Klinikamızda
hər bir
pasiyentə özəl yanaşma
prinsipi mövcuddur
Qəribova Sevinc Vəli qzı Kürdəmir şəhə-
rində doğulub. Orta məktəbi bitirdikdən
sonra ATU-nun Stomatologiya fakültəsinə
qəbul olunub. Universiteti bitirdikdən son-
ra stomatoloq kimi fəaliyyətə başlayıb.
Hal-hazırda “ Denta Med” Estetik Stomato-
loji Klinikasında direktor vəzifəsində çalı-
şır. Ailəlidir, 2 övladı var.
“Denta Med” neçə ildir ki, fəaliyyət
göstərir və bu illər ərzində hansı inki-
şaf yolu keçib?
S.Q.:
”Denta Med” Estetik Stomatoloji
Klinikası 2011-ci ilin iyun ayından fəa-
liyyətə başlayıb. Klinikamız artıq 5 ildir
uğurla və yeni nailiyyətlərlə fəaliyyətini
davam etdirir.
Klinikanız hansı xidmətləri göstərir?
S.Q.:
Klinikada stomatologiyanın bü-
tün xidmət sahələri movcuddur. Ha-
zırda diaqnostika, müalicə, ortopediya,
periodontologiya, implantologiya, uşaq
stomatologiyası və ən əsası estetik sto-
matologiya sahələrində müştərilərimizə
idmət göstəririk.
“Denta Med”-in müştərilərini məm-
nun etmək üçün fəaliyyətinin əsas
prinsipləri nələrdir?
S.Q.:
Bizim klinikada hər bir pasiyentə
özəl yanaşma prinsipi mövcuddur. Və hər
bir pasiyent klinikamızda özünü xüsusi
diqqət dairəsində hiss edir. Bizim əsas
prinsipmiz özəl yanaşmadır. Belə olan
halda pasiyentlərimiz də, əlbəttə ki, xid-
mətimizdən məmnun qalır.
Müştərilər nə üçün “Denta Med”i
seçməlidir, klinikanın özəlliyi nədir?
S.Q.:
Ölkənin ən yaxşı mütəxəssislə-
rindən təşkil edilmiş klinikamızın ixtisaslı
personalı sadəcə keyfiyyətli iş yerinə yetir-
mir. Biz sənət inciləri yaradırıq! Yaradıcı və
estetik düşüncənin doğurduğu möcüzələri
həyata keçiririk. Klinikamızda çalışan hər
bir mütəxəssis öz işinin ustasıdır. Pasiyent-
lərin tam fiziki və psixoloji rahatlığı üçün
klinikamızda hər bir şey ən kiçik xırdalıq-
lara qədər nəzərə alınır.
Klinikanız gigiyenik tələblərə və
beynəlxalq standartlara nə dərəcədə
cavab verir?
S.Q. Klinikamızda sterilizasiya qay-
dalarına ciddi şəkildə riayət olunur. Tam
steril şəraitdə stomatoloji manipulyasiya-
larin həyata kecirilməsi bizdə mövcuddur.
Buna görə də tam əminliklə bizim klinika-
nı seçmək olar.
38
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə
Məqsədimiz
yüksək
müştəri məmnuniyyətinin
təmin edilməsidir
“Medisis” MMC neçə ildir fəaliyyət
göstərir. Bəs əsasən hansı istiqamət
üzrə ixtisaslaşıb?
Y.F.C.:
“Medisis” MMC 2005-ci ildən
fəaliyyətə başlayıb və artıq 10 ildir fəa-
liyyət göstərir. Əsasən tibbi məhsulların
satışını həyata keçirən şirkətimiz bazarda
özünə xüsusi mövqe tutmuşdur.
Şirkətiniz müştərilərinə hansı məh-
sul və xidmətləri təklif edir?
Y.F.C.:
Əsasən tibbi sərf materialları,
tibbi avadanlıqlar, dezinfeksiya məhsul-
ları, cərrahi ləvazimatlar, laboratoriya
Müsahibimiz tibbi məhsulların satışı üzrə ixtisaslaşan
“Medisis” MMC-nin rəhbəri Yusuf Faruk Ceyhandır
məhsulları, eyni zamanda cihaz təmiri və
servis xidmətini təklif edirik.
Müştərilərin ən çox müraciət etdiyi
məhsul və xidmətlər nələrdir?
Y.F.C.:
Ən çox müraciət edilən məhsul-
lar gündəlik sərf materialları, laboratori-
ya və dezinfeksiya məhsullarıdır.
Əsasən hansı yerli və xarici şirkət-
lərlə əməkdaşlıq edirsiniz?
Y.F.C.:
Xarici şirkətlərdən ANIOS, “Be-
tasan”, “Egemen”, “Medbar”, “Cardiac”, “In-
fopia”, “Varimed”, “Trimpeks”, “Sitogen”,
“Sohngen”, “Qiagen”, “Johnson&Johnson”,
“Ayset”, “Bonmed”, “Mespa”, “Maquet” və
digərlərini göstərmək olar. Yerli şirkət-
lərə gəlincə, demək olar, daxili bazardan
heç bir məhsulu təchiz etmirik.
“Medisis” özünü tanıtmaq, imkan-
larını və təklif etdiyi xidmətləri təq-
dim etmək, məhsulların effektiv sa-
tışı üçün hansı vasitələrdən istifadə
edir?
Y.F.C.:
Özünü tanıtmaq üçün xüsusi bir
addım atılmır, məqsədimiz xətasız məh-
sul, keyfiyyətli xidmət və yüksək müştəri
məmnuniyyətinin təmin edilməsidir ki,
bunun da nəticəsində “Medisis” özü-öz-
lüyündə tanınır. Effektiv satışları həyata
keçirmək üçün müxtəlif dövrlərdə işçiləri
təlimlərə cəlb edirik, konsultantlar cəlb
olunur və nəhayət, işçiləri stimullaşdır-
maq üçün mükafat sistemini tətbiq edirik.
“Medisis” MMC-nin gələcək planları
nədən ibarətdir?
Y.F.C.:
Bazarda mövqeyini möhkəm-
lətmək, daha geniş müştəri bazası for-
malaşdırmaq, güclü kadrlar cəlb etmək,
regionlarda filiallar açmaq, Avropa və Asi-
ya bazarına çıxmaq gələcək planlarımıza
daxildir.
İlk təhsilə Ağrıda başlayan Yusuf Cey-
han lisey təhsilini İstanbulda tamamlayıb.
Türkiyədə başladığı bakalavr təhsilinə
Azərbaycanda davam edib. Azərbaycan
Dövlət İqtisad Universitetində Beynəlxalq
ticari əlaqələr fakültəsindən məzun ol-
duqdan sonra Xəzər Universitetində İqti-
sadiyyat və idarəetmə fakültəsində ma-
gistr dərəcəsi alıb.
Professional iş həyatına 1996-cı ildə
başlayıb. 1998-ci ildən etibarən Azərbay-
canda yaşamağa başlayıb. 2005-ci ildə
“Medisis” MMC şirkətinin qurucu ortağı
kimi başlayaraq, 2012-ci ildə şirkət his-
sələrini alıb. Hələ də fəaliyyətinə davam
edən “Medisis” MMC-nin bir qolu Türkiyə-
də, digəri Azərbaycanda olmaq üzrə xarici
ticarət məsləhətçiliyi üzrə idxal və ixrac
mövzularında fəaliyyət göstərən “Ceyhan
Premier” və “Facet” MMC şirkətlərinin qu-
rucusu və sahibidir. Evlidir, 4 uşaq atasıdır.
40
say 25 |
EcoVision
ƏSAS MÖVZU: Azərbaycanda səhiyyə