Jurnalımızın növbəti buraxılışı səhiyyə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix22.03.2018
ölçüsü0,6 Mb.
#33063
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

məsləhət

İş  adamları  bu  istiqamətdə  nə  edə 

bilərlər? Öncə aşağıdakı sualları cavabla-

mağa çalışın.

Təbiətlə vəhdətdən xoşlanan, hər şeyin 

puldan  ibarət  olmadığını  düşünən,  kiçik 

hadisələrdən  sevinməyi,  xoşbəxt  olmağı 

bacaran  birisiniz?  Ya  mükəmməlliyyətçi, 

rəqabətə daxilən meyilli, səbirsiz, həyatın, 

təbiətin gözəlliklərinə laqeyd birisiniz?

Birinci qrupa aidsinizsə, siz artıq stresi 

bir  fürsət  olaraq  dəyərləndirə  və  ondan 

özünüzü inkişaf etdirmək vasitəsi olaraq 

istifadə edə bilirsiniz.

Bu qrupa aidsinizsə, demək ki, streslə 

əlaqəli narahatlıqları, uğursuzluqları şəx-

siyyətiniz üçün utanc olaraq görürsünüz, 

bu halda depressiv, ümidsiz düşüncələri-

niz, özünüzə və ətrafa aqressiyanız da qa-

çılmazdır. 

Əvvəla,  rəqabətə  niyə  bu  qədər  meyilli 

olmağınızın  səbəblərini  təhlil  edib,  həmin 

səbəbləri obyektiv şəkildə həll etməyə çalı-

şın. Həyatın çətinlikləri üzərinə iş stresini də 

əlavə etməyiniz sizi tamamilə tükədə bilər. 

Həm də  stresdən qorunmaq üçün dü-

şüncələrimizi  dəyişmək  önəmlidir.  Stres 

doğuran  hadisəni  özünüz  üçün  təhlükə 

olaraq gördüyünüz, onun sizə zərərli ola-

cağını düşündüyünüz hallarda stress şid-

dətlənir. 

Diqqət edin ki, stress doğuran hadisə-

nin  öhdəsindən  gələcəyinizi  düşünməyi-

niz əminlik hissi yaradaraq məhsuldarlı-

ğınızı daha da artırar. 

Birinci halda situasiya sizi təhdid edir, 

ikinci  halda  isə  siz  situasiyaya  meydan 

oxuyursunuz. “Təhdid olunuram” düşün-

cəsini  “meydan  oxuyuram”  düşüncəsi  ilə 

əvəz edin!

Həmçinin stresin fəsadlarını yaşama-

maq üçün zərurət olduğu hallarda “yox” 

deməyi  bacarın,  günün  müəyyən  sabit 

saatlarında  fasilə götürün, ailənizə, özü-

nüzə,  sevdiklərinizə  zaman  ayırın,  tətil 

edin,  idmanla,  hobbilərinizlə  məşğul 

olun.

Özünədəstək  fayda  vermirsə,  təcili 



mütəxəssisə müraciət etməyiniz gərəkdir.

2010-cu ildən etibarən Bakı Dövlət Uni-

versiteti, psixologiya fənni üzrə müəllim

2011-2013-cü illər Azərbaycan Univer-

siteti, psixologiya fənni üzrə müəllim

2012-2014-cü  illər  Turizm  İnstitutu, 

psixologiya fənni üzrə müəllim

2013-cü  ildən  “MediStyle”  Psixonevro-

loji Mərkəzi, psixoloq

2000-2004-cü  illər  Azərbaycan  Dövlət 

Pedaqoji Universiteti Psixologiya fakültəsi, 

bakalavr

2008-2010-cu illər Bakı Dövlət Univer-

siteti, psixologiya üzrə magistr

2011-2014-cü illər Bakı Dövlət Univer-

siteti, psixologiya üzrə doktorant

2010-2013-cü illərdə Uşaq və Gənclərin 

Sosial  Reabilitasiya  Mərkəzi,  Psixologiya 

və Konsultasiya Mərkəzi, Sosial və Psixoloji 

Tədqiqatlar  Mərkəzi,  “MemoriaCenter”də 

psixoloq kimi fəaliyyət göstərmişdir. 

Ekspert-təlimçi qismində bir sıra dövlət 

və  özəl  müəssisələrlə  (Əmək  və  Əhalinin 

Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Döv-

lət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Ko-

missiyası, UNICEF) əməkdaşlıq çərçivəsin-

də müxtəlif tədqiqat və layihələrdə iştirak 

etmişdir. On bir elmi məqalənin müəllifidir.

43

say 25 | 



EcoVision__ƏSAS_MÖVZU:_Azərbaycanda_səhiyyə__Bu_il_fəaliyyətə_başlayan_“Implan'>EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


Bu  il  fəaliyyətə  başlayan  “Implan-

tArt”  Dental  Klinikası  hansı  zərurət-

dən yarandı?

İ.M.: 

Klinikamızın  açılması  hazırkı 

dövrdə müasir tələbatları nəzərə alaraq 

və  peşəkar  mütəxəssislərin  komanda 

işinə  ehtiyacından  yaranan  zərurətdən 

qaynaqlanır. Müasir avadanlıq və mate-

riallardan istifadə günün əsas tələbidir. 

Amma sözsüz ki, yalnız müasir avadan-

lıqlarla mükəmməl nəticələr əldə etmək 

mümkün  deyil.  Tibbin  və  xüsusən  də 

stomatologiyanın  inkişafı  dövrümüz-

də  çox  sürətlidir.  Bu  sürətin  izlənilmə-

si  üçün  mütləq  şəkildə  inkişaf  etmiş 

ölkələrdə təhsil almaq, beynəlxalq kon-

franslara  qoşulmaq  və  xarici  məqalə 

və  elmi  məlumatların  izlənilməsi  çox 

vacibdir. Təəssüf ki, cəmiyyətimizdə bu 

cür  həkimlərin  sayı  çox  deyil.  Klinika-

mızın  həkimləri  xaricdə  təhsil  və  elmi 

dərəcə  almış,  öz  elmi  fəaliyyətlərini 

daim  inkişaf  etdirən  mütəxəssislərdir. 

Həkimlərin bir sahə üzrə ixtisaslaşması 

həmin sahə üzrə daha peşəkar xidməti 

təmin  edir.  Bu  səbəbdən  peşəkar  ko-

mandanın işinin nəticəsi daha zəmanət-

li və uzunömürlü olur. 



Klinikanız  hansı  istiqamətlər  üzrə 

fəaliyyət göstərir? 

İ.M.: 

Estetik  stomatologiya,  implan-

tologiya,  ortodontiya,  endodontiya  –  diş 

kanallarının  müalicəsi,  ortopediya  –  qa-

paq və protezlər, ağız cərrahiyyəsi sahələ-

rində xidmətlər klinikamızın təklif etdiyi 

xidmətlərdəndir.   

Statistik  məlumatlara  görə,  Azər-

baycanda  əhalinin  əksəriyyətində  diş 

xəstəlikləri mövcuddur. Fikrinizcə, diş 

xəstəliklərinin belə geniş yayılmasına 

səbəb nədir? 

“Peşəkar komandanın işinin 

nəticəsi daha zə manətli və 

uzunömürlü olur”

Müsahibimiz “ImplantArt” Dental Klinikasının 

direktoru, ağız, üz və çənə cərrahı, uzman doktor 

İlham Mehdiyevdir

44

say 25 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə