K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə9/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

 26 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
fəlsəfi  doktrinaların  cəmi»  [129,  376]  kimi  izah  edilir.  Deyilənlərdən 
belə məlum olur ki, mistik bilik həm Allahın özü, həm də Ģeylərin batini 
mənası haqqında həqiqi biliklərdir.  
Bununla  yanaĢı,  mistika  insanın  yeni  idrak  imkanları,  özünüdərk 
vasitəsidir,  yəni  onun  fərdiliyini  kəĢf  edən,  insanlığın  mahiyyətini 
açıqlayan  bir  bilikdir:  «Mistika  insana  özünün  Ģüurüstünü  istifadə 
etməyə kömək edir, ona dağılmaz Ģəxsi avtoritet verir və mistikaya malik 
hər  insan  özü  özünə  rəhbər  olur,  kütlənin  hissəsi  olmur»  [81].  Alimlər 
tərəfindən o da vurğulanır ki, «bütün növ mistiklər rasional idrakı aĢağı, 
ilk  pillə  kimi  məhdudlaĢdırırlar.  Deməli,  məntiqi  idrakın  təməli  olan 
hissi, sensor idrak da məhduddur; idrakın yeni alətləri meydana çıxır  – 
qəlb (iudaizm, xristianlıq, islam, daosizm) diskursiv düĢüncənin həddini 
aĢıb  prinsipial  intuitiv,  irrasional  səviyyədə  əməliyyat  apara  bilir»  [69, 
237].  BaĢqa  sözlə  desək,  mistik  bilik  rasional  düĢüncədən  kənar  yeni 
idrak  vasitələri  qazanmaqdır.  C.Sunar  yazır:  «Mistik  Ģüur  intellektual 
Ģüurdan  tamamilə  baĢqa  olduğu  üçün  intellektual  Ģüura  aid  terminlər 
içində təhlil edilib tanına bilməz. Onda təsəvvürlərə və qavramlara aid nə 
varsa  atılmıĢdır.  Onda  heç  bir  düĢüncə  yoxdur…  Lakin  mistik  təcrübə 
intellekt  olmayan  bir  Ģüur  Ģəklidir.  Bu  səbəblə  də  çox  az  kimsələrdə 
görülən belə bir Ģüur tipi normal psixoloji hədləri aĢar» [64, 8]. Deməli, 
mistik  bilik  fərqli  termin  və  təhlillərə  malik  olması  ilə  yanaĢı 
fövqəlĢüurdur  və  bəzi  hallarda  anormal  (normal  deyəndə  rasional, 
intellektual  nəzərdə  tutulur  –  K.B.)  xarakter  daĢıyır  və  o,  intellektlə, 
rasional ağılla heç bir tərəfdən əlaqəsi olmayan bir bilik növüdür.  
Xatırladaq  ki,  bəzi  mistik  cərəyanların,  qrupların  baĢçıları, 
Ģamanlar və s. bu kimi Ģəxslər mistik Ģüurlarından və rituallardan istifadə 
edərək  müasir  elmi-siyasi proseslər fonunda ibtidai  hesab edilən  mistik 
biliklərə  sahib  olurlar  və  bu  həqiqətlər  onların  həyatının  mənası, 
nəsillikcə  müqəddəs  bilib  qoruyub  saxladıqları,  qovuĢmaq  istədikləri 
məqsədləridir. Onu da vurğulayaq ki, intellektə nisbətdə bəzən primitiv 
hesab edilən bu həqiqətlər məzmunca dərin və ayrıca tədqiqat mövzusu 
ola biləcək qədər mürəkkəbdirlər.  
Göründüyü kimi,  mistik bilik tam anlamı ilə, yəni ezoterikliyinə, 
qazanılma  vasitəsinə,  obyektə  baxıĢ  prizmasına  görə  irrasionaldır.  Bəs 
hər irrasional biliyi mistik adlandırmaq nə dərəcədə doğrudur? Mistik və 
irrasional  biliklər  arasında  bir  sıra  oxĢar  cəhətlər  olsa  da,  əsaslı  fərqlər 
mövcuddur.  Birincisi,  qeyd  etmiĢdik  ki,  irrasional  bilik  insanın  ruhani 
varlıq  kimi  öz  imkanlarından  istifadə  edərək  əldə  etdiyi  bilikdir  və  o, 
Ģüur və əxlaqına görə seçilən Ģəxsərə verilir. Deməli, rasional və irrasio-


 
 
İrrasional bilik problemi
 

 27 
nal biliklər qarĢılıqlı Ģəkildə əlaqədə olub bir-birini tamamlayır. Ona nis-
bətən mistik bilik əksinə, rasional biliyi məhdudlaĢdırır və ondan tama-
milə kənardır. Bu amil bizə irrasional biliyin mistik biliyə nisbətdə daha 
geniĢ miqyaslı və daha yüksək səviyyəli olduğunu deməyə əsas verir.  
Ġkincisi, həm mistik, həm də irrasional biliyin təməlində iman və 
sevgi dursa da, mistik bilik ilk növbədə mistik təcrübə və həyat tərzinə, 
daĢlaĢmıĢ  ənənəyə  söykənir,  irrasional  biliyin  əsasında  isə  mənəvi 
təcrübə ilə yanaĢı rasional biliklər də durur.  
Üçüncüsü,  C.Sunarın  da  bildirdiyi  kimi,  mistik  bilikdə  düĢüncə 
yoxdur.  Bundan  baĢqa,  nəzərə  alsaq  ki,  burada  yalnız  Ģərait  və  konkret 
vəziyyətlə  bağlı  ayrı-ayrı,  ola  bilsin  ki,  əlaqəsiz  həqiqətlərin 
alınmasından  söz  gedir,  onda  bitkin  və  sistemli  bir  idrak  prosesinin 
mövcudluğu  böyük  bir  Ģübhə  altına  düĢür.  Ġrrasional  bilik  növü  isə 
Ģüurun  üst  qatına  xas  bir  hadisə  kimi  bitkin  nəzəriyyəyə  və  düĢüncə 
sisteminə əsaslanır və idrak prosesində əhəmiyyətli rol oynayır.  
Nəhayət, tarixdən də məlum olduğu kimi, mistik təcrübədə biliyi 
verən  Allahla  yanaĢı,  digər  qüvvələr  də  ola  bilər.  Buna  misal  olaraq 
çoxsaylı  dini-mistik  sektaları,  qruplaĢmaları  göstərmək  olar  ki, 
inanclarının baĢında ayrı-ayrı Ģəxslərdən tutmuĢ iblisə qədər dura bilir. 
Mistik təcrübədə geniĢ yayılan hallardan biri də fanatizmdir.  
Ġrrasional  biliyi  verən  yalnız  Allahdır.  Bunu  deməyə  əsas  verən, 
əvvəla, irrasional biliyin Müqəddəs kitablara istinad etməsidir ki, onlarda 
da  tək  yaradan,  yaradılanların  tək  sahibi  yalnız  Allahdır.  Ġkincisi  isə, 
müqəddəs  mətnlərdə,  xüsusilə,  Qurani  Kərimdə  insanın  irrasional 
düĢüncəsi  ilə  yanaĢı,  rasional  düĢüncəsinə  də  müraciət  edilməsidir.  Bu 
fakt  hər  bir  fanatizmin  qarĢısının,  yəni  Allahın  özünə  belə  kor-korana 
imanın qarĢısının alınması deməkdir.     
Deyilənləri nəzərə alaraq belə nəticə çıxartmaq olar ki, irrasional 
bilik  mistik  biliyi  də  ehtiva  edən  daha  geniĢ  məfhumdur  və  hər  mistik 
biliyi  müəyyən  mənada  irrasional  adlandırmaq  mümkün  olduğu  halda, 
hər  irrasional  biliyə  mistik  demək  olmaz.  Hər  iki  biliyin  xarakterini  və 
mahiyyətini nəzərə alaraq onu da bildirmək olar ki, mistik bilik irrasional 
biliyin  ilk  mərhələsidir  və  bəzi  mistik  biliklər  sonradan  irrasional 
səviyyəyə qalxa bildiyi halda, digərləri elə ilk mərhələdə qalır. Ola bilsin 
ki,  bu  səbəbdən  bir  çox  mütəfəkkirdə  mistik  bilik  müĢahidə  etmək 
mümkündür:  «Böyük  rasionalist  mütəfəkkirlərlərdən  heç  birinin  təlimi 
mistikadan  azad  deyildi,  Allah  və  ilahi  kəĢfi  inkar  etmir,  sona  qədər 
qoyulan  problemlərin  həllində  ardıcıl  olmur,  hardasa  Ģüurlu  yaxud 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə