JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə33/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

71
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
KADRARXASI MƏTN 
Reperaundun müxtəlif formaları var, yəni ayrıca 
interküyün sözlü və səsli şəkilləri var (müsahibə 
fraqmenti, kiminsə atmacası, şüar, xışıltı, gurultu, 
tappıltı və s.). Çəkilmiş videomaterialı gözdən keçirən 
jurnalist (reportyor) istifadə edəcəyi görüntülərin 
zaman açarını yazır və süjetdə yer alacaq sinxron 
parçalarını müəyyənləşdirəndən sonra montaja hazır 
duruma gəlir. İndi artıq kadrarxası mətni hazırlamaq 
və həmin mətndə reperaund üçün pauzaları nəzərdə 
tutmaq olar. Montaj zamanı reperaundun səs səviyyəsi 
reportyorun səs səviyyəsində verilir (başqa sözlə, 
2-ci səs cığırının səviyyəsi 1-ci cığırın səviyyəsinə 
yüksəldilir və bu səs səviyyəsi reperaunda ayrılan za-
man boyu, tutalım, 5-8 saniyə davam edir).
Xəbər aparıcısı üçün bağlayıcı mətnlərin yazılması. 
Belə mətn tiplərini, adətən, xəbər proqramını efirə 
verən buraxılış qrupu hazırlasa da, bu zaman reportyo-
run da üzərinə bəlli öhdəliklər düşür. Hansı təcrübənin 
əsas götürülməsinə baxmayaraq, xəbər reportyoru 
öz süjetinin bağlayıcı mətnlərini – aparıcı üçün “giriş 
sözü” və “son sözü” hazırlamağı özünə borc bilməlidir. 
Bu, olay və ya problemin mahiyyətcə açıqlanmasına və 
bütün xəbər xidməti əməkdaşlarının baş verənlərdən 
xəbərdar olmasına yarar saxlayır.
Aparıcı üçün bağlayıcı mətnləri məhz reportyo-
run hazırlamasını başqa səbəblər də doğruldur. İş 
burasındadır ki, telexəbər xidməti hər hansı 
olay barədə ilkin məlumatı, adətən, informasiya 
agentliklərindən alır. Azərbaycan reallığını əsas 
götürsək, bir gerçəyi gözardı edə bilmərik: xəbər 
agentliklərində çalışanlar olay barədə məlumatı, çox 
vaxt, telefonla və ya uyğun rəsmi qurumlardan alırlar. 
Belə məlumtlar ya çox ümumi sözlərlə yazılır, ya heç də 
həmişə dəqiq olmur. TV reportyoru isə xəbər agentli-
yinin məlumatına dayanaraq olayın izinə düşür, olay 
yerinə baş çəkir və olayın anlaşılması üçün çox önəmli 
əlavə bilgilər əldə edir. Ən başlıcası isə, görüntülü 
xəbər hazırlanır və olaya qatılanların gözü ilə həmin 
olayı dəyərləndirmək mümkün olur.
Reportyorun xəbər aparıcısı üçün yazdığı bağlayıcı 
mətnin üstün özəllikləri:
• xəbər süjeti bütövlükdə buraxılışa daha üzvi bağlanır 
və onun təbii parçasına çevrilir;
• üslubi tamlıq qorunur;
• xronometraj baxımından süjetdən çıxarılan məlumat 
bağlayıcı mətndə əksini tapır;
• olayın mahiyyəti daha dolğun açıqlanır.
Xəbər süjetindən öncə səslənən bağlayıcı mətnə 
örnəklər:
Pis örnək: Milli Məclis “Təhsil haqqında Qanun” 
layihəsinin müzakirəsini davam etdirir...     
Yaxşı örnək: Milli Məclis “Təhsil haqqında Qanun” 
layihəsinin 2-ci oxunuşuna başlayıb. Bugünkü müzakirə 
təhsildə aspirantura pilləsinin qalıb-qalmamasına aydınlıq 
gətirdi...
Xəbər süjetindən sonra səslənən bağlayıcı mətnə 
örnəklər:
Pis örnək: Bir il öncə bu qanun layihəsi ilk dəfə 
müzakirəyə çıxarılmışdı...
Yaxşı örnək: Azərbaycan təhsildə Avropa standartlarının 
tətbiqinə başladı. Bu gedişlə ilk addım – aspiranturanın 
ləğvi ola bilər... 
Kadrarxası mətndə sitat gətirilməsi. Öncəliklə yadda 
saxlamağa dəyər ki, telesüjetdə sitat gətirməkdən 
və ya sitat səsləndirməkdən, imkan olduqca, qaç-
maq lazımdır. Olaya aydınlıq gətirmək və ya olaya 
baxışlar arasında balans yaratmaq üçün sitat gətirmək 
qaçılmaz olanda, mətn qrafiklərindən faydalanmaq 
daha məqsədəuyğundur. Bu zaman sitat müəllifinin 
fotosunu, kimliyini göstərmək və sitat mətnini yazıb 
səsləndirmək işə peşəkar yanaşmaq örnəyi sayıla bilər. 
Tutalım, korrupsiya ilə mübarizə komissiyasının sədri Na-
dir Kamalov (misal şərtidir) jurnalistlərə müsahibəsində: 
“Hərdən məndə elə təsəvvür yaranır ki, yalnız maymaq, 
bir də tənbəl məmurlar rüşvət almırlar,” – fikrini dilə 
gətirib. Kadrarxası mətndə bu sitata yer ayırmaq üçün 
ekranın sol tərəfində Nadir Kamalovun fotosu verilir (yaxşı 
olar ki, müsahibə anında çəkilmiş foto olsun). Həmin 
fotonun altında sitat müəllifinin adı və soyadı, eləcə 
də vəzifəsi yazılır. Sağ tərəfdə isə sözügedən müsahibə 
parçası titrlərlə göstərilir və reportyor yox, başqa bir adam 
bu sitatı səsləndirir. 
DİQQƏT!
Reperaund – reportyor şərhi fonunda deyil, ayrıca 
səslənən interküy daha çox birbaşa informasiyanın 
çatdırılmasına yox, reportyorun öncə və sonra 
söylədiyi sözlərin inandırıcı alınmasına xidmət edir! 


72
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
KADRARXASI MƏTN 
“Hər hansı sitatı reportyorun özü səsləndirə bilərmi?” 
sualının, çox güman, tək cavabı var: reportyor 
stəndapında belə səsləndirmə mümkündür və həmin 
fraqmenti təxminən bu şəkildə gerçəkləşdirmək olar: 
Reportyor kadrda: “Korrupsiya ilə Mübarizə 
Komissiyasının sədri Nadir Kamalov səhər qəzetlərində 
yer alan müsahibəsində bildirib ki... olduğu kimi 
oxuyuram... “Hərdən məndə elə təsəvvür yaranır ki, yalnız 
maymaq, bir də tənbəl məmurlar rüşvət almırlar”. Sitatın 
sonu”.
Kadrarxası mətndə şəxs sonluqlarından istifadə. 
Önəmli incəliklərdən biri də kadrarxası mətni yazarkən 
reportyorun həmin mətndə “biz”, “fikrimizcə”, 
“əminik”, “düşünürük” və s. sözləri işlədib-işlətməməsi 
məsələsidir. Bənzər sözlərdən yararlanmaq olmaz, çün-
ki baş verən olayla bu olaya münasibəti qarışdırmaq 
peşəkar reportyora yaraşmaz. Sadaladığınız sözlər 
jurnalistin (reportyorun) qərəzli münasibəti kimi 
qavrana və deyılənlərin identifikasiyasına – dəqiq 
eyniləşdirilməsinə imkan verməyə bilər. “Biz” deyərkən 
kimi nəzərdə tutursunuz və bu halda “siz” kimdir? 
“Əminik” deyərkən məhz kimlərin əminliyindən söhbət 
gedir və bu halda “əmin olmayanlar” kimlərdir? və 
s. və i.a. Sadaladığınız sözlərdən bütövlükdə TV və 
ya konkret proqramın rəhbərliyi adından və  bəlkə 
də, jurnalistin özəl – “bunu da bilmək maraqlı olardı” 
qəbilindən reportajında yaralanmaq olar, ancaq bu hal-
larda da daha peşəkar davranış həmin sözlərin yerinə 
proqramın və ya çalışdığınız TV-nin adını çəkməkdir 
(“Xəbərlər” proqramı bu qənaətdədir ki”, “Cənub 
TV” o fikri bölüşür ki” və ya “Sizin reportyor düşünür 
ki”). Bu məsələləri iş yerinizin “Üslub soraqçası”nda 
tənzimlənməyə çalışın.
Kadrarxası mətndə rəqəmlərin verilməsi. Müxtəlif 
rəqəmləri eşidib yadda saxlamaq həmişə çətinlik 
yaradır. Özəlliklə TV-yə baxan adamın fikri 
görüntülərdə olduğundan reportyorun səsləndirdiyi 
rəqəmlər, adətən, diqqətdən kənarda qalır. Buradan o 
nəticəyə gələ bilərik ki, k/a mətndə, imkan daxilində, 
rəqəmlərə yer vermək lazım deyil. Düzdür, tutalım, 
manatın məzənnəsi barədə süjet hazırlayanda və 
milli valyutanı avro və ya dolların kursu ilə müqayisə 
edəndə, rəqəmləri söyləmək mümkündür. Ancaq 
bu halda da söylənən mətni uyğun görüntülərlə 
uzlaşdırmaq şərtdir. Başqa sözlə, manatın məzənnəsi 
barədə konkret rəqəmləri səsləndirərkən uyğun 
valyuta kurslarını əks etdirən tabloları göstərmək 
məqsədəuyğundur.
Jurnalist mətnində mürəkkəb sayları işlətməkdən 
qaçmaq üçün rəqəmlərin yuvarlaqlaşdırılması üsu-
lundan faydalanmaq olar. Tutalım, Bakının 200 
min sakini ən müxtəlif səbəblərdən yaşayış yerini 
dəyişib.“Paytaxtın on minlərlə sakini yeni ünvanlara 
köçüb” deməklə olayın miqyası barədə nisbətən dəqiq 
təsəvvür yaratmaq mümkün olmayacaq. Ancaq evlərini 
dəyişənlərin şəhər sakinlərinin ümumi sayına nisbətini 
faizlə ifadə etsək, kadrarxası mətn teleseyrçiləri daha 
dəqiq məlumatlandırar. Bundan ötrü statistikaya üz 
tutur və Bakıda yaşayan əhalinin ümumi sayını öyrənirik. 
Tutalım, söhbət 2 milyon sakindən gedir. Adi hesablama 
aparsaq, paytaxt sakinlərindən 10 faizinin yeni ünvan-
lara köçdüyünü müəyyənləşdirəcək və bu məlumatı k/a 
mətndə belə səsləndirəcəyik: “Paytaxt sakinlərinin on 
faizi yeni ünvanlara köçüb”.  Yuvarlaqlaşdırma üsulunun 
başqa variantından da yararlana bilərik. Məsələn, Bakı 
sakinlərinin toplam sayını – 2 milyonu 200 minə bölsək, 
10 rəqəmini alacağıq. Bu, həm 10%, həm də “hər on 
adamdan biri” deməkdir. Beləliklə, ünvanını dəyişən 
200 min nəfər haqqında “Bakının hər on sakinindən biri 
yeni ünvana köçüb” məlumatını işlədə bilərik. Diqqət 
yetirdinizsə, k/a mətndə rəqəmləri sözlə ifadə etdik. Bu, 
ona görə vacibdir ki, rəqəmlər reportyoru, redaktoru,  
aparıcını yanıltmasın.
DİQQƏT!
Kadrarxası mətndə rəqəmlərdən istifadə edərkən 
bunları unutma:
• hər hansı səhvdən qorunmaq üçün bütün rəqəmləri 
sözlə yaz, məsələn: dörd milyon;
• mürəkkəb rəqəmləri yuvarlaqlaşdır, məsələn: 2,1 
milyon yerinə “azı iki milyon”;
• rəqəmlərin verdiyi informasiyanı daha anlaşıqlı 
biçimə sal, məsələn: 
“insanların 10 faizi”əvəzinə, “hər on adamdan biri” yaz;
• süjetdə eyni tarixi təkrar-təkrar işlədərkən həmin 
tarixi ilk dəfə tam söylə və daha sonra yalnız son 
rəqəmləri de, məsələn:“min doqquz yüz doxsanıncı” 
tarixini mətnin əvvəlində olduğu kimi, amma daha 
sonrakı oxunuşlarda “doxsanıncı il” şəklində söylə.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə