82
V BÖLÜM
XÜSUSİ BÜLLETENLƏR
XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ PRİNSİPLƏRİ
• Fləş xəbərlər (news flashes)
Bu efir kəsilərək hansısa
böyük qəza və yaxud siyasi
həyatda gözlənilməz dəyişiklik tipli vacib xəbərin
aparıcı tərəfindən oxunulmasıdır. Fləşdən yalnız çox
önəmli, həyati vacib xəbəri çatdırmaq üçün istifadə
edirlər.
Studiyada xəbər buraxılışı efirə gedərkən çatdırılan fləş
- təcili xəbəri isə buraxılışın ən uyğun, hansısa fasilə
kəsimində oxumaq olar, ən yaxşısı isə, buraxılışın
sonunda, qapanış başlıqlarından öncə oxumaqdır. Əgər
sona yüngül, əyləncəli xəbər salınıbsa, onda dəyişiklik
etmək lazım gələcək - fləş xəbər oxunduqdan sonra bu
xəbər verilməməlidir.
Adi verilişi də yarıda kəsmək mümkündür, amma siz
studiyadakı jurnalistlərə fləş xəbərlə gələcəyinizi
deməlisiniz. Belə proqramı kəsməyin ən yaxşı yolu,
proqram aparıcısının:“Indi biz proqramımıza
daxil olan
təcili xəbərləri çatdırmaq üçün dayandırır və sözü …..
veririk”, - deməkdir.
Bundan sonra xəbər aparıcısı özünün adi tonu ilə,
aydın və detalları təkrarlayaraq xəbəri oxumalıdır.
Əgər xəbər cəmi bir cümlədirsə, izləyicinin nə baş
verdiyini anlaması üçün onu iki dəfə oxumaq olar.
Xəbəri belə bir cümlə ilə yekunlaşdıra bilərsiniz: “Bu an
studiyamıza daxil olan məlumat bu qədər, təfərrüatı ilə
xəbərlərin saat 6 buraxılışında tanış olacaqsınız”.
• Həftəsonu bülleteni
Ola bilsin ki, bu tip bülletenlərin hazırlanmasına adi
gündəlik bülletenlər kimi yanaşa bilməyəsiniz, çünki
Öncəki bölümlərdə biz televiziya xəbərləri, xəbər
mətnləri hazırlamağı, olayın vizual mediada çatdırmaq
tərzlərini və özəlliklərini nəzərdən keçirdik. Lakin
jurnalist xəbərləmək, çəkmək, montaj etmək,
proqramı aparmaqla yanaşı, proqramın
istehsal
prosesini də dəqiq təsəvvur etməli, bilməlidir.
Reportyor tək öz materialını hazırladığı halda, verilişin
buraxılışa məsul redaktorları, icraçı prodüserlər bütün
buraxılışı formalaşdırırlar. Xəbər proqramının istehsal
prosesini təşkil və təmin etmək, onu efirə vermək
həddən artıq çətin, mürəkkəb sənətdir. Zamanın, daha
həftə sonu yetərincə material toplamaq olmur. Digər
günlərdə ola bilsin ki, xəbər hesab etmədiyiniz mate-
riallara yeni gözlə baxa bilərsiniz – bəlkə, uyğun nəsə
var? İzləyicilər fərqli yanaşmanı anlayıb qiymətləndirə
bilərlər; gerçəkdən hərdən ölüm, qəza,
siyasət
haqqında xəbərlərə ara verməkdə bir məna var…
Xəbər buraxılışları
Xəbər bülletenindən fərqli olaraq, xəbər buraxılışı,
adətən, 20-60 dəqiqəlik zaman kəsimində çatdırılir.
Materiallar xəbər bülleteninə nisbətən daha uzun,
çatdırılma texnikası daha mürəkkəb olur, burada artıq
daha zəngin vizual materialdan, qrafik materiallardan
və s. istifadə olunur.
• 24 saatlıq xəbərlər
“Əlbəttə, xəbərin yekun formatı 24 saatlıq xəbərlərdir.
Ted Ternerin yaratdığı Cable News Network (CNN)
1980-ci ildə ilk dəfə olaraq bu formatda xəbərlər
yayımlamağa başladı ( 1, s. 141). CNN-nin uğurunu
sonradan demək olar ki, dünyanın hər yerində yaranan
24 saatlıq xəbər kanalları davam etdirdi. Böyük
Britaniyada bu “BBC News 24”, “Sky News”, başqa
yerlərdə “France 24” və “Al Jazeera” oldu.
24 saatlıq yayım formatı yeni,
müxtəlif, fərqli üslub-
lar yaratdı: məsələn, gün ərzində müəyyən proqram
və ya şəxsləri təqdim edən maqazin yanaşma tərzi,
yaxud dövrü xəbər seqmentləri. Burada hər dəfə
xəbərlər yenilənərək təkrarlanır, genişləndirilir, sonda
20 dəqiqədən 1 saata yekun proqram verilir (məsələn,
CNN-nin “Headline News” proqramı).
doğrusu, zamansızlığın ağır məngənəsi telexəbərçilər
komandasına güclü təzyiq göstərir. 30 dəqiqəlik
xəbər buraxılışını götürsək, onun 8 dəqiqəsi reklama
çıxışlardır, xəbərin özünə cəmi 22 dəqiqə qalır. Bundan
da 3 dəqiqəni hava məlumatı (19 dəqiqəmiz qalır),
daha 4 dəqiqəni idman xəbərləri (indi xəbərlər üçün 15
dəqiqə qalır), bir dəqiqəni də bamplar, açılış və bağlanış
üçün çıxaq. Demək, sizin yarım saatlıq buraxılışınızın
faktik olaraq yalnız 14 dəqiqəsi xəbərlərdir. Xəbər
buraxılışında efirə adətən
müxtəlif tip material verilir,
telereportajlar (TV paket), aparıcının səsləndirdiyi
sadə vizual material (VO), videositatlar (sound beate),
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XÜSUSİ BÜLLETENLƏR / XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ PRİNSİPLƏRİ
83
V BÖLÜM
XƏBƏRLƏRİN DÜZÜMÜ
şifahi materiallar (reader), müsahibələr (SOT), canlı
bağlantılar, studiya qonaqları və s.
Əgər xəbərçiliyin əsas – təməl prinsiplərini bilirsinizsə,
xəbər buraxılışını hazırlamaq çətin deyil.
Özünüz üçün bir də xatırlayın: seçdiyiniz xəbər
gerçəkdən yeni, qeyri-adi, maraqlı, əhəmiyyətli və
insanlar barədədirmi?
Bu meyarların hər biri sizə 10, 15, 20 dəqiqəlik
buraxılışınıza hansı xəbərləri və hansı ardıcıllıqda
yerləşdirməyə yardımçı olacaq. Sadə formul belədir
Xəbər buraxılışını biri-birindən tam ayrı, əlaqəsi
olmayan reportajların, sadəcə, ardarda düzülməsi
kimi qəbul etmək doğru deyil. Məsələn,
bir-birinin
ardınca bülleteninizin əvvəlində çox vacib olsa belə
iqtisadi xəbərləri yerləşdirirsinizsə, oxşar xəbərlərinizin
ilk saniyəsindən izləyicilərinizin müəyyən hissəsinin
marağını itirmiş olursunuz. Buna görə də yaxşı
balanslaşdırılma uğurlu xəbər göstəricisinin qarantıdır.
İzləyiciniz sizdən bir az ağır, bir az yüngül elementlərin,
bir az ölkənin əsas siyasi olaylarının, bir az da adi
insanların həyatından xəbərlərin balansını istəyirlər.
Təbii, bu detal və elementlərin qarışdırılması, tonallığı
və tempi müəyyən mənada və faktiki olaraq işlədiyiniz
televiziya kanalının formatından asılıdır: ciddi milli
telekanallar daha ciddi və önəmli xəbərlərə üstünlük
verir, amma, məsələn, gənc auditoriyaya yönəlmiş mu-
siqi kanalı populyar mədəniyyət haqqında
daha yüngül
və daha parlaq xəbərlər verə bilər.
Materiallarınızı yerinə, coğrafiyasına və ya
əhəmiyyətinə görə qruplaşdıra bilərsiniz. Amma bir
tərəfdən də xəbərləri belə seqmentləşdirmə səmərəsiz
də ola bilər. Bütün kriminal xəbərləri bir blokda
birləşdirməklə onların təsirini azaltmış olursunuz,
yaxud daha pisi, belə bir təsəvvur yaradırsınız ki, ətraf
qatillər və cinayətkarlarla doludur. Bundansa belə
xəbərləri proqram boyu müəyyən intervallarla verin.
Eyni qayda etiraz mitinqləri və izdihamlı nümayişlərin
də ardarda verilməsində gözlənilməlidir. Yaxud çoxlu
“danışan başlar” – quru, maraqsız ekspert rəylərinin
verilməsi də izləyicinizi yorur, diqqətini azaldır.
Telekanalınızın formatından asılı olmayaraq, xəbər
buraxılışı daxilində xəbərləri “reytinqinə” görə
düzməyiniz izləyicinizə hər bir materialı necə
- adətən ən vacib xəbəri birinci, az əhəmiyyətlini
isə sonuncu yerləşdirirsən. İlk dəfə xəbər buraxılışı
yığırsınızsa, bu prinsipi əsas tutun.
Xəbər buraxılışının yığılmasında
həmişə və hökmən
diqqətdə saxlamalı olacağınız daha iki əsas cəhət
bunlardır:
• xəbər buraxılışında xəbərlərin əhəmiyyətinə görə
seçilməsinin balansı
• xəbər buraxılışının sıralanmasının tempi
dəyərləndirməyiniz barədə müəyyən fikirlər verir.
Lakin buraxılış daxilində xəbərlərin düzümünü
dəyişərək bütövlükdə bülletenə rəngarənglik gətirmək
və balansa nail olmağınızda müəyyən sərbəstliyiniz,
azadlığınız var. Əslində, bütün bunlar müəyyən
mənada zövq məsələsidir. Ola bilsin ki, sizin uçün üç
nəfərin həlak olduğu yol qəzası xəbərindən sonra,
İrlandiya rəqqaslarının ölkəyə qastrolları haqqında
reportaj vermək normal sayılsın, amma inanın ki,
izləyiciniz belə düşünməyə bilər. Belə ağır və faciəli
xəbərdən sonra rəqqasların səfəri haqqında
reportaj
qeyri-korrekt yanaşmadır.
İzləyiciniz üçün daim aydın bələdçilərlə işləməlisiniz:
veriliş nə istiqamətdə gedir, bölümlər dəqiqliklə vizual,
qrafik və şifahi formada bəlirlənməlidir.
“İndi isə beynəlxalq xəbərlər…”
“Ölkəmizə qayıdırıq…”
“İndi X bölgəsinin sakinləri üçün yaxşı xəbərlərimiz
var…”
“İqtisadi xəbərlərlə…”
“Fond birjasında…”
Keçidlər, dəqiq düşünülmüş uqurlu bağlantılar (materi-
allar arasında əlaqələndirmələr) sizin buraxılışın ümumi
üslubunu və identifikasiyasını yaradır.
Bütünlükdə materialların yerləşdirilməsində balansın
əsas ideyası – yüngül və ağır, sürətli və ləng,
hərəkətli və statik materialların növbələşdirilməsi ilə
materialların çatdırılmasını cəlbedici, maraqlı etməkdir.
TELEXƏBƏR PROQRAMININ MENECMENTİ
XƏBƏR BURAXILIŞI HAZIRLIĞININ PRİNSİPLƏRİ / XƏBƏRLƏRİN DÜZÜMÜ