Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə16/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

Milli şüur və milli dil qloballaşma şəraitində
43
lər; kollektiv təfəkkürün heç də bütün kateqoriyaları məhz dil kateqoriyaları vasitəsi 
ilə ifadə olunmurlar, digər tərəfdən isə dillə ifadə olunan heç də hər şey şüur faktına 
çevrilmir və sosial əhəmiyyət kəsb etmir. Bu və ya digər dilin ayrılmaz xüsusiyyətinə 
çevrilmək üçün iki şərtin gözlənilməsi gərəkdir: birincisi, o, böyük leksik tərkibin zə-
ruri xarakteristikası olmalıdır ki, dildə daima işlənsin; ikincisi, bu semantik dominant 
bir neçə “porsiyaya” bölünərək nitq hissəsinin bütün sözlərinə paylanmalıdır ki, onları 
bu  əsasda bir-birinə qarşı qoyulmuş formalar sırasına bölsün. Bu forma sıralarının 
qarşı qoyulması insanların dil təfəkküründə məntiqi yaxud məna oppozisiyaları şəklin-
də mövcud olur. Məsələn, Azərbaycan dilində “tək-cəm” qrammatik qarşıqoyulması 
xarakterik olduğundan bu dilin daşıyıcıları əşyanın kəmiyyət xarakteristikasını müva-
fi q qrammatik göstəricilərlə daima dəqiqləşdirirlər (məsələn, qələm-qələmlər, adam 
–adamlar və s.). 
Müxtəlif dillər üçün qrammatik kateqoriyaların tərkibi müxtəlif olur, zira hər bir dil 
lüğət sinfi  üçün mahiyyətli atributları uzun tarixi zaman kəsiyində özü “seçir”. Hər bir 
dilin qrammatik sistemi dil quruluşunun ən dayanıqlı və ən çətin dəyişikliyə uğrayan 
hissəsini təşkil edir. Onun formalaşmasına yüz illər, min illər sərf olunduğundan onda 
bu və ya digər xalqa xas mədəni-etik dəyərlər və sosio-siyasi iqlimlə şərtlənən milli 
mentalitet və təfəkkürün özəllikləri əks olunmaya bilməz. 
Dillə bağlı narahatlıqların digər aspektlərinə də nəzər salmağa çalışaq. Rus alimi 
N.N.Bolışeva “Qloballaşma şəraitində dilin inkişafı (sosial-fəlsəfi  aspekt)” adlı əsərin-
də haqlı olaraq göstərir ki, qloballaşma bu gün məhz dil sferasındakı manipulyasiyalar 
vasitəsi ilə milli mentalitetlərə müdaxilə edir və onları unifi kasiyaya məruz qoyaraq, 
Qərbin “standartlarına” uyğunlaşdırır [5, s.3]. Və bu prosesin gerçəkləşdirilməsində 
bütün media vasitələri, xüsusilə də son illər xüsusi çəkisi artmaqda olan internet fəal 
surətdə iştirak edir. Faktiki olaraq özünəməxsus dil ekspansiyası həyata keçirilir. Dün-
yada bu gün həyata keçməkdə olan arzuolunmaz perspektivli təmayülləri təsirsizləş-
dirəcək konsepsiyanın axtarışları da bu səbəbdən böyük aktuallıq kəsb edir. Bəzən bu 
axtarışlar yalnış olaraq antiqlobalist addımlarla qarışıq da salınır.
Milli dil bu və ya digər xalqın milli mədəniyyətinin vacib komponenti olub, etno-
sun yaranması ilə formalaşır və sonradan onun sosial-siyasi mövcudluğunun zəruri 
şərti rolunda çıxış edir. Mütəxəssislər hesab edirlər ki, müasir “elektronlaşmış” mədə-
niyyət - kobud ünsiyyət və cəhalət nişanı altında milli dillərin qlobal kommunikasiya 
sistemi dolayısı ilə zibillənməsi, aşındırılması xətti üzrə inkişaf etməkdədir [6]. Dün-
yada mövcud dil müxtəlifl iyi dünyanın zənginliyini təşkil edir. Və hər “gərəksizləşdi-
rilən” dillə dünya özünü bənzərsiz təfəkkür tərzindən məhrum etmiş olur. Bu fi losofl ar 
belə etiraf edirlər ki, fəlsəfə heç də qeyri-milli (və ya fövqəlmilli) şüur forması deyil-
dir. Onu kosmopolit hesab eləmək səhvdir. Bu isə o deməkdir ki, hər bir dil özünün 
fəlsəfi  imkanlarına, qlobal problemlərin həlli baxımından bənzərsiz sayıla bilən açara, 
yanaşmaya malikdir və itirilən hər bir milli dillə bəşərin nələrdən məhrum olduğunun 
hesabını aparmaq belə çətindir. 


Adil Qurbanov
44
Sepir-Uorfun linqvistik konsepsiyasına görə, insanlar dünyanı  məhz ana dilinin 
prizmasından müxtəlif anlayırlar. Reallıq insana məhz ana dilinin məna pəncərəsin-
dən göründüyü kimi aşkarlanır. Məsələn, Аzərbaycan, rus, ingilis və alman dillərinin 
semantikasının hətta səthi müqayisəsi belə bu dillərdə bir çox subyektiv yaşantıların 
qarşılıqlarını tapmağın çətin olduğunu aşkara çıxarır. Alman dilində olan mənalar ingi-
lis dilində yoxdur, Аzərbaycan dilində olanlar rus dilində və əksinə. Ona görə də hesab 
olunur ki, hər hansı xalqın mentalitet və şüur özəlliklərini anlamaq üçün onun dilini 
öyrənmək lazımdır.
Əslində yeni texnologiyaların tətbiq edilməsi bayrağı altında eyni zamanda xalqın 
şüuruna da müdaxilələr edilir və bu məsələnin həllinə sadə qadağalar yolu ilə nail 
olmaq mümkün deyildir. Qloballaşma elə bir prosesdir ki, ona müqavimətsiz təslim 
olmaq təhlükəli olduğu kimi, onunla ayaqlaşmamaq da xalqın inkişafı və dünyadakı 
mövqeyinin qorunması baxımından təhlükəli ola bilər. 
Bəli, bu gün istifadə olunma genişliyi və praktikliyi baxımından Аzərbaycan dilinin 
müəyyən mənada ingilis dili vasitəsi ilə sıxışdırıldığını müşahidə etmək olar. Və unut-
maq lazım deyil ki, qlobal kommunikasiya şəbəkələrində “istehsal olunan” danışıq 
forması  təkcə  həmin  şəbəkələrin virtual sərhədləri çərçivələrində qalmır, insanların 
emosiyalarına, davranışına, fəaliyyətinə sirayət edir. Tomas Fridman adlı  tədqiqatçı 
özünün “Dünya yastıdır” kitabında bu sürətli dəyişikliklərin təsvirini verməyə çalış-
mışdır. Lakin o da baş verənlərin yetərli mənzərəsinin mümkünsüzlüyünü etiraf edir 
[7, p.50].
Təbii ki, internetdə ən işlək dil ingilis dilidir. Ən böyük informasiya resursları bu 
dildədir və saytların infrastrukturu da (proqram təminatı, bölmələr, linklər, naviqasiya 
və s.) ingiliscədir. İngilis dilini müəyyən səviyyədə bilmədən internetdə özünü sərbəst 
hiss eləmək çox çətindir. Lakin bu dilin öz qrammatik strukturu və deməli öz mental 
kateqoriyaları mövcuddur. Insan isə spesifi k mental məzmun üstdə köklənərsə, vaxta-
şırı onu yenidən təkrar istehlak etməkdə maraqlı olur. Beləcə, milli şüur transformasi-
ya zərurəti ilə üzləşir [8].
Qloballaşma dövründə dil kapitala çevrilmişdir. Dünyəvi informasiya mübadiləsi 
əsasında gerçəkləşdirilən yeni dünya nizamında dilin rolunu azaltmaq heç cürə müm-
kün deyil. Bir çox əvvəllər əlçatmaz olan proseslər bu gün internet vasitəsi ilə real 
zaman rejimində izlənilə bilir. Virtuallaşma zaman və məkanı sıxaraq, qlobal vəhdət 
hissinin formalaşdırılmasına nail olur. Milli dövlətin sərhədlərinin əhəmiyyəti “şəffaf-
laşır”.
Beləliklə, dünən milli dövlətin nəzarətində olan kommunikasiya bu gün qlobal şə-
bəkənin əlindədir və buna görə də xalqın şüurunun idarə edilməsi də artıq daha çox 
dünyəvi proseslərə  nəzarət edən qüvvələrin  əlindədir. Bu isə  təhlükəli vəziyyətdir. 
Mürəkkəb zamanda öz müstəqil yolunu başlayan Azərbaycan milli varlığına qarşı 
yönələ bilən hər bir təhlükəyə qarşı preventiv tədbirlər hazırlamalıdır.


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə