Jurnalımızın növbəti buraxılışı səhiyyə


“Alliance  Assist”  tibb  xidmətlərinin



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix22.03.2018
ölçüsü0,6 Mb.
#33063
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Əşrəf RZAYEV: 

“Alliance  Assist”  tibb  xidmətlərinin 

hansı istiqaməti üzrə ixtisaslaşıb?

Ə.R.: 

Adımızdan da bəlli olduğu kimi, 

assistant  xidmətləri  ilə  məşğuluq.  Xü-

susən tibbi assistantlıq fəaliyyət sferamı-

zın əsas prioritetidir. Nəzərinizə çatdırım 

ki,  assistantlıq  köməkçi,  əlaqələndirici 

bir missiyadır. Bir sıra beynəlxalq və re-

gional  tibbi  sığorta  şirkətlərinin  ölkə-

mizdə tərəfdaşıyıq. Onlar sığortalılarının 

sağlamlıqlarını  məhz  bizə  etibar  edirlər. 

Şübhəsiz ki, bu etimadı uğurlu işimiz və 

xidmət ortaqlarımızın peşəkar dəstəyi ilə 

layiqincə doğrulduruq. Daim tərəfdaşları-

“Göstərilən tibbi xidmətin keyfiyyəti və təklif olunan 

xidmətlərin müxtəlifliyi rəqabət predmetinə çevrilib”

“Alliance Assist” şirkətinin direktoru Əşrəf 

Rzayev “EcoVision”un suallarına cavab verir

mızın,  müştərilərimizin  məmnunluğunu 

üstün tuturuq.

Sizcə, ölkəmizdə təklif etdiyiniz xid-

mətlərdən istifadənin dinamikası necə 

dəyişir?

Ə.R.: 

İnsanlarımız  sağlamlıqlarına  daha 

çox  diqqət  yetirməyə  başlayıblar.  Şübhəsiz 

ki,  bu,  ölkədə  səhiyyə  sektorunun  inkişafı, 

həmçinin vətəndaşlarımızın maddi durum-

larının  ildən-ilə  yaxşılaşması  ilə  bağlıdır. 

Artıq göstərilən tibbi xidmətin keyfiyyəti və 

təklif  olunan  xidmətlərin  müxtəlifliyi  rəqa-

bət predmetinə çevrilib. Bu baxımdan fəaliy-

yətimizin dinamikasında yüksəliş trendi mü-

şahidə edirik. Nəzərinizə çatdırmaq istərdim 

ki, rəhbərlik etdiyim şirkət həm də evdə tibbi 

xidmətin təşkili ilə məşğuldur. Yəni tibbi xid-

mətlər üçün artıq yolda və növbədə saatlar-

la vaxt itirməyə, məsafə qət etməyə ehtiyac 

yoxdur. Hər biriniz uyğun məkanda – evdə 

və  işdə  müvafiq  tibbi  xidmətdən  yararlana 

bilərsiniz. Bunun üçün uyğun tibbi personal 

və müvafiq portativ tibbi cihazlarımız var.

Xidmətləriniz  barədə  informasiya-

ları  müştərilərinizə  necə  çatdırırsınız? 

Başqa  sözlə,  hansı  metodlardan,  infor-

masiya vasitələrindən istifadə edirsiniz?

Ə.R.: 

Mətbuatda,  televiziya  və  radioda 

mütəmadi reklamlarımız gedir. Sosial media-

da promouşna da üstünlük veririk. Özümüzə 

məxsus  İnfomed.az  tibbi  portalımız  da  var. 

Əlimizdən  gələni  edirik  ki,  insanlara  yeni-

liklər, yeni proyektlərimiz və məhsullarımız 

barədə məlumatları zamanında çatdıraq.



Maraqlıdır,  müştəri  məmnuniyyətini 

necə ölçürsünüz?

Ə.R.: 

Müştərilərimizin məmnunluğu bi-

zimçün daim ön plandadır. Onlara individu-

al  yanaşmağa  çalışırıq.  Müasir  və  komfort 

xidmət  göstərməkçün  fəaliyyətimizi  daim 

təkmilləşdirir,  çatışmazlıqların  üzərində 

çalışırıq.  Bizim  xidmətlərimizdən  istifadə 

etdikləri  üçün  əlavə  dividendlər  əldə  edir, 

fərqli seqmentdə olan məhsullarımızdan ol-

duqca sərfəli, endirimli şəkildə faydalanır-

lar. Mütəmadi olaraq pozitiv “feedback”lər 

alırıq. Şübhəsiz ki, bu, bizi daha da qürur-

landırır və yeni uğurlara motivə edir.

Şirkətinizin  xidmətlərinin  genişlən-

dirilməsi sahəsində hansısa planlarınız 

varmı?

Ə.R.: 

Təbii ki, uzunvədəli biznes planımız 

mövcuddur. İdeyalarımıza pillə-pillə addım-

layırıq. Bəzi proyektlərimiz haqqında, inşaal-

lah, həyata keçirməyə başladıqda danışarıq. 

İndi deyə biləcəyimsə odur ki, misalçün, tibbi 

turizm  sahəsində  beynəlxalq  miqyasda  hə-

dəflədiyimiz işlər var. Bəzən müəyyən plan-

larımız  bizdən  asılı  olmayaraq  müvəqqəti 

təxirə  salınır.  Çünki  biz  beynəlxalq  iqtisadi 

sistemin içərisində yaşayırıq. Qlobal ekono-

mik tendensiyalardan yan qaçmaq mümkün 

deyil. Amma bu vəziyyətdən maksimum fay-

dalanmağa  çalışırıq.  Biznes  layihələrimizdə 

korrektələr edir, yeni innovativ metodikala-

rın cəlb olunması üçün işlər aparırıq. 



Rzayev Əşrəf Faiq oğlu  1978-ci il yanvarın 

8-in  Bakı  şəhərində  ziyalı  ailəsində  anadan 

olub.  1985-1995-ci  illərdə  Bakı  şəhəri  260 

saylı orta məktəbdə rus bölümündə təhsil alıb. 

Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 

1995-1999-cu  illərdə  Qafqaz  Universitetinin 

İşlətmə, 1999-2002-ci illərdə Azərbaycan Döv-

lət  Mədəniyyət  və  İncəsənət  Universitetinin 

Mədəniyyətin  idarəedilməsi  fakültələrində, 

2002-2004-cü illərdə ADMİU-nun magistratu-

rasında təhsil alıb.  2003-2012-ci illərdə “Spa-

ce” kanalında baş prodüser vəzifəsində çalışıb. 

2013-cü  ildən bu günə qədər  “Alliance Assist” 

MMC-nin direktorudur. Evlidir, iki övladı - bir 

oğlu və qızı var.

41

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


İş adamları stresin 

qarşısını necə ala bilərlər

“MediStyle Hospital”ın  Psixonevroloji Mərkəzinin 

psixoloqu Günel Aslanova:

Müasir həyatda, demək olar ki, hər bir 

insan streslə üzləşir. Çünki müasir insanın 

həyatının, demək olar,  hər sahəsi planlı-

dır və rəqabət əsasında təşkil olunub. Gö-

rüş vaxtına sayılı dəqiqələr qaldığı halda 

kimsə  tıxacda  olursa  sevinə,  ya  da  ayın 

sonundakı gəlirinin növbəti aya aid  ehti-

yaclarını  qarşılamayacağını  bildiyi  halda 

xoşbəxt ola bilmir. 

Həyat  əvvəlkindən  daha  sürətli,  daha 

rəqabətlidir.  Bədən  və  psixikamız  isə  bu 

sürət və rəqabətə uyğunlaşa bilmir. Stress 

bir  çox  dəyişikliklərə  səbəb  olur.  Stress 

özü xəstəlik olmasa da, əksər xəstəliklər 

çox  asanlıqla  stress  nəticəsində  inkişaf 

edir. Bunun necə baş verdiyi, yəqin ki, ma-

raqlıdır.  İmmunitet sisteminiz zəifləyir. 

Asılılıq  problemi  olan  insanlarda 

məsələ daha mürəkkəbdir. Onlar alkoqol, 

siqaret,  saqqız  və  digər  sağlamlıq  üçün 

nəinki faydasız, həm də təhlükəli olan va-

sitələrdən  istifadə  edirlər.  Səbəb  nədir? 

Təbii ki, gərginliyi azaltmaq.

Aramızda  streslə  üz-üzə  qalmayan 

kimsənin  olmadığını  bilirik.  İş  adamları 

üçün isə məsələ daha fərqlidir. Onlar üçün 

stresli həyat iki dəfə daha artıq zəmanət-

lidir.  Təyin  olunmuş  görüş,  sürət,  gecik-

mək, tıxac, gözləmək... Bu sözlərin oxunu-

şu belə stresi təkrar yaşadır. 

İş  adamları  üçün  iş  yalnız  önəmli  ol-

maqla,  maddi  qazanc  olmaqla  bitmir,  iş 

həm də məqsəddir, mənadır, həyat tərzi-

dir,  özünəhörmətdir,  potensialdan  doğru 

istifadə etməkdir. İş stresi və tükənmə isə 

iş adamı üçün sadalananlardan uzaq düş-

mək, bu yolda risk deməkdir. 

İş stresi işin insan üzərində təzyiqidir. 

Bu, həm işləyən, həm müəssisə üçün ciddi 

problemlərə səbəb olur. Hər cür dəyişik-

lik  çətinliyə  səbəb  olur,  çətinlik  isə  onu 

aradan qaldırmaq cəhdini doğurur. Bəzən 

insan  bu  istiqamətdə  işləri  çatdırma-

yacağını  düşündüyündən  dolayı  məyus 

olur, səhvlər artır, yaxın ətrafı da bundan 

təsirlənir, enerji sərfiyyatı çoxalır, iş per-

formansı  zəifləyir,  sağlamlıq  problemləri 

yaranır və məhsuldarlığı azalır.

Lakin stresdən qaçmaq mümkün deyil-

sə də, onun mənfi nəticələrindən qaçmaq 

və öz sağlamlığını qorumaq mümkündür.

42

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə