JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə29/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

62
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
SSENARİNİ YAZMAQ QAYDASI 
Telexəbərin ssenarisini bitirərkən belə onu hər an 
dəyişmək zərurəti yarana bilər. Mətn görüntü ilə 
uzlaşmırsa, onu elə montaj otağındaca dəyişmək 
lazımdır. Ən parlaq mətn də videoxəbəri dağıda bilər. 
Telexəbər ssenarisinə örnək
Təbii səslərin (interküyün) və yeri gələrsə, sadəcə, 
sükutun – tam səssizliyin unudulması da telexəbərin 
məlumatlandırma və təsir gücünü zəiflətməyə qadirdir. 
Videosıradan açıq görünən məqamları da reportyor 
mətnində təkrar xatırlatmaq yersizdir. 
Video (görüntü)
Audio (səs)
K-1 00:10:11
Qayıqlar yüklənir və çaya salınır.
Kadrarxası mətn
...Səhərin gözü açılmamış – saat dörd olar-olmaz, 
Mayis oğlu Turalı da götürüb ova yollanır...
00:10:25
Tural motorun üstündəki avarları götürüb 
birini atasına verir.
00:10: 50
Ata və bala avar çəkirlər.
...Motoru işə salmaq üçün pul olmadığından əlac 
avarlara qalıb...
...Öndə yarımsaatlıq yol var. Motorlu qayıq, uzağı, 
10 dəqiqəyə balıqlı yerə çatardı...
00:11:15
Kür çayının axarı və başqa bənzər qayıqlar görünür.
...Buralarda yaşayanlar hər gün bu yolu gedirlər...
Amma hər gün bol balıq olmur...
00:11:40
Balıqlara tor atılır.
Reperaund (ayrıca interküy — ata-oğul arasında 
dialoqdan fraqment)
- O tərəfdən torun ipini aç!
- Darıxma, ata, indi!..
00:12:20
Mayis kişi – ata iri planda danışır.
Müsahibə (sinxron)
“Əvvəllər hər dəfə buraya gələndə, yalan olmasın, 
30-40 kilo balıq tutardıq. İndi 10-12 kilo tutsaq
sevinirik”...
00:12:45
Qayığın içində bir neçə balıq görünür.
Reperaund (ayrıca interküy—motor səsi və oğulun 
sualı: - ata, bu balıqdan nə qazanacağıq?)
Kadrarxası mətn
...Bu dəfəki ovdan 7 manaq qazanmaq mümkün 
oldu.
00:13:15
Ata-oğul balıqları mağazaya aparırlar. 
Reperaund (Mayis: - Bu pul 1-2 pivəyə ancaq 
yetər!)
00:13:25
Ata mağazadan çıxarkən həmkəndliləri ilə 
salamlaşır və nəsə danışır.
Kadrarxası mətn
...Bu kənddə yaşayan 70 ailədən hansının evinə 
getsəniz, indi yalnız balıq şorbasına qonaq ola 
bilərsiniz...


63
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
SSENARİNİ YAZMAQ QAYDASI 
Sözügedən telexəbər ssenarisinin şərhi və bəzi 
dəqiqləşdirmələr. Bu ssenari örnəyini tam ssenari 
saymaq olmaz, çünki:
• konkret videogörüntülərin yalnız başlanğıc zamanı 
göstərilib;
• hansı görüntünün neçə saniyə göstəriləcəyi 
ssenaridə əksini tapmayıb;
• adi təbii səslərin – interküyün xarakteri ilə bağlı 
qeydlər yoxdur; 
• süjetin lap əvvəlində hansı reperaunddan – ayrıca 
interküy və görüntüdən , həm də neçə saniyə istifadə 
olunacağı bilinmir;
• videoplanların növü qeyd edilməyib (məsələn, iri 
plan, orta plan, ümumi plan, ZUM və ya panoramın 
olub-olmaması);
• son reperaund bilinmir;
•  və s.
Yadda saxlamaq lazımdır ki, tam ssenaridə xəbər 
buraxılışı aparıcısı üçün bağlayıcı mətnlər – giriş 
sözü və yekun cümlələr də yazılır. Sözügedən ssenari 
variantı “Çarəsiz balıqçılar”, “Kəndlər niyə boşalır?”, 
“Kənd yerlərində hansı iş yerləri açmaq olar?” və 
s. mövzularda telefon və ya videobağlantılarından, 
studiya müsahibələrindən və ya adi sorğulardan (vox-
poplardan) yararlanmağa da imkan verir.
00:13:50
Kəndin ümumi görünüşü. Bacalardan tüstü çıxır...
Kənd evinin içərisi... Şorba gətirən qadın
00:14:20
At arabası keçir...Yolun bir qırağında çay axır.
...Həyat 100 il öncə neçəydisə, indi də elədir. Bu 
yolda maşın sürmək mümkün deyil. Kənd sakinləri 
deyirlər ki, yol da bu çaydır, çörək ağacı da!.. 
...Gənclərin toplaşdığı tək yer buradır. Hamısı kəndi 
tərk etməyə hazırlaşır...
00:14:35
Müsahibə
“Ekoloqlar bu balıqçılığı da bizə çox görür, hər şeyi 
yığışdırmaq istəyirlər. Burada başqa nə iş görə 
bilərik ki? Çıxıb gedəcəyəm!”..
Kənd çayxanasında və ətrafında yeniyetmələr 
görünürlər.
00:14: 55
Kəndli gənc danışır.
Kadrarxası mətn
...Zaman keçir...Bu çay insanları doyurmaqda 
acizləşir. Amma insanlar çayı suçlamırlar. Onlara 
“balıq oğrusu” kimi baxan, di gəl,  durumu dəyişmək 
üçün əlini ağdan-qaraya vurmayan qərar sahiblərini 
günahkar görürlər...(13)
00:15:30
Günəşin batışı və çay mənzərəsi.


64
IV BÖLÜM
TELEXƏBƏRİN HAZIRLANMASI / 
STƏNDAP (STAND-UP) NƏDİR?
STƏNDAP (STAND-UP) NƏDİR?
Stəndap TV jurnalistinin danışan görüntüsüdür və 
ingilis dilinin “stand-up” sözündən götürülüb. Lüğəti 
tərcüməsi “dik durmaq”, “ayaqüstə dayanmaq”, “duruş” 
mənasına gəlir. Bizi maraqlandıran mənada repor-
tyorun olay yerində görünüb nəyi isə xatırlatması, 
seyrçilərdən ötrü dəqiqləşdirməsi, olayla bağlı önəmli 
ayrıntıya diqqət çəkməsidir.
Reportyoru da əlavə etsək, ingiliscədən Azərbaycan 
türkcəsinə “reportyor duruşu” kimi çevrilə biləcək 
stəndap hazırlanan süjetin ən təsirli elementi ola 
bilər. Teleekranda reportyoru görən seyrçi çox vaxt 
onun verdiyi məlumata daha diqqətlə yanaşır, çünki 
hər hansı olaya diqqət çəkməyin ən sadə yolu – in-
san amilindən faydalanmaqdır. Xəbərlədiyiniz olayı 
insandan “keçirəndə” məlumat daha çanayaxın olur. Bu 
baxımdan reportyor da istisna deyil.
“Ən sadə yol” ifadəsini elə-belə işlətmədik. Məsələ 
orasındadır ki, olaya bir anlıq diqqət yaratmaq  asandır, 
ancaq kadra çıxan reportyor hıqqana-hıqqana və 
mətləbdənuzaq danışırsa, yaxud xəbərlədiyi faciənin 
fonunda çox biganə və naqqal adam təsiri bağışlayırsa, 
ya sadəcə, özünü gözə soxmaq istəyirsə, diqqət olay-
dan yayınacaq və ya teleekran önünə toplaşanlar nə 
baş verdiyini doğru-dürüst anlaya bilməyəcəklər.
Ortaya təbii sual çıxır:  Stəndap nə vaxt yararlıdır?
İlk baxışda adama çox bəsit sual təsiri bağışlasa da, 
güman ki, bütün hallarda özünü doğruldacaq tərif 
tapmaq imkansızdır. Vəziyyətdən ən yaxşı çıxış yolu – 
təcrübəyə üz tutmaqdır. Bir qayda olaraq, bu hallarda 
jurnalistin – reportyorun kadrda görünüb danışmasına 
ehtiyac yaranır:
• məhz olay yerində olduğunu auditoriyaya 
göstərmək, baş verənləri öz gözü ilə gördüyünü və ya 
şəxsən olayın izinə düşdüyünü doğrulamaq istəyəndə. 
Misal üçün, yanğın, nümayiş və s. zamanı;
• maraqlı və birbaşa olaya aid görüntülər yetərli 
olmayanda. Bu halda gələcək üçün dərs çıxarmağa 
da ehtiyac yaranır: “Necə oldu ki, filan görüntüləri 
çəkilmədi?”, “Daha nələr çəkilə bilərdi?” və s. və i.a.
• reportyor süjetin danılmaz və önəmli elementi 
olanda. Məsələn, uçulub dağılan yeni binanı öz gözü ilə 
görmək üçün reportyor olay yerinə yollanır və onun bu 
addımı süjetin mahiyyəti sayılır;
• reportajın müxtəlif hissələrinə “körpü” atanda. Misal 
üçün, “Bakıda vəziyyət belədir, ancaq Gəncədəki 
durum tamamilə fərqlidir...”. Unutmaq olmaz ki, “körpü” 
təkcə ayrı-ayrı yerləri deyil, müxtəlif arqumentləri də 
birləşdirə, başqa sözlə, 2 ayrıca elementi bir-birinə 
bağlaya və eyni reportaj daxilində teleseyrçiyə “olayın 
o biri tərəfinə baxmaq” imkanı yarada bilər;
• süjetin önəmli hissəsini, məsələn, baş verən olayın 
əvvəlini və sonunu vurğulayanda. Misal üçün, repor-
tyor reportaja başlarkən olay yerini göstərmək və 
ya süjeti bitirərkən xəbəri toparlamaq, yaxud olayın 
sonrakı inkişafına baş vurmaq istəyəndə;
• haqqında söz açılan məsələyə diqqət çəkmək üçün. 
Bu halda reportyor kadra çıxa və hansı problemin 
vurğulandığını seyrçilərə şəxsən çatdıra bilər.
Stəndapa ehtiyac yoxsa, ondan istifadə etməyə 
dəyməz. Yersiz  stəndaplar, adətən, şöhrətpərəstlik 
duyğularından və bir də tənbəllikdən irəli gəlir. 
Reportyor  kadra çıxarkən, söyləyəcəyi sözləri 
diqqətlə götür-qoy etməli, “bizə ümid etmək qalır ki...”, 
“əlaqədar təşkilatlar bundan nəticə çıxarmalıdır” və s. 
qəlib ifadə və cümlələrdən qaçmalıdır.
Sual: Çəkiliş zamanı kadra çıxmaq istəyən  (stəndap 
etmək fikrinə düşən) jurnalist necə davranmalıdır?
Cavab: Stəndap etmək istəyən jurnalist ən əvvəl olayın 
videogörüntü sırasında yer aldığının fərqində olmalı və 
yaddan çıxarmamalıdır ki:
• stəndap üçün uyğun yer seçməli;
• yer seçərkən fonun necəliyinə diqqət yetirməli 
(yanlış fon seyrçi diqqətini kadrda deyilən sözlərdən 
yayındırdığı kimi, doğru fon söylənilənləri faydalı 
məlumatla tamamlaya bilər);
• necə göründüyünü yoxlamaq üçün güzgü yoxdursa, 
kameranın obyektivindəki əksinə baxmalı və ya kam-
eramandan necə göründüyünü soruşmalı;
• çıxışa başlarkən və çıxışı bitirərkən susub ara 
verməli;
• birbaşa kameraya baxmalı;
• dəqiq və anlaşıqlı danışmalı;
• diribaş olmalı;
• reportyorun və ya kameranın hərəkəti hesabına 
daha canlı kadr almağın mümkünlüyü və bunun 
məqsədəuyğunluq dərəcəsi barədə düşünməli;
• kadrda çıxış uzun alınıbsa, onu bir neçə yerə 
bölməyin mümkün olub-olmamasını götür-qoy 
etməlidir.


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə