Zeynəddin Şabanov
32
Razılaşmanı - cəmiyyətin ideal vəziyyəti kimi deyil, onun mövcudluğunun, da-
ğılmasının, eyni zamanda elementar qaydalara malik olmasının ayrılmaz səciyyəsi
kimi anlamaq lazımdır. Cəmiyyətdə razılaşma da, ixtilaf da qanunauyğundur, lakin
mühüm olan odur ki, aparıcı rolu razılaşma oynasın. Cəmiyyətdə razılaşma, birin-
cisi, cəmiyyətin ümumi vəzifələrini həll etmək, onu təkmilləşdirmək üçün subyekt-
lərin şüurlu fəaliyyətlərinin ümumi məqsədlərlə birləşməsi kimi; ikincisi, zorakı-
lıq tətbiq etmədən düşmənçilik və dözümsüzlük göstərmədən müxtəlif sosial-siyasi
qüvvələrin birgəsivilizasiyalı, demokratik norma və qaydalarla işləyib hazırladığı
razılaşdırılmış siyasət kimi; üçüncüsü, insanlar arasında münasibətlərdə müəyyən
güzəştləri genişləndirən siyasi mübarizədə sadə ümumbəşəri normalara riayət edil-
məsi kimi başa düşülür.
Razılaşmanın əldə edilməsi müxtəlif sosial qrupların kifayət qədər geniş ümumi
maraqlara malik olması şəraitində mümkündür. Bu sfera ola bilsin ki, hakimiyyətin
ədalətsiz siyasəti və ya ekstremist qüvvələrin hərəkətləri sayəsində kəskin şəkildə
məhdudlaşa, bəzi hallarda isə yox ola bilər. Ümumi maraqların obyektiv bazasının
məhdudlaşması – inzibatçılığın əsas mərkəzi vəzifələrindən biri hesab olunan sosial
təhlükənin xəbərdar edilməsindən biridir. Bütün cəmiyyət üzvləri, dövlət orqanları və
bələdiyyə hakimiyyəti, korporasiyalar, əhalinin müxtəlif qrupları arasında məqsədlə-
rin uzlaşmasını təmin edən sosial münasibətlər formasından biri kimi sosial tərəfdaşlıq
ictimai həyatın mühüm problemlərinin həllində bu cür vəziyyətlərin meydana gəlməsi
ehtimalını istisna etməyə imkan verir (16, s.38).
Bəzən ictimai şüurda sosial tərəfdaşlıq anlayışının özü düzgün şərh olunmur. Bir
çoxları bu hadisəni korporativdaxili əməkdaşlıq və yaxud digər təşkilatlarla tərəfdaşlıq
münasibətlərinin qaydaya salınması kimi başa düşürlər. Nəticədə, sosial tərəfdaşlığın
həqiqi mənası təhrif olunur və anlayışın dəyişməsi baş verir.
Sosial tərəfdaşlığın tarixi şüarı sinfi münaqişə və inqilabın antitezi kimi, əmək və
kapital arasında ziddiyyətlərin həlli üsulu kimi meydana gəlmişdir. Dövlət quruluşu-
nun əsas konsepsiyasının – sosializmin, dövlət təhlükəsizliyinin və modernləşmənin
böhranı yeni yanaşma axtarışlarını tələb etdi. İctimai və siyasi təsirin fokusunda qey-
ri-kommersiya və ictimai hərəkatlar birliklərində birləşən vətəndaşların təşəbbüskar-
lıqları meydana gəldi.
Bu gün sosial tərəfdaşlığın mənası ictimai arenada üç qüvvə – dövlət strukturla-
rı, kommersiya müəssisələri və qeyri-kommersiya təşkilatları (bu qüvvələr müvafi q
olaraq birinci, ikinci, üçüncü sektor adlanır) arasında konstruktiv qarşılıqlı təsirləri
qaydaya salmaqdan ibarətdir.
