K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə8/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

 24 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
çünki  O,  insanın  çata  biləcəyi  ən  ali  zirvənin  də  fövqündədir.  Sufi 
mütəfəkkir  Mənsur  Həllac  yazır:  «Arif  –  görəndir,  mə‗rifət  –  əbədi 
olanladır [Allahladır]. Arif  öz irfanı ilədir, çünki o, öz irfanıdır, irfanı da 
odur. Mə‗rifət isə bunun arxasındadır, Məruf (tanınan, Allah – K.B.) isə 
bunun  arxasındadır.  Haqq  Haqdır,  xəlq  –  xəlqdir,  vəssalam»  [142,  77-
78],  yəni  mə‗rifət  də insanı  vəhdətə aparan  bir bilikdir, lakin  bu  vəhdət 
Allahın mülkündədir, Onun özü ilə deyil.  
Biliyin  tərifi  verilərkən  ilk  növbədə  onun  gerçəkliyin  inikası 
olması  vurğulanmıĢdı.  Onu  da  xatırladaq  ki,  deyilənlər  rasional  biliyə 
Ģamil edilmiĢdi. Burada haqlı olaraq belə bir sual yaranır: bəs irrasional 
bilik nəyin inikasıdır və ya rasional və irrasional bilik necə əlaqəlidir? 
Ġrrasional  biliyin  Qərb  və  ġərq  fəlsəfə  tarixində  təzahürləri  – 
qnosis  və  mə‗rifət  –  haqqında  deyilənlərdən  belə  məlum  oldu  ki,  o 
(irrasional  bilik),  mənəvi  təcrübənin  nəticəsi  kimi  subyekt  və  obyekt 
arasındakı qarĢılıqlı əlaqənin batini tərəfidir. Professor Ə.Məmmədovun 
bildirdiyi  kimi,  «rasional  formalar  kimi,  qeyri-rasional  əməliyyatlar  da 
insan  fəaliyyətindən  kənarda  deyil,  bu  fəaliyyətin  atributu,  zəruri, 
qanunauyğun  momenti  və  məhsulu  kimi  mövcuddur»  [15,  240]. 
Məzmun  forma  ilə,  batin  zahirlə  qarĢılıqlı  əlaqədə  olduğu  kimi, 
irrasional  bilik  də  rasionalla  əlaqəlidir  və  bundan  çıxıĢ  edərək  suala 
birmənalı  olaraq  belə  cavab  vermək  mümkündür:    irrasional  bilik 
gerçəkliyin  qeyri-maddi,  batini  tərəfinin  inikasıdır.  Bu  o  deməkdir  ki, 
insanın  intellektual  və  ruhi  inkiĢafında  rasional  və  irrasional  biliklərin 
hər birinin öz rolu və əhəmiyyəti vardır.  
Bundan  baĢqa,  əgər  nəzərə  alsaq  ki,  irrasional  biliyin  obyekti 
olaraq  həmçinin  Tanrı,  ruh,  mələk,  ilahi  aləmlər  və  digər  qeyri-maddi 
varlıqlar  da  çıxıĢ  edir,  onda  irrasional    biliyin  ikinci  bir  xarakteri  də 
aydınlaĢır: o, həm də insan ruhunun ünsiyyətdə ola bildiyi  ilahi aləmin 
və  qeyri-maddi  varlıqların  inikasıdır.  Lakin  burada  əhəmiyyətli  bir 
məsələ  də  vardır.  Dionisiy  Areopaqit  yazır:  «Bizim  ağlımız  səmavi 
mərhələlərin  yaxınlığına  və  sezilməsinə  yalnız  ona  məxsus  maddi 
rəhbərliyin  vasitəsilə,  yəni  görünən  gözəllikləri  görünməyən  əzəmətin 
izləri  kimi  qəbul  etməklə  çata  bilər»  [74,  1/3].  Deməli,  insan  rasional 
biliklərlə müəyyən səviyyəyə çatdıqdan sonra irrasional biliyə sahib ola 
bilər. Xatırladaq ki, irrasional bilik yalnız yüksək Ģüurlu insanlara verilir. 
Eyni zamanda, bu biliyin özü də «saflaĢma, nurlanma və kamilləĢmədir; 
belə  ki,  o,  müqəddəs  sirlərin  dərkini  layiqincə  çatdırır.  Bu  saflaĢdıran 
ilahi biliklə o, həm də ağılı nurlandırır, ona əvvəllər tanımadıqlarını indi 


 
 
İrrasional bilik problemi
 

 25 
yuxarıdan  nurlanma  ilə  aĢkarlayır  və  müqəddəs  sirlərin  sabit  dərkini 
çatdırmaqla onu kamilləĢdirir» [74].  
Deyilənlərdən  belə  məlum  olur  ki,  insanın  irrasional  bilik  aldığı 
proses, yəni onun mənəvi təcrübəsi müəyyən rasional biliklər üzərindən 
baĢlayır.  Bu  inkiĢaf  və  ya  yüksəliĢ  ilahi,  maddiyyat  fövqündə  var  olan 
varlıqlar  haqqında  bilik  verməklə  yanaĢı  maddi  aləmə  də  baxıĢ 
prizmasını dəyiĢir, yəni maddi varlıqların zahiri ilə yanaĢı, onların batini 
həqiqətlərindən  də  agah  olmaq  imkanı  qazanır.  Bu,  insanın  bir  sosial 
varlıq  olaraq  qalmaqla  özünün  həm  də  ruhani  bir  varlıq  olmasını 
dəyərləndirib  maddiyyatdan  kənara  çıxması  və  ilahi  aləmlə  get-gedə 
daha  sıx  Ģəkildə  ünsiyyətdə  olmasıdır.  Bu  «keçid  mərhələsini» 
mütəfəkkirlər  biliksizlikdən  əsl  biliyə  keçmək  adlandırırlar.  M.Ekxart 
(XIV əsr) yazır: «Əsl bilməməzlik cahillik deyil, ona ali biliklə çatırlar, 
çünki  Allahın  Kəlamı  bilməməzlikdə  səslənir»  [129,  85].  Əbdülqadir 
Gilani  (XII  əsr)  isə:  «Elmin  elmi  –  elmdən  xəbərsizlikdir»  [141,  18],  – 
deyə bildirir.  
Ġrrasional biliklər məzmununa və mahiyyətinə görə zaman-məkan, 
səbəb-nəticə  fövqündə  olmaqlarına,  rasional  biliklərin  bitdiyi  yerdə 
baĢladıqlarına  və  həqiqəti  olduğu  kimi  ifadə  etdiklərinə  görə  irrasional 
biliklərin «biliksizlikdə ən ali biliklərin olduğu güman edilir» [107, 170].  
Göründüyü  kimi,  söhbət  rasional  biliyin,  ağılın  inkarından  deyil, 
onun  fövqündə  var  olan  bir  aləmdən  və  həmin  aləmi  təsvir  edə  bilən 
məxsus bilikdən gedir.  
Ġrrasional  biliyin  təhlilində  tədqiqatçılar  (bizim  də  o  cümlədən) 
tərəfindən  tez-tez  iĢlədilən  terminlərdən  biri  də  mistika  və  ya  mistik 
təcrübədir. Aralarındakı müəyyən oxĢar cəhətləri nəzərə alaraq bəzi elmi 
ədəbiyyatlarda  irrasional  və  mistik  biliklər  ya  eyniləĢdirilir,  ya  da 
sinonim anlamlar kimi qəbul edilir. Məsələyə nisbətən açıqlıq gətirmək 
məqsədi ilə onlar arasında kiçik bir müqayisə aparaq. 
«Misteriyaların  rolu  insana  əĢyanın  içə  aid  (batini),  ilahi  biliyi 
qazandırmaq  və  onu  yenidən  əzəliyyətə  qovuĢdurmaqdır.  Bu  səbəbdən, 
mistikin  obyekti  zaman  dünyasından  zamansız  dünyaya,  əzəliyyətə 
keçməkdir,  yəni  Allahı  doğrudan  doğruya  qavramaqdır»  [64,  4].  BaĢqa 
bir  alim  də  deyilənləri  təsdiqləyərək  bildirir  ki,  mistika  «gerçəkliyin 
zahiri  formasının  arxasında  gizlənən  həyatı  görüb,  bütün  varlıqların 
simvolik  təbiətinin  aĢkarlandığı  sonsuzluğu  açmaqdır»  [69,  241]. 
Ensiklopedik  lüğətdə  isə:  «Mistika  –  ekstaz  vəziyyətdə  mütləqlə 
bilavasitə «birləĢmə»ni yaĢamaq məqsədi ilə olan dini təcrübə, həmçinin 
bu təcrübəyə haqq qazandıran, onu mənalandıran və təyin edən teoloji və 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə