Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix22.03.2018
ölçüsü0,6 Mb.
#33063
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

İ.M.: 

Diş  və  dişəti  xəstəlikləri  son  20-

30  ildə  daha  geniş  yayılıb.  Bunun  əsas 

səbəbi düzgün qidalanmama və gigiyenik 

qaydalara düzgün riayət etməməkdir. Son 

20-30 ildə qidalarımızda olan dəyişiklik-

lər – daha yumşaq və kimyəvi tərkibi də-

yişdirilmiş  qidalar  bizi  ağız  gigiyenasına 

əvvəlkindən daha ciddi riayət etməyimizə 

məcbur edir. Bununla yanaşı, müəyyən re-

gionlarda suda lazımi mikroelementlərin 

çatışmazlığı da buna səbəbdir. 



Sağlam dişlər üçün daha çox nələrə 

diqqət yetirilməlidir? 

İ.M.: 

Sağlam  məhsullarla  qidalan-

ma  və  dişləri  gündə  iki  dəfə  düzgün 

fırçalamaqla  sağlam  dişlərə  nail  olmaq 

olar.  Sağlam  qidalanma  dedikdə,  mey-

və-tərəvəzlə  bol  qidalanma,  qidalan-

madan  sonra  ağızın  yaxşı  yaxalanması 

nəzərdə  tutulur.  Fırçalama  gündə  iki 

dəfə  aparılmalıdır.  Fırçanın  doğru  se-

çilməsi və fırçalama qaydasının düzgün 

həyata  keçirilməsi  çox  vacibdir.  Diş  və 

dişəti  xəstəlikləri  əksər  hallarda  diş-

arası nahiyələrdə əmələ gəlir. Çünki bu 

nahiyələr adi diş fırçası ilə təmizlənmir. 

Buna  görə  dişarası  sahələr  xüsusi  diş-

arası fırçalarla təmizlənməlidir.

 

Diş sağlamlığı ilə bağlı doğru bildi-

yimiz səhvlər, səhv bildiyimiz doğrular 

nələrdir?

İ.M.: 

Bəzən  insanlar  müəyyən  yaş 

dövrlərində  dişlərini  itirmələrini  nor-

mal  proses  kimi  qəbul  edirlər.  Bunun 

səbəbi isə dişlərə qulluğun düzgün hə-

yata  keçirilməməsidir.  Əgər  dişlər  və 

dişarası  sahələr  düzgün  təmizlənərsə, 

dişlər  uzun  illər  sağlam  qalmış  ola-

caq.  Dişlərin  fırçalanması  horizontal 

istiqamətdə  deyil,  45  dərəcə  bucaq  al-

tında süpürülərək həyata keçirilməlidir 

və  dişlər  boyu  fırçanı  dairəvi  hərəkət 

etdirərək təmizlənməlidir. Bəzi insanlar 

sərt  fırçanın  daha  yaxşı  təmizlədiyini 

düşünürlər. Bu isə belə deyil. Diş fırça-

sının tükcükləri elastik olmalı və diş əti-

ni zədələməməlidir. Fırçanın sərtliyi ən 

çox orta (medium) ola bilər. 



Müəyyən  sosial  qruplar  üçün 

güzəştli  kampaniyalar  həyata  keçirir-

sinizmi?

 

İ.M.: 

Tələbələr  və  müəllimlər  üçün 

endirim  kampaniyaları  etmişik.  Hazırda 

bütün  ATİB  üzvlərinə  güzəştli  kampani-

yamız var. 



“Implant  Art”  Dental  Klinikasının 

gələcək fəaliyyəti ilə bağlı hədəfləriniz 

nələrdir? 

İ.M.: 

Hazırda  istədiyimiz  hədəfi  əldə 

etmişik və məqsədimiz dünya inkişafının 

sürəti ilə gedib yenilikləri tətbiq etməkdir. 

Arzulayırıq ki, bütün həkimlərimiz nəinki 

Azərbaycanın, həm də Avrasiyanın ən ta-

nınmış həkimi statusunu alsınlar.

Ağız, üz və çənə cərrahı, uzman doktor, 

PHD. 2004-cü ildə Azərbaycan Tibb Univer-

siteti Stomatologiya fakültəsini bitirmişdir. 

2004-2005-ci illərdə Azərbaycan Tibb Uni-

versiteti Diş həkimliyi fakültəsi Ağız, üz və 

çənə cərrahiyyəsi kafedrasında internatura 

təhsili almışdır. 2006-2013-cü illərdə Anka-

ra Universiteti Diş həkimliyi fakültəsi Ağız, 

üz və çənə cərrahiyyəsi kafedrasında təhsi-

lini davam etdirmiş, uzman doktor və PHD 

diplomunu  almışdır.  2012-ci  ildə  Planmed 

İmplantologiya  Elmi  Cəmiyyəti  tərəfindən 

keçirilmiş müsabiqədə Dünya 3-cüsü müka-

fatına layiq görülmüş, 2013-cü ildə sözüge-

dən qurumun keçirdiyi müsabiqədə Dünya 

1-cisi  mükafatını  almışdır.  İmplantologiya 

üzrə elmi işini xaricdə müdafiə etmiş yeganə 

azərbaycanlı  ağız,  üz  və  çənə  cərrahıdır. 

“Implant ART” Dental Klinikasının direkto-

rudur.

45

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


müsahibə 

Ersadık TURAN:

Ersadık Turan ölkəmizdə süni mayalanmanın vəziyyəti 

ilə bağlı “EcoVision”un suallarını cavablandırır



“Azər-Türk Med” Tibb Mərkəzi artıq 

neçə müddətdir fəaliyyət göstərir. Bəs 

mərkəz əsasən hansı istiqamətlər üzrə 

xidmətlər təklif edir?

“Azər-Türk  Med”  Tibb  Mərkəzi 

2007-ci  ilin  sentyabr  ayından  fəaliyyət 

göstərir. Artıq 8 ildir insanları psixolo-

ji, mənəvi və sosial çətinliklərlə üz-üzə 

qoyan  sonsuzluq  problemi  mərkəzi-

mizdə  öz  həllini  tapır.  Bununla  yanaşı, 

“Azər-Türk Med” Tibb Mərkəzində müa-

sir tələblərə cavab verən avadanlıqlarla 

təchiz  olunmuş  laboratoriya,  həmçinin 

ginekoloji,  uroloji,  pediatrik  və  sto-

matoloji  kabinetlər  fəaliyyət  göstərir. 

Klinikamız  cərrahiyyə  əməliyyatları  və 

stasionar xidmətlər verən bir klinikadır. 

Bu illər ərzində süni mayalanma ilə bağ-

lı bizə müraciət edən xəstələrdə genetik 

problemlərlə  əlaqədar  yaranan  xəstə-

liklərin embronik, yəni uşaqlar köçürül-

məmiş, diaqnozunu Türkiyədə fəaliyyət 

göstərən  laboratoriyalarla  birgə  ger-

çəkləşdirmişik.  Türkiyədəki  laborato-

riyalarla  qarşılıqlı  anlaşma  nəticəsində 

Azərbaycanda hələlik mümkünsüz olan 

biokimyəvi  analizləri  həyata  keçiririk. 

Bu illər ərzində çalışmışıq ki, süni ma-

yalanma  ilə  bağlı  ortalığa  çıxa  biləcək 

bütün problemləri Türkiyə ilə birgə həll 

edək,  fəaliyyətimizi  daha  da  genişlən-

dirək.

Sonsuzluq  problemi  ilə  müraciət 

edən ailələrdə süni mayalanmaya mü-

nasibət necə olur? 

Mən artıq 11 ildir Azərbaycandayam, 

2004-cü  ildə  Azərbaycana  gəlmişəm.  O 

zamanlar süni mayalanmaya isti yanaşıl-

mırdı. Süni mayalanma nəticəsində dün-

yaya gələn uşağın necə olacağı ilə bağlı 

narahatlıqlar  var  idi.  Zaman  keçdikcə 

gördülər ki, süni mayalanma nəticəsin-

də dünyaya gələn uşaqların digər uşaq-

lardan heç bir fərqi yoxdur, artıq onların 

10 yaşları var, məktəbə gedirlər, oxuyur-

lar, təhsil alırlar. Artıq birinci uşağı süni 

mayalanma  ilə  dünyaya  gələnlər  ikinci 

uşaq  üçün  də  müraciət  etməyə  başla-

yırlar. Təbii ki, burada uşağın qardaş, ya 

bacı  istəməsi  faktoru  da  önə  çıxır.  Bu-

nunla  yanaşı,  insanlar  gördülər  ki,  heç 

bir problem yoxdur, inandılar. 10 il çox 

önəmli bir müddətdir. Bu müddət ərzin-

də insanlar bir çox məsələləri gördülər, 

bu səbəbdən də süni mayalanmaya daha 

isti yanaşırlar. Artıq özlərinin toxumala-

rı ilə də biz bu işləri görürük. İnsanlar 

həm də gördülər ki, özlərinin toxumala-

rı ilə də uşaqları dünyaya gəlir, o zaman 

inamları daha da artdı.



Yəni  süni  mayalanma  ilə  bağlı  mü-

raciət edənlərin sayının ildən-ilə artdı-

ğını müşahidə edirsiniz?

Bəli, ildən-ilə müraciət edənlər artır. 

Daha  öncə  televiziya,  radio,  qəzet  rek-

lamları  edərdik,  seminarlar  keçirərdik. 

Amma indi görürük ki, artıq insanların 

referansları ilə xəstələr gəlir. Yəni dün-

yaya gəlmiş uşaqlar ən yaxşı tanıtımçı-

larımız,  reklamçılarımızdır.  Hər  ötən  il 

inam daha da artır. Bu, dünyada da belə-

dir. Süni mayalanma dünya tarixində 37 

illik  bir  müalicədir.  Cavan  bir  müalicə 

üsuludur. Bu o deməkdir ki, süni maya-

lanma  ilə  doğulan  uşağın  artıq  37  yaşı 

var.  Azərbaycanda  da  süni  mayalanma 

ilə doğulan uşağın artıq 11 yaşı var. Bu 

da önəmli bir mərhələdir. Hər il xəstələ-

rin və klinikaların da sayında artım mü-

46

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə