K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə10/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

 28 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Ģüursuz  Ģəkildə  mövqelər  aqnostisizmə,  subyektiv  və  ya  obyektiv 
idealizmə, irrasionalizmə və dinə verilirdi» [106, 47]. 
Ġrrasional  biliyin  təhlilində  əhəmiyyətli  faktlardan  biri  də  onun 
sonsuz və dialektik xarakterli olmasıdır. Tədqiqatçılardan birinin fikrinə 
görə, «Hegel ona qədər mövcud olan vasitəsiz bilik nəzəriyyəsinin qeyri-
dialektik  bir  nəzəriyyə  olma  fikrini  tənqid  etmiĢdir  və  vasitəsiz  bilikdə 
vasitəli  və  vasitəsiz  biliklərin  vəhdətini  görmüĢdür»  və  bunun  əsasında 
inkiĢaf  edən  təfəkkürü  götürmüĢdür  [99].  Bu  sözlərin  müəllifi  ilə 
razılaĢaraq  onu  da  bildirək  ki,  Hegeldən  fərqli  olaraq  biz  irrasional 
biliyin  sonsuz  və  dialektik  olmasının  səbəbini  subyektin  məhdud  (nə 
qədər geniĢ imkanlara malik olsa da) təfəkküründə deyil, əbədi yaratma 
qüdrətinə sahib obyektdə – Allah Təalada görürük. Qeyd etdiyimiz kimi, 
irrasional bilik bilavasitə Allahdan, Yaradandan alınan bilikdir. YaradılıĢ 
daim davam edən və dəyiĢən bir prosesdir. Məsələn, təsəvvüfdə həqiqətə 
gedən  yolda  insanın  yaĢadığı  hal  və  məqamlar  ona  mə‗rifətin  müxtəlif 
qatlarını  açır  və  hər  yolun  sonu  onun  baĢlanğıcı  olur,  yəni  bu,  daim 
dəyiĢən  və  sonu  olmayan  bir  inkiĢafdır.  Ġrrasional  biliyin  verilməsini 
iĢraqilik  (nurlanma)  yolu  ilə  izah  edən  ġihabəddin  Sührəvərdi  yazır: 
«Feyz  (nurlanma)  əbədidir,  fail  (nurlandıran)  dəyiĢmir  və  əksilmir  və 
aləm Onun davam etməsi ilə davam edir» [147, 181].  
Göründüyü  kimi,  materiya  daxilində  fəaliyyət  göstərən  Ģüur  və 
ağıla  sahib  subyekt  və  maddi  obyekt  arasındakı  əlaqənin  inikası  olan 
rasional  bilikdən  fərqli  olaraq  irrasional  bilik  daha  geniĢ  məfhumdur. 
Belə ki, burada obyekt sonsuz və əhatəedilməz olmaqla yanaĢı, həmçinin 
maddi aləmə məxsus varlıqların mahiyyətini də özündə ehtiva edir və bu 
baxımdan,  irrasional  bilik  rasionalı  da  öz  hüdudları  arasına  almıĢ  olur. 
Ġkinci  tərəfdən,  irrasional  biliyin  əldə  edilməsində  insan  həm  özünün 
rasional  bacarıqlarından  bir  tramplin,  hazırlıq  mərhələsi  kimi  istifadə 
etməli, həm də onları kamilləĢdirmək və əsl həqiqətə sahib olmaq üçün 
özünün ruhi, mənəvi bacarıqlarını ortaya çıxartmalıdır. Yəni rasional və 
irrasional  biliklər  paralel  Ģəkildə  inkiĢaf  etdirilməli,  biri  digərinin 
kölgəsində  saxlanılmamalıdır.  Nəhayət,  rasional  bilik  bəlli  çərçivə  və 
məlum  hüdudlar,  zaman-məkan,  səbəb-nəticə  anlamları  daxilində 
mövcud  olduğu  halda  irrasional  bilik  sonsuz  bir  aləmdən  daim  verilən, 
hər  subyektin  özünə  xas  və  bu  subyektin  fərqli  hal  və  məqamlarına 
müvafiq  kəĢf  olunan  vasitəsiz  biliklərdir.  Bu  baxımdan  o,  dialektik  və 
sonsuzdur.  
Beləliklə,  irrasional  bilik  nədir?  Bu  suala  müxtəlif  mövqelərdən 
belə cavab vermək mümkündür. 


 
 
İrrasional bilik problemi
 

 29 
Ġrrasional  bilik  həm  insanın  çoxluq  arasında  öz  yerini  tutması 
cəhdi, bütövün bir hissəsi olduğunu təsdiqləməsi, həm də  məhz insanın 
bu çoxluqda xüsusi rola və mahiyyətə  malik olması deməkdir. 
Ġrrasional  bilik  –  hər  insanın  Mütləq  Varlığa  imanından  və 
məhəbbətindən doğan bir zərurətdir, yəni o, insanın inandığı, itaət etdiyi 
və sevdiyi obyekti tanıyıb dərk etmək istəyi onun təfəkkürünün, ruhunun 
tələbidir.     
Ġrrasional  bilik  –  maddi  və  qeyri-maddi,  təbii  və  fövqəltəbii 
varlıqların  gizli,  batini  həqiqətlərinin  insanın  Ģüurüstündə  inikasıdır. 
Ġnsanın  onu  əldə  etmə  vasitəsini  və  dinin  zəminində  formalaĢdığını 
nəzərə alaraq irrasional bilik – insanın idrak prosesinin mənəvi inkiĢafı 
və təcrübəsi ilə yoxlanan və insanlıqla təsdiqlənən nəticəsidir. Bilik əldə 
etmə  prosesinin  fərdi  və  gizli  olmasını  və  onun  Ali  qüvvə  tərəfindən 
bəxĢ  edilməsini  ön  planda  tutsaq,  irrasional  bilik  –  obyektiv  həqiqətin 
subyektiv  inikasıdır  deyə  bilərik.  Nəhayət,  irrasional  bilik  –  insanın 
Mütləq  həqiqətin  dərki  prosesində  rasional  biliyi  tamamlayan  və 
kamilləĢdirən,  rasional  vasitələrlə  rəmzi  Ģəkildə  ifadə  edilən  bilik 
formasıdır. 
 


 30 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
 
 
İrrasional biliyin mənbələri 
 
 
Qeybi-mütləq sirrini əgərçi pünhan göstərir. 
AĢikarə kəndüzin vəchi-insan göstərir. 
 
Nəsimi 
 
Ġnsan  əldə  etdiyi  məlumatı  təsdiqləmək,  öyrəndiklərinin 
mahiyyətini,  həqiqətini  dərk  etmək  üçün  müxtəlif  vasitələrlə  onun 
mənbəyinə  can  atır  və  ona  yaxınlaĢdıqca  həqiqətin  daha  dərin  qatları 
açılır. Mənbəyin bütünlüklə kəĢfi isə Mütləq Həqiqətin dərki deməkdir.  
Filosof  və  mütəfəkkirlərin  fərqli  dünyagörüĢləri,  tarix  boyu 
təĢəkkül  tapıb  müəyyən  zaman  kəsiyində  inkiĢaf  edib  ya  tənəzzülə 
uğrayan, ya da hələ də mövcudluğunu davam etdirən dini, fəlsəfi, mistik 
cərəyanlar və təlimlər, müxtəlif sahələri əhatə edən çoxsaylı elmlər həm 
mənbələrin  çoxluğundan,  həm  də  bu  mənbələrə  gedən  yolların 
rəngarəngliyindən xəbər verir. Məlumdur ki, kiçik mənbələrin kəĢfi daha 
böyük  mənbəyə yol aça bilir. Bu baxımdan, müasir dövrün qloballaĢma 
ideyalarını,  yaxud  elmlər  arasında  yaxınlaĢma,  sintezləĢmə  hallarını 
kiçik ölçülərdən daha geniĢ sahələrə keçid adlandırmaq olardı. Təbii ki, 
bu  məsələ  ilə  bağlı  müxtəlif  mövqelər  mövcuddur  və  bu,  bizim 
mövzumuz kontekstində verdiyimiz Ģərhdir. 
Bu  da  danılmaz  faktdır  ki,  ifadə  olunan  hər  fikir,  hər  ideya 
mənbənin  həqiqətinin  inikası  olmur,  hətta  bəzən  tamamilə  əks  məna 
daĢıya bilir. Sufi mütəfəkkir Mənsur Həllac (X əsr) yazır: «Küfr və iman 
isim  baxımından  fərqlidir,  həqiqət  baxımından  isə  onlar  arasında  fərq 
yoxdur»  [143,  53].  Yəni  eyni  mənbədən  qaynaqlanan  sözlər  onu 
söyləyənin  dilində  fərqli  forma  alır.  YalnıĢlığın  mənbədə  yox,  ifadədə 
olduğunu  anlayanlar  həqiqəti  öyrənmək  üçün  formaya  deyil,  onun 
məzmununa  müraciət  edirlər.  Digər  bir  sufi  mütəfəkkir  Əbu  Yəzid 
Bistami  (IX  əsr)  deyir:  «Suyun  rəngi  qabının  rənginə  görədir.  Su  ağ 
qabda  olarsa  rəngi  ağ,  qara  qabda  olarsa  qara,  sarı  qabda  olarsa  –  sarı, 
qırmızı qabda – qırmızı və s. olar…» [149, 57]. Deməli, varlıqların və ya 
hadisələrin  məhz  bilavasitə  mənbəyə  istinadən  öyrənilən  mahiyyəti 
həqiqətə daha yaxın olur.  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə