K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə80/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

 194 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Qeyd  etdiyimiz  kimi,  varlıqlar  arasındakı  fərq  nurlanmadan 
asılıdır  və  nurun  təcəllisi,  nurlanmanın  dərəcəsinə  muvafiq  olaraq 
Sührəvərdi varlıqları (cisimləri) «pərdəli» – nurlanmaya tam mane olan, 
«zərif»  –  nurlanmaya  mane  olmayan  və  «orta»  (müqtasid)  –  bəzi 
mərtəbələrdə  mane  olan  [GeniĢ  bax:  147,  187]  kimi  növlərə  bölür. 
Vurğulayaq  ki,  söhbət  nurun  –  ilahi  hikmətin  qəbul  edilməsi 
səviyyəsindən gedir. Ona da bildirmiĢdik ki, hər varlıq Nurlar Nuru ilə 
həm  vasitəli,  həm  də  vasitəsiz  olaraq  əlaqəlidir  və  bu  əlaqə  onlara 
birbaĢa nurlanma imkanı verir. BaĢqa sözlə desək, insan vasitəli olduğu 
kimi,  vasitəsiz  (irrasional)  bilik  almağa  da  qadirdir.  Yuxarıda 
gətirdiyimiz  sitatlardan  belə  məlum  olur  ki,  nurlanma  –  ilahi  nurun 
zülməti  iĢıqlandırması  irrasional  idrakın  ilk  mərhələsidir.  Bunu 
qaranlıqdakı nurun özünün ilahi nurla əlaqəsini görməsi və bundan onun 
imkanlarının  daha  da  geniĢlənməsi  adlandırmaq  olar.  Nurlu  aləmdən 
seçkin  nəfslər  üzərinə  saçılan,  dayaq  və  düĢüncə  verən,  nəfsləri 
nurlandıran, günəĢ Ģüasından daha artıq iĢıqlandıran nur pəhləvi dilində 
xürrə  adlanır.  ZərdüĢt  deyir:  «Xürrə  Allah  təalanın  zatından  saçılır  və 
onunla xəlq biri o birini idarə edir» [147, 157]. Sührəvərdinin yazdığına 
görə, Hermes, Platon, ZərdüĢt və digər müdriklər bu nurun – düĢüncənin 
Ģahidi  olmuĢlar  [GeniĢ  bax:  147,  156-157].  Burada  üç  məsələyə  diqqət 
yetirək:  əvvəla,  ilahi  aləmdən  gələn  bu  nur  davamedicidir  və  bu, 
nurlanma  prosesinin  dialektikasına  dəlalət  edir.  Ġkincisi,  bu  nur  hər 
varlığın Allahın zatı ilə vasitəsiz əlaqəsidir, üçüncüsü, bu nur vahid bir 
mənbədən olduğuna görə mahiyyətcə də dəyiĢməz olmalıdır. 
Nur  iyerarxiyasında  «hər  naqis  nurun  kökündə  özündən  yüksək 
nura  qarĢı  eĢq,  hər  ali  nurun  kökündə  özündən  aĢağıdakına  qarĢı  isə 
qaliblik (idarəçilik) var» [147, 136]. Bundan baĢqa, «aĢağı nur ali nuru 
əhatə edə bilmir, ali nur isə aĢağıdakına hökm edir» [147, 185]. Hər nur 
özündən  yüksəkdəki  nura  duyduğu  və  heç  bir  söz  və  hisslə  təsvir 
olunmayacaq eĢq və Ģövqlə ucalmağa çalıĢır: «ġövq müvəffəq (bacarıqlı) 
zatları (substansiyaları) Nurlar Nuruna aparır. Ən tam Ģövq ali nura cəzb 
və  ucalmaqla  tamamlanır»  [147,  224].  AĢağı  nurları  yüksəldən, 
ucalmağa  sövq  edən  hisslərin,  halların  hər  biri  nurlanma  dərəcəsindən 
asılıdır:  «Əgər  bərzəxin  məĢğuliyyətləri  müdəbbir  nuru  idarə  etmirsə, 
onun müqəddəs nur aləminə olan Ģövqü zülmətlərə olandan daha çoxdur. 
Hər  dəfə  nur  və  nurlanma  artdıqca,  qahir  nura  eĢq  və  məhəbbət  də 
çoxalır.  Nurlar  Nurundan  (gələn)  zənginlik  və  yaxınlıq  da  artır»  [147, 
223].  Bu  hisslər  hər  nura  –  varlığa  xasdır,  lakin  Sührəvərdi  bunlar 
arasında insani – isfəhbud nuru fərqləndirir.  


İrrasional idrakın spesifik jəhətləri
  

 195 
Həm  mücərrəd,  həm  də  müdəbbir  nur  olan  isfəhbud  nur  yalnız 
insana  xas  bir  nurdur  ki,  ruh  vasitəsi  ilə  insanı  idarə  edir  [147,  207]. 
Sührəverdi  yazır:  «Ġsfəhbud  nur  əhatəedici  və  hakimdir,  çünki  cüzi 
qüvvələr  və  zata  (substansiyaya)  hökm  etmək  ona  xasdır.  O,  bütün 
hisslərin hissidir. Bütün bədəndə parçalanır, (hisslər) onu vahid bir Ģeyə 
döndərən  isfəhbud  nura  qayıdır»  [147,  214-215].  Mütəfəkkirin 
bildirdiyinə görə, onlar (isfəhbud nurlar) «qaranlıq substansiyalara qalib 
gələrlərsə  onların  nur  aləminə  eĢq  və  Ģövqü  qüvvətlənər,  qahir  nurlarla 
iĢıqlanarlar, onları saf nur aləminə çatdıran mələk
1
  yaranar»  [147,  223-
224].  Bundan  baĢqa,  insan  «beĢ  zahiri  hiss  orqanından  baĢqa  fiziki  və 
əqli dünyalar arasında körpü rolunu oynayan və makrokosmik sistemdə 
ifadələri olan beĢ batini hissə də sahibdir: xoĢ hiss (sağlam hiss) – bütün 
zahiri  biliklərin  toplandığı  mərkəz;  xəyal  –  xoĢ  hissin  anbarı;  vəhm  – 
hisslərdən  fərqli bir  Ģeylə hissləri  yönəldən; təxəyyül  –  formaları  analiz 
və  sintez  edən  və  yönəldən,  bəzən  də  vəhmlə  eyniləĢdirilən.  Hafizə  – 
vəhm  üçün  anbar  rolu  oynayır  [48,  430].  «Həyakil  ən-nur»  əsərində 
bildirdiyinə  görə,  nəbati  və  heyvani  nəfslərin  hökmü  ilə  qaranlıqda 
qalmaqla insan əsas məkanını unudur və geri dönmək ancaq ilahi nurla 
mümkündür [GeniĢ bax: 27, 23-25]. Məhz isfəhbud nura malik olduğuna 
görə insan həqiqətlərə sahib olmaq,  «surətə ehtiyacı olmadan görmək», 
yəni  Ģeylərin  mahiyyətini  Ģüurüstü  ilə  –  ilahi  kəĢflə  dərk  etmək 
qabiliyyətinə malikdir. 
Ġnsanın  nurlanma  ilə  aldığı  bilik  onun  nurlar  iyerarxiyasındakı 
yerini  təyin  edir.  «Risalə  Yəzdan  ġinaht»  əsərində  mütəfəkkirin 
bildirdiyinə görə, «ən yaxĢı insan – bilən insandır, bilənlərin ən yaxĢıları 
isə  peyğəmbərlər,  peyğəmbərlərin  ən  yaxĢıları  vəhy  gətirən 
peyğəmbərlərdir  (mursilin).  Bunların  ən  yaxĢısı  isə  vəhyləri  bütün 
dünyaya  yayılanlardır.  Peyğəmbərlər  halqası,  peyğəmbərliyin  möhürü 
olan  Məhəmməd  peyğəmbər  (s.)  tərəfindən  tamamlanmıĢ  və  kamala 
çatdırılmıĢdır»  [48,  432].    Sührəvərdi  «Avare-pəri-Cəbrail»  (Cəbrailin 
qanadlarının  səsi)  əsərində  yazır:  «Ġnsan  Allahın  bir  kəlməsidir.  Onun 
kəlməsi  sayəsində  insan  təkrar  Yaradıcıya  dönə  bilər  (deməli,  Allaha 
gedən  yolda  özü  özünün  vasitəsidir  –  K.B.).  O,  (insan)  bu  dünyadakı 
digər  varlıqlar  kimi,  Cəbrailin  qanadından  nurlar  dünyasından  qaranlıq 
dünyasına yayılan bir nəğmədir. Ġnsan Kəlmə ilə, Cəbrailin qanad səsi ilə 
                                                 
Sührəvərdinin  görüĢlərinə  görə  nur  iyerarxiyasında  mələklər  sırası  da 
mövcuddur ki, növlərin sahibləri (ərbab əl-ənvar) [147,  147 və b.] və ya nurun 
növləri  (ənva‗  ən-nuriyyə)  [147,  179]    adlanır  və  dünyadakı  hər  bir  varılq  bu 
mələklərdən birinin sehri hesab edilir [GeniĢ bax: 147, 157; 48, 427].  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə