Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix22.03.2018
ölçüsü0,6 Mb.
#33063
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

Klinikamızda hər bir 

pasiyentə özəl yanaşma 

prinsipi mövcuddur

Qəribova Sevinc Vəli qzı Kürdəmir şəhə-

rində  doğulub.  Orta  məktəbi  bitirdikdən 

sonra  ATU-nun  Stomatologiya  fakültəsinə 

qəbul olunub. Universiteti bitirdikdən son-

ra  stomatoloq  kimi  fəaliyyətə  başlayıb. 

Hal-hazırda “ Denta Med” Estetik Stomato-

loji Klinikasında   direktor vəzifəsində çalı-

şır. Ailəlidir, 2 övladı var.

“Denta Med” neçə ildir ki, fəaliyyət 

göstərir və bu illər ərzində hansı inki-

şaf yolu keçib?

S.Q.:

  ”Denta  Med”  Estetik  Stomatoloji 

Klinikası  2011-ci  ilin  iyun  ayından  fəa-

liyyətə  başlayıb.  Klinikamız  artıq  5  ildir  

uğurla  və  yeni  nailiyyətlərlə  fəaliyyətini 

davam etdirir. 



Klinikanız hansı xidmətləri göstərir?

S.Q.:

 Klinikada stomatologiyanın  bü-

tün    xidmət  sahələri    movcuddur.  Ha-

zırda  diaqnostika,  müalicə,  ortopediya, 

periodontologiya,  implantologiya,    uşaq 

stomatologiyası  və  ən  əsası  estetik  sto-

matologiya  sahələrində  müştərilərimizə 

idmət göstəririk. 



“Denta Med”-in müştərilərini məm-

nun  etmək  üçün  fəaliyyətinin  əsas 

prinsipləri nələrdir?

S.Q.:

 Bizim klinikada hər bir pasiyentə 

özəl yanaşma prinsipi mövcuddur. Və hər 

bir  pasiyent  klinikamızda  özünü  xüsusi 

diqqət  dairəsində  hiss  edir.  Bizim  əsas 

prinsipmiz  özəl  yanaşmadır.  Belə  olan 

halda pasiyentlərimiz də, əlbəttə ki, xid-

mətimizdən məmnun qalır. 



Müştərilər  nə  üçün  “Denta  Med”i 

seçməlidir, klinikanın özəlliyi nədir?

S.Q.:

  Ölkənin  ən  yaxşı  mütəxəssislə-

rindən təşkil edilmiş klinikamızın ixtisaslı 

personalı sadəcə keyfiyyətli iş yerinə yetir-

mir. Biz sənət inciləri yaradırıq! Yaradıcı və 

estetik düşüncənin doğurduğu möcüzələri 

həyata keçiririk. Klinikamızda çalışan hər 

bir mütəxəssis öz işinin ustasıdır. Pasiyent-

lərin tam fiziki və psixoloji rahatlığı üçün 

klinikamızda hər bir şey ən kiçik xırdalıq-

lara qədər nəzərə alınır.

Klinikanız    gigiyenik  tələblərə  və 

beynəlxalq  standartlara  nə  dərəcədə 

cavab verir?

  S.Q.  Klinikamızda  sterilizasiya  qay-

dalarına ciddi şəkildə riayət olunur. Tam 

steril şəraitdə  stomatoloji manipulyasiya-

larin həyata kecirilməsi bizdə mövcuddur. 

Buna görə də tam əminliklə bizim klinika-

nı seçmək olar. 

38

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə



Məqsədimiz yüksək 

müştəri məmnuniyyətinin 

təmin edilməsidir

“Medisis”  MMC  neçə  ildir  fəaliyyət 

göstərir.  Bəs  əsasən  hansı  istiqamət 

üzrə ixtisaslaşıb? 

Y.F.C.:   

“Medisis”  MMC  2005-ci  ildən 

fəaliyyətə  başlayıb  və  artıq  10  ildir  fəa-

liyyət  göstərir.  Əsasən  tibbi  məhsulların 

satışını həyata keçirən şirkətimiz bazarda 

özünə xüsusi mövqe tutmuşdur. 



Şirkətiniz müştərilərinə hansı məh-

sul və xidmətləri təklif edir? 

Y.F.C.: 

Əsasən  tibbi  sərf  materialları, 

tibbi  avadanlıqlar,  dezinfeksiya  məhsul-

ları,  cərrahi  ləvazimatlar,  laboratoriya 

Müsahibimiz tibbi məhsulların satışı üzrə ixtisaslaşan 

“Medisis” MMC-nin rəhbəri Yusuf Faruk Ceyhandır

məhsulları, eyni zamanda cihaz təmiri və 

servis xidmətini təklif edirik.



Müştərilərin  ən  çox  müraciət  etdiyi 

məhsul və xidmətlər nələrdir? 

Y.F.C.: 

Ən çox müraciət edilən məhsul-

lar gündəlik sərf materialları, laboratori-

ya və dezinfeksiya məhsullarıdır. 



Əsasən  hansı  yerli  və  xarici  şirkət-

lərlə əməkdaşlıq edirsiniz? 

Y.F.C.: 

Xarici şirkətlərdən ANIOS, “Be-

tasan”, “Egemen”, “Medbar”, “Cardiac”, “In-

fopia”,  “Varimed”,  “Trimpeks”,  “Sitogen”, 

“Sohngen”,  “Qiagen”,  “Johnson&Johnson”, 

“Ayset”,  “Bonmed”,  “Mespa”,  “Maquet”  və 

digərlərini  göstərmək  olar.  Yerli  şirkət-

lərə gəlincə, demək olar, daxili bazardan 

heç bir məhsulu təchiz etmirik. 

“Medisis” özünü tanıtmaq, imkan-

larını və təklif etdiyi xidmətləri təq-

dim  etmək,  məhsulların  effektiv  sa-

tışı  üçün  hansı  vasitələrdən  istifadə 

edir? 

Y.F.C.: 

Özünü tanıtmaq üçün xüsusi bir 

addım  atılmır,  məqsədimiz  xətasız  məh-

sul, keyfiyyətli xidmət və yüksək müştəri 

məmnuniyyətinin  təmin  edilməsidir  ki, 

bunun  da  nəticəsində  “Medisis”  özü-öz-

lüyündə  tanınır.  Effektiv  satışları  həyata 

keçirmək üçün müxtəlif dövrlərdə işçiləri 

təlimlərə  cəlb  edirik,  konsultantlar  cəlb 

olunur  və  nəhayət,  işçiləri  stimullaşdır-

maq üçün mükafat sistemini tətbiq edirik. 

“Medisis”  MMC-nin  gələcək  planları 

nədən ibarətdir?

Y.F.C.: 

Bazarda  mövqeyini  möhkəm-

lətmək,  daha  geniş  müştəri  bazası  for-

malaşdırmaq,  güclü  kadrlar  cəlb  etmək, 

regionlarda filiallar açmaq, Avropa və Asi-

ya bazarına çıxmaq gələcək planlarımıza 

daxildir.

İlk  təhsilə  Ağrıda  başlayan  Yusuf  Cey-

han lisey təhsilini İstanbulda tamamlayıb. 

Türkiyədə  başladığı  bakalavr  təhsilinə 

Azərbaycanda  davam  edib.  Azərbaycan 

Dövlət İqtisad Universitetində Beynəlxalq 

ticari  əlaqələr  fakültəsindən  məzun  ol-

duqdan  sonra  Xəzər  Universitetində  İqti-

sadiyyat  və  idarəetmə  fakültəsində  ma-

gistr dərəcəsi alıb.

Professional  iş  həyatına  1996-cı  ildə 

başlayıb.  1998-ci  ildən  etibarən  Azərbay-

canda  yaşamağa  başlayıb.  2005-ci  ildə 

“Medisis”  MMC  şirkətinin  qurucu  ortağı 

kimi  başlayaraq,  2012-ci  ildə  şirkət  his-

sələrini  alıb.  Hələ  də  fəaliyyətinə  davam 

edən “Medisis” MMC-nin bir qolu Türkiyə-

də, digəri Azərbaycanda olmaq üzrə xarici 

ticarət  məsləhətçiliyi  üzrə  idxal  və  ixrac 

mövzularında  fəaliyyət  göstərən  “Ceyhan 

Premier” və “Facet” MMC şirkətlərinin qu-

rucusu və sahibidir. Evlidir, 4 uşaq atasıdır.

40

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə