K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə14/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

 
 
İrrasional bilik problemi
 

 37 
varlığın son səbəbi» [71, 35] kimi qəbul edilmiĢdir. O, Allahın insanlarla 
bir  növ  əlaqələndiricisi,  onu  hər cür elmdən  agah  edən  bələdçidir:  «Bu 
dünyada  biliyə  yol  həmiĢə  açıqdır,  çünki  dünyaya  mömin  Müəllim 
(Ġmam – K.B.) göndərilmiĢdir» [71, 35]. Onu da əlavə edək ki, bura hər 
cür bilik və elmlər daxildir: «Ġmamın biliyi təbii və fövqəltəbiidir. Onlar 
insanlara  özlərinin  zəruri  və  vacib  bildiyi  qədər  dini bilik  verə  bilərlər. 
Ġmamın  vasitəsi  olmadan  adi  ölərilərin  effektli  dini  biliyə  çatması 
mümkün deyil» [116, 150]. 
Göründüyü  kimi,  irrasional  biliyin  mənbəyi  dövrün  hakim 
ideologiyası, elm və texnikanın inkiĢafı ilə sıx əlaqəlidir. Bundan əlavə, 
obyektin  xarakterindən  asılı  olmayaraq  məhz  ona  olan  mövqe,  baxıĢ 
prizması,  seçilən  metod  və  vasitələr  onu  rasional  biliyin  olduğu  kimi, 
irrasional  biliyin  də  mənbəyinə  çevirə  bilər.  Onu  da  qeyd  edək  ki, 
irrasional  biliyin  həm  maddi,  həm  də  qeyri  maddi  mənbələrdən 
yararlanması,  əvvəla,  irrasional  bilik  vasitəsilə  insanın  hər  iki  aləm 
haqqında  məlumat  ala  bilmə  imkanının  olması  deməkdir.  Ġkincisi,  bu, 
irrasional  biliyin  rasionallıqla  sıx  əlaqədə  olmasını  və  onların  bir-birini 
tamamlamasına bir dəlildir və bu, bizə belə deməyə əsas verir ki, elmin, 
texnikanın inkiĢaf səviyyəsindən asılı olmayaraq irrasional biliyə həmiĢə 
ehtiyac  olmuĢdur.  Bunu  obyektdən  asılı  olmayaraq  onun  haqqında 
mütləq irrasional (ezoterik) biliyin olması kimi də izah etmək olar. 
Nəhayət,  daha  bir  vacib  faktı  da  vurğulayaq  ki,  Ģərhimizdən  də 
məlum  olduğu  kimi,  mütəfəkkirlərin  öz  irrasional  düĢüncələri  üçün 
mənbə seçimində coğrafi məkanın hər hansı bir rolu olmamıĢdır. Hakim 
dini  ideologiyaya  gəlincə  isə,  o,  hər  hansı  bir  mənbənin  ön  planda 
durmasında əsaslı rol oynasa da, digər mənbələrin, hətta bu ideologiyaya 
zidd olsa belə, inkiĢaf etməsinə mane ola bilməmiĢdir.  
 


 38 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 


 
 
 
 
I I   F Ə S I L  
 
 
 
 
 
İRRASIONAL IDRAK   
 
FENOMENI 
 
 
 
 
 
 

 


 


         İrrasional idrak  fenomeni
  

 41 
 
 
İrrasional idrakın struktur və metodları 
 
 
Yol oldur ki, doğru vara, 
Göz oldur ki, Haqqı görə, 
Ər oldur alcaqda dura 
Yüceden bakan göz degil. 
 
Yunus Əmrə 
 
Ağıl,  iradə  və  kəlam  sifətləri  Allahın  insana 
əmanət  etdiyi  ilahi  sifətlərdir  və  onların  yardımı  ilə 
insanı özünə geri qaytaracaqdır. 
S.H.Nəsr 
 
Subyekt–obyekt  əlaqəsində  hər  birinin  müstəqil  varlıq  kimi 
qarĢılıqlı təsiri, vacib və mümkün qütblərə bölünməsi və s. məsələlər 
fəlsəfə  tarixində  tez-tez  araĢdırılan  bir  mövzu  olmuĢdur  və  bu 
problemə  münasibətdən  asılı  olaraq  müxtəlif  dövr  və  Ģəraitlərdə 
fəlsəfi  düĢüncənin  istiqaməti  müəyyənləĢdirilmiĢ,  ideologiyalar 
formalaĢmıĢ,  fəlsəfi  sistemlər  qurulmuĢdur.  Subyektin  bir  düĢüncə, 
ideya  daĢıyıcısı  kimi  əhəmiyyətini,  rolunu  ilkin  və  daha  üstün  hesab 
edən,  obyektin  varlığını  belə  ondan  asılı  vəziyyətdə  görən 
mütəfəkkirlər  idealist  filosof  kimi  tanınmıĢlar.  Mövqelərindəki  fərq-
dən,  istinad  nöqtələrindən  və  istifadə  etdikləri  vasitələrdən  asılı  ola-
raq  hətta  idealist  filosofların  özlərini  də  növlərə  bölmüĢlər  –  mütləq 
idealist, məntiqçi idealist, subyektiv və obyektiv idealistlər və s.  
Kainat,  materiya  və  s.  olan  obyektin  rolunu  və  əhəmiyyətini 
böyüdüb  onu  müstəqil  bir  varlıq  kimi  qəbul  edən,  subyekti  ondan  asılı 
vəziyyətdə olan bir hissəsi və ya xassəsi bilən mütəfəkkirlər isə realist və 
ya  materialist  filosof  hesab  edilmiĢlər.  Obyekt  və  subyekti  eyni 
mahiyyətli qəbul edib son nəticədə birini o birində yox edən filosoflar isə 
panteist kimi xarakterizə olunmuĢlar. Bununla yanaĢı, onu da qeyd edək 
ki,  qədimdən  bəri  yaĢayıb  yaratmıĢ  filosofların  dünyagörüĢlərini,  belə 
mürəkkəb və çoxĢaxəli bir problemə münasibətlərini bir neçə istiqamətlə 
məhdudlaĢdırmaq  Ģərti  xarakter  daĢıyır  və  biz  də  yalnız  qısaca  onları 
xatırlatmaqla kifayətlənirik.  


 42 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Göründüyü  kimi,  bölgü  subyektə  yaxud  obyektə  nisbətdə 
aparılmıĢdır.  Lakin  bu  problemdə  vacib  olan  üçüncü  bir  məsələ  də 
mövcuddur  –  əlaqənin  özü.  Münasibətin  zahiri  və  batini  tərəflərini, 
obyekt  haqqında  subyektdə  əks  olunan  biliklərin  ezoterik  və  ekzoterik 
xarakterini, istifadə edilən metod və vasitələri nəzərə almaqla subyektlə 
obyekt  arasındakı  əlaqənin  və  buna  müvafiq  olaraq  da  idrak  prosesinin 
rasional  və  irrasional  formalarını  ayırd  etmək  mümkündür.  Fəlsəfə 
tarixinin  müxtəlif  mərhələlərində  bu  idrak  növlərindən  birinə  nəinki 
üstünlük verilmiĢ, digəri kölgədə saxlanmıĢdır, hətta onların özlərinin də 
müəyyən  vasitələri  dominant  hala  gətirilərək  digərləri  köməkçi  olaraq 
qəbul edilmiĢdir. Buna nümunə olaraq yalnız hissi və ya məntiqi idrakın 
tərəfdarı  olan  filosofların,  yaxud  əqlin  imkanlarını  ümumiyyətlə 
məhdudlaĢdıran mistiklərin dünyagörüĢlərini göstərmək olar.  
Bununla  yanaĢı,  bir  çox  filosof  və  mütəfəkkir  öz  görüĢlərində,  o 
cümlədən,  tədqiqatçılar  öz  araĢdırmalarında  müəyyən  dərəcədə  hər  iki 
idrak növünə yer ayırmıĢlar. Lakin bunlar arasında rasional idrakın soxlu 
sayda hərtərəfli izah və təhlili olduğu halda, irrasional idrakın struktur və 
mərhələlərinin,  metodlarının  sistemli  Ģəkildə  təqdiminə  rast  gəlmədik. 
Nəzərə  alsaq  ki,  istər  rasional  idrakdan  ayrı,  paralel  inkiĢaf  edən  idrak 
növü,  istərsə  də  idrak  prosesində  onu  əvəz  edən  mərhələ  kimi  qəbul 
edilməyindən asılı olmayaraq irrasional idrak ümumiyyətlə bu prosesdə 
xüsusi əhəmiyyətə malikdir, bu zaman onun sistemli tədqiqinin vacibliyi 
ortaya çıxar. Maraqlıdır ki, professor Ə.Məmmədov apardığı araĢdırma-
larında  rasional  və  irrasional  idrakın  fəaliyyətini  insan  beyninin 
funksiyaları  ilə  əlaqələndirərək  belə  bir  qənaətə  gəlmiĢdir  ki,  «idrak 
prosesi  bütövlükdə  beynin  hər  iki  yarımkürəciyinin  birgə  fəaliyyəti  ilə 
təmin  olunur.  Tədqiqatlar  göstərir  ki,  alınmıĢ  xəsarət,  xəstəlik  və  ya 
cərrahiyyə əməliyyatı nəticəsində beynin sağ və sol yarımkürəciklərinin 
(müvafiq olaraq rasional və irrasional idrak formalarının – K.B.) əlaqəsi 
pozulduqda  insan  idrakı  yarımçıq,  effektsiz,  hətta  qeyri-mümkün  olur» 
[15, 249-250].   
QarıĢıq  və  mürəkkəb  problem  kimi  görünən  irrasional  idrak 
prosesinin  daha  dəqiq  araĢdırılmısı  və  məsələyə  kifayət  qədər  aydınlıq 
gətirilməsi  üçün,  zənnimizcə,  təhlil  bir  neçə  istiqamətdə  aparılmalıdır: 
irrasional  idrak  prosesinin  əsasları,  onun  keçdiyi  mərhələlər,  istifadə 
edilən metod və vasitələr və s.  
Tədqiqat zamanı əhəmiyyətli faktorlardan biri də idrak prosesinin 
əsas  kateqoriyalarının  –  ağıl,  Ģüur  və  təfəkkürün  –  irrasional  anlamda 
təhlilidir.  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə