JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə32/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

69
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
MƏTN
MƏTN
TV-DƏ XƏBƏR MƏTNİ
Uyğun mövzuya toxunan media mütəxəssisləri 
də, jurnalistlər də: “Xəbər apaydın və sadə dillə 
yazılmalıdır”, – deyə öyüd verirlər. Burası məlum, 
amma darmacalda buna həmişə əməl etmək yalnız 
yüksək peşəkarların əlindən gəlir. Reportyor istər 
kadrarxası mətni, istərsə stəndapı – kadrda çıxışını 
hazırlarkən özünü sanki başqasının qulağı ilə dinləməyi 
bacarmalı, bunu vərdişə çevirməlidir. Qaynar olayı 
xəbərləyən TV jurnalisti stəndap mətnini yazmasa, 
sadəcə, bu olayın içindən səslənsə, yetər. Kadrda çıxış 
edərkən, tam oturuşmuş, yerli-yataqlı və ən yaxşı 
ədəbi dil ölçülərində danışmağa ehtiyac qalmır və 
bəlkə, belə dil seyrçinin diqqətini olayın gedişindən, 
onun önəmli ayrıntılarından yayındıra da bilər. 
Telexəbər mətni, təbii ki, çap mediasının və radionun 
mətnindən fərqlənir. Qəzetdə oxu sürətini oxucu 
müəyyənləşdirsə də, TV-də bu iş reportyorun üzərinə 
düşür. Bu baxımdan radioya bənzərlik var, amma TV-
də görüntü olduğundan sözlərin səsləndirilməsində 
Öz xəbərini – özəl hazırladığı xəbəri çatdıran repor-
tyor dil normalarına daha tələbkar yanaşmalı, kadrdakı 
çıxışını qısa və dəqiq, eyni zamanda mümkün qədər 
anlaşıqlı və ən başlıcası, olayın xarakterinə uyğun dildə 
qurmalıdır. Hər bir telereportyor üçün əsas məsələ 
odur ki, o, haqqında söz açdığı olay barədə seyrçilərə 
məhz bilgi verdiyini bir an da  unutmasın. 
Yenə xatırlatmaqda fayda var!
Reportyor düşündüyünü deyil, görüb-bildiyini, tapıb-
üzə çıxardığını xəbərləyir. TV reportyorunun həmişə 
diqqət yetirəcəyi bir başqa incəlik – ekranda görünüb-
bilinənləri deyil, görüntüdən anlaşılmayanları, heç cür 
görüntüyə gəlməyənləri dilə gətirməsidir.
eniş-yoxuşlar radiodan çoxdur. Deyilənlərin tezcə 
anlaşılması üçün danışıq dilindən və qısa cümlələrdən  
yararlanmaq lazım gəlir. Televiziya xəbərlərində 
görüntü və söz bir-birini tamamlamalı, eyni zamanda 
söz görüntünü sıxışdırmamalıdır.
XƏBƏR MƏTNİNİ YAZMAQ QAYDALARI
• Səhifə ikiyə bölünür: sol tərəfdə görüntü, sağ 
tərəfdə səs/danışıq yazılır (və ya əksinə). Zaman açarı 
(time code) və xronometraj (zaman axışı) göstərilir ki,  
montaj da mümkün olsun.
• Öncə xəbərin mesajı dəqiqləşdirilməli və yazılanlar 
ucadan oxunmalıdır ki, danışıq dilinə uyğun gəlməyən 
söz və cümlələr düzəldilsin. 
• Mətn qısa olmalıdır – ideal halda xəbər düsturunun 
hər sualını cavablayan bir cümlə. 
• Az rəqəmdən istifadə edilməlidir. Tutalım, 1060 
manat 50 qəpik əvəzinə “min manatdan çox” 
deyilməlidir. Rəqəmlər asanca anlaşılmalıdır.
• Sadə, həm də düzgün məntiq işləməlidir. Televiziya 
çox geniş seyrçi kütləsinə ünvanlandığı üçün dil 
sadəliyi ayrıca önəm qazanır.
• Danışığa çox yer ayırmaq seyrçiləri yora, çaşdıra və 
istəmədən yönləndirə bilər. Bu üzdən olayı sözdən çox 
görüntü açıqlamalıdır. 
• Mətni səsləndirməyə çox diqqətli yanaşmaq 
şərtdir. Nə oxumaq qədər necə oxumaq da önəmlidir.  
Darıxdırıcı bir səs tonu xəbəri öldürür. Vurğulara 
diqqət edilməli, mətni, sanki dostuna danışırsanmış 
kimi, oxumalısan.
• Xəbəri bitirərkən deyəcəklərin yadda qalmalı, 
seyrçiləri bu mövzunu düşünməyə həvəsləndirməlidir. 


70
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
KADRARXASI MƏTN 
KADRARXASI MƏTN 
Söhbət o haldan gedir ki, videosırada reportyor görün-
mür, amma onun səsi eşidilir. Yəni reportyorun səsi ilə 
verilən informasiya videosıranın verdiyi informasiyanı 
tamamlayır. “Nə olub?” sualını seyrçilərə açıqlamaq 
üçün telexəbərin kadrarxası şərhlə hazırlanma üsulu 
çox əlverişlidir, çünki qulağa hesablanmış sözlərlə 
yanaşı, videosıranı da izləmək  mümkündür. Xəbər 
süjetinin ən asan başa gələn hissəsi məhz kadrarxası 
mətndir. Bir başqa adla reportyor şərhi deyilən bu 
hissə, təəssüf ki, Azərbaycan TV təcrübəsində yanlış 
olaraq videosüjetin təməli də sayılır.
Adətən, kadrarxası səs studiyada yazılır və sonra 
onun üzərinə görüntü  montaj edilir (1-ci səs cığırına 
kadrarxası mətn yazılırsa, 2-ci cığırda təbii səslər 
– interküy əks etdirilir). Artıq xatırlatdığımız kimi, 
Azərbaycan telexəbər təcrübəsində də yayılmış 
bu üsulun ən zəif, bəlkə də, ziyanlı tərəfi odur ki, 
görüntü reportyor sözünə tabe etdirilir. Jurnalist 
TV-nin özəlliyini diqqətə almadan həmin mətni 
yazıb-səsləndirəcəksə, deməli, həm videosıra olayın 
mahiyyətini açıqlamaya bilər, həm də reportyor 
şərhinin teleseyrçiləri yönləndirmə ehtimalı artar. 
Bu baxımdan məhz montaj edilmiş videosıranın 
üzərinə mətn yazmaq istər peşəkarlara, istərsə 
mediaya inamı itirmək istəməyənlərə – auditoriyanı 
məlumatlandırmaqla onu yönəltmək arasındakı 
prinsipial fərqi anlayanlara daha çox yaraşır.
Kadrarxası mətnə – reportyor şərhinə verilən 
tələblər:
• videosıranı müəyyənləşdirmədən, yəni görüntüləri 
dəqiqləşdirmədən k/a mətn yazmaq lazım deyil, çünki 
söz və görüntü uyarlığı pozulacaq;
• əsas informasiyanı mətn yox, görüntü çatdırır;
• mətn görüntüdən bəlli olmayanları və ya heç cür 
görüntüyə gəlməyənləri açıqlamalıdır (tutalım, kadrda 
ağlayan insan görüntüsü varsa, bunun səbəbi seyrçiyə 
çatdırılmalıdır);
• k/a mətn qulağa hesablanmalı, danışıq dilini əsas 
götürməlidir;
• mətnin başlanğıcında nədən bəhs olunacağı bildirilir;
• mətnin orta hissəsində bəhs olunacaq məsələ 
diqqətə yetirilir;
• mətnin son hissəsində göstərilib-danışılanlara yekun 
vurulur;
• reportyor mətnində adı çəkilən adam həmin an 
ekranda görünməlidir;
• k/a mətnlə videosıranın bəsit uyarlığından çəkinmək 
lazımdır (kadrda görünənlərin bəsit sadalanması 
nəzərdə tutulur);
• reportyor mətni bütövlükdə xəbər süjetinə ayrılan 
zamanın 1/3-ni keçməməlidir;
• parlaq və ifadəli kadrlar göstərilərkən reportyor 
pauza (ara) verməlidir;
Səs (söz) və görüntü nə bir-birindən haçalanmalı, nə 
də bir-birini təkrarlamalıdır. Söhbət bir-birini tamam-
lamaqdan – uzlaşma və uyarlıqdan gedir.  Bu baxımdan 
reportyor bəzi çox önəmli prinsipləri gözardı edə 
bilməz.
Kadrarxası mətn yazan telexəbər reportyoru bunları 
bilməlidir:
• videosıra və mətnin mütləq üst-üstə düşəcəyi halları;
• videosıra və mətnin üst-üstə düşməyəcəyi halları;
• videosırası olmayan mətnin verilmə formalarını;
• k/a mətndənsə sinxron və ya interküydən yarar-
lanma hallarını 
Reportyor mətninin keyfiyyətinə onun peşəkar 
səviyyəsi, iş təcrübəsi, haqqında söz açdığı məsələyə 
bələdlik dərəcəsi, təbii ki, təsir göstərir. Kadrarxası 
mətn dəqiq, aydın və yığcam yazılmalı və o cür də 
səsləndirilməlidir. Bu mətn ümumədəbi normaları 
danışıq dili normaları ilə uzlaşdırmağı bacarmalıdır. 
Kadrarxası mətn yazan jurnalist xəbər süjetinin 
bütün görüntü+səs+nitq mənzərəsini göz önünə 
gətirməli, reportyor şərhi boyunca olaya qatılanların 
ayrı-ayrı deyim, atmaca və dialoqlarından, olayın 
interküyündən, özəlliklə ayrıca təbii səsdən – 
reperaunddan faydalanmağı unutmamalıdır. 
Kadrarxası mətndə reperaunddan (ayrıca 
interküydən) yararlanma. Belə yararlanmalar 
reperaundda əksini tapan məlumatın xəbər süjetinin 
kontekstinə istər kompozisiya və məzmun, istərsə 
üslub baxımından tam uzlaşdırılmasını tələb edir.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə