K. Bünyadzadə



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə3/91
tarix07.11.2017
ölçüsü3,01 Kb.
#8768
1   2   3   4   5   6   7   8   9   ...   91

 
Giriş
 

 9   
imkan yaradır. Lakin onu da mütləq qeyd etməliyik ki, müxtəlif regi-
onlarda 
eyni 
problem 
sinxron 
Ģəkildə  inkiĢaf  mərhələsi 
keçmədiyindən, onlar arasında xronoloji baxımdan sinxron müqayisə 
aparmaq  hər  zaman  mümkün  olmur.  Bu  səbəbdən  məsələnin  həllinə, 
zənnimizcə,  yalnız  region  prizmasından  deyil,  təfəkkürün,  Ģüur 
formasının  özünün  inkiĢaf  prosesi  baxımından  yanaĢsaq  məsələnin 
həlli baĢqa istiqamət alar.  Belə  ki,  ön planda region  yox, təfəkkürün 
yaranması və formalaĢması səbəbləri, tarixi dövr, ictimai-siyasi Ģərait, 
hakim  ideologiya  və  s.  faktlar,  yəni  insan,  onun  idrak  prosesi  və  bu 
proses  nəticəsində  əldə  etdikləri  durmalıdır.  Məsələyə  bu  cür 
yanaĢmada  S.Xəlilovun  bildirdiyi  kimi,  «hansı  ideyanın  nə  vaxt  və 
kim  tərəfindən  söylənməsi  deyil,  ideyanın  özü  önə  çəkilir.  Belə 
olduqda,  min  il  bundan  əvvəl  söylənmiĢ  ideya  ilə,  yüz  il  bundan 
qabaqkı  və  ya  ən  müasir  ideya  eyni  qrupa  düĢə  bilər.  Qədimdə  irəli 
sürülmüĢ  bir  fikir  çağdaĢ  tədqiqatçı  tərəfindən  yenidən  canlandırılır 
və  müasir  fəlsəfi  araĢdırmaların  strukturuna  daxil  edlir.  Bu  zaman 
tarixilik elə bir önəm daĢımır, belə ki, fəlsəfə tarixi elə fəlsəfənin özü 
olur» [9, 17-18].  
Monoqrafiya  iĢinin  aktuallığını  artıran  amillərdən  biri  də 
burada  ġərq  və  Qərb  düĢüncələri  arasında  paralellər  aparmaqla 
yanaĢı,  ayrıca  bir  təfəkkür  formasının  inkiĢaf  qanunauyğunluqlarını 
izləmək  və  bu  inkiĢafın  regionlara  müvafiq  xüsusiyyətlərini 
araĢdırmaqdır. 
Problemin məhz orta əsrlər çərçivəsində təqdiminin aktuallığını 
vurğulayan digər məsələ qeyd olunan dövrdə həm Qərb, həm də ġərq 
təfəkküründə  Renessans  hadisəsinin  baĢ  verməsidir.  Təbii  ki,  bu 
dirçəliĢ  rasional  təfəkkürə  olduğu  kimi,  irrasional  təfəkkürə  də  aid 
olmuĢdur.  Bu  baxımdan,  irrasional  idrakın  orta  əsrlərdə  öyrənilməsi 
xüsusi əhəmiyyət kəsb edir.  
Əsərin  daha  böyük  hissəsini  təĢkil  edən  üçüncü  istiqamət 
irrasional  idrakın  iki  ən  aktual  prinsipinin  –  Tanrı-aləm  və  nu  rvə 
nurlanmanın Qərb və ġərq mütəfəkkirlərinin fəlsəfi görüĢləri əsasında 
araĢdırmasını  ehtiva  edir.  Əhatə  etdikləri  məsələlərin  məzmun  və 
xarakterini  nəzərə  alaraq  bildirmək  olar  ki,  bu,  Qərb  və  ġərq 
mütəfəkkirlərinin  ontoloji  (Tanrı-aləm  münasibəti,  yaradılıĢ  prosesi, 
insan  varlığı  və  s.)  və  qnoseoloji  (nurlanma  –  ilahi  biliyin  verilməsi 
kimi,  onun  xarakteri  və  s.)  görüĢlərində  irrasional  mövqeyin    və  ya 
həmin problemlərin irrasional baxımdan təhlilinin araĢdırılmasıdır.  


 10 

 
Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk
 
 
Nəhayət,  tədqiqat  iĢinin  regionlararası  dialoqun  yeni  səhifəsi 
ola bilmək məqsədi də onun aktuallığını artırmıĢ olur. Belə ki, Qərb-
ġərq  mənəvi  mədəniyyətlərinin,  fəlsəfi  təfəkkürlərinin  müqayisəli 
təhlili,  oxĢar  və  spesifik  xüsusiyyətlərinin  üzə  çıxarılması, 
ümumbəĢəri mənəvi dəyərlərin regiona görə deyil, zamana və Ģəraitə, 
həmçinin  istinad  etdiyi  mənbəyə  müvafiq  olaraq  fərqli  forma 
qazanmasının,  prinsipcə  isə  fərqlənmədiklərinin  ayırd  edilməsi  bu 
sahədə atılan əhəmiyyətli addım ola bilər.  
Bir  neçə  aspektdən  aktuallıq  kəsb  etməsi,  geniĢ  əhatəli  və 
mürəkkəb  mövzu  olması  baxımından  qeyd  olunan  problem  ayrı-ayrı 
alimlər tərəfindən yalnız müxtəlif istiqamətlərdə öyrənilmiĢdir.  
Qərb-ġərq  problemi  elm  və  mədəniyyətin  bir  çox  sahələrində 
tədqiqatçıların  üz  tutduğu  mövzudur.  Ġstər  tarixi  və  ya  bədii,  istərsə 
də iqtisadi və ya siyasi aspektlərdə hər iki region arasında müqayisəli 
təhlillər  aparılmıĢ,  gah  bənzər  inkiĢaf  xətləri  aranmıĢ,  gah  da  onlar 
kəskin  Ģəkildə  qarĢı-qarĢıya  qoyulmuĢdur.  Problem,  təbii  ki,  fəlsəfi 
aspektdə  də  araĢdırılmıĢ  və  bu  sahədə  dəyərli  fikirlər  söylənilmiĢ, 
əsərlər  yazılmıĢdır.  Bunların  sırasında  ilk  olaraq  Amerika  filosofu 
Anna-Tereza  Timiniçkanın  redaktorluğu  ilə  nəĢr  edilən,  həm  özünün 
və  baĢqa  Qərb  filosoflarının,  həm  də  ġərq  alimlərinin  tədqiqat 
əsərlərini  cəmləĢdirən  «Ġslam  fəlsəfəsi  və  Qərb  fenomenologiyası 
arasında dialoq» (Islamic Philosophy and Occidental Phenomenology 
in  Dialogue)  seriyasından  «YaranıĢın  metamorfozunda  ruhun 
həyəcanları»  (The  passions  of  the  soul  in  the  metamorphosis  of 
becoming» (Dötrix, 2003) kitabını göstərmək olar [137].  
Avropada  ġərq  və  Qərb  mədəniyyətlərinin  öyrənilməsi 
istiqamətində  əhəmiyyətli  rolu  olan  nəĢrlərin  sırasına  həmçinin 
Türkiyədə  dərc  edilən  «Doğu  Batı»  (ġərq  Qərb)  jurnalını  [33]  əlavə 
etmək mümkündür.  
Bu  görülən  böyük  miqyaslı  iĢlər  sırasında  azərbaycanlı 
alimlərin də əməyi az deyil.  
Azərbaycanda  ilk  dəfə  Qərb-ġərq  problemi  sistematik  Ģəkildə 
XX  əsrin  sonlarında  görkəmli  ĢərqĢünas  alim  Aida  Ġmanquliyeva 
tərəfindən  öyrənilməyə  baĢlanmıĢ  və  bir  sıra  dəyərli  əsərlər 
yazılmıĢdır.  Bunlardan  «Qələmin  assosiasiyası»  və  Mixail  Nuayme» 
(«Assoüiaüiə pera»  i  Mixail Nuayme.  Moskva, 1975),  «Cübran Xəlil 
Cübran»  (Bakı,  1975)  və  «Yeni  ərəb  ədəbiyyatı  korifeyləri»  (XX 
əsrin  əvvəllərində  ġərq  və  Qərb  ədəbiyyatlarının  qarĢılıqlı  əlaqəsi 
probleminə dair) (Bakı, 1991) [13; 91; 92].  


 
Giriş
 

 11   
Fəlsəfi  aspektdə  Qərb-ġərq  problemi  ilk  dəfə  XX  əsrin 
sonlarında  tanınmıĢ  fəlsəfə  tarixçisi  Zümrüd  Quluzadə  tərəfindən 
«XIII-XVI  əsrlər  ġərq  fəlsəfəsinin  inkiĢaf  qanunauyğunluqları  və 
Qərb-ġərq  problemi»  (Bakı,  1983)  [102]  əsərində  araĢdırılmağa 
baĢlanmıĢdır.  
Hazırda mövzu ilə bağlı bir çox sanballı əsərlər yazılmıĢdır ki, 
bunlardan  Anar  Əzimovun  «ĠĢraqilik  və  müasir  Qərb  fəlsəfəsinin 
genezisi»  (Bakı,  2003)  [72],  Səlahəddin  Xəlilovun  «ġərq  və  Qərb. 
ÜmumbəĢəri ideala  doğru».  Fəlsəfi  etüdlər (Bakı,  2004) [11],  Həsən 
Hüseynov  və  Tofiq  Bəhərçinin  «Qərb-ġərq  münasibətləri  xristian  və 
islam təfəkkürü baxımından» (Bakı, 2005) [8] kitablarını xüsusi qeyd 
olunmalıdır.  
Kitablarla  yanaĢı  Respublikada  sivilizasiyalararası  əlaqələri 
geniĢləndirmək  məqsədi  ilə  müəyyən  nəĢrlər  də  vardır  ki,  bunlardan 
«Ġpək  yolu»  (Bakı,  baĢ  redaktor  S.Xəlilov)  və  «Qərb  və  ġərq: 
sivilizasiyaların  dialoqu»  (Bakı,  baĢ  redaktor  Y.Rüstəmov)  elmi-
nəzəri jurnalların adları xüsusilə çəkilməlidir. 
Ġrrasional  idrak  da  ayrılıqda  geniĢ  tədqiq  olunan  və  haqqında 
saysız  əsərlər  yazılan  mövzulardan  hesab  edilə  bilər.  Məsələ 
burasındadır  ki,  müasir  dövrün  ictimai-siyasi  Ģəraitindən  doğan  bir 
tələblə  və  ya  ümumiyyətlə  dövrün  xaosundan  dincəlmək  istəyilə 
tədqiqatçılar  və  ya  sıravi  Ģəxslər  bu  problemə  daha  çox  müraciət 
etməyə  baĢlamıĢlar.  Buraya  mistik,  ezoterik  biliklə  yanaĢı,  ayrı-ayrı 
dini-mistik  təlim  və  cərəyanlara  həsr  edilmiĢ  əsərləri  də  aid  etmək 
olar, yəni həm filosoflar, həm də tədqiqatçılar bu və ya digər dərəcədə 
irrasional  bilik  və  idrak  problemlərinə  toxunmuĢ,  onun  müxtəlif 
tərəflərini öyrənmiĢlər.  
Azərbaycanlı  alimlər  irrasional  idraka  ayrıca  əsər  həsr 
etməsələr  də,  müxtəlif  tədqiqatlar  çərçivəsində  problemin  ayrı-ayrı 
aspektlərini araĢdırmıĢlar. Bunlardan Z.Quluzadənin «XIII-XVI əsrlər 
ġərq fəlsəfəsinin inkiĢaf qanunauyğunluqları və Qərb-ġərq problemi» 
(Bakı, 1983) kitabında «Rasionalizm və irrasionalizmin mübarizəsi və 
çulğalaĢması»  (səh.  91-116),  Ə.Məmmədovun  «Dialektik  idrak  və 
ümumelmi  tədqiqat  metodları»  (Bakı,  1997)  kitabında  «Ġdrakda 
rasional  və  qeyri-rasional  əməliyyatlar  və  onların  metodoloji  rolu» 
(səh.  240-260),  Ə.Abasovun  «Ġdrakın  tarixi,  nəzəriyyəsi  və 
metodologiyası»  (Bakı,  2001)  kitabında  «Nə  üçün  mistika?»  (səh. 
234-245) paraqraflarını göstərmək olar.  


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə