Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

Azərbaycanda multikulturalizmin xüsusiyyətləri və istiqamətləri
59
nunla yanaşı, müvafi q olaraq yad etnomədəni qrupların nümayəndələri ilə dinc yanaşı 
mövcud olma, onlarla fəal qarşılıqlı əməkdaşlıq etmək də qeyd etdiyimiz anlayışların 
ifadə etdikləri məqamlardırlar. Ötən əsrin sonlarında dünya xalqlarının və ölkələrinin 
nəzərəçarpacaq yaxınlaşması müşahidə olunmağa başladı, əhalinin geniş miqrasiyası 
baş verdi. Bütün bu mühüm proseslər dəyərlər istiqamətinin dəyişdirilməsini, monomə-
dəniyyətlilikdən çoxmədəniyyətliliyə keçidi zəruri etdi. Təbii ki, bu zaman qəbul edən 
ölkələrin öz mədəniyyətlərinin qorunub saxlanılması probleminin aktuallığı da ciddi 
şəkildə yüksəlməyə başladı. Deməli, dəqiqliklə  işlənib hazırlanmış multikulturalizm 
siyasətinin həyata keçirilməsi qaçılmaz tələb kimi özünün biruzə verdi. Hazırda mul-
tikulturalizm həm bütövlükdə cəmiyyətin, həm də, konkret olaraq şəxsiyyətin mühüm 
keyfi yyəti kimi qiymətləndirilir.[12] Beləliklə, ötən əsrin 70-ci illərində “polimədəniy-
yətlilik” və “çoxmədəniyyətlilik” anlayışlarına “multikulturalizm” anlayışı da əlavə 
olundu. Əvvəlki iki anlayışla kifayət qədər oxşar cəhətlərə malik olsa da, cəmiyyətin 
siyasi və iqtisadi elementləri ilə daha sıx əlaqəli olması ilə səciyyələnirdi. Bu baxımda, 
 multikulturalizmi tam olaraq əvvəlki iki anlayışların sinonimi kimi qəbul etmək düzgün 
olmazdı. “Multikulturalizm” anlayışı ilə əsasən mədəni plüralizmin qanunauyğunluğu 
və dəyərləri təsdiqini tapmış olur. Multikulturalizm kontekstində oxşarsızlıq və ya fərq-
lilik “yad” kimi deyil, sadəcə “başqa” kimi nəzərdən keçirilməyə başladı.[13, 66] 
  Multikulturalizm  təkcə mədəni problemi deyil, həm də sosial və iqtisadi problem-
ləri ifadə edir. Həm də qeyd etmək lazımdır ki, multikulturalizm daha çox elə sosi-
al-iqtisadi xarakterli, müvafi q olaraq siyasi xarakterli problemləri ifadə edir və on-
ların həllini şərtləndirir. Multikulturalizm siyasəti və vəziyyəti aydın nümayiş etdirir 
ki, müxtəlif mədəniyyətlərin yanaşı mövcud olması hələ münaqişəsiz cəmiyyət və bu 
mədəniyyətlərin səmərəli qarşılıqlı fəaliyyətləri anlamına gəlmir. Multikulturalizm bu 
mədəniyyətlərin dinc yanaşı mövcud olmasını  və qarşılıqlı  fəaliyyət gösətrmələrini 
şərtləndirəcək xüsusi siyasəti ifadə edir. Əgər müxtəlif mədəniyyətlərin daşıyıcıları 
iqtisadi də daxil olmaqla, bir sıra vacib səbəblər üzündən biri-birilərinə güzəştə get-
mək istəmirlərsə, bu, istənilən multikulturalizmi şərtləndirəcəkdir. Bu, o deməkdir ki, 
  multikulturalizm  siyasətinin özünün yaranmış reallıqlar şərtləndirir və o, cəmiyyətdə 
etnomədəni zəmində münaqişələrdən qaçmağın ən optimal yoludur. Əks halda müxtə-
lif mədəniyyətlərin daşıyıcılarının qarşılıqlı sosial narazılıqları mədəni münasibətlər 
çərçivəsini aşaraq, əsl sosial problemə çevriləcəkdir. Bu zaman isə tolerantlığa istə-
nilən çağırışların hər bir köməyi olmayacaqdır. Multikulturalizmin prinsiplərinə əməl 
edilməsi cəmiyyətdə ciddi pozitiv nəticələrin əldə olunmasını şərtləndirir. Bunlardan 
ən mühümlərinin bəzilərini qeyd etmək mümkündür:
- işçi qüvvəsinə olan təlabat daha yüksək səviyyədə  və templə  təmin olunmağa 
başlamışdır;
- miqrantlar arasında işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür;
- yad mədəniyyətlərin daşıyıcılarına münasibətdə həssaslığın olması dövlət tərəfi n-
dən atılmış addımlarla şərtləndirilmişdir və s.


Cahangir Cahangirli
60
Həqiqətən də, ümumilikdə əmək miqrasiyasının səmərəli inkişafı üçün münbit şə-
raitin yaranmasını multikulturalizmin mühüm nəticəsi kimi dəyərləndirmək mümkün-
dür. Lakin bununla yanaşı, müşahidə olunan digər məqamları da qeyd etmək vacibdir. 
Belə ki, miqrasiya tempinin yüksəlməsilə dövlətlərin hökumətlərinin miqrantlara mü-
nasibətdə ritorikası dəyişməyə başlamışdır.[16, 172] Miqrasiya hallarının kütləviliyi 
qəbul edən ölkələrin ən ciddi problemlərindən birinə çevrlmişdir. Qəbul edən ölkələ-
rin əhalisi ilə eyni statusa malik olan miqrantlar əksər hallarda cəmiyyətə inteqrasiya 
və assimilyasiya olunmaqda maraqlı olmurlar. Bu da, sözsüz ki, etnomilli zəmində 
münaqişələrə və müvafi q olaraq cəmiyyətdə qeyri-sabitliyə səbəb olur. Bu baxımdan, 
multikulturalizm hayörda bir sıra ölkələrdə ifl asa uğramaqdadır. Hətta, əksər Avropa 
ölkələrində rəsmi səviyyədə multikulturalizm siyasətindən imtina etməyin zəruriliyi 
vurğulanır. Təbii ki, multikulturalizm siyasətindən imtina etmək qeyri-mümkündür. 
Bunun üçün monomilli cəmiyyətin olması lazımdır. Hazırda isə, dünya ölkələrinin 
böyük  əksəriyyəti polimillidir və deməli, istənilən halda, multikulturalizm siyasəti-
nin işlənib hazırlanmasının və həyata keçirilməsinin zəruriliyi öz aktuallığını saxlayır.
[15, 101] Dövlətlər    multikulturalizm  siyasətini cəmiyyətin sabitliyini, inkişafını təmin 
etmək, əksər hallarda isə, konkret məqsədlərə çatılması üçüm həyata keçirmək məc-
buriyyətindədirlər. Həqiqətən də, ayrı-ayrı ölkələrdəki reallıqları  təhlil etmiş olsaq, 
görərik ki, dövlətlərin multikulturalizm siyasəti əsasən ayrı-ayrı problemlərin həllinə 
yönəldilmiş olur. Multikulturalizm siyasəti həm də müasir mərhələdə əsas mədəniyyə-
tin dəyərlərinin qorunmasını şərtləndirən tədbirlər kompleksi kimi nəzərdən keçirilir. 
Yəni, dövlətlər nəzarətsiz inteqrasiyanı və assimilyasiyanı özünün mədəni dəyərləri 
üçün ciddi təhdid kimi nəzərdən keçirir və bu proseslərin müəyyən çərçivədə getməsi-
ni təmin edir. Bu, həm də onu göstərir ki, multikulturalizmin hədəfl əri təkcə müxtəlif 
mədəniyyətlərin dinc yanaşı mövcud olmasını təmin etməkdən ibarət deyildir. Multi-
kulturalizm siyasəti çoxüzlü olmaqla, üstün mədəniyyətin qorunmasına, cəmiyyətin 
sabitliyinə, sosial və iqtisadi inkişafına xidmət edir. Multikulturalizm cəmiyyətdə o 
vaxt səmərəli və ya gözlənilən nəticələrə gətirib çıxarır ki, bu istiqamətdəki addımlar 
dəqiqliklə işlənib hazırlanmış vahid strategiya üzrə həyata keçirilsin. Bu mənada Azər-
baycan Respublikası yaxşı nümunə təqdim edir. 
Azərbaycanda multikulturalizm: tolerantlıq siyasətinin əsası
Azərbaycanda multikulturalizm ənənələrinin kökləri kifayət qədər qədimdir. Azər-
baycanda əsrlər boyu müxtəlif etnomədəni qrupların nümayəndələri yanaşı mövcud 
olmuşlar. Azərbaycanda yaşayan müxtəlif milli azlıqlar özlərinin adət-ənənələrini, 
dillərini, dinlərini olduğu qoruyub saxlamaq və inkişaf etdirmək imkanlarına malik 
olmuşlar. Azərbaycan  ərazisində 80-dən artıq digər etnosların nümayəndələri azər-
baycanlılarla eyni hüquqlara malik olaraq yaşamaqdadırlar.[7, 24] Etnik tərkibi rən-
garəng olan Azərbaycan kimi bir ölkədə multikulturalizm siyasətinin reallaşdırılması 
daxili və xarici siyasətin inkişaf xüsusiyyətlərini müəyyənləşdirir. Təsadüfi  deyildir 
ki, Azərbaycanda milli məsələlərə çox böyük həssaslıqla yanaşılır. Ümummilli li-
der Heydər Əliyev böyük müdrikliklə dərk edirdi ki, Azərbaycan cəmiyyətinin stabil 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə