K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə5/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   2   3   4   5   6   7   8   9   ...   91

 
Giriş
 

 15   

 
Qərb-ġərq mənəvi mədəniyyətlərinin, fəlsəfi təfəkkürlərinin 
müqayisəli təhlili, oxĢar və spesifik xüsusiyyətlərinin üzə çıxarılması 
regionlararası dialoqun yeni səhifəsi ola bilər.  

 
Ġdrak  prosesinin  əhəmiyyətli  bir  hissəsini  təĢkil  edən  və 
rasional  düĢüncəni  tamamlayan  irrasional  idrakın  struktur  və 
metodologiyasını  təqdim  və  təsvir  etməklə  idrak  nəzəriyyəsinin 
fəlsəfi təhlilinə yeni istiqamət verə bilər. 

 
Ġrrasional  idrakın  inkiĢafının,  Qərb  və  ġərq  mütəfəkkir-
lərinin  fəlsəfi  görüĢlərində  öz  əksini  tapmasının  izlənilməsi 
ümumbəĢəri  mənəvi  dəyərlərin  zaman  və  Ģəraitlə  bağlı  olaraq  fərqli 
formalarda  təqdiminə  baxmayaraq  qırılmaz  bir  xətlə  tarix  boyu 
mövcudluğuna aydınlıq gətirə bilər.  

 
ĠĢdə irrasional idrakın təhlilinə dair elmi ədəbiyyata ilk dəfə 
gətirilən yeni terminlər və kateqoriyalar irrasional təfəkkürə və idrak 
prosesinə həsr ediləcək gələcək tədqiqat iĢlərində istifadə edilə bilər.  
Rasional  düĢüncə  fövqündə  mövcud  olub  inkiĢaf  etməyinə, 
fərdi  və  subyektiv  xarakter  daĢımasına  baxmayaraq  irrasional  yolla 
dərk  edilən  həqiqətlərin  təsviri,  Ģərhi  və  təqdimi  zamanı  tədqiqatçı 
rasional  vasitə  və  metodlardan  istifadə  etməli  olur,  təbii  ki,  fərqli 
Ģəkildə.  Məlum  olduğu  kimi,  irrasional  təfəkkürə  malik 
mütəfəkkirlərin  əsərləri  daha  çox  rəmzi  dillə  yazılmıĢdr.  Bu  üslub 
xüsusilə  sufi  mütəfəkkirlər  üçün  xarakterik  olmuĢdur.  Bu  baxımdan 
mətnlərin təhlilində, fəlsəfi müqayisə və araĢdırmalarda tətbiq olunan 
metoddan 
(hermenevtika, 
tarixi-fəlsəfi 
müqayisə, 
elmi 
sistemləĢdirmə)  asılı  olmayaraq  sözlərin,  kəlamların  məhz  ezoterik 
mənasının açılıĢı ön planda tutulmuĢdur. 
Tədqiqatın əsas metodu Qərb və ġərq fəlsəfi fikrində irrasional 
idrakın  xüsusiyyətlərinin  öyrənilməsində  istifadə  edilən  tarixi-fəlsəfi 
müqayisəli  təhlildir.  Aparılan  müqayisə  zamanı  hər  iki  bölgənin 
alimləri  üçün  səciyyəvi  olan  dünyagörüĢləri,  sonuncuların  təməl 
prinsipləri arasında paralellər aparmaqla buradakı fikir müxtəlifliyi və 
onun  yaranma  səbəbləri  aydınlaĢdırılmıĢdır.  Tədqiqatda  həmçinin 
sistemləĢdirmə metodundan istifadə edilmiĢ və onun əsasında bir sıra 
təsnifatlar aparılmıĢdıır. 
Tədqiqat  zamanı  istifadə  olunan  digər  metod  kimi  herme-
nevtikanı  qeyd  etmək  lazımdır.  Məlum  olduğu  kimi,  tədqiq  olunan 
ideya  və  baxıĢlara  dövrün  ictimai-siyasi,  dini-ideoloji  Ģəraiti  güclü 
təsir  göstərir.  Ġdeya  və  təfəkkür  formasının  inkiĢaf  xəttinin  izlən-
ilməsində, onun daha ətraflı və dəqiq araĢdırılmasında, Qərb (Plotin, 


 16 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Müqəddəs  Avqustin,  M.Ekxart,  N.Kuzanlı,  N.MalbranĢ,  C.Bruno  və 
s.-nin)  və  ġərq  mütəfəkkirlərinin  (Cüneyd  Bağdadi,  Mənsur  Həllac, 
Eyn əl-Qüzat Miyanəci, Mühyiddin ibn Ərəbi, ġihabəddin Sührəvərdi 
və  baĢqalarının)  müxtəlif  dövrlərdə  eyni  ideyaya  münasibətlərinin 
öyrənilib  düzgün  təhlil  edilməsində  hermenevtikadan  daha 
məqsədyönlü metod kimi istifadə edilmiĢdir. 


 
 
 
 
I   F Ə S I L  
 
 
 
 
 
İRRASIONAL BILIK  
 
PROBLEMI 
 
 
 
 
 
 

 


 


 
 
İrrasional bilik problemi
 

 19 
 
 
İrrasional bilik nədir? 
 
 
Fanilər rəmzdir əbədiyyətdən 
Sonsuz həqiqətin 
Parıltısıtək. 
Orda hali olur cəmi məqsəddən 
Ağıl irməyənə  
Etməyirsən Ģəkk. 
Höte 
 
Ġnsanın  əqli  inkiĢafına  təsir  göstərən,  onu  istiqamətləndirib 
cəmiyyətdə  öz  yerini  tutmağa  köməklik  göstərən  müxtəlif  növ  biliklər 
insanın  məkanı  ilə,  ünsiyyətdə  olduğu  obyektlərlə  sıx  əlaqəlidir. 
Ensiklopedik  lüğətlərdə  bilik  «insanın  ictimai  maddi  və  mənəvi 
fəaliyyətinin nəticəsi, dünyanın, təbiətin və bəĢərin obyektiv keyfiyyət və 
əlaqələrinin iĢarə Ģəklində ideal ifadəsi» [131] və ya «obyektiv həqiqətə 
can  atan  əqlin  nəzəri  fəaliyyətinə  iĢarə  edən  ən  ümumi  ifadəsi»  [130] 
kimi  formulə  edilir,  yəni  bilik  insanın  obyektlə  praktiki  və  nəzəri 
ünsiyyətinin nəticəsi, təzahürüdür.  
Fəaliyyət  sahəsinə,  mənbəyinə  və  s.  amillərə  müvafiq  olaraq 
biliklər müxtəlif növlərə ayrılır: sosial bilik, elmi bilik, məiĢət biliyi, dini 
bilik  və  s.  Bununla  yanaĢı,  biliklərin  növlərə  ayrılması  obyektə 
münasibətdən,  baxıĢ  prizmasından  da  irəli  gələ  bilər,  yəni  ayrı-ayrı 
dünyagörüĢlərindən  qaynaqlanan  metodlar  eyni  məlumatı  müxtəlif 
aspektlərdən  açıqlaya  bilər.  Məsələn,  ölüm  hadisəsinə  bioloqlar 
zülalların  sintezinin  dayanması  və  parçalanması,  filosoflar  hər  canlının 
təbii  sonluğu  və  substansiyanın,  yəni  onun  varoluĢunun  təĢkil  edən 
mahiyyətin  yox  olması,  ilahiyyatçılar  ruhun  bədəni  tərk  etməsi  kimi 
fərqli Ģərhlər verə bilərlər. 
Bilik  –  subyektdə  obyektin  inikasıdır,  lakin  bu,  təsadüfi  və  me-
xaniki bir hadisə olmayıb insanın imanının, ağlının, Ģüurunun və dilinin 
bilavasitə iĢtirakı ilə qavranılan, formalaĢan və ifadə edilən təsəvvür və 
ya  məlumatdır. Deməli, bilik  məhz insana xas bir məfhumdur. Bununla 
yanaĢı,  nəzərə  alsaq  ki,  insanın  fiziki  olduğu  kimi,  ruhən  də  obyektlə 
ünsiyyətdə olmaq imkanı vardır və o, (insan) maddi və mənəvi kimi ikili 
xüsusiyyətə  malikdir,  onda  onun biliyinin  daha iki  növünü  təyin etmək 


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə