Oktyabrın 21-dən 24-dək keçirilmiş “Ba-
kuBuild-2015” 21-ci Azərbaycan Beynəlxalq
İnşaat Sərgisində ATİB üzvü “NORM Sement”
zavodu iştirak edib.
Sərgi “NORM Sement” zavodu və onun
məhsullarının daha geniş tanıdılmasında, ti-
kinti təşkilatları ilə iş əlaqələrinin qurulmasın-
da, satış imkanlarının artırılmasında, potensi-
al müştərilərin cəlb olunmasında və şirkətin
gələcək inkişafında əhəmiyyətli rol oynamaq-
la yanaşı, tədbiri ziyarət edən mütəxəssislərlə
ünsiyyət saxlamaq və uğurlu təşviqat kampa-
niyasını həyata keçirmək imkanı verib.
İnsanların fərdi və kollektiv şəkildə ça-
lışdıqları məkanlara ən münasib mebellər
təqdim edən “Zivella” “BakuBuild-2015”
sərgisində öz stendi ilə müştərilərin zövqü-
nü oxşayıb. “Zivella” müştərilərinin istək və
ehtiyaclarını qarşılayacaq dizaynı, gözəlliyi
və keyfiyyəti bir araya gətirən gənc, həssas
və daima öyrənən bir şirkətdir.
Digər ATİB üzvü “SR GROUP CO” MMC-
yə daxil olan “Arçelik” də sərgidə iştirak
edib. Xatırladaq ki, keyfiyyətli və geniş çe-
şidli məhsullarıyla qürur duyan “Arçelik”
avadanlıqların zəmanətli və postzəmanətli
təmirini təmin edən yüksək səviyyəli infor-
masiya və servis dəstəyi təklif edir.
Azərbaycan Türkiyə İş Adamları Bir-
liyinin Baş katibi Pərvanə Hacıyeva üzv-
lərimizin stendini ayrı-ayrılıqda ziyarət
edərək onlara uğurlar arzuladı.
ATİB üzvü olan “Business Service Centre”
MMC oktyabrın 29-da ATİB ofisində təq-
dimat keçirdi. Təqdimatda ATİB üzvləri və
ATİB-in Baş katibi Pərvanə Hacıyeva iştirak
etdi.
“BSC Group”un icraçı direktoru Təranə
Mahmudova şirkət haqqında geniş məlu-
mat verdi.
Qeyd edək ki, 1997-ci ildən fəaliyyət
göstərən “Business Service Centre” LTD
(BSC Group) şirkəti hüquq, maliyyə, müha-
sibatlıq və kadr xidmətləri sektorunda apa-
rıcı mövqeyə malikdir. Fəaliyyət müddəti
ərzində təyinat və mürəkkəblik dərəcəsi
fərqli olan yüzdən artıq şirkətlə əməkdaşlıq
etmiş və qazandığı etibarlı tərəfdaşlığı ha-
zırda da uğurla davam etdirməkdədir.
ATİB üzvləri “NORM” MMC-nin Baş
icraçı direktoru Hasan Yalçınkaya, “Star
Public Transport” şirkətinin rəhbəri Selim
Evsen arasında ikili görüşmə olub. Görüş-
də ATİB-in Baş katibi Pərvanə Hacıyeva da
iştirak edib.
ATİB üzvləri “BAKUBUİLD-2015” 21-ci
Beynəlxalq İnşaat Sərgisində iştirak etdilər
“Business Service Centre” MMC ATİB ofisində təqdimat keçirdi
ATİB üzvləri
arasında ikili
görüşmə
üzvlərdən xəbərlər
11
say 25 |
EcoVision__Avqustun_20-də'>EcoVision
Avqustun 20-də
Azərbaycan Türkiyə
İş Adamları Birliyinin İdarə heyəti “Azər-
sun Holdinq”in baş direktoru Savaş Uzan
ilə görüşüb. Görüşdə ATİB İdarə heyətinin
sədri Cemal Yangın, sədrin müavini Cem
Becel, İdarə heyətinin nümayəndələri Ra-
fiq Qarayev, Kaya Karslı və ATİB-in Baş ka-
tibi Pərvanə Hacıyeva iştirak ediblər.
“Azərsun Holdinq”in baş direktoru Sa-
vaş Uzan qonaqlara şirkətlər qrupunun
fəaliyyəti barədə ətraflı məlumat verərək
digər şirkətlərlə əlaqələrindən və gələ-
cəkdə birgə həyata keçiriləcək layihələr-
dən bəhs etdi.
Səmimi qəbula görə təşəkkür edən
ATİB sədri ATİB-in fəaliyyəti, həyata ke-
çirdiyi layihələr barədə də məlumat verdi.
28 avqust 2015-ci
ildə Türkiyənin
Zəfər bayramı və Türk Silahlı Qüvvələri
Günü münasibətilə Türkiyənin Azərbay-
candakı səfirliyində rəsmi qəbul təşkil
olunub.
Qəbulda ATİB İdarə heyətinin sədri
Cemal Yangın, İdarə heyətinin üzvləri
Rafiq Qarayev, Ali Gümüş və Kaya Karslı
iştirak ediblər.
Rəsmi qəbul Azərbaycanın və Türkiyə-
nin dövlət himnlərinin səsləndirilməsi ilə
başlayıb.
Türkiyənin Azərbaycandakı səfiri İs-
mayıl Alper Coşkun tarixə nəzər salaraq
türk xalqının və Türkiyə Silahlı Qüvvələ-
rinin Mustafa Kamal Atatürkün rəhbərliyi
ilə 1922-ci il avqustun 30-da tarixi zəfər
qazandığını bildirib. O, qeyd edib ki, bu
böyük zəfər türk millətinin sarsılmazlığı-
nın və iradəsinin nümunəsidir və bütün
bunların nəticəsi olaraq bugünkü Türkiyə
dövləti qurulub.
ATİB İdarə heyəti “Azərsun Holdinq”də
Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil
edilib
ATİB
xəbərləri
12
say 25 |
EcoVision
Avqustun 30-da
Türkiyənin Zəfər bay-
ramı münasibətilə Şəhidlər xiyabanındakı
“Türk əsgərləri” abidəsi önündə tədbir ke-
çirilib.
Mərasimdə ATİB İdarə heyətinin üzv-
ləri Rafiq Qarayev, Kaya Karslı, Ali Gümüş,
ATİB üzvlərindən Ali İhsan Genç, Akyıl
İmre və ATİB Katibliyinin nümayəndələri
iştirak ediblər.
Türkiyə Cümhuriyyəti və Azərbaycan
Respublikasının himnləri səsləndikdən
sonra tədbir məzarların üzərinə gülqoyma
ilə başa çatıb.
Daha sonra mərasim iştirakçıları Şəhid-
lər xiyabanında azərbaycanlı şəhidlərin mə-
zarını ziyarət edib, Əbədi Məşəl Kompleksi
önünə əklil qoyublar.
15 sentyabr 2015-ci ildə
Bakının Nuru
paşanın komandanlığı ilə Qafqaz İslam Ordu-
su tərəfindən qurtuluşunun 97-ci ildönümü
münasibətilə tədbir keçirilib.
Mərasimdə ATİB üzvləri və ATİB Katibliyi
iştirak edib.
Türkiyə Cümhuriyyəti və Azərbaycan
Respublikasının himnləri səsləndikdən sonra
tədbir məzarların üzərinə gülqoyma ilə başa
çatıb.
Daha sonra mərasim iştirakçıları Şəhidlər
xiyabanında azərbaycanlı şəhidlərin məzarı-
nı ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə
əklil qoyublar.
Türkiyə Cümhuriyyəti nin Zəfər bayramı
münasibətilə tədbir keçirilib
Bakının işğaldan
azad edilməsi
münasibətilə
çələngqoyma
mərasimi keçirilib
ATİB xəbərləri
14
say 25 |
EcoVision