Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

Azərbaycanda multikulturalizmin xüsusiyyətləri və istiqamətləri
61
və davamlı inkişafı üçün digər etnomədəni qrupların nümayəndələrinə münasibətdə 
ayrı-seçkiliyə yol vermək qəbul edilməzdir. Heydər  Əliyevin birbaşa yaxından iş-
tirakı ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş Konstitusiya layihəsində istis-
nasız olaraq hər bir kəsin bərabər hüquqlara malik olması aydın ifadəsini tapmışdır. 
Yəni, mənşəyindən, irqindən, dilindən, dinindən asılı olmayaq hamı bərabərdir, eyni 
hüquqlara malikdir.[1] Ümumiyyətlə, multikulturalizm siyasətinin mərkəzi elementi-
ni təşkil edən tolerantlılıq və ya dözümlülük prinsiplərinin    Azərbaycan Respublikası 
Konstitusiyasında dəqiqliklə təsbit olunmuşdur. Məsələn, Azərbaycan Respublikası 
Konstitusiyasının 45-cü maddəsində “Bərabərlik hüququ”, 44-cü maddəsində “Milli 
mənsubiyyət hüququ”, 45-ci maddəsində “Ana dilindən istifadə hüququ” və s. əks 
olunması bir daha sübut edir ki, Azərbaycan Respublikasında multikulturalizm si-
yasətinin səmərəliliyini təmin edəcək zəngin konseptual əsaslar mövcuddur. Təbii 
ki, bu, həm də onun sübutudur ki, ulu öndər Heydər  Əliyev Azərbaycanda multi-
kulturalizm siyasətinin əsasını qoymaqla, onu cəmiyyətin demokratik inkişafının va-
cib şərti, ayrılmaz elementi kimi qiymətləndirmişdir. Heydər Əliyev mənşəyindən, 
irqindən, dilindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının bərabər 
hüquqlara malik olduğunu təşviq etməklə, elə multikultural ideyaları dəstəklədiyini, 
ona sadiqliyini nümayiş etdirirdi. Ümummilli lider Heydər Əliyev demişdir: “dinin-
dən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquq-
lara malikdirlər”.[2] Ulu öndər ölkədə multikulturalizm siyasətinin səmərəli olması 
üçün onun konseptual əsaslarının zənginləşdirilməsi məsələsinin vacibliyindən çıxış 
edərək bu istiqamətdə ciddi addımlar atmışdır. O, multikulturalizm siyasətinin həyata 
keçirilməsinin, ideyalarının zənginləşdirilməsinin cəmiyyətin, konkret olaraq Azər-
baycan dövlətinin inkişafı üçün vacibliyini dəqiq və aydın əsaslandıraraq qeyd edirdi: 
“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olur, çünki onların 
hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbay-
can əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiy-
mətləndiririk və qoruyub saxlayacağıq”.[2] Nəzərdən keçirdiyimiz məqamlar aydın 
göstərir ki, ümummilli lider Heydər  Əliyev özünün müdrik, uzaqgörən siyasəti ilə 
Azərbaycanda tarixən mövcud olmuş və ölkənin səciyyələndirən mühüm cəhətlərdən 
biri kimi nəzərdən keçirilmiş multikultural ənənələrin qorunub saxlanılmasının, inki-
şaf etdirilməsinin ciddi konseptual əsaslarını hazırlamaqla, multikulturalizm siyasə-
tini keyfi yyətcə yeni mərhələyə qaldırmışdır. Azərbaycan  ərazisində yaşayan milli 
azlıqların mədəniyyətlərinin, tarixlərinin, dillərinin, dinlərinin qorunub saxlanması-
nın və inkişaf etdirilməsinin qanuni əsaslarının yaradılması  məhz ümummilli lider 
Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, Heydər Əlieyin siyasi hakimiyyətə qayıdı-
şından sonra Azərbaycanda yaşayan müxtəlif etnimədəni qrupların nümayəndələrinin 
mədəni kimliyinə  təminat verən çoxsaylı qanunlar qəbul olunmuşdur. Ümummilli 
lider Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, 
multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi müəyyənləşdirərək 
təqdim etmişdir.[4] Ümummilli lider Heydər Əliyevin multikulturalizm ideyalarının 
genişləndirilməsi,  ənənələrinin qorunması  və inkişaf etdirilməsi sahəsindəki təşəb-


Cahangir Cahangirli
62
büsləri, fəaliyyəti beynəlxalq qurumlar tərəfi ndən həmişə yüksək qiymətləndirilmiş-
dir.[6, 4] Bütün bunlar bir daha, Azərbaycan multikulturalizminin siyasi banisinin ulu 
öndər Heydər Əliyevin olduğunu qeyd etməyə əsas verir. 
Həqiqətən də, Azərbaycandakı hazırkı və tarixi reallıqları nəzərdən keçirərək təhlil 
etməklə, ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə multikulturalizmin 
ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyinə tam əmin olmaq mümkün-
dür. Qeyd etmək lazımdır ki, tarixən Azərbaycan  ərazisində yaşamış müxtəlif et-
nomədəni qrupların üzvləri həm də Azərbaycanın ictimai-siyasi həyatında da sərbəst 
fəaliyyət göstərmişlər. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda tarixən mul-
tikulturalizm təcrübəsi mövcud olmuşdur. Tarixə diqqət yetirsək, görərik ki, Azərbay-
can ərazisinə köçmüş digər milli azlıqların nümayəndələri də Azərbaycan xalqından 
multikulturalizm və tolerantlıq ənənələrini öyrənmişlər. Azərbaycanda milli münasi-
bətlərin tənzimlənməsinin yaxşı təcrübəsi sayəsində burada etnomilli zəmində ciddi 
zidiyyətlər müşahidə olunmamışdır.[8, 92] Həqiqətən də əksər tədqiqatçıların fi krincə, 
Azərbaycanda etnomühit tarixən sabit olmuşdur. Azərbaycan ərazisində yaşayan bü-
tün etnomədəni qrupların nümayəndələrinə demək olar ki, eyni münasibət bəslənil-
mişdir.[9, 29] Təbii ki, Azərbaycan ərazisində yaşayan etnik ermənilər istisna təşkil 
etmişlər. Belə ki, xarici qüvvələrin təsiri ilə Azərbaycan  ərazisində yaşayan erməni 
azlığı müxtəlif ixtilafl ar törətməklə yanaşı, həm də ümumilikdə bütün milli azlıqlar 
arasında ziddiyyətlər yaratmağa çalışmışlar. Buna baxmayaraq, Azərbaycan multikul-
tural ənənələrin qorunmasında və inkişaf etdirilməsində konseptual əsaslara söykənən 
siyasət həyata keçirməkdədir və beynəlxalq ictimaiyyət ölkəmizin bu sahədəki uğur-
larını təqdir edir, yüksək qiymətləndirir. Azərbaycan dövləti daxili siyasətinin mühüm 
istiqaməti kimi müəyyənləşdirməklə yanaşı, həm də müxtəlif etnomədəni qrupların 
nümayəndələrinin mədəni dəyərlərinin qorunmasının müsir dövlətlərin vacib funksi-
yası və öhdəliyi olduğunu təşviq edir. 
Azərbaycan Respublikasında formalaşmış və bütün dünyanın təqdir etdiyi təc-
rübə aydın göstərir ki, zəngin konseptual əsaslara söykənən və düzgün həyata ke-
çirilən multikulturalizm siyasəti fərqli mədəni dəyərlərin daşıyıcılarının dinc ya-
naşı yaşamasını  təmin edir. Müasir mərhələdə  bəşəriyyətin inkişaf səviyyəsi və 
tendensiyaları müxtəlif mədəniyyətlərin yanaşı mövcud olmasını tələb edir. Bunun 
alternativnin olmadığı Azərbaycan Respublikasında aydın dərk edilir. Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev cənabları multikultural dəyərlərin qorun-
masını və inkişaf etdirilməsini cəmiyyətin sabitliyinin və inkişafının başlıca şərti 
kimi qiymətləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı ola-
raq demişdir: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu 
gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir”.
[20] Multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində ulu öndər 
Heydər  Əliyevin müdrik siyasətini yeni elementlərlə  zənginləşdirərək davam et-
dirməklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müxtəlif 
mədəniyyətlər və dinlərarası münasibətlərin sağlam bünövrə üzərində qurulmasına 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə