JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə30/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

65
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
STƏNDAP (STAND-UP) NƏDİR?
Stəndap nə zaman yararlı olmur?
Öncə yada salmağa dəyər ki, redaksiyaiçi “Rəhbər qay-
dalar” xəbər reportyorunun kadra çıxışını normalaşdıra 
və yalnız ayrıca bildirilən hallarda stəndapdan 
istifadəyə yaşıl işıq yandıra bilər. Bu səbəbdən sanki 
kadrda çıxışın yersiz sayılacağı halları sadalamağa 
ehtiyac qalmır. Digər yandan “Rəhbər qaydalar”ın bəlli 
ümumi normalara söykənməsi danılmazdırsa, deməli, 
indi açıqlayacağımız şərtlərdə stəndapdan istifadəyə 
yol verilməsi reportyorların əslində qeyri-peşəkar qay-
dalarla çalışmasına yol açardı. Bir sözlə, stəndapdan 
yararlanmanın özünü doğrultmadığı halları öncədən 
bilməmək peşəkar reportyora heç vaxt yaraşmaz. 
Beləliklə, “stəndap nə zaman yararlı olmur?” sualını 
cavablamağa çalışaq.
Sual:  Reportyorun kadrda çıxışı – stəndap nə zaman 
yararlı olmaz?
Cavab: Ən azı, bu halları yadda saxlamağa dəyər:
• hər hansı səbəbdən olayı “redaktə etmək” lazım 
gələndə;
• reportyor, sadəcə, öz sifətini teleekranda görmək 
istəyəndə;
• məhz montaj otağında çox vaxt keçirməmək üçün 
stəndapdan yararlananda;
• olay yerində çəkilmiş videogörüntülərin “zaman 
açarları”na (taym-kodlara) baş qoşmayanda;
• olayı xəbərləyən yaxşı videogörüntüləri axtarmaq 
əvəzinə kadrda çıxışdan istifadə edəndə.
Stəndapdan yararlanmanın qaçılmaz şərtləri
Bütün bunlardan sonra hazırladığınız telexəbərdə 
stəndapdan istifadəyə yenə önəm verirsinizsə, mütləq 
yadda saxlayın ki:
• arxa plan (fon) haqqında bəhs etdiyiniz məsələ ilə 
uzlaşmalıdır;
• fon çox gözə girməməli və diqqəti söylənən 
sözlərdən yayındırmamalıdır;
• bütün incəlikləri kameramanla götür-qoy edin 
gərək bilirsinizsə, onunla yerinizi dəyişib 
videoarayıcıda sözügedən kadrı gözdən keçirin;
• üz-gözünüzün, üst-başınızın qaydasında 
olub-olmamasını yoxlayın. Lazım gəlsə, kamera 
obyektivindəki əksinizə və ya özünüzlə götürdüyünüz 
güzgüyə baxın. Kameramana üz tutub “necə 
görünürəm?” – deyə soruşmaqla yetərlənməyin. Yadda 
saxlayın ki, görünüşünüzdə nə əyər-əskik varsa, seyr-
çinin diqqəti məhz oraya yönələcək;
• stəndapınızı təkrar çəkdirin və 2-3 dubl etməkdən 
çəkinməyin (bu, seçiminizi genişlədir və hər hansı 
gözlənilməz xətanın öhdəsindən gəlməyə imkan açır);
• montajda əziyyət çəkməmək üçün danışığınızın 
önündə və sonunda susub ara verin;
• sözə başlarkən özünüzə güvənin, məlumatı dəqiq 
söyləyin, ağır-batman görünməyə çalışın;
• istər özünüzün, istərsə kameranın yerini dəyişmək 
imkanları (və qaçılmazlığı) barədə düşünün;
• kadrda çıxışın qısa, sadə və anlaşıqlı olmasına can 
atın; 
• sadəcə, “danışan baş” kimi görünməkdən çəkinin.
XƏBƏR REPORTYORLARINA YADDAŞ
Reportyor duruşundan bu hallarda yararlanmaq olar:
• Reportajı toparlayıb yekunlaşdıranda;
• Kadrda nəyi isə göstərib vurğulayanda;
• Mücərrəd (abstrakt) məlumatı və ya olayın 
mahiyyətini diqqətə yetirəndə;
• Olay yerində olduğunuzu göstərib-doğrulayanda;
• Reportajın ayrı-ayrı hissələrini bir-birinə bağlayanda;
• Dramatik effekt yaratmaq, ilgi çəkən nəyi isə 
göstərmək lazım gələndə;
• Reportyora inamı artırmağa ehtiyac duyanda;
• Heç və ya yetərincə görüntü olmayanda;
• Sözlərinizə sanbal vermək istəyəndə.


66
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
QRAFİK  
QRAFİK  
Telexəbərdə qrafik elementlərdən istifadə ehtiyacı, 
adətən, videogörüntü olmayan hallarda yaranır. Bu 
halda müxtəlif sxem və diaqramlardan, xəritə və 
rəsmlərdən yararlanmaqla olayın məzmun və miqyasını 
az, ya çox dərəcədə “canlandırmaq” mümkündür.
Sual: Qrafiklər telexəbər buraxılışına nə qazandırır?
Cavab: Xəbər qrafikləri videogörüntüsüz məlumatı 
daha təsirli edir:
• olay sanki canlanır;
• maraqla baxılır;
• süjet vizual rəngarənglik qazanır.
Tutaq ki, etibarlı qaynaq indicə filan yerdə yanğın baş 
verdiyini xəbərləyir. Bu barədə süjet hazırlamaq üçün 
videogörüntü tapmalısınız. Çəkiliş qrupunu olay yerinə 
yollamaq imkanınız yoxdur. Bu imkan olsa belə, təbii 
ki, sözügedən olay barədə məlumatı rəqib TV-lərdən 
öncə bildirmək istəyirsiniz. Nə etmək lazımdır? Birdən 
ağlınıza gəlir ki, yaşadığınız yerin xəritəsindən fayda-
lana və həmin xəritədə yanan binanın təxmini ünvanını 
göstərə bilərsiniz. Belə sadə qrafikdən istifadə yanğının 
yeri və miqyası barədə təsəvvür yaratmaq imkanı verir. 
Bu üsulun, heç olmasa, o üstünlüyü var ki, seyrçiləriniz 
uzun müddət eyni adamın – telexəbər aparıcısının üzünü 
görməkdən yorulmurlar.    
Sual: Xəbər qrafiklərindən nə vaxt istifadə olunur?
Cavab:
• mürəkkəb mövzulara aydınlıq gətirmək istəyəndə;
• uzun sitatların (söz alıntılarının) qısa məzmununu 
verəndə;
• olayın başqa görüntüsü olmayanda;
• “danışan baş”dan boyun qaçıranda;
• seyrçilərə olay yerini təsəvvür etmək imkanı 
yaradanda;
• vizual müqayisə aparanda;
• bəlli zaman boyunca baş verən dəyişikliyi 
göstərəndə
(daha geniş bilgi üçün bax: 9, səh.57-81).
Musiqi deyərkən bəlli hallar nəzərdə tutulmalıdır, çünki 
telexəbər buraxılışında, yeri gəldi-gəlmədi, musiqidən 
faydalanmaq olmaz. Olaylı xəbərdə musiqidən 
istifadə seyrçinin məlumatlandırılmasına deyil, onun 
yönləndirilməsinə, deməli, nəyə isə təşviq olunmasına 
xidmət edə bilər. 
Sual: Telexəbər buraxılışında musiqidən nə vaxt 
istifadə olunur?
Cavab: 
• olayın özündə musiqi səslənəndə;
• görüntünün xarakteri bunu tələb edəndə (portret 
səciyyəli süjetlərdə);
• buraxılışın “açar planı”nda (“çağırtı”da, yəni proqram 
başlarkən);
•  buraxılışın “qıfıl planı”nda (proqram bitərkən);
• hər mövzu blokuna başlarkən (rubrikalarda);
• “promo”larda, yəni buraxılışın “tanıtma çarxları”nda;
• anons və “iştahlandırma”larda;
• “reklam ara”sının əvvəlində və sonunda.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə