ATİB
xəbərləri
ATİB İdarə heyəti Türkiyənin Azərbaycandakı hərbi attaşesi
general-mayor İhsan Başbozkurtu ziyarət etdi
ATİB sədri ANFAS
nümayəndələrini
qəbul edib
Xanım millət vəkili ATİB ofisində
Oktyabrın 23-də
Azərbaycan Türkiyə
İş Adamları Birliyinin İdarə heyəti Tür-
kiyənin Azərbaycandakı hərbi attaşesi
general-mayor İhsan Başbozkurtu ziyarət
etdi.
ATİB sədri Cemal Yangın hərbi atta-
şeni Azərbaycanda fəaliyyətə başlaması
münasibətilə təbrik edərək ölkələrimizin
Silahlı Qüvvələri arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətində gələcək
fəaliyyətində ona uğurlar arzuladı.
22 oktyabr 2015-ci
ildə Antalya Fuar-
cılık İşlətmə və Yatırım A.Ş.-nin (ANFAS)
nümayəndə heyəti ATİB ofisini ziyarət etdi.
ATİB sədri Cemal Yangınla görüşdə qonaq-
lar Türkiyədə keçiriləcək 27-ci Beynəlxalq
Qonaqlama və Qarşılama Sərgisinini təşki-
latçılığını ATİB-lə birlikdə etmək istədiklə-
rini bildirdilər.
Cemal Yangın ATİB-in bacardığı hər
cürə dəstəyi verəcəyini bildirdi.
12 noyabr 2015-ci
ildə millət vəkili
Qənirə Paşayeva Azərbaycan Türkiyə İş
Adamları Birliyini ziyarət etdi.
ATİB sədri Cemal Yangın ziyarət üçün Qə-
nirə xanıma təşəkkür edərək yenidən millət
vəkili seçilməyi münasibətilə təbrik etdi.
Millət vəkili Qənirə Paşayeva isti mü-
nasibətə görə minnətdarlıq bildirərək
daim ATİB-ə diqqət və qayğı göstərəcəyi-
ni vurğuladı.
17
say 25 |
EcoVision
ATİB sədri Cemal Yangın və ATİB Baş katibi Pərvanə Hacıyeva
ŞKTC-nin müstəqilliyinin 32-ci ildönümündə iştirak ediblər
Qurban bayramı ilə bağlı ATİB üzvü olan “Park INN” hotelində
bayramlaşma
18 noyabr 2015-ci
ildə Bakıda Şi-
mali Kipr Türk Cümhuriyyətinin (ŞKTC)
müstəqilliyinin 32-ci ildönümü qeyd olu-
nub. Tədbirdə ATİB sədri Cemal Yangın,
Baş katib Pərvanə Hacıyeva, İdarə heyəti-
nin üzvləri və ATİB üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın millət vəkillə-
ri, xarici dövlətlərin ölkəmizdəki səfirləri,
türk iş adamları, siyasət və mədəniyyət
xadimləri, ziyalılar və jurnalistlər iştirak
ediblər. Şimali Kipr Türk Respublikası-
nın Azərbaycandakı nümayəndəsi Sadət-
tin Topukçu çıxış edərək Kipr türklərinin
tarixdə üzləşdiyi zülmlərdən bəhs edib.
Aparılan mübarizənin sonunda 1983-cü
ildə müstəqilliklərini əldə etdiklərini
vurğulayıb. Kiprin günümüzdə əldə et-
diyi nailiyyətlərdən də danışan Sadəttin
Topukçu bunu Türkiyə Cümhuriyyətinə,
ölkəni quran Rauf Denktaşa və şəhidlərə
borclu olduğunu deyib.
Daha sonra digər çıxış edənlər bü-
tün türk dünyasını Kipr Türk Cümhu-
riyyətinin müstəqilliyi münasibətilə
təbrik edib. Türkiyənin və Kiprin acı-
sının Azərbaycanın acısı, sevincinin isə
Azərbaycanın sevinci olduğunu vurğu-
layıb. Şimali Kipr Türk Cümhuriyyə-
tinin müstəqilliyinin heç də asan əldə
edilmədiyini qeyd edib. Azərbaycanın
ermənilərin apardığı işğalçılıq siyasə-
tindən əziyyət çəkən bir ölkə olaraq
Şimali Kipr Türk Cümhuriyyətini yaxşı
başa düşdüyünü ifadə edib. Barışdan
yana olan hər iki ölkənin gələcəkdə
uğurlarının daha da artmasını arzula-
yıb.
Qeyd edək ki, tədbirin sonunda qonaq-
lar üçün ziyafət verilib.
ATİB xəbərləri
18
say 25 |
EcoVision
Cemal Yangın DEİK/
Türk-Azerbaycan
İş Konseyinin
iclasında İdarə
heyətinə üzv seçilib
ATİB sədri Cemal Yangın və ATİB Baş
katibi Pərvanə Hacıyeva Turan Yazganın
anım günü mərasimində iştirak ediblər
Türk-Azərbaycan İş Konseyi 3 noyabr
1991-ci ildə Türk-Avrasya İş Konseylerinin
əhatəsi altında fəaliyyət göstərməyə başla-
yıb. Bu konsey Türkiyə və Azərbaycan böl-
gələri arasındakı iqtisadi və sosial iş əlaqələ-
rini daha da inkişaf etdirmək üçün qardaş
ölkələrə dəstək vermək məqsədilə yaradılıb.
Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK)
məqsədi xarici ticarət, beynəlxalq investisi-
yalar, xidmətlər başda olmaqla, Türkiyənin
ixracatını artırmağı təmin və iş imkanlarını
inkişaf etdirməyi koordinasiya etməkdən
ibarətdir. Qeyd edək ki, ATİB İdarə heyəti-
nin sədri Cemal Yangın DEİK/Türk-Azer-
baycan İş Konseyinin iclasında İdarə heyə-
tinə üzv seçilib.
Noyabrın 23-də
Azərbaycan Dövlət İqti-
sad Universitetinin Türk dünyası işlətmə fa-
kültəsində (TÜDİFAK) Türk Dünyası Araşdır-
maları Vəqfinin (TDAV) qurucusu professor
Turan Yazganın anım günü keçirilib.
Azərbaycan Türkiyə İş Adamları Birliyi-
nin sədri Cemal Yangının və Baş katib Pər-
vanə Hacıyevanın iştirak etdiyi tədbirin əv-
vəlində Turan Yazgana həsr olunan sənədli
film nümayiş olundu.
Sonra fakültə dekanı Fərruh Tuzcuoğlu
iştirakçılara Turan Yazganın həyat və fəaliy-
yəti haqqında ətraflı məlumat verdi. Onun
əsasını qoyduğu və rəhbərlik etdiyi TDAV
ilə həyata keçirilən mühüm layihələrdən
danışdı.
Çıxış edən qonaqlar Turan Yazganın
daim türk millətinin tərəqqisi üçün çalış-
dığını, türk dövlətlərinin zəngin mədəniy-
yəti, böyük tarixi keçmişi ilə həmişə qürur
duyduğunu qeyd etdilər, onun təhsilin in-
kişafına və türk xalqlarının birliyinə önəm
verdiyini və bu gün yad edilməsindən məm-
nunluq duyduqlarını bildirdilər.
ATİB xəbərləri
ATİB sədri THY
ofisində qonaq oldu
26 noyabr 2015-ci
ildə ATİB sədri
Cemal Yangın Türk Hava Yollarının Bakı
ofisinin rəhbəri Seyfullah İlyası ziyarət
etdi.
Ziyarət üçün Cemal Yangına təşək-
kürünü bildirən Seyfullah İlyas Azər-
baycanda xidməti işə başlamaqdan və
ATİB-ə üzv olmaqdan böyuk iftixar hissi
keçirdiyini bildirdi.
20
say 25 |
EcoVision