Sosial tərəfdaşlıq – problemə görə bölünmüş məsuliyyətə və insan həmrəyliyi hiss-
lərinə əsaslanan sosial fəaliyyətdir. Ən ümumi halda demək olar ki, sosial tərəfdaşlıq
üç sektorun nümayəndələri birlikdə işlədikdə, hər bir qrupun cəmiyyətdə bütöv halda
faydalı olduğunu dərk etdikdə əmələ gəlir.
Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
33
Sosial tərəfdaşlıq ideologiyasında aşağıdakı əsas məqamları göstərmək olar:
- sosial problem;
- tərəfdaşların maraqları;
- tərəfdaşların hüquqi əsaslandırılması;
- tərəfdaşların imkanları və güclü tərəfl əri;
- qarşılıqlı təsir və qarşılıqlı nəzarət qaydaları;
- informasiya sahəsinin mövcudluğu;
- tərəfl ərin birgə təşkili üsulu kimi layihənin mövcudluğu;
- sosial tərəfdaşlığın daimiliyi və stabilliyi;
- sosial problemlərin innovasion həlli yolları (12, s.249).
Sosial tərəfdaşlığın ətrafında formalaşdırdığı əsas məqam – sosial problemdir. La-
kin onun təzahür etməsi və hamı tərəfi ndən dərk olunması sosial tərəfdaşlığın əmələ
gəlməsi üçün kifayət deyildir – tərəfl ərin maraqlarının nəzərə alınması zərurətdir:
- tərəfl ərdən hər biri üçün sosial problemlərin əhəmiyyəti;
- mümkün tərəfdaşlardan hər birinin maraqlarının bərqərar olması;
- fəaliyyətin vəzifə və məqsədlərinin birgə formulə edilməsi;
- problemlərin həlli üzrə öz imkanlarının qiymətləndirilməsi, cəmiyyətdə özünün
statusunun, rolunun dərk edilməsi;
- əməkdaşlıq prosesində dəqiq hərəkət qaydalarının işlənməsi;
- tərəfl ər tərəfi ndən onların qüvvə və vasitələrinin birləşməsinin kumulyativ səmərə
verməsinin dərk olunması (13, s.266).
Hər şeydən əvvəl, yuxarıdakılarla tənzim olunan gündəlik problemlərin həllində
səylərin, cəhdlərin sadə qarşılıqlı təsirini və yaxud birliyini sosial problemləri həll
etməyə cəhd edən və bölünən tərəfl ərin bərabərhüquqlu, uzunmüddətli və qarşılıqlı
faydalı əməkdaşlığına əsaslanan sosial tərəfdaşlıqdan fərqləndirmək lazımdır.
O.Olsen özünün «Partnership For Sosial Welfare» adlı əsərində yazır ki, «tərəf-
daşlıq – kooperasiyadan böyükdür. Ona tərəfdaşlar tərəfi ndən qəbul edilən, vəzifələ-
rin bölgüsü (məsuliyyətin) mühiti kimi layihə mədəniyyətinin inkişafı, tərəfdaşların
bir-birinə cəlb etdikləri yeni qərar axtarışları prosesi daxildir. O özündə müqavilə öh-
dəliklərini, bütün tərəfdaşların yaxşılaşdırmaq və inkişaf etdirmək istədikləri keyfi y-
yətin artırılması sistemini əks etdirir(14, s. 325)».
Zeynəddin Şabanov
34
Sosial tərəfdaşlıq sistemində hər bir bölmə özünün güclü və zəif tərəfl ərinə ma-
likdir. Dövlətin güclü tərəfi – onun hakimiyyət mexanizmləri, biznesin güclü tərəfi
- maliyyə ehtiyatları ilə təmin etmək qabiliyyətidir, üçüncü bölmə yeni ideyaların
təşəbbüskarıdır. Lakin onlardan birgə istifadə etmək bir sıra problemlər doğurur.
Birincisi, ən çətin vəzifələrdən biri layihələrin maliyyələşdirilməsi mənbəyinin ax-
tarışıdır. Əksər hallarda sosial problemlər həcmi işlərin nəticələrinin real keyfi yyə-
tindən praktiki olaraq asılı olmayan yalnız büdcə dotasiyası vəsaitləri ilə həll olunur.
Belə ki, dövlət təşkilatları üçün büdcə stroku həmişə ciddi şəkildə məhdud olur.
Bundan başqa, Rusiya tərəfi ndən indiyədək Qərb ölkələrində ciddi maliyyə mənbəyi
olan xeyriyyəçilik fəaliyyətinin həvəsləndirilməsi sistemi yaradılmışdır. Xarici xey-
riyyəçi təşkilatların və fondların qrant vəsaitləri də sosial tərəfdaşlığın geniş inkişafı
üçün kifayət deyildir (21, s.164).
İkincisi, insan resurslarının, ehtiyatlarının əskikliyi problemi, daha dəqiq desək,
sosial tərəfdaşlıq prosesinin səmərəliliyini təmin etməyə qabil olan peşəkarların ça-
tışmazlığı problem də mühümdür. Bu və ya digər layihənin reallaşması təşəbbüsü,
hər şeydən əvvəl, üçüncü sektordan gəlir. Onun nümayəndələrində inzibati fəaliyyət,
vəsaitlərin cəlb olunması təcrübəsinin olmaması tərəfdaşlığın güclü sosial səmərəsinə
mane olur. Coşqunluq, peşəkarlıq bazasına əsaslanmalıdır. Əks halda o, tez sönə bilər.
Üçüncü problem – innovasiyalara uyğunlaşmamaq problemidir. İctimai təşkilat-
ların təşəbbüskarlığı ilə irəli sürülən və ya digər ölkələrin təcrübəsindən alınmış işin
texnologiyası və novatorluq metodikası həmişə sosial sistemin mövcud çərçivəsinə
tətbiq edilməyə də bilər (21, s. 165).
Vəziyyət həm də ona görə ağırlaşır ki, müxtəlif dövlət idarəetmə orqanlarının mə-
murlarında, xüsusilə, üçüncü sektordakı işlərdə dəyişikliklərə qərəzli münasibət təza-
hür edir. Bu sektorun nümayəndələri bəzən «iltimasçılar» və yaxud da “tabeolanlar”
kimi deyil, hətta «rəqiblər» kimi qəbul olunurlar. Elə də olur ki, rəqabət və ya hətta
qibtə, paxıllıq bir təşkilatın və ya sektorun daxilində elə qızışdırılır ki, bu da əmək-
daşlığın davam etdirilməsinin təcrid olunmasına gətirib çıxarır. Bəzən isə əks şərait də
əmələ gələ bilər: bu zaman bir sıra ictimai xadimlər belə hesab edirlər ki, dövlət bir
çox məsələləri müstəqil həll etməlidir. Belə yanaşma vətəndaş cəmiyyəti təsisatlarının
inkişaf etməməsinin ümumi səbəblərilə izah olunur.
Sonuncu barışdırıcı və yaxınlaşdırıcı qarşılıqlı faydalı başlanğıcı özündə ehtiva
edən, təklifl ərin, dəyərlərin, ideyaların, proqramların və s. sosial effekt verən könüllü
sosial mübadilənin əsasını təşkil edən qarşılıqlı əlaqədə olan subyektlərin maraqları-
nın balansıdır.
Nəticədə, qarşılıqlı fayda əsasında əməkdaşlıq insanları, sosial qrupları və təşki-
latları «birlikdə yaşamaq və effektiv ictimai münasibətləri (əlaqələri) idarə etməyə
öyrədir. Əgər sosial mübadilənin münasibətləri (əlaqələri) nəzərə alınmırsa, o zaman
subyektlərin qarşılıqlı təsirinin nəticələri qeyri-adekvat, effektsiz olacaq. İctimai mü-
Dostları ilə paylaş: |