77
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
XƏBƏRLƏRİN REDAKTƏ DƏYƏRLƏRİ
TELEXƏBƏRÇİYƏ YADDAŞ
1. Bu xəbərlər Fakt-xəbər sayılır və
öncədən
hazırlanaraq səhər-səhər müzakirəyə çıxarılır:
• olayların təqvimi;
• rəsmi məlumatlar;
• press-relizlər;
• qəzet və dərgilər;
• rəqiblər (digər KİV);
• «embarqo» reportajlar (efirə verilməsinə bəlli zaman
yasağı qoyulan reportajlar);
• xəbər agentlikləri, xəbər xidmətləri;
• informatorlar (xəbər «çuğulçuları»);
•
seyrçi zəngləri;
• çalışdığın TV-nin son xəbərləri.
2. Mövzu planlayıcılarına, jurnalistlərə olayların
nədən qaynaqlandığını bilmək üçün qəzet və dərgi
kəsiklərinə, teleradioproqramlarının arxiv qovluqlarına,
fonotekaya, ekspertlərlə ünsiyyətə ehtiyac var.
3. Hamının gördüyü, bütün əməkdaşların sezdiyi,
üstəlik, müzakirələrdə doğulan ideyaları unutma. Bəlli
günlə bağlı olmayan «gələcək xəbər»lərin də faylını
yaratmaq mümkündür.
4. Xəbərləri işləmək, heyəti yönəltmək lazım gəlir. Bu
prosesə buraxılış redaktoru rəhbərlik edir. Həftəlik
görüşlərdə prodüserlər, planlaşdırıcılar, «araşdırıcılar»,
əlaqələndiricilər (koordinatorlar), buraxılışa məsul
redaktorlar birgə müzakirələr keçirirlər.
5. Xəbər şöbəsinin redaktoru yaşca ən böyük jurnal-
istdir, heyətə başçılıq edir və redaktor işini görməklə
yanaşı, TV-nin siyasətini gerçəkləşdirir.
6.
Reportyor bütünlükdə reportaja, özəlliklə də
reportajın mətninə cavabdehdir.
7. Səs mühəndisi, əsasən, səsin keyfiyyəti, təbii küyün
koloritiylə məşğuldur, uyğun mikrofonların seçimini də
o təmin edir.
8. Digər yardım heyəti yerli
qanunvericiliyi mükəmməl
bilən və seyrçilər sırasından olan hüquqçuların varlığı,
informatorların, TV-nin dostlarının, buraxılışlar barədə
vaxtaşırı rəy söyləyən adi seyrçi və mütəxəssis
rəylərinin olması deməkdir.
9. Xəbər otağında çalışanlar (newsroom heyəti)
cürbəcür önəmli işləri görə biləcək yardımçılardır
(minimum sayda).
10. Aparıcılar çox önəmli adamlardır! Onlar reportaj
da hazırlaya, montaj bacara, mətn də yaza bilərlər.
78
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI /
TAPŞIRIQLAR
TAPŞIRIQ 1:
İctimai önəminə və hesabladığınız auditoriyanın –
izləyicilərinizin marağına görə, bu mövzuları öndən-sona
sırala:
- Üçqulaq buzov doğulub;
- Türkiyədə hakimiyyəti devirməyə cəhd göstərilib;
- Yuxunun dərinlik dərəcəsini ölçən “ağıllı” qurğu yaradılıb;
- Tıxacdan qurtulmaq üçün Ödənişli körpü istifadəyə
verilib;
- Minimum əməkhaqqı artıb;
- Azərbaycanda sərbəst iqtisadi zona açılıb;
- Milli Məclisə seçkilər başlanıb;
- “Qarabağ” Avropanı heyrətə salıb.
TAPŞIRIQ 2:
Nadir şahın Muğanda keçirdiyi qurultay ekoloji
araşdırmalarda ciddi mübahisə mövzusuna çevrilib.
Olayla xəbər arasındakı fərqlər baxımından əsaslandır.
TAPŞIRIQ 3:
a) yerli və xarici telexəbərlərdə “4 doğru qaydası”nın
pozulduğuna dair 4 misal tap;
b) hər xəbərhazırlama üsuluna 2 misal hazırla.
TAPŞIRIQ 4:
a) telexəbər standartlarını pozan 5 misal göstər;
b) telexəbər standartlarını ödəyən 5 misal göstər.
TAPŞIRIQ 5:
Test 1:
Böyük bir olay baş verib. Xəbər otağında
bu informasiyanı birinci vermək üçün bir çaxnaşma
var. Bacardığınız bütün bilgiləri toplayır, rəqib media
qurumlarının da həmin olayı işıqlandırmağa çalışdığını
unutmursunuz. Amma topladığınız bilgiləri hələ də
təsdiqləyə bilməmisiniz. Necə davranardınız?
a) nəyinsə baş verməsinə
dair şayiələrdən bəhs edər,
Twitter və Facebook-da, eləcə də sizinlə rəqabət
aparan jurnalistlər arasında dolaşan informasiyaları da
gözdən qaçırmazdınız;
b) olayın gerçəkdən də baş verdiyini azı iki müstəqil
və ilkin qaynaqdan doğrulayana, gələn bilgiləri
təsdiqlətmək imkanı qazananadək xəbəri verməzdiniz;
c) fürsətdən faydalanıb, başqalarının da həmin olayın
baş verdiyini söyləməsinə dayanaraq,
xəbəri diqqətə
yetirər və hər an bu xəbəri təkzib etməyə – yalanlama-
ya da hazır olardınız.
Test 2: Tərəflərdən birinin haqsız olduğunu
duyduğunuz mövzunu işıqlandırırsınız. Həmin
tərəflərin dilə gətirdiyi fikirlərinin etiraz doğurduğunu
və alçaldıcı olduğunu da bilirsiniz. Ancaq jurna-
list olaraq davranış kodeksinə əməl etməlisiniz. Bu
fikirlərdən hansı həmin mövqeyi dəstəkləmir?
a) olayda toxunulan məsələ və mövqelərin balansını
yaratmaq;
b) auditoriyanı alçaldıcı və faydasız şərhlərdən qoru-
maq;
c) fikir müxtəlifliyini əks etdirmək;
d) ziddiyyətli mövqeləri araşdırmaq;
e) hər bir önəmli fikir çalarının dolğun diqqətə
yetirilməsini təmin etmək.
TAPŞIRIQ 6:
İkibölümlü tapşırıqdır. Öncə testi çözür,
sonra ssenari
hazırlayırsan.
1) Test: İki binanın ziyan gördüyü yanğın
ərazisindəsiniz. Sakinlər tüstülənən binaların yan-
yörəsində bacardıqları şeyləri toplamağa çalışır,
yanğınsöndürənlərsə alovu söndürürlər. Olaydan
sarsıntı keçirən, ağlayaraq öz-özünə danışan bir qadını
da görürsünüz. Ona yaxınlaşanda sizə hər şeyini
itirdiyini, indi evsiz qalıb nə edəcəyini bilmədiyini
söyləyir. Qadın başını itirib, fikri özündə deyil, ancaq
kameramandan onunla söhbətinizi çəkməyi xahiş
edirsiniz. Çəkiliş bitəndən sonra bir yanğınsöndürən və
tibb işçisi sizə deyir ki, qadının uşağının
itkin düşməsi
barədə dediklərindən istifadə etməyəsiniz. Onların
fikrincə, qadın müsahibə vermək halında deyilmiş.
Amma müsahibə əla alındığından ondan yararlanmaq
istəyirsiniz. Bu halda nə edəcəksiniz?
a) fövqəladə xidmət işçilərinin rahatsızlığını anlayıb
deyəcəksiniz ki, onların söylədiklərini nəzərə alacaq,
ancaq müsahibəni efirə verəcəksiniz;
b) qadının psixoloji baxımdan zədələndiyini anlayıb,
onun kədər və çaşqınlığına sayğılı yanaşacaq,
sözügedən görüntülərdən yararlanmamağa qərar
verəcəksiniz;
c) videogörüntülərdən yararlanacaq, ancaq izah
edəcəksiniz ki, bu müsahibə olay baş verən zaman –
təhlükəsizlik xidmətləri qadının itkin uşağını hələ də
axtarmaqda olarkən çəkilib.
TAPŞIRIQLAR