“Avropa
və dünya
standartlarına uyğun
klinikalarımız var”
Müsahibimiz “Dental Club” Diş Klinikasının baş həkimi,
stomatoloq cərrah Rövşən Məmmədovdur
“Dental Club” Diş Klinikası neçə il-
dir fəaliyyətdədir və yarandığı vaxtdan
hansı inkişaf yolu keçib?
R.M.:
“Dental Club” Diş CKlinikası 2003-
cü ildə təsis edilib. Yüzlərlə xəstəyə sağlam
gülüş bəxş edən həkimlərimizin peşəkarlı-
ğının ən yüksək səviyyədə tətbiqi üçün klini-
kamız müasir texnologiyalarla təchiz olunub.
Bu texnologiyalar xəstələrin ağız boşluğu
probləmlərinə düzgün diaqnoz qoymaq, on-
lara ən müasir üsulla müalicə metodlarını
tətbiq etməyə imkan verir.
Klinikanıza hansı xidmətlər üzrə
daha çox müraciətlər olunur?
R.M.:
Klinika müasir diş həkimliyini
təqib etməklə pasiyentlərin istəklərinə
uyğun estetik diş həkimliyi, implant diş
həkimliyi, dişəti xəstəlikləri, ortodontik
müalicə, uşaq diş həkimliyi sahələri üzrə
professional xidmət göstərir.
“Dental Club” Diş Klinikasını di-
gər klinikalardan fərqləndirən üstün
cəhətlər nələrdir?
R.M.:
Klinikanın üstün cəhətlərindən
biri 14 il ərzində stabil xidmət göstər-
məsi və fəaliyyət sahəsinə uyğun uzman
həkimin professional yanaşması, həmçi-
nin təhlükəsiz və uzunmüddətli işin təş-
kilidir. Bununla yanaşı, gənc və gülərüz
kollektivimiz daima yenilənməkdə və öz
sıralarına müasir elmi biliklərə və təcrü-
bəyə malik peşəkarları əlavə etməkdə-
dir. Gigiyena, xəstələrimizin komfortu və
mehriban atmosfer nəzarət etdiyimiz bi-
rinci prioritetlərdir.
32
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
müsahibə
Fikrinizcə, ölkəmizdə insanların
stomatoloji xidmətlərə görə xarici
ölkələrə getməsinə ehtiyac varmı?
R.M.:
Düşünürəm ki, başqa tibb sahələ-
rindən fərqli olaraq, ölkəmizdə diş həkim-
liyində vəziyyət daha ürəkaçandır və tam
Avropa və dünya standartlarına uyğun
klinikalarımız var. Bizim klinikamız labo-
ratoriya hissəsini də Türkiyə və Avropada
sifariş verməklə tam dünya standartlarına
yaxınlaşmış olur.
Gigiyena, xəstələrimizin komfortu və
mehriban atmosfer nəzarət etdiyimiz
birinci prioritetlərdir.
Qeyri-qanuni fəaliyyət göstərən kli-
nikalar stomatoloji sahənin nüfuzu-
na xələl gətirir. Xəstə seçim edərkən
nələrə diqqət yetirməlidir?
R.M.:
Qeyri-qanuni fəaliyyət göstərən
klinikalar həmişə olub, bununla mübarizə
aparmaq çox çətindir. Pasiyentə ən vacib
klinikanın və sterilizasiya şəraitinə diqqət
edilməsidir.
Klinikanızın
filialları
fəaliyyət
göstərirmi? Gələcəkdə klinikanın inki-
şafı və filiallarının açılması istiqamə-
tində hansı planlarınız var?
R.M.:
Hazırda klinikanın 2 filialı fəaliy-
yət göstərir. İrəlidə Bakı şəhəri və region-
larda filialların açılması gözlənilir.
Məmmədov Rövşən Afiq oğlu 1980-ci il 30
may tarixində Bakı şəhərində anadan olmuş-
dur. 1997-ci ildə Xətai rayon 263 saylı orta
məktəbin, 2002-ci ildə isə ATU-nun Stomato-
logiya fakültəsinin məzunu olmuşdur. Elə hə-
min ildən etibarən fərdi stomatoloji fəaliyyətlə
məşğul olmuşdur. Diş həkimliyi təcrübəsinin
ilk üç illini ümumi diş həkimliyi, növbəti illər
isə prostodontik-cərrahi diş həkimliyi fəaliy-
yətinə başlamışdır. 2006-cı ildə prof. Surovun
əsas implantoloji ixtisaslaşma kursunu keç-
mişdir. Müxtəlif vaxtlarda beynəlxalq stoma-
toloji şirkətlərin - “Kerr”, “Dentsply”, “Heraus
Kulzer”, 3M, “Sybron”, VDW, “Zubler”, “Ivoclar
Vivadent” və implant sistemlərinin “Astra”,
“Strauman”, “Bredent”, “Nucleoss”, MİS və s.
təşkil etdiyi ölkədaxili və xarici kurslarda, elə-
cə də sərgilərdə iştirak etmişdir. İzmirdə, İs-
tanbulda, Vyanada implantoloji ixtisaslaşma,
Almaniyanın Münhen, Ulm, Nürnberq şəhər-
lərində ortopedik cərrahi ixtisaslaşma kursları
keçmişdir. Nürnberq şəhərində prof. M.Lang və
Ankara şəhərində Gazi Universitesi Periodon-
toloji Anabilimdalı prof. A.Parların 48 modul-
dan ibarət 2 illik diplomdan sonra, perioimp-
lant cərrahi master klass kursunu keçmişdir.
Azərbaycan Oral İmplantoloqlar Cəmiyyəti-
nin (EAED - Europenian Academy of Esthe-
tic Dentistry), EDAD (Estetik Diş Həkimliyi
Akademisal Dərnəyi) EDAD-Bakı dərnəyinin
idarə heyətinin üzvüdür. TOID, ICOI və Avropa
Periodontoloqlar Cəmiyyətinin üzvüdür. VDW
və “Nucleoss” şirkətinin həkim-məsləhətçisidir.
33
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə