmə orqanları tərəfi ndən qəbul edilən praktik proqramların həyata ke-
çirilməsinin gedişinə və xarakterinə təsir kimi nəzərdən keçirilir. Bu zaman müəllifl ər 
“siyasi” və “instrumental” iştirak anlayışlarını fərqləndirirlər. Birinci, iştirak dedikdə, 
həmişə instrumental şərhə  məruz qalmayan az-çox kortəbii fəallığın təzahürü başa 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə