K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə15/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   11   12   13   14   15   16   17   18   ...   91

         İrrasional idrak  fenomeni
  

 43 
 
İdrak prosesinin kateqoriyalarının irrasional anlamda təhlili 
 
Ġlk  əvvəl  onu  qeyd  edək  ki,  bu  fəlsəfi  kateqoriyalardan  hər  biri 
haqqında  çoxsaylı  mülahizə  və  Ģərhlər  mövcuddur  və  biz  onları  təhlil 
etmək fikrindən uzağıq. Məqsədimiz bu kateqoriyalara fərqli aspektdən 
yanaĢıb, onların irrasional tərəflərinə iĢıq salmaqdır.  
Yuxarıda da söylədiyimiz kimi, irrasional biliyin təməlində sevgi 
və  iman  durur.  Bundan  çıxıĢ  edərək  bildirmək  olar  ki,  Ali  Varlıqla 
əlaqəli olub Ona doğru istiqamətlənən bir proses kimi irrasional idrakın 
aparıcı qüvvəsi bu iki hiss və ya hal hesab edilə bilər. Bunlar metod və 
ya  hər  hansı  mərhələ  deyil,  məhz  bütün  proses  boyu  və  sonrası  insanı 
müĢaiyət  edən,  onu  inkiĢaf  etdirən  və  yüksəldən  qüvvələrdir.  Bu 
baxımdan,  qeyd  olunan  fəlsəfi  kateqoriyaların  (ağıl,  Ģüur  və  təfəkkür) 
təhlilində  iman  və  sevgi  amilləri  mütləq  nəzərə  alınmalı  və  ön  plana 
çəkilməlidir.  
Elmi ədəbiyyatlarda ağıl zəka ilə qarĢılaĢdırılaraq zəkanın «bütün 
nisbi,  dünyəvi  və  sonlu  olanları  dərk  etdiyi,  ağılın  isə  mahiyyətcə 
məqsədyönlü olduğundan mütləqi, ilahi və sonsuzu açıqladığı» bildirilir. 
O da qeyd olunur ki, ağıl «zəkaya istinad edərək gerçəkliyin mahiyyətini 
açıqlayan  yaradıcı  dərkedici  fəaliyyətdir»  [126,  567].  Bununla  yanaĢı, 
elmin, texnikanın əldə etdiyi son nailiyyətlərdən o da artıq məlumdur ki, 
ağıl  yalnız  maddi  və  sonlu  gerçəkliyin  dərkindən  daha  geniĢ  imkanlara 
malikdir.  Müqəddəs  Kitablara  görə,  Allah  tərəfindən  ağıl  verilməklə 
insan  digər  yaradılanlardan  ən  üstünü  və  Ģərəflisi  edilmiĢdir.  Qurani 
Kərimdə buyurulur: 

Biz əmanəti göylərə, yerə və dağlara verdik, onlar 
onu daĢımaq istəmədilər, ondan qorxdular. Ġnsan onu götürdü (yükləndi), 
o, zalım və cahil idi

 (Quran 33/72). Bəzi təfsirlərlə yanaĢı, bu əmanətin 
ağıl  olması  fikri  də  mövcuddur.  S.H.Nəsr  yazır:  «Ağıl,  iradə  və  kəlam 
sifətləri Allahın insana əmanət etdiyi ilahi sifətlərdir və onların yardımı 
ilə  insanı  özünə  geri  qaytaracaqdır»  [58,  22].  Onu  baĢqa 
yaradılmıĢlardan  fərqləndirməklə  yanaĢı  ilahi  bir  xüsusiyyət  kimi  ağıl 
həm də insanın maddiyyat fövqünə yüksəlmək, ilahi aləmə geri dönmək 
imkanıdır, yəni ağılın maddi dünya ilə yanaĢı, qeyri-maddi varlıqları da 
dərk etmək imkanı var. Eyn əl-Qüzat Miyanəci yazır: «Bil ki, ağıl doğru 
tərəzidir  və  onun  hökmü  yalan  olmayan  həqiqi  yəqinlikdir, o,  heç  vaxt 
zülmlə təsvir edilməyəcək adildir. Bununla yanaĢı, ağıl istəsə özü ilə hər 
Ģeyi  bəzəyər,  hətta  axirət  iĢlərini,  peyğəmbərliyin  həqiqətini,  əzəli 
sifətlərin  həqiqətlərini.  Bu  istək  onda  Ģeytandandır.  Bil  ki,  bu  istək 


 44 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
yavaĢ-yavaĢ ağıldan sonrakı həddin nurunun parlamasını yox edir» [153, 
98]. Göründüyü kimi,  mütəfəkkir idrak prosesində ağılın üstünlüklərini, 
həqiqətin  təyinində  əsl  meyar  olduğunu  bildirməklə  yanaĢı,  onun 
məhdud olduğuna, daha doğrusu, maddiyyat fövqündə onun baĢqa bir üst 
qatının da mövcud olduğuna iĢarə edir.  
Belə  məlum  olur  ki,  ağılın  rasional  qatı  ilə  yanaĢı,  həm  də 
irrasional  qatı  mövcuddur. Bu  o  deməkdir  ki,  hər  ikisinin  dərk  etdikləri 
bütünlükdə  mövcudat  haqqında  həqiqətləri  ehtiva  edir.  Miyanəci  yazır: 
«Allahın sifətləri iki yerə bölünür: bəzi varlıqlarda baxmaq yolu ilə dərk 
edilə bilənlər ki, bura hakim, yaradan, xaliq kimi sifətlər aiddir və onlar 
ağılın dərki üçün təsvir edilirlər. Əslən varlıqla əlaqəli olmayan sifətlərə 
gəlincə,  onların  dərki  və  həqiqəti  ağıldan  sonrakı  həddə  uyğundur. 
Bunlar əzəmət, ucalıq, gözəllik, lətafət sifətləridir. Ağılın bu kəlmələrdən 
dərk  etdiyinin  hamısı  onların  həqiqətlərindən  uzaqdır»  [153,  32]. 
Zənnimizcə,  filosofun  sözlərinə  müəyyən  aydınlıq  gətirmək  yerinə 
düĢərdi. Məlum olduğu kimi, mövcudat Allahın sifətlərinin təzahürüdür, 
baĢqa sözlə desək, ən müxtəlif varlıqların tək mənbəyi, yaradanı var. Bu 
mənada  biz  Allahın  sifətlərinin  dərkini  mövcudatın  dərki  olaraq  qəbul 
edirik  və  onlar  haqqında  müəyyən  bilikləri  məhz  rasional  vasitələrlə 
(hiss, məntiq və s.) alırıq.  
Digər  tərəfdən  Miyanəci  irrasional  həqiqətlərin  dərkində  və 
təsvirində  bu  vasitələrin  əsl  həqiqəti  çatdırmaqda  yetərli  olmadığını 
bildirir.  Sufi  mütəfəkkiri  Əbu  Hüseyn  Nuri  ağılı  belə  təsvir  edir:  «Ağıl 
özü  kimi  acizlərə  dəlalət  edə  bilər,  çünki  Allah  ağılı  yaradıb  onu  Öz 
vahidliyinin  nuru  ilə  iĢıqlandırandan  sonra  ağıl  Onun  Allah  olduğunu 
bildi.  Deməli,  ağıl  Allahı ancaq  Allahla  tanıya  bilər»  [149,  63].  Məlum 
olur  ki,  ağıl  Allahın  müəyyən  zaman-məkan  kəsiyində  yaratdığı  və  bu 
səbəbdən imkanları  məhdud  olan  bir  məfhumdur.  Bununla  yanaĢı,  gös-
tərilən fikirlərdə ağılın üst qatından da söz açılır və ya onun Allahdan nur 
almaqla daha artıq imkanlar qazanması da bidirilir. Eyni fikrə Hegelin də 
görüĢlərində  rast  gəlmək  mümkündür:  «…Ağıl  insanın  həqiqi  təyinidir 
və Allah haqqında bilikdir. Lakin, vasitəli bilik yalnız sonlu məzmunda 
məhdudlaĢmalı olduğuna görə, ağıl bilavasitə bilik, imandır» [83, 186].  
Göründüyü  kimi,  insanın  maddiyyatın,  zaman-məkan  çərçivəsin-
dən çıxıb ilahi aləmə keçiĢində və oraya məxsus biliklərə sahib olub yük-
səlməsində tənzimləyici və istiqamətverici qüvvə kimi Ali Varlığın rolu 
birincidir.  Deyilənlər  bizim  yuxarıda  qeyd  etdiyimiz  bir  fikri  də  təsdiq-
ləmiĢ  olur:  iman  ağılın  irrasional  istiqamətə  yönəlməsində  xüsusi  əhə-
miyyətə malikdir. Bu baxımdan, ağılın rasional və irrasional tərəflərini, 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə