K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə2/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   2   3   4   5   6   7   8   9   ...   91

 6 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
bir  sıra  ziddiyyətli  problemlərin  həllində  də  özünəməxsus  mövqe 
ilə çıxıĢ etmiĢdir.  
Bildirdiyim  kimi,  əsər  orijinaldır,  yenidir  və  bu  səbəbdən 
ona  iradların  olması  da  təbiidir.  Tədqiqat  zamanı  qaldırılan 
problemlərə,  xüsusən  sufizm  fəlsəfəsinə,  vəhdət  əl-vücud  və 
panteizm  anlamlarına  müasir  elmdə  müxtəlif  münasibətlərin 
olması  təbii  ki,  bu  məqamlar  haqqında  öz  mövqeyini  bildirən 
müəllifə  iradlar  üçün  imkan  yaradacaq.  Məsələn,  bir  sıra  fəlsəfə 
tarixçiləri, o cümlədən, Ģəxsən mən müəllifin panteizm və vəhdət 
əl-vücudla  bağlı  mülahizələri,  irrasional  idrakın  yalnız  Allahla 
əlaqələndirilməsi  ilə  razı  deyiləm.  Lakin  mövqeyini  Ģərh  və 
müdafiə etmək Könül Bünyadzadənin müəllif hüququdur. 
 
 
Zümrüd Quluzadə 
fəlsəfə elmləri doktoru   


 
Giriş
 

 7   
 
 
G I R I Ş 
 
Hər kim əfsanə deyə oxusa əfsanədir; 
Qiymətini bilənə misilsiz xəzinədir. 
 
Mövlanə  
 
Müasir qloballaĢma Ģəraitində və ġərq-Qərb dialoqunun daha çox 
geniĢləndiyi bir dövrdə ümumbəĢəri mədəniyyət tarixinin tədqiqi xüsusi 
əhəmiyyət  kəsb  edir.  Hər  iki  regionun  mənəvi  mədəniyyətinin  həm 
postsovet  məkanında,  həm  də  dünya  fəlsəfə  tarixində  nisbətən  az 
araĢdırılan  mövzularından  biri  də  irrasional  idrak  prosesidir. 
AraĢdırmalardan belə məlum olur ki, tədqiqatçılar tərəfindən ya rasional 
təfəkkürün  bir  hissəsi  hesab  edilən,  ya  da  ümumiyyətlə  mövcudluğu 
inkar edilən irrasional təfəkkür özünün kateqoriya və prinsipləri ilə idrak 
prosesinin  əhəmiyyətli  bir  mərhələsidir  və  onun  tədqiqi  həm  ġərq,  həm 
də Qərb fəlsəfə tarixinin kölgədə qalmıĢ səhifələrinin tədqiqi baxımından 
xüsusi aktuallıq kəsb edir. 
Təqdim  olunan  iĢ  üç  əsas  istiqamət  üzrə  aparılmıĢdır  ki,    bu 
istiqamətlərdən  hər  birinin  həm  ayrılıqda,  həm  də  kompleks  Ģəkildə 
araĢdırılması fəlsəfə tarixi elmi üçün böyük əhəmiyyət daĢıyır: 
1.
 
Ġdrak  nəzəriyyəsinin  vacib  və  ayrılmaz  bir  hissəsi  kimi 
irrasional idrakın təhlil və tədqiq edilməsi; 
2.
 
 Problemin orta əsrlər dövründə inkiĢaf qanunauyğunluqlarının 
izlənməsi; 
3.
 
Qərb  və  ġərq  fəlsəfə  tarixi  kontekstində  problemin  spesifik 
cəhətlərinin  öyrənilməsi. 
Bədən və ruhun, yəni maddi və mənəvinin vəhdətindən yaranmıĢ 
insanın bir Ģəxsiyyət kimi formalaĢması və kamilləĢməsi adı çəkilən hər 
iki fenomenin inkiĢafından asılıdır. Qədimdən bəri özünün əbədi və əzəli 
varlıqla əlaqəsini tapmağa çalıĢan insan kainatdan, əbədiyyətdən onda da 
bir  əlamətin  olduğuna  inanmıĢ  və  bu  əlaqənin  mahiyyətinin  dərki  üçün 
ontoloji, kosmoloji dəlillərlə yanaĢı, dini-mistik dünyagörüĢlərinin dəlil-
lərindən də istifadə etmiĢdir. Məlumdur ki, sonuncular əsasən irrasional 
biliyə  istinad  edir  və  bu  səbəbdən  idrak  nəzəriyyəsinin  tam  və  sistemli 
öyrənilməsi  üçün  irrasional  idrakın  daha  dərindən  tədqiq  və  təhlili  bir 
zərurətdir.  


 8 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Müasir  dövrdə  elm  və  texnikanın  inkiĢafı  irrasional  təfəkkürə 
də  müəyyən  mənada  qida  vermiĢdir.  Maraq  dünyası  geniĢlənmiĢ, 
kosmosun  və  yer  kürəsinin  qatları  haqqında  məlumatı  olan  bugünkü 
insanın  dünyagörüĢü,  təbii  ki,  bir  neçə  əsr  bundan  qabaq  yaĢamıĢ 
əcdadınkından  fərqlidir.  Lakin  irrasional  idrakın  inkiĢaf  tarixini 
izləyərkən  belə  məlum  olur  ki,  qədim  və  müasir  insanın  həqiqət 
axtarıĢı, mənəvi dünyasını kamilləĢdirərək  öz «mən»ini təsdiq etməsi 
arasında,  demək  olar  ki,  prinsipial  bir  fərq  yoxdur,  yəni  forma, 
dəyiĢsə də, mahiyyət, məqsəd eyni qalmıĢdır.  
Məlum  olduğu  kimi,  hər  bir  fəlsəfi  nəzəriyyənin  yaxud 
prinsipin  düzgün  və  sistemli  araĢdırılması  üçün  ilk  növbədə  onun 
kateqorial  aparatı  müəyyənləĢdirilib  təhlil  edilməlidir.  Ġrrasional  dü-
Ģüncəyə meyllərin artdığı bir dövrdə təqdim olunan monoqrafiya irra-
sional  idrak  prosesinin  kateqoriyalarının  müəyyənləĢdirilməsi  istiqa-
mətində bir addım cəhdidir. Kateqorial aparatın definisiyası irrasional 
idrak  prosesinin  mahiyyətinin  və  mənbəyinin  öyrənilməsində  olduğu 
kimi,  onun  strukturunun  təyinində  də  vacib  rol  oynayır.  Bununla  ya-
naĢı,  rasional  düĢüncədən  az  əhəmiyyətli  olmayan  irrasional  düĢün-
cənin təhlili, struktur və metodologiyasının təqdim və təsvir edilməsi 
idrak  nəzəriyyəsinin  fəlsəfi  dəyərləndirilməsinə  yeni  istiqamət  verə 
bilər. 
Təqdim  etdiyimiz  monoqrafiiyanın  ikinci  istiqamətinə  gəlincə, 
məlum  olduğu  kimi,  orta  əsrlər  Qərb  və  ġərq  fəlsəfi  təfəkküründə 
əhəmiyyətli dövr hesab edilir. Belə ki, qədim ənənənin davam etdiyi 
digər  bölgələrdən  (məs.  Cin  və  Hind  fəlsəfələrindən)  fərqli  olaraq 
həm  Qərbdə,  həm  də  ġərqdə  yaranmıĢ  yeni  səmavi  dinlər  – 
Xristianlıq  və  Ġslam  insanların  düĢüncəsinə,  əxlaqına,  həyat  tərzinə, 
ümumiyyətlə  dünyagörüĢünə  güclü  təsir  göstərmiĢ,  fəlsəfi 
təfəkküründə  yeni  istiqamətlərin  yaranmasına  imkan  yaratmıĢdır. 
Maraqlıdır ki, bir çox müasir fəlsəfi sistem və nəzəriyyələr məhz orta 
əsrlərdə  təĢəkkül  tapmıĢ,  bəziləri  isə,  rüĢeym  halında  da  olsa, 
filosofların  baxıĢlarında  özünü  göstərmiĢ  və  sonralar  digərləri 
tərəfindən inkiĢaf etdirilərək sistemləĢdirilmiĢdir. Qeyd olunan faktlar 
irrasional idrakın inkiĢafına da öz təsirini göstərmiĢdir. O, (irrasional 
idrak) yeni mənbə və istinad nöqtəsi ilə bərabər, həm də yeni təzahür 
forması və çatdırılma metodu qazanmıĢdır. 
ġərq  və  Qərb  mütəfəkkirlərinin  fəlsəfi  görüĢləri  əsasında 
aparılan tədqiqat  hər iki regiona xas olan spesifik cəhətləri  meydana 
çıxartmaqla  yanaĢı,  problemin  özünün  də  inkiĢaf  tarixini  izləməyə 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə