JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə37/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

79
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
TAPŞIRIQLAR / ƏDƏBİYYAT
TAPŞIRIQ 7: 
İkibölümlü tapşırıqdır. Öncə testi çözür, sonra verilən 
tələblərə dayanıb ssenari yazmalısan.
1) Test: Jurnalistləriniz uzunmüddətli araşdırma 
ilə məşğuldur. Onlar topladıqları bilgi və dəlilləri 
yoxlayıb, azı iki müstəqil qaynaqdan təsdiqləyərək 
informasiyanın düzgünlüyünə əmin olublar. Növbəti 
addım nöqsanlara yol verdiyi iddia edilən şəxslərin özəl 
yaşamına müdaxilə ittihamlarının önünü kəsməkdir.  
Danılmaz dəliliniz varsa, bunu polis və başqa rəsmi qu-
rumlar təsdiqləyirsə, hansı halda şəxsin özəl yaşamına 
qarışmaq əsaslandırıla bilər?
Həmin şəxs:
a) cinayət əməlinə yol veribsə;
b) korrupsiyaya cəlb olunubsa;
c) səriştəsizlik və etinasızlıqda suçlanıbsa;
d) ictimai sağlamlıq və güvənliyə qorxu yaradıbsa;
e) ictimaiyyəti çaşdıran açıqlamalar edibsə; 
f) hökumət rəsmilərinin nüfuzuna zərbə vuran siyasi 
bəyanatlar veribsə;
g) yerli biznesə zərbə vuran bəyanatlar veribsə;
h) yuxarıdakıların hamısı.
2) İndi bu mövzunu konkret əhvalat əsasında, üstəlik,  
stendap, interküy və xəbər qrafikindən yararlanaraq 
ssenari hazırla və dərsdə müzakirəyə çıxar. 
TAPŞIRIQ 8:
Qəliz bir mövzu seçib, həmin mövzunu açmaqdan ötrü 
özgün baxış bucağı tapmağa çalışın. Öz mövqeyinizi 
sizinlə birgə çalışan daha təcrübəli həmkarlarınızla 
müzakirə və müdafiə etməyə can atın. Xəbərinizi daha 
da dolğunlaşdırmağa, hətta baxış bucağınızı dəyişməyə 
hazır olun. Müzakirədən sonra material üzərində işə 
başlayın.
1. Oya Tokgöz. Temel gazetecilik.6-cı baskı.Ankara, 2006
2. Erkan Yüksel, Halil İbrahim Gürcan. Habercinin el rehberi. Eskişehir, 2001
3. Erik Meyin seminarları; www.internews.az
4. Məmmədli Z., Əliyev İ., Hacılı R. Media hüququ. Bakı, 2005
5. Məmmədli Z. A-dan Z-yə telexəbər. Bakı, “Yeni Nəsil”, 2009      
6. Repkova T., Demokratik cəmiyyətdə peşəkar qəzet buraxmaq yolları. Bakı, “Qanun”, 2006
7. Девид Рендалл. Универсальный журналист. Москва, 2003
8. Справочник по свободе массовой информации в Интернете. Москва, 2007
9. Виктория Маккаллах Кэрролл. Новости на ТВ. Москва, «Мир», 2000
10. Johan   Galtung, C. Vincent Richard.  Global Glasnost: Toward a New Information and Communication Order? 
Hampton Press, 1992
11. Jan Shaffer. Civic journalism: Redefining News. Engaging Readers. Making a Difference. Bax: www. Pewcent-
er.org/doingcj/speeches/s_kobe.html(232001)
12. Wilbur Schramm. Messages and Media: A Look at Human Communication. Harper and Row.  New York, 1973
ƏDƏBİYYAT


80
V BÖLÜM
XƏBƏR BURAXILIŞI NƏDİR?
XƏBƏR PROQRAMLARI FORMATLARI
Yayım jurnalisti kimi bizim fəaliyyətin sonucu – 
yaratdığımız televiziya məhsulunu seyrçiyə başdan 
sona izlətməkdir. Bu gundəlik xəbərlər, yaxud infor-
masiya buraxılışı ola bilər. Jurnalist və telexəbərçilər 
komandası öz efir vaxtından maksimum effektli 
yararlanmağa çalışmalıdır.
• Ana xəbər və ara xəbərlər 
• Xəbər bülleteni
• Fləş xəbərlər 
• Həftəsonu bülleteni  
• Xəbər buraxılışları
• 24 saatlıq xəbərlər 
Xəbər jurnalistikasının əsas hədəfi öz xəbərlərini 
izləyiciyə ən uyğun və rahat formada çatdırmaqdır. 
Çünki televiziya xəbərləri illər öncəki kimi yeganə, 
tək və təkrarolunmaz lider mövqeyində deyil. Artıq 
izləyicinin aldığı ilk xəbər qaynağı televiziya xəbərləri 
olmaya da bilər. Buna görə də  televiziya xəbərçiləri 
yeniliklərin çatdırılma üsullarını bir də gözdən 
keçirməli, yenidən dəyərləndirməlidir. 
İlk baxışda heç nə dəyişməyib – yaxşı, savadlı, diqqətlə 
tərtib olunmuş vizual materiala maraq, çatımlı tərzdə 
Bu bölümdə siz televiziyada xəbər buraxılışının 
istehsalının əsas prinsiplərini öyrənəcəksinız. Ümumi 
qaydalara və prinsiplərə bələd olduqdan sonra bunları 
işlədiyiniz və ya gələcəkdə işləyəcəyiniz redaksiyanın 
fəaliyyətinə uyğunlaşdırmaq asandır.
yazılmış kadrarxası və kadrda səslənən mətnlərə 
ehtiyac aradan qalxmayıb. Ona görə də yayımçılar, 
televiziya jurnalistləri bu müsbət cəhətləri öz güclü 
tərəflərinə çevirməyi bacarmalıdırlar. Və təbii ki, 
dünya televiziya jurnalistikasında, daha az isə bizim 
yerli televiziyaçılıqda xəbərlərin çatdırılmasının çoxlu 
forma və ölçüləri var. Bura çox dinamik, qısa xəbər 
başlıqlarından tutmuş, dayanmadan informasiya verən 
24 saatlıq xəbər kanallarına qədər müxtəlif formatlar 
daxildir. 
Xəbər buraxılışları formatları çeşidləməsində iki kate-
qoriya müəyyənləşdirilir - ana xəbər və ara xəbər. Bu 
çeşidlənmə zamanı iki prinsip əsas götürülür
1. Buraxılışın vaxtı (buraxılışın hansı zaman kəsiyində 
yayımlanmağı)
2. Buraxılışın hədəf auditoriyası (buraxılışın kimlərə 
ünvanlanması)
• Xəbər buraxılışı nədir?
• Xəbər proqramları formatları hansılardır?
• Ana xəbər bülleteni nədir?
• Xəbər buraxılışı necə hazırlanır?
• Xəbər buraxılışı hazırlığının texniki elementləri nədir?
• Xəbərin oxunuş sürətini necə ölçməli?
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XƏBƏR BURAXILIŞI NƏDİR? / XƏBƏR PROQRAMLARI FORMATLARI


81
V BÖLÜM
ANA XƏBƏR BÜLLETENİ NƏDİR?
XƏBƏR BÜLLETENİ 
Televiziya xəbərçiliyində “prime-time”ın  (ən çox 
televiziya izləyicisinin ekran başında olduğu zaman 
kəsimi - 20.00- 23.00 arası) başlanğıcında yayımlanan 
axşam xəbər bületeninə ana xəbər bülleteni deyilir. 
Ən çox izlənilən seqment olaraq televiziya kanalının 
izləyicilərinə təsiri, inamı və gücü ana xəbər bülleteni 
ilə ölçülür. Buna görə də: “Ana xəbər telekanalın nüfu-
zudur”, - deyə bilərik.
• Ana xəbər kanalın TV xəbər xidməti (və ya xəbər 
mərkəzi) tərəfindən hazırlanır. Ana xəbəri, əsasən, 
məşhur bir xəbər aparıcısı, yaxud ankorman, ya da 
xəbər mərkəzinin xəbəri təhlil edərək çatdıra biləcək 
rəhbərlərindən olan professional jurnalist  aparır.
• Unutmayın: ana xəbər bülleteninin xəbərləri, 
kontenti bütünlükdə telekanalın yayım siyasəti 
çərçivəsinə uyğun olaraq seçilir.
• Ana xəbər bülleteninin həcmi də telekanalın yayım 
siyasəti və yayım tərzinə uyğun olaraq, 45- 60 dəqiqə 
müddətində olur. Bir ana xəbər bülletenində təxminən 
20-25 xəbər olur. 
Xəbər bülleteni gün ərzində baş vermiş olayların kiçik, 
yığcam, 1-5 dəqiqəlik buraxılışlarıdır. Onun daxilindəki 
sujetlər, xəbərlərin hər biri təqribən 10-30 saniyəlik 
zaman kəsimində çatdırılmalıdır. Bülletenlər müntəzəm 
efirə verilir. Amma xəbər bülletenlərinin daha bir 
formatı da var, bunlar xüsusi bülletenlər adlanır.
• Ana xəbər bülleteni öncədən hazırlanmış xəbər 
süjetləri (televiziyaçıların slenqində bu material, 
reportaj, yayım bantı və s. kimi də adlandırıla bilər) 
və süjetlərdən öncə aparıcı, xəbər spikeri və ya 
ankormanın xəbərlə əlaqədar qısa təqdimatından 
ibarət olur. Ana xəbər bülletenində canlı bağlantılar, 
studiyaya xüsusi dəvət olunmuş və canlı yayıma çıxan 
qonaqlar da ola bilər.
• Ana xəbər bülleteninin sırası öncədən hazırlanır; 
olay yerindən çəkilən kadrların üzərinə mətn oxunur, 
olayın təbii səsi və xəbərlə əlaqəsi olan insanlardan 
alınan müsahibələr daxil edilir, bütün bunlar məntiqli 
bir formada əlaqələndirilərək bant, süjet halında VTR 
(Video Tape Recoder)-dən yayımlanır. Onlar öncədən 
müəyyən olunmuş sıra ilə xəbər spikerinin lakonik 
təqdimatı ilə efirə verilir.
• Xəbər spikeri təqdimatında yardımçı alət kimi xəbər 
masası üzərindəki yazılı mətn və ya telesuflyora 
yerləşdirilmiş mətndən yararlanır.
Bu sadə və çatımlı prinsipi anladıqdan sonra dünya 
jurnalistikasında xəbər buraxılışının digər formatlarını 
gözdən keçirək.
QEYD. Böyük Britaniyada xəbərlərin yığcam icmalına 
bülleten deyilir. ABŞ-da isə bülleten Britaniyada 
nyusfləş adlandırılan, bir olaya həsr olunmuş kiçik 
xəbər buraxılışına deyilir (BJ, səh. 137) Yəni xəbərçilık 
terminologiyası müxtəlif ölkələrdə fərgli ola bilər.
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
ANA XƏBƏR BÜLLETENİ NƏDİR? / XƏBƏR BÜLLETENİ 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə