K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə17/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   13   14   15   16   17   18   19   20   ...   91

         İrrasional idrak  fenomeni
  

 47 
i.a.  kimi  təqdim  edilir.  Eyn  əl-Qüzat  yazır:  «Hökm  veririk  ki,  Vacib  və 
ilk  səma  arasında  birləĢdirici  vasitələr  çoxdur  və  o,  haqq  və  gerçəkdir. 
Mə‗rifət  əhli  istidlal  yolu  ilə  deyil,  baĢqa  bir  yolla  onun  Ģahidi  olurlar. 
Ġstidlal  yolu  ilə  olsaydı,  onu  xatırlamaq  mümkün  olardı»  [153,  64-65]. 
Göründüyü kimi, filosof irrasional biliklərin rasional vasitələrə sığmayıb 
fərqli  üsulla  əldə  edildiyinə  iĢarə  edir  və  bildirir  ki,  kəlmələr  yalnız 
Ģüurüstünün  əks  etdirdikləriinin  mövcudluğunu  bildirməyə  yetərli  ola 
bilər,  onun  mahiyyətini  xarakterizə  etməyə  yox:  «Bu  məna  (mə‗rifət, 
ezoterik  bilik  –  K.B.)  yalnız  zövq  (intuisiya,  Ģüurüstü  –  K.B.)  ilə 
müĢahidə  edilir.  O,  ilk  olanları  müĢahidə  edən  ağıldan  yalnız  onunla 
məhduddur  ki,  onu  yalnız  bu  sözlərlə  çatdırmaq  mümkündür. 
ġəkkedilməz həqiqətdir ki, Allahı hər hansı bir dillə tanıyan kəs  yalnız 
intuisiya  ilə  anlanılacaq  mənanın  həqiqətini  çatdıra  biləcək  kəlmə  tapa 
bilmir» [153, 65]. Belə məlum olur ki, intuisiya Allahı vasitəsiz anladan 
həqiqətlərin tanınması üsuludur. R.Qenon «ġərq metafizikası» kitabında 
onu belə izah edir: «Bir saf idraka aid intuisiya var, bir də duyğulara aid 
intuisiya. Biri ağılın fövqündə, digəri ağılın altındadır. Bu sonuncu ancaq 
dəyiĢmələrin və ya daha üstün təbiətin ən alt ünsürünü qavraya bilir. Saf 
idraka aid intuisiya isə əksinə, əbədi və mütləq prinsiplərin sahəsidir ki, 
metafizikanın mövzusu da budur» [61, 160]. Müəlliflə biz də razılaĢaraq 
bildiririk  ki,  Ģüurüstü  və  saf  idraka  aid  intuisiya  eyni  mahiyyətli 
məfhumlardır.  Professor  Ə.Məmmədovun  isə  intuisiya  haqqında  Ģərhi 
belədir: «Müasir elmi-fəlsəfi ədəbiyyatda mövcud olan müxtəlif nöqteyi-
nəzərlərin  təhlili  və  ümumiləĢdirilməsi  əsasında  intuisiyanın  ümumi 
xarakteristikasının iki baĢlıca cizgisini müəyyənləĢdirə bilərik: birincisi, 
intuisiya  tarixi  praktika  və  intellektual  təcrübə  əsasında  insan  Ģüurunun 
köhnə  bilik  formasından  sürətlə,  gözlənilmədən  yeni  biliyə  keçmək 
qabiliyyətidir;  ikincisi,  intuisiya  idrakda  hissi  və  rasional  momentlərin 
qarĢılıqlı təsirinin spesifik üsuludur. Bu təriflərdən birincisi intuisiyanın 
psixoloji,  ikincisi  isə  qnoseoloji  təhlilinə  aiddir»  [15,  248].  Göründüyü 
kimi,  müəllif  intuisiyanın  Ģüurda  fərqli  bir  qatının  açılmasına  iĢarə  edir 
və bunu psixoloji amil olaraq qiymətləndirir. Maraqlıdır ki, alim bu qatın 
fəallaĢmasını ümumiyyətlə idrak prosesinin – həm rasional, həm də hissi 
(irrasional  –  K.B.)  –  nəticəsi  olaraq  görür  və  intuisiyanı  «insanın  bu  və 
ya  digər  Ģəraitdə  adaptasiya  olunmaq  imkanını,  tədqiq  olunan  obyektin 
mahiyyətinə  bilavasitə  nüfuzetmə  qabiliyyətini  əks  etdirən»  [15,  248] 
müstəqil bir idrak metodu olaraq təqdim edir.   
Deyilənlərdən  belə  məlum  olur  ki,  obyektin  xarakterindən,  ona 
yanaĢma  prizmasından  asılı  olaraq  Ģüurun  fərqli  səviyyələri  aktivləĢə 


 48 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
bilir  və  bu  fərq  eyni  obyekt  haqqında  ayrı-ayrı  biliklərin  inikasını,  son 
nəticədə isə bitkin və tam həqiqətin yaranmasına gətirib çıxarır. Burada 
mühüm  olan  bir  fakt  da,  Ģüurüstünün  bilavasitə  Ģüurun  səviyyəsindən 
asılı  olmasıdır,  yəni  daha  yüksək  Ģüurun  müvafiq  olaraq  yüksək  də 
Ģüurüstü formalaĢır.  
Beləliklə, maddi dünyanın dərkindən baĢlayıb ilahi aləmdə bitən, 
idrak  prosesinin  son  mərhələsi  və  məkan-zaman  fövqünə  aid  olduğunu, 
eyni  zamanda,  aktivləĢməsində  və  inkiĢafında  Ali  Varlığın  və  Ona 
imanın  əhəmiyyətini  nəzərə  alaraq  Ģüurüstünü  bir  növ  Allah  –  insan  
ünsiyyətinin «məkanı» adlandırmaq olar. Onu da bildirək ki, bu ünsiyyət 
tərəflərin  qarĢılıqlı  təsiri  ilə  inkiĢaf  edir,  yəni  insan  yaĢadığı  mənəvi 
təcrübə  vasitəsilə  nə  qədər  öz  Ģüur  səviyyəsini  qaldıra  bilirsə,  yeni 
aləmlə  ünsiyyətə  hazırlaĢırsa,  Allah  da  bu  inkiĢafa,  hazırlığa  müvafiq 
Ģüurun üst qatını oyadır və beləliklə Mütləqə qədər davam edir.  
Ġrrasional  anlamda  Ģərh  ediləcək  son  kateqoriya  təfəkkür  və  ya 
düĢünmədir.  Ensiklopedik  məlumata  görə,  «düĢünmə  –  obyektiv  reallı-
ğın aktiv inikasının ali formasıdır və subyekt tərəfdən mövcud əlaqələrin, 
əĢya və hadisələrin məqsədyönlü, vasitəli və ümumiləĢdirilmiĢ idrakını, 
yeni  ideyaların  yaranmasını,  hadisə  və  fəaliyyətlərin proqnozlaĢdırılma-
sını  ehtiva  edir»  [126,  391].  Maraqlıdır  ki,  Hegel  düĢünməni 
ümumiyyətlə  irrasional  məfhum  kimi  qəbul  edərək  bildirir  ki, 
«düĢünmədə  Ģeylərin həqiqi  təbiəti  görünür, bu  həqiqi  təbiət isə  mənim 
ruhumun məhz düĢünən subyekt kimi doğulmasıdır» [126, 120]. Deməli, 
istər rasional, istərsə də irrasional anlamda düĢünmə əldə edilən bilikləri 
düzgün  sistemləĢdirib  nəticə  çıxartmaq  və  bu  nəticəni  idrak  prosesinin 
növbəti  mərhələsi  üçün  düzgün  istifadə  etməkdir.  Ġrrasional  anlamda 
bütün  biliklər  vahid  həqiqətin  ayrı-ayrı  təzahür  formalarıdır.  Bu 
baxımdan,  biz  «düzgün  sistemləĢdirmə»  deyəndə  biliklər  arasında 
birləĢdirici özək xəttin araĢdırılıb tapılmasını, «düzgün istifadə» deyəndə 
isə  düĢünmənin  məhz  bu  vahid  həqiqətin  dərkinə  aparmalı  olduğunu 
nəzərdə  tuturuq.  Qurani  Kərimdə  Allahın  yer  üzündəki  hikmətləri 
aĢkarlandıqca  tez-tez  insana  müraciət  edilir:  «Bu  barədə  dü-
Ģünmürsünüzmü»  yəni  Allah  verdiyi  ağılın,  biliyin,  imkanın  düzgün 
«emalını», «istifadəsini» tələb edir. Ayələrdən birində isə deyilir: 

Hər top-
lumdan (firqədən) dini anlayan və öz xalqına yol göstərən bir tayfa [olma-
lıdır]

  (Quran  9/122).  Deməli,  Allah  verdiyi  nemətin  kor-korana  deyil, 
anlayaraq qəbul edilməsini istəyir və təbii ki, burada rasional düĢünmə ilə 
yanaĢı irrasional düĢünmədən də söhbət gedir.  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə