Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix22.03.2018
ölçüsü0,6 Mb.
#33063
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

“Avropa və dünya 

standartlarına uyğun 

klinikalarımız var”

Müsahibimiz “Dental Club” Diş Klinikasının baş həkimi

stomatoloq cərrah Rövşən Məmmədovdur

“Dental  Club”  Diş  Klinikası  neçə  il-

dir fəaliyyətdədir və yarandığı vaxtdan 

hansı inkişaf yolu keçib?

R.M.:

 “Dental Club” Diş CKlinikası 2003-

cü ildə təsis edilib. Yüzlərlə xəstəyə sağlam 

gülüş  bəxş  edən  həkimlərimizin  peşəkarlı-

ğının ən yüksək səviyyədə tətbiqi üçün klini-

kamız müasir texnologiyalarla təchiz olunub. 

Bu  texnologiyalar  xəstələrin  ağız  boşluğu 

probləmlərinə düzgün diaqnoz qoymaq, on-

lara  ən  müasir  üsulla  müalicə  metodlarını 

tətbiq etməyə imkan verir.



Klinikanıza  hansı  xidmətlər  üzrə 

daha çox müraciətlər olunur?

R.M.:

  Klinika  müasir  diş  həkimliyini 

təqib  etməklə  pasiyentlərin  istəklərinə 

uyğun estetik diş həkimliyi, implant  diş 

həkimliyi,  dişəti  xəstəlikləri,  ortodontik 

müalicə, uşaq diş həkimliyi sahələri üzrə 

professional xidmət göstərir. 

“Dental  Club”  Diş  Klinikasını  di-

gər  klinikalardan  fərqləndirən  üstün 

cəhətlər nələrdir?

R.M.:

  Klinikanın  üstün  cəhətlərindən 

biri  14  il  ərzində    stabil  xidmət  göstər-

məsi və fəaliyyət  sahəsinə uyğun uzman 

həkimin  professional  yanaşması,  həmçi-

nin təhlükəsiz və uzunmüddətli  işin təş-

kilidir.  Bununla  yanaşı,  gənc  və  gülərüz 

kollektivimiz  daima  yenilənməkdə  və  öz 

sıralarına müasir elmi biliklərə və təcrü-

bəyə  malik  peşəkarları  əlavə  etməkdə-

dir. Gigiyena, xəstələrimizin komfortu və 

mehriban atmosfer nəzarət etdiyimiz bi-

rinci prioritetlərdir. 

32

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


müsahibə 

Fikrinizcə,  ölkəmizdə  insanların 

stomatoloji  xidmətlərə  görə  xarici 

ölkələrə getməsinə ehtiyac varmı?

R.M.:

 Düşünürəm ki, başqa tibb sahələ-

rindən fərqli olaraq, ölkəmizdə diş həkim-

liyində vəziyyət daha ürəkaçandır və tam 

Avropa  və  dünya  standartlarına  uyğun 

klinikalarımız var. Bizim klinikamız labo-

ratoriya hissəsini də Türkiyə və Avropada 

sifariş verməklə tam dünya standartlarına 

yaxınlaşmış olur.

Gigiyena, xəstələrimizin komfortu və 

mehriban atmosfer nəzarət etdiyimiz 

birinci prioritetlərdir. 



Qeyri-qanuni fəaliyyət göstərən kli-

nikalar  stomatoloji  sahənin  nüfuzu-

na  xələl  gətirir.  Xəstə  seçim  edərkən 

nələrə diqqət yetirməlidir?

R.M.:

  Qeyri-qanuni  fəaliyyət  göstərən 

klinikalar həmişə olub, bununla mübarizə 

aparmaq  çox çətindir. Pasiyentə ən vacib 

klinikanın və sterilizasiya şəraitinə diqqət 

edilməsidir.



Klinikanızın 

filialları 

fəaliyyət 

göstərirmi? Gələcəkdə klinikanın inki-

şafı  və  filiallarının  açılması  istiqamə-

tində hansı planlarınız var? 

R.M.:

 Hazırda klinikanın 2 filialı fəaliy-

yət göstərir. İrəlidə Bakı şəhəri və region-

larda filialların açılması gözlənilir.



Məmmədov Rövşən Afiq oğlu 1980-ci il 30 

may tarixində Bakı şəhərində anadan olmuş-

dur.  1997-ci  ildə  Xətai  rayon  263  saylı  orta 

məktəbin, 2002-ci ildə isə ATU-nun Stomato-

logiya fakültəsinin məzunu olmuşdur. Elə hə-

min ildən etibarən fərdi stomatoloji fəaliyyətlə 

məşğul  olmuşdur.  Diş  həkimliyi  təcrübəsinin 

ilk üç illini ümumi diş həkimliyi, növbəti illər 

isə  prostodontik-cərrahi  diş  həkimliyi  fəaliy-

yətinə başlamışdır. 2006-cı ildə prof. Surovun 

əsas  implantoloji  ixtisaslaşma  kursunu  keç-

mişdir. Müxtəlif vaxtlarda beynəlxalq stoma-

toloji  şirkətlərin  -  “Kerr”,  “Dentsply”,  “Heraus 

Kulzer”, 3M, “Sybron”, VDW, “Zubler”, “Ivoclar 

Vivadent”  və  implant  sistemlərinin  “Astra”, 

“Strauman”,  “Bredent”,  “Nucleoss”,  MİS  və  s. 

təşkil etdiyi ölkədaxili və xarici kurslarda, elə-

cə  də  sərgilərdə  iştirak  etmişdir.  İzmirdə,  İs-

tanbulda, Vyanada implantoloji ixtisaslaşma, 

Almaniyanın  Münhen,  Ulm,  Nürnberq  şəhər-

lərində ortopedik cərrahi ixtisaslaşma kursları 

keçmişdir. Nürnberq şəhərində prof. M.Lang və 

Ankara şəhərində Gazi Universitesi Periodon-

toloji Anabilimdalı prof. A.Parların 48 modul-

dan ibarət 2 illik diplomdan sonra, perioimp-

lant cərrahi master klass kursunu keçmişdir. 

Azərbaycan  Oral  İmplantoloqlar  Cəmiyyəti-

nin  (EAED - Europenian Academy of Esthe-

tic  Dentistry),  EDAD  (Estetik  Diş  Həkimliyi 

Akademisal Dərnəyi)  EDAD-Bakı dərnəyinin 

idarə heyətinin üzvüdür. TOID, ICOI və Avropa  

Periodontoloqlar Cəmiyyətinin üzvüdür. VDW 

və “Nucleoss” şirkətinin həkim-məsləhətçisidir.

33

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə