K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə13/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

 
 
İrrasional bilik problemi
 

 35 
Alman filosofu Nikolay Kuzanlı (1464) isə ümumiyyətlə dünya və 
Allah dualizmini qəbul etmir və bildirir ki, dünya Allahın içindədir, O, 
bütün  dünyanı  əhatə  edir.  kainatın  Allah  surətində  yaradıldığını  [100, 
151] bildirən filosofa görə «Allah, sadə vəhdət, tək Kainatda var olmaqla 
sanki bir qayda olaraq Kainat vasitəsilə hər bir Ģeydə olur, çoxluq isə tək 
Kainat vasitəsilə Allahda olur» [100, 109]. Xətt nöqtənin açılıĢı olduğu 
kimi  [100,  241],  kainatı  da  Allahın  təzahürü  hesab  edən  Kuzanlı,  eyni 
zamanda, Allahın Kəlamı  və Oğlu kimi insanı da həm əqli, həm də hissi 
təbiəti bükülü Ģəkildə özündə ehtiva edən bir mikrokosm adlandırmıĢdır 
[100, 150]. Lakin nəzərə alsaq ki, filosof Allahın bir insan düĢüncəsində 
vahid nöqtə halında dərkedilməz olub yalnız xətt (çoxluq, təbiət – K.B.) 
Ģəklində  dərk  edilə  biləcəyini  qəbul  etmiĢdir,  onda  bildirmək  olar  ki, 
Kuzanlının  da  görüĢlərində  mənbə  Allah-təbiətdir.  Bununla  filosof  hər 
iki  məfhumun  ayrılmazlığını  və  insanın  nə  isə  anlaması  üçün  məhz 
təbiətə  müraciət  etməsinin  zəruriliyini  vurğulayır.  Zənnimizcə,  burada 
rasional  və  irrasional  biliklərin  paralel  inkiĢafının  vacibliyi  də  özünü 
göstərir.  Göründüyü  kimi,  hər  iki  filosofun  fikrinə  görə,  təbiət  ilahi 
sirləri ehtiva edən və Allahın dərkinə aparan vasitədir. 
OxĢar  mövqeyə  ġərq  fəlsəfəsində  Mahmud  Pasixani  Gilani 
tərəfindən XV əsrdə yaradılmıĢ nöqtəvilər cərəyanında rast gəlmək olar. 
Onların  fikrinə  görə  «bütün  mövcudat  vəhdətdədir,  vəhdət  nöqtədədir, 
nöqtə isə torpaqdır» [104, 254]. Yəni təbiət həm idrakın baĢlanğıcı, həm 
də  son  nöqtəsidir.  Bununla  belə,  hər  nə  qədər  nöqtəvilər  bir  Ġslam 
cərəyanı hesab edilsələr də, bəzi dini prinsipləri qəbul etsələr də, mistik 
biliklərlə  insanın  kamilləĢməsi  ideyasına  tərəfdar  olsalar  da  onların 
dünyagörüĢü materializmə daha meyilli olmuĢdur [GeniĢ bax: 104, 255].  
Yeri  gəlmiĢkən,  onu  da  qeyd  edək  ki,  irrasional  bilik  mənbələri 
sırasında  təbiət  olan  filosofların  görüĢlərində  rasional  idrakın  üstün 
gəlməsi ilə tez-tez rastlaĢmaq olar. Məsələn, XI əsrdə Fransada yaranmıĢ 
ġartr  məktəbinin  nümayəndələri  öz  düĢüncələrində  təbiəti  bir  yaradıcı 
qüvvə  kimi  əsaslanmaqlarına  və  panteist  dünyagörüĢləri  ilə 
tanınmaqlarına  baxmayaraq,  fəlsəfə  tarixçiləri  onları  mötədil 
rasionalistlər  kimi  xarakterizə  edirlər.  Bunu  imana,  irrasional  biliyə 
rasional təhlil vermək kimi də xarakterizə etmək olar və təbii ki, burada 
elm və texnikanın inkiĢafı da əhəmiyyətli rol oynamıĢdır.  
Sintez Ģəklində özünü göstərən mənbələrdən digəri Allah-insandır. 
Orta  əsr  Qərb  və  ġərq  fəlsəfə  tarixində  bu  sintez  müəyyən  spesifik 
xüsusiyyətlərə  malik  olmuĢdur.  Belə  ki,  orta əsrlərdə  Qərb fəlsəfəsində 
aparıcı  ideologiya  olan  xristianlığa  görə,  insan  yaradılmıĢlar  arasında 


 36 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
günah  içində  olan  ən  aĢağı  varlıqdır  və  o,  ömrü  boyu  günahlarını 
təmizləməklə  məĢğul  olmalıdır.  Filosoflar  bu  fikri  müdafiə  edən  din 
xadimlərindən,  teoloqlardan  fərqli  mövqedə  durmuĢlar.  Belə  ki, 
Müqəddəs  Üçlüyün  bir  tərəfi  olan  Ġsa  Məsih  –  Atanın  oğlu,  Müqəddəs 
Kəlam  (Loqos)  olmaqla  yanaĢı  həm  də  bir  insandır.  Bu  baxımdan, 
xristian  filosoflarının  dünyagörüĢlərində  iki  xətt  müĢahidə  etmək 
mümkündür:  ya  insan  Ġsa  Məsihə  bənzəməklə,  onun  buyurduğu  yolla 
gedib öz ruhunu xilas etməli (bu, daha çox teoloqlara xasdır), ya da Ġsa 
Məsih  vasitəsilə  öz  içindəki  Ġsanı  –  Ġlahi  Kəlamı  kəĢf  etməlidir  (bu, 
irrasional  təfəkkürlü  filosoflara  xasdır).  Yəni  bəzilərinə  görə  yalnız  Ġsa 
ilahi  sirlər  daĢıyıcısıdır,  digərlərinə  görə  bu  nemət  hər  bir  Ģəxsə 
verilmiĢdir və onu dərk etmək lazımdır. 
Alman  filosofu  Y.Böme  (1462)  yazır:  «Xristianlar  bilir  ki,  bu 
ağacın  (Xristosun)  gücü  ilə  öz  ölümlərindən  Onun  ölümü  ilə  Onun 
yanına  Onun  həyatına  keçə  bilər,  Onunla  bərabər  hökmranlıq  edib, 
yaĢaya bilər: özünün bu nüfuzu ilə, bu ölü bədəndən yenidən doğulmaqla 
onlar Onun yanında göydə də ola bilərlər» [75, 334]. Digər bir xristian 
filosof  M.Ekxarta  görə,  «Allah  hər  Ģeydədir,  lakin  bunu  çoxu  bilmir, 
bunu  dərk  edən  bilir,  buna  görə  də  insan  digər  yaradılanlardan  daha 
fəzilətlidir»  [129,  62-63].  Mütəfəkkir  belə  hesab  edir  ki,  «mən  Onu 
vasitəsiz  dərk  edirəmsə,  Mən  O  oluram,  O  isə  mən!»  [129,  155]  Yeri 
gəlmiĢkən, maraqlıdır ki, Hegel (XIX əsr) Allah və insanı özlərini dərk 
etmələrində  bir-biri  üçün  vasitə  olduqlarını  hesab  etmiĢdir:  «…Tanrı 
yalnız  özünü  tanıdığı  qədər  Tanrıdır;  Onun  özü  haqqında  biliyi  daha 
sonra Onun insanda özünüdərkidir» [84, 389].  
Göründüyü kimi, filosofların görüĢlərində yalnız Ġsa Məsih deyil, 
ümumiyyətlə insan Müqəddəs Üçlüyün bir tərəfidir və o, məhz Allahla 
vəhdətdə olduğu zaman irrasional biliyin mənbəyi ola bilir. 
Ġslama  görə  də  insan  ilahi  sifətlərə  və  keyfiyyətlərə  malik,  ilahi 
sirlərin  daĢıyıcısıdır  və  bu  amil  Ġslam  filosofları  arasında  da  iki  xəttin 
formalaĢmasına  səbəb  olmuĢdur:  əgər  bəziləri  insanın  kamilləĢməsinin 
sonunda  onun  ilahiləĢməsi  və  Tanrıya  çevrilməsi  prinsipini  qəbul 
edirdisə, digərləri bu prosesin Yaradan-yaradılan nisbəti çərçivəsində baĢ 
verdiyini  bildirirdilər.  Aldıqları  irrasional  biliklərdə  məhz  Allah-insan 
vəhdətinə istinad edən filosof və təlimlər birincilərdir və onlara nümunə 
olaraq  ismaililəri  (IX-XI  əsrlər)  göstərmək  olar.  Ölümsüz  və  ilahi 
keyfiyyətlərə  malik  imamilik  prinsipini  qəbul  edən  «ismaililikdə  gizli 
mistik  bilik  dini  biliyin  əsası  kimi  yalnız  imama  xasdır»  [71,  35]. 
«Ġmamın varlığının səbəbi hər bir varlığın və beləliklə də yer üzündəki 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə