Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix22.03.2018
ölçüsü0,6 Mb.
#33063
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

Dairə 1

təhlil


Qeyd edək ki, dövlət büdcəsindən elm, 

təhsil,  səhiyyə,  sosial  müdafiə  və  sosial 

təminat,  mədəniyyət,  incəsənət,  infor-

masiya, bədən tərbiyəsi və digər kateqo-

riyalara aid edilməyən sahədə fəaliyyətə 

dövlət  büdcəsindən  çəkilən  xərclərin 

içərisində səhiyyənin xüsusi yeri vardır. 

Belə ki, 2015-ci ilin ümumi dövlət büdcə-

sinin strukturunda elmə çəkilən xərclər 

0,7%, təhsilə 8,1%, səhiyyəyə 3,7%, sosi-

al müdafiə və sosial təminata 9,8%, mə-

dəniyyət,  incəsənət,  informasiya,  bədən 

tərbiyəsi və digər kateqoriyalara aid edil-

məyən sahədə fəaliyyətə 1,6% proqnoz-

laşdırıldığı halda, 2016-cı ildə bu göstə-

ricilərin  müvafiq  olaraq  elmdə  0,8%, 

təhsildə  10,5%,  səhiyyədə  4,6%,  sosial 

müdafiə və sosial təminatda 11,7%, mə-

dəniyyət,  incəsənət,  informasiya,  bədən 

tərbiyəsi və digər kateqoriyalara aid edil-

məyən  sahədə  fəaliyyətdə  4,0%  olması 

gözlənilir.  Buradan  da  göründüyü  kimi, 

dövlət xərclərinin tərkibində səhiyyənin 

payı  2016-cı  ildə  2015-ci  ilə  nisbətən 

orta  hesabla  20%  artacaqdır.  Buradan 

belə nəticəyə gəlmək olar ki, 2016-cı ilin 

dövlət büdcəsində azalmaların proqnoz-

laşdırılmasına  baxmayaraq,  dövlətin  sə-

hiyyə  xərcləri  prioritet  kimi  qalacaqdır. 

O cümlədən də digər sosial sahələrdə bu 

qənaətə gəlmək olar. Bunu Dairə 1-də də 

əyani şəkildə görmək olar.



Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, 

incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid 

edilməyən sahədə fəaliyyətin 2016-cı ilin dövlət büdcəsi xərclərində yeri 

(mln. manatla)



Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət büdcəsinin 

təqdimatları və dövrün sonuna olan büdcə hesabatları  

Elm - 


131,7

Mədəniyyət 

və s. - 

652,7

Sosial müdafiə 

və sosial təminat 



1896,6

Səhiyyə - 

744,9

Təhsil - 



 1713,5

36

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Təhlil


təhlil

Dövlət  büdcəsindən  ayrılan  səhiyyə 

xərclərinin  təsnifatlaşdırılması  ölkə-

də  bu  sahədə  aparılan  siyasətin  başlıca 

prioritetlərinin 

müəyyənləşdirilməsi 

baxımından  da  böyük  əhəmiyyət  kəsb 

edir.  Belə  ki,  yeni  xəstəxana  binalarının 

tikintisi,  kadr  potensialının  təkmilləş-

dirilməsi,  xəstəliklərlə  mübarizədə  təd-

qiqatların aparılması və s. sahələrin ayrı-

lıqda tərəqqisi müvafiq büdcə xərclərinin 

səmərəli  bölüşdürülməsindən  asılıdır. 

Müqayisə üçün qeyd edə bilərik ki, 2013-

cü  ilin  büdcəsinin  icrası  ilə  bağlı  hesa-

batları  tədqiq  edən  zaman  görmək  olar 

ki,  səhiyyə  xərcləri  üzrə  istifadə  olun-

muş vəsaitin 318,5 mln. manatı və yaxud 

51,5 faizi xəstəxanaların saxlanılmasına, 

196,9  mln.  manatı  və  yaxud  31,8  faizi 

səhiyyə  sahəsinə  aid  edilən  digər  xid-

mətlərə, 95,1 mln. manatı və yaxud 15,4 

faizi  poliklinikalar  və  ambulatoriyaların 

saxlanılmasına, 8,4 mln. manatı və yaxud 

1,3 faizi tətbiqi tədqiqatlar və digər xid-

mətlər üzrə xərclərə yönəldilmişdir. 

Müvafiq  olaraq  da  2016-cı  ilin  proq-

noz  göstəricilərinə  baxdığımız  zaman 

görmək  olar  ki,  səhiyyə  xərcləri  üzrə 

istifadə  olunması  nəzərdə  tutulan  vəsa-

itin 352,7 mln. manatının və yaxud 47,4 

faizinin  xəstəxanaların  saxlanılmasına, 

6,8 mln. manatının və yaxud 0,9 faizinin 

səhiyyə sahəsinə aid edilən digər xidmət-

lərə, 108,3 mln. manatının və yaxud 14,5 

faizinin poliklinikalar və ambulatoriyala-

rın saxlanılmasına, 277,1 mln. manatının 

və yaxud 37,2 faizinin tətbiqi tədqiqatlar 

və digər səhiyyə sahəsində tətbiq olunan 

xidmətlər  üzrə  xərclərə  yönəldilməsi 

nəzərdə tutulmuşdur.

Yuxarıdakı  rəqəmlər  əsasında  2013-

cü illə 2016-cı ilin proqnoz göstəriciləri-

nin müqayisəsini aparan zaman görmək 

olar ki, sonuncu ildə əvvəlki ilə nisbətən 

səhiyyə xərcləri üzrə xəstəxanaların sax-

lanılmasına  9,7  faiz  çox,  səhiyyə  sahə-

sinə aid edilən digər xidmətlərə 29 dəfə 



2016-cı ildə səhiyyə xərclərinin əsas istiqamətləri üzrə strukturu 

(mln. manat)

Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət büdcəsinin 

təqdimatları və dövrün sonuna olan büdcə hesabatları  

az,  poliklinikalar  və  ambulatoriyaların 

saxlanılmasına 12,1 faiz çox, tətbiqi təd-

qiqatlar və digər səhiyyə sahəsində tət-

biq olunan xidmətlərə 33 dəfə çox vəsa-

itin  xərclənməsi  nəzərdə  tutulur.  Qeyd 

edək  ki,  səhiyyə  sahəsinə  aid  edilən  di-

gər  xidmətlərdə  kəskin  azalma,  tətbiqi 

Bütün  yuxarıda  aparılan  təhlillər 

onu  göstərir  ki,  Azərbaycada  səhiy-

yənin  inkişafında  dövlət  büdcəsin-

dən ayrılan vəsaitlər hələ də mühüm 

yer  tutur.  Bununla  yanaşı,  ölkəmizdə 

səhiyyə  sahəsində  keyfiyyətli  xid-

mətin  təşkili  və  respublikamızın  in-

kişaf  strategiyalarında  bu  sahədə 

gözlənilən  inkişaf  səviyyəsinin  əldə 

tədqiqatlarda  isə  əksinə,  artma  həmin 

xərc  istiqamətinin  tərkibinə  aid  olan 

proqram və maddələrin yerdəyişməsi ilə 

bağlıdır. Səhiyyə xərclərinin tərkibində-

ki  bölmələr  üzrə  bölgünü  müşahidə  et-

mək üşün Dairə 2-yə baxaq. 

Dairə  2


olunması üçün ilk növbədə dövlət büd-

cəsindən  ayrılan  vəsaitlərin  daha  da 

səmərəli istifadəsi istiqamətində müa-

sir  mexanizmlərin  formalaşdırılması 

mühüm  əhəmiyyət  kəsb  edir.  Həmçi-

nin  səhiyyə  sahəsində  özəl  sektorun 

payının və yerinin ilbəil artırılması bu 

sferanın müasir tələblərə uyğun qurul-

masında vacib addım olar.  

digər səhiyyə 

xidmətləri - 

6,8

Xəstəxanalar

 - 

352,7

Poliklinikalar və 

ambulatoriyalar - 

108,3

Səhiyyə sahəsində 

tədqiqatlar - 

277,1

37

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Təhlil


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə