K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə11/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

 
 
İrrasional bilik problemi
 

 31 
Məlum  olduğu  kimi,  fəlsəfə  tarixinin  müxtəlif  mərhələlərində 
təbiət,  Tanrı  və  insan  fəlsəfənin  baĢlıca  problemi  olmuĢ  və  düĢüncələr, 
ideyalar  onların  ətrafında  təĢəkkül  tapıb  inkiĢaf  etmiĢdir.  Təbii  ki,  bu, 
özünü irrasional bilikdə də göstərmiĢdir. Qərb və ġərq mütəfəkkirlərinin 
irrasional  biliyin  məzmun  və  xarakteri  ilə  bağlı  fəlsəfi  görüĢlərinin 
tədqiqi  bizə  belə  qənaətə  gəlməyə  əsas  verir  ki,  irrasional  biliyin  üç 
mənbəyi  vardır:  təbiət,  ilahi  aləm  və  insan.  Onu  da  əlavə  edək  ki,  hər 
mənbə  özünə  xas  idrak  vasitəsi  tələb  etdiyi  kimi,  vasitəyə  müvafiq  də 
mənbənin  tərəfləri  açıqlanır.  Bu  baxımdan,  hər  obyektə  irrasional 
mövqedən yanaĢma mümkün olduğu kimi, məhz irrasional təfəkkür tələb 
edən  mənbələr  də  vardır.  Belə  ki,  metod  və  vasitələrin  «daxili 
münasibətlərinin,  məzmun  və  strukturunun  təhlili  göstərir  ki,  metodun 
seçilməsi  mütləq  ixtiyari  səciyyə  daĢımayıb,  hər  Ģeydən  əvvəl,  idrak 
obyektinin  xüsusiyyətləri  ilə  Ģərtlənir»  [16,  78].  Bununla  yanaĢı,  əgər 
nəzərə alsaq ki, «metodla idrak arasındakı bu funksional asılılıq heç də o 
demək deyil ki, biliyin konkret sahəsinə tətbiq olunan metod onun digər 
sahələrinə nüfuz edə bilməz» [16, 79], onda bildirmək olar ki, göstərilən 
mənbələrdən hər biri onlara baxıĢ prizmasından, yanaĢma tərzindən asılı 
olaraq eyni zamanda rasional biliyin də mənbəyi ola bilər.  
Ġrrasional aspektdən mənbələrin Ģərhinə keçməzdən əvvəl bildirək 
ki,  filosofların  görüĢlərinə  məhz  mənbələrə  istinadən  izah  vermək 
müəyyən  birtərəfliliyə  gətirib  çıxara  bilər.  Belə  ki,  hər  filosof  özünün 
idrak  prosesi  boyu  bir  neçə  mənbədən  istifadə  etdiyi  kimi,  obyektə  də 
həm  irrasional,  həm  də  rasional  mövqedən  yanaĢmıĢdır,  yəni  bizim 
burada  mənbələrlə  bağlı  filosoflara  müraciət  etməyimiz  filosofun 
dünyagörüĢünün deyil, bilavasitə problemin həllinə yönəlmiĢdir. 
Yuxarıda  qeyd  etdiymiz  kimi,  irrasional  biliyi  verən  yalnız 
Allahdır.  Bu  baxımdan,  mənbələr  haqqında  təhlillərin  müəyyən  fikir 
yalnıĢlığına  səbəb  olmaması  üçün  bu  vacib  ana  da  aydınlıq  gətirək. 
Bildirdiyimiz kimi, kiçik mənbələrin kəĢfi daha böyük mənbəyə çatmaq 
üçün  vasitə  ola  bilər.  ġərh  ediləcək  mənbələrdən  hər  birində  Allah 
məfhumu  bu  və  ya  digər  dərəcədə  zəruri  olaraq  mövcuddur.  Bu,  ya 
Allahın  digər  mənbələrlə  eyniləĢdirilməsi,  ya  onların  Allahın  təzahürü, 
ya da Ona aparan vasitə olması kimi öz ifadəsini tapmıĢdır. Deyilənləri 
nəzərə  alsaq,  irrasional  idrakın  mənbələrinin  təqdim  etdiyimiz  Ģərti 
təsnifatı bir növ Ġlk Mənbənin – Allahın tanınmasına xidmət edir.     
Ġlk nəzərdən keçirəcəyimiz mənbə təbiətdir. Məlum olduğu kimi, 
hələ qədim dövrdə (bu gün də belə hallar müĢahidə edilir) ilahi istedada 
malik Ģəxslər (maqlar, Ģamanlar və s.) müxtəlif qüvvələr vasitəsilə, ayrı-


 32 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
ayrı  rituallarla,  dualarla  təbiətin  sirlərinə  Ģamil  olmağa,  təbiət 
hadisələrinə  müdaxilə  etməyə,  hətta  onları  özlərinə  tabe  etməyə 
çalıĢmıĢlar.  Təbiətin  sirri  ilə  yanaĢı,  qədim  miflərin,  əfsanələrin 
bildirdiyinə  görə,  insanlar  əbədiyyətin  sirrini  də  təbiətin  özündə 
axtarmıĢlar. Məsələn, Qədim ġumer abidəsi olan «Bilqamıs dastanı»nda 
Tanrılar  əbədilik  sirrini  naməlum  çiçəkdə  gizlədirlər.  Onu  tapan 
Bilqamıs  (insan)  olsa  da,  bu  hikmət,  əbədilik  sirri  həmin  çiçəyi  yeyən 
ilana qismət olur. Təbiətdə gizlədilən sirr yenə təbiətdə qalır [GeniĢ bax: 
1].  
Təbiətə, kosmosa bu cür münasibətə antik və orta əsr filosoflarının 
görüĢlərində də rast gəlmək mümkündür. Qədim Yunan filosofu Pifaqor 
(e.ə. VI əsr) rəqəmlər vasitəsilə varlığı, var oluĢu izah etməyə və onları 
dərk etməklə kosmosla harmoniyaya girməyə cəhd etmiĢdir. O, yaratdığı 
rəqəmlər mistikası ilə «özünü yer üzərində «ilkin və təbiətin kökündən» 
kosmik səsləri baĢa düĢən yeganə adam hesab etmiĢdir [28, 106], yəni o, 
mistik  Ģüur  vasitəsilə  həqiqəti  təbiət,  kosmos  çərçivəsi  daxilində 
axtarmıĢdır.  Kainatı  «bir  rəqəminin  harmoniyası»  [37,  30]  kimi  qəbul 
edən «ilk pifaqorçular hələ sayın ideal yaradılıĢını bilmirdilər, onlar sayı 
cismi bir Ģey kimi təsvir edirdilər» [37, 30].  
Pifaqordan bir neçə əsr sonra elm və texnikanın inkiĢaf etməsi ilə 
təbiət yenidən fəlsəfənin baĢlıca mövzusuna çevrildi və italyan filosofu 
Cordano  Bruno  (XVI  əsr)  «Kopernikin  nəzəriyyəsi  üzərində  metafizik 
bir  kainat  tablosu  qurdu»  [37,  206].  Mütəfəkkirin  görüĢlərində  «ruh 
özünü  ən  içdən  qavrayan  bir  Ģövqlə  bu  dar  dünyaya  bağlılığını 
qəhrəmancasına  yenib  Tanrıya,  sonsuz  təbiətə  yetiĢməyə  çalıĢdı»  [37, 
205]. 
Özünün 
naturfilosoflar 
kimi 
düĢünüb, 
məntiqçilərin 
fantaziyalarından  uzaq  olduğunu,  Pifaqorun  ölümsüzlük  ideyası  ilə 
həmfikirliliyini  bildirən  C.Bruno  «BeĢinci  dialoq»unda  yazır:  «Fərq  və 
rəqəmə malik hər bir Ģey saf aksidensiya, saf forma, saf tamamlanmadır. 
Hər  bir  əsər,  nə  cür  olursa  olsun,  dəyiĢiklikdir,  substansiya  isə  həmiĢə 
eyni  qalır.  Çünki  o,  vahiddir,  vəhdətdədir,  ilahidir  və  ölümsüzdür»  [80, 
306].  Bu  substansiya,  Brunoya  görə,  kainatdır,  təbiətdir.  Filosof  belə 
hesab  edir  ki,  sonsuz,  vahid,  əzəli  və  əbədi  kainat  canlı  və  ruhlu 
moduslardan yaranıb və onları öyrənməklə təbiəti və onun mahiyyətində 
var olan Tanrını dərk etmək olar. 
Ġrrasional idrakın ikinci mənbəyi ilahi aləmdir. Hər Ģeydən əvvəl 
bildirək  ki,  ilahi  aləm  deyəndə  biz  ümumi  Ģəkildə  səmavi  varlıqları 
(mələkləri)  və  Allahın  özünü  nəzərdə  tuturuq.  YaradılıĢ  iyerarxiyasının 
hər  mərtəbəsinin  varoluĢunda  bir  hikmət,  həqiqət  vardır.  Ġnsan  mənəvi 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə