JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə41/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

89
V BÖLÜM
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ 
Buraxılış xəritəsi yaradıcı heyətin redaksiya 
toplantısından sonra ortaya çıxan bir sənəddir. Səhər 
toplantısında qəbul olunan qərarlar əsasında, gün 
ərzində yayımlanacaq xəbər buraxılışlarının, başlıcası 
isə Ana xəbər buraxılışında gedəcək xəbərlərin xəritəsi 
cızılır. Unutmayaq ki, gün öz sözünü dedikcə, səhər 
xəritəsindəki cizgilər dəyişə, bəzənsə hansısa qaynar 
xəbər xəritəmizi tanınmaz hala sala bilər. Ana xəbər 
buraxlışından sonra keçirilən sonuncu efir sonrası 
toplantıda gecə xəbərlərinin – gecə bülleteninə hansı 
xəbərlərin düşəcəyi qərara alınır. Buraya gün ərzindəki 
xəbərlərlə yanaşı, təzə informasiya da əlavə oluna 
bilər. 
Xəbər xəritəsi bunları müəyyənləşdirir : 
• Buraxılışa daxil olacaq xəbərləri,
• Buraxılışın aparıcısının kimliyini, 
• Materialların zaman sürəsini, tipini,
• Texniki heyət üçün nəzərdə tutulmuş qeydlər 
(aparıcını çəkəcək kamera, konkret hər bir süjetə lazım 
olacaq qrafikanın sayı və s. ).
Bunlar o qədər mürəkkəb və çətin proseslərdir ki, 
bəzən buraxılışa məsul redaktor, efir rejissorları, 
prodüserlər hər şeyi atıb getmək istəyirlər. Amma 
izləyiciniz üçün xəbərləri maraqlı və aydın etmək uçün 
bütün bu elementlər vacibdir, bunun üçün düşünmək, 
yaradıcı olmaq lazımdır. 
Qeyd etdiyimiz kimi, randounla bağli iki eyni cür 
düşünən prodüser və buraxılış redaktoru tapmaq 
geyri-mümkündür. Yaxşısı budur, onların işinin bir-
birini necə tamamlaya biləcəyini yazaq. 
Xəbər buraxılışının düzümündə  - bir xəbərdən o 
birisinə rahat, keçidlərlə axması, izləyicini cəlb etməsi, 
eyni zamanda da gün boyu baş verən ən vacib 
xəbərləri əhatə etməsi əsl peşəkarlıqdır. 
Bu bölümün sonunda verilən misallarda görəcəksiniz 
ki, buraxılışa məsul heyət hər gün necə mürəkkəb 
janqlyorluq məharəti göstərir.
Qeyd. Televiziya kanlalarından alınmış nümunələr 
korrektə və redaktə olunmadan, orijinaldakı kimi təqdim 
olunur.
Nümunə 1 
Reqion TV – 
22.06.16 
20.30
SƏLMİNƏ ƏLƏKBƏRLİ 
SALAMLAŞMA
ANONS
* * *
- Azərbaycan Silahlı Qüvvələri düşmən hədəflərini 
darmadağın etməyə qadirdi...İNTERŞUM 
SİNX...01.01.27-01.35.01.36. Müasir silahlar 
sınaqdan keçirildi...
- Prezidentlərin Sankt Peterburq görüşündə əldə 
olunan razılığın detalları açıqlandı. 00.22.00.27
-Sarqsyan 4 günün acısını aylardı soyuda bilmir.... Başı 
itirən işğalçı ölkə rəhbəri çıxış yolunu kütləvi ixtisar-
larda gördü...
- Hindistanda ildırım 100 nəfərı canından etdi.... 
Təbiət hadisəsi zamanı yaralananlar da var 
-00.14.00.00.19... Ancaq bir əmması var... 
Çağırılmamış qonaq əkin sahələrinə qənim kəsildi...
-01.31.01.38 Bəs qarşı tərəf fermerlərin istəyinə niyə 
müsbət cavab vermir?
-Şəkərli diabet də yaş sərhədlərini aşdı...SİNX..
( uşaqlar arasında 1 yaşında olan şəkərli diabet 
xəstəmiz də var. İndi isə xəstəlikdə cavanlaşma gedir)
Genefondumuza təhlükə var...
-00.38.00.44.. Yuxusunu 30 saniyəyə gerçəkləşdirən 
Tovuz sakininin ixtirasını sizə “Bu gün” göstərəcək
* * *
SALAMLAŞMA. Sankt-Peterburq görüşünün səsi 
deyəsən indi çıxmağa başlayıb. İşğalçı ölkənin rəhbəri 
başı alovlu Azərbaycan torpağına-Qarabağa gedir.  
Dağıstanda terrorçular məktəbi yandırdılar. Şimali 
Koreya iki orta mənzilli ballistik raketin buraxılışını 
həyata keçirdi. TTV bu və ya digər xəbərlərlə dünya 
gündəmini təqdim etdi. Bizim xəbərlər anonslardan 
bəlli olacaq. Axşamınız xeyir
* * *
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ 


90
V BÖLÜM
TƏQDİMAT Azərbaycan Silahlı qüvvələrinin birlik, 
birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki 
təlimlər keçirilib. Prosesi şəxsən izləyən Müdafiə 
Naziri Zakir Həsənov qoşun növlərinin qarşıya qoy-
ulan tapşırıqların öhdəsindən layiqincə gəlməsini, 
hədəflərin ilk atışda dəqiqliklə vurulmasını yüksək 
qiymətləndirib. 
* * *
SUJET TƏLİMLƏR  2.40 
ZAKİR HƏSƏNOV  AZƏRBAYCANIN MÜDAFİƏ 
NAZİRİ (2)
* * *
TƏQDİMAT Prezidentlərin Sankt Peterburq 
görüşündə mərhələli həll variantı  əsas götürülüb.
Razılığın detallarını Prezident administrasiyası 
rəhbərinin müavini Novruz Məmmədov açıqlayıb. 
Görüşdə əvvəl 5, daha sonra iki rayonunun 
qaytarılması, ardınca dəhlizin və Dağlıq Qarabağın 
statusunun müəyyən edilməsi məsələsində razılıq əldə 
edilib. 
SUJET-RAZILIQ  3.10  BAKI
TİTR: NOVRUZ MƏMMƏDOV PREZİDENT 
ADMİNİSTRASİYASI RƏHBƏRİNİN MÜAVİNİ 
TİTR: HİKMƏT HACIYEV, XİN-İN MƏTBUAT KATİBİ 
* * *
KADR MONİTORİNQ ATƏT-in fəaliyyətdə olan 
sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun 
olaraq bu gün Tovuzun Ağdam kəndi yaxınlığındakı 
qarşıdurma xəttində keçirilən 
monitorinq insidentsiz başa çatıb. Prosesi qrumun 
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin 
səhra köməkçiləri izləyib. Monitorinqdən əvvəl ATƏT 
nümayəndələri sərhədyanı kəndlərdə atəşkəsin 
pozulması, dinc sakinlərin və əkin-biçin işlərinə 
cəb edilən texnikanın hədəfə alınması barədə 
məlumatlandırılıb. TOVUZ                                  
* * *
TƏQDİMAT Aprel məğlubiyyətini həzm edə bilməyən 
Sarqsyan çıxış yolunu ixtisarlarda görüb. İşğalçı ölkədə 
növbəti məmur vəzifəsindən uzaqlaşdırılıb. Yüksək 
rütbəli zabitlərin kütləvi həbsləri və bəzilərinin işdən 
çıxarılması sonda Sarqsyanla müdafiə naziri Seyran 
Ohanyan arasında narazılığa gətirib çıxarıb. 
SUJET ERMƏNİSTAN  2.40   ARXİV ERMƏNİSTAN 
KADR SERJ SƏFƏR Ermənistan prezidenti Serj Sar-
qsyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ 
bölgəsinə gəlib.Rusiya mətbuatının məlumatına 
görə,Sarqsyanın Xankəndi separatçılarının rəhbərliyi 
ilə görüşəcəyi və bəzi rayonlara baş çəkəcəyi gözlənilir.
ARXİV
* * *
(KADR TÜRKLİYƏ) Türkiyənin Iğdır rayonunun Tuzlu-
ca qəsəbəsinin girişi və çıxışında erməni dilindəki tablo 
sökülüb. Buna Iğdırın Azərbaycan əsilli sakinlərinin 
etirazı səbəb olub. Ermənistanla həmsərhəd olan 
Tuzluca qəsəbəsində bələdiyyə türk, ingilis, kürd və 
erməni dillərində “Xoş gəldiniz, gülə gülə” yazıları 
yazdırıb.Yerli əhali yalnız erməni dilində yazılan sözlərə 
öz etirazlarını bildiriblər. Narazılığın böyüdüyünü görən 
qəsəbə bələdiyyəsi tablonun üzərində erməni dilindəki 
yazıların silinməsi ilə bağlı qərar qəbul edib. TÜRKİYƏ
13.10
PƏRDƏ
* * *
KADR FƏRMAN Prezident İlham Əliyev  ipoteka 
kreditləşməsinin bəzi məsələləri haqqında fərman 
imzalayıb.Fərmana əsasən, “Azərbaycan İpoteka 
Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi 
təsdiqlənib. Nazirlər Kabinetinə “Azərbaycan İpoteka 
Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına 
ipoteka kreditinin, o cümlədən “Elektron hökumət” 
portalında “Elektron ipoteka” sistemini yaratmaq 
və gələn il yanvarın 1-dən tətbiq etmək tapşırılıb.
Bundan əlavə fərmana əsasən,  Azərbaycanda  yeni 
tikilən, ancaq Şəhərsalma və Tikinti Məcəlləsinə 
uyğun istismarına icazə verilməsi gecikən çoxmənzilli 
binalardakı mənzillərin alınması üçün də  ipoteka 
krediti veriləcək. 
* * *
KADR SƏRƏNCAM Prezident İlham Əliyev Dövlət 
qulluqçularının təltif edilməsi haqqında sərəncam 
imzalayıb.Sərəncama əsasən,dövlət qulluğunda 
səmərəli fəaliyyət göstərən bir qrup şəxs 3-cü dərəcəli 
“Vətənə xidmətə görə” ordeni ilə,“Dövlət qulluğunda 
fərqlənməyə görə” və  “Tərəqqi” medalları ilə təltif 
olunub. Daha bir sərəncamla Natiq Əzizova “Əməkdar 
dövlət qulluqçusu” fəxri adı verilib. 
* * *
TƏQDİMAT Bu gün Bakının Xəzər rayonunda Zirə 
Cümə məscidi kompleksi istifadəyə verilib. Həmçinin 
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ / 
XƏBƏR BURAXILIŞININ XƏRİTƏSİ 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